Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə11/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   7   8   9   10   11   12   13   14   ...   72

                                                     
 
  
                                                                            
                                                    
41 
üçün  qarşıda  açılan  yaşıl  mənzərənin  hüzurunda 
dayanmağa məcbur olurdu. 
Hər  bir  gözəlliyi  lazımınca  qiymətləndirməyi  bacaran 
Əliyusif, Talış dağlarının qoynunda yerləşən həmin yüksək 
vadiyə daxil olan kimi, qarşısındakı bənzərsiz rəsm əsərini 
görəndə  öz  qibtəsini  gizlətmədi  və  gələcəkdə  pafosla 
səslənən  şüara  çevriləcək,  fəlsəfi  fikri  ucadan  söyləməli 
oldu:  “Allahın  Yer  üzərində  yaratdığı  cənnətin  daxilində 
insan  öz  zəkası,  bacarığı  və  əməyi  hesabına  möcüzə 
yaradıbdır. Həmin möcüzənin adı “Relax”dır”.  
Ətraf  boyu  bir-birinin  boynuna  minmiş  dağlar,  dağlara 
yaşıl  libas  geydirmiş  palıd,  fısdıq,  çinar,  ağcaqayın  ağaclı 
meşələr,  yüksəkliklərin  arasında  dərin  çökəklikdə  açılan, 
sanki  yerə  sərilmiş  ipək  parçanı  xatırladan  yaşıl  çəmənli 
vadi,  bir  qədər  cənubda  qərbdən  şərqə  doğru  ziqzaq 
şəkilində  şırıltı  ilə  axan  şəffaf  dağ  çayı  (bu  Lənkəran 
çayının qolu idi) və şimalda, vadinin yuxarı hissəsində boz 
zolağlı ilanı xatırladan yolun cəngəllikdə yoxa çıxması, bu 
məkana möhtəşəm gözəllik verərək, hər bir yolçunun və ya 
bura  təşrif  buyuran  mehmanın  daxilində  yaradıcı  hissləri 
oyadırdı. Həqiqətən də vadiyə kim ayaq basırdısa, özündən 
asılı olmayaraq ilhama gəlirdi.  
Bu  vizual  görüntüdən  heyrətə  gələn  Əliyusif  ilğım 
əhatəsində  olmadığını  yəqin  etmək  üçün,  həmin  an  özünə 


                                                     
 
  
                                                                            
                                                    
42 
belə  bir  sual  verdi:  “Görəsən,  bu  təbiət  güldanını  hansı 
bəxtəvər,  özünün  zövqlü  baxışlarının  vasitəsilə  kəşf  etmiş, 
kamalı,  zəkası,  fərasəti,  bacarığı  hesabına  həmin  güldanın 
içərisindəki ekibano gül dəstəsini ixtira edibdir?” 
Həmin  kəşfin  və  ixtiranın  sahibi  “Relax”ın  sahibi, 
yorulmaz  fəaliyyəti  ilə  təbiət  qoynunda  möcüzə  yaradan 
Hacı  İqbal  Məmmədov  idi.  O,  burada  aparılan  abadlıq 
işlərinin  həyata  keçirilməsi  üçün  gündüzünü  gecəsinə, 
gecəsini isə gündüzünə qatmışdı; gecə saat 12-də və ya 1-
də yatır və sübh çağı altının yarısında  yatağını  tərk edirdi. 
Hacı  İqbal  nəhəng  tikinti  işlərinə  rəhbərlik  edə-edə 
daxilində yaranan yeni ideyaları həyata keçirir və yorulmaq 
bilmədən  verdiyi  səmərəli  təkliflərin  sayəsində  yeni-yeni 
layihələr  işləyib  hazırlayırdı.  Bir  sözlə,  onun  işgüzarlığı, 
bacarığı,  fərasəti  və  qətiyyəti  nəticəsində  yaratdığı  bu 
məftunedici  möhtəşəm  istirahət  kompleksinin  səsi-sorağı 
respublikanın  paytaxtı  ilə  yanaşı,  digər  bölgələrinə  gedib 
çıxmışdır. 
Ümumiyyətlə,  bu  yerin  tapılmasında  Hacı  İqbal  ömrü-
nün  bir  neçə  ilini  itirmişdi.  Azərbaycanda  “Göy-göl”, 
“Nabran”,  “Naftalan”,  “Pirqulu”,  “İsti-Su”  (Masallıda) 
kimi  kurort  mərkəzləri  vardı.  O,  çalışırdı  ki,  insan  aləmi 
üçün  kəşf  edəcəyi  ərazi,  öz  unikallığı  ilə  başqalarından 
seçilsin,  yəni  yayın  qızmar  istisində  orada  sərin  olsun, 


                                                     
 
  
                                                                            
                                                    
43 
ağcaqanadlar, milçəklər və başqa həşaratlar gözə dəyməsin, 
ən  əsas  isə  rütubətdən  bir  əsər-əlamət  olmasın.  Halbuki 
Nabranda  yerləşən  bütün  istirahət  komplekslərini  rütubətli 
hava  öz  cənginə  almış  və  bununla  da  turistlərin  uzun-
müddətli istirahətinə böyük maneəçilik yaradırdı.  
Talış dağlarında qışda havanın sərt və şaxtalı keçdiyi bir 
vaxtda, burada havanın mülayim olması, qarlı havada xizək 
idmanından istifadə olunmasına əlverşli şərait yaradırdı və 
bu da bacarıqlı təşkilatçının əsas planlarından biri sayılırdı. 
Paralel  olaraq  vadinin  şərq  hissəsində  daha  böyük,  daha 
möhtəşəm istirahət kompleksinin ikinci sektoru tikilirdi və 
qrafikə  əsasən,  həmin  hissə  gələn  ilin  yayına  qədər 
turistlərin ixtiyarına veriləcəkdi.  
Bu  torpaqda  müxtəlif  vaxtlarda  tanınmış  insanlar  olub-
dur.  Onlardan  biri  dünya  şöhrətli  dahi  fransız  yazıçısı 
Aleksandr Düma Lerik meşələrindən keçərək Hovil kəndin-
də  olmuş,  öz  əsərlərində  bu  kəndin  eskizlərini  çəkmiş,  bu 
diyarın gözəlliklərini vəsf etmiş, əhalinin qonaqpərvərliyin-
dən, məşğuliyyətindən geniş yazmışdır. 
Demək  olar  ki,  Hacı  İqbal  öz  istəyinə  nail  olmuşdu. 
Əlverişli  coğrafi  mövqedə  yerləşən,  təbii  gözəlliyinə  görə 
heç bir istirahət kompleksindən kənarda qalmayan bir vadi 
tapılmış və titanik zəhmət nəticəsində insanın rahat şəkildə 
istirahət  və  dincəlməsi  üçün,  bütün  şərait  yaradılmışdı. 


                                                     
 
  
                                                                            
                                                    
44 
Xidmət  servisi  isə  xadimədən  və  mühafizəçidən  tutmuş 
administratora kimi yüksək səviyyədə təşkil olunmuşdu.  
Deyilən  sözlər  öz  təsdiqini  tapmışdı,  bura  gələn  insan 
tezliklə  geri  qayıtmağa  səy  göstərmirdi.  Əliyusifin  yadına 
düşəndə  ki,  üç  gündən  sonra  o,  Bakıya  qayıdacaq, 
bənizindəki  heyranlıq  hissi  qüssə  ilə  əvəzləndi.  Lakin  nə 
etmək  olar,  o,  işi  ilə  əlaqədar  olaraq  vaxtında  öz  iş  yerinə 
qayıtmalı idi. 
Əliyusif  körpünün  yanındakı  meydançanı  növbəti  dəfə 
dövrə  vurmaq  istəyəndə  birdən  onun  mobil  telefonundakı 
xoş melodiya səsləndi. Zəng edən onun qonşusu Arif idi. O, 
salamlaşan kimi nə lazım olduğunu soruşdu.  
-  Əli,  sənin  üçün  növbəti  sifarişim  var.  –  deyə  əks 
tərəfdən səs eşidildi. - Nabranda istirahət etmək üçün dörd 
nəfərlik yer təşkil etməlisən.  
- Ailə üzvləri üçün?  
-  Həmişəki  kimi.  Amma  çalış,  kottec  dənizdən  xeyli 
aralıda, meşənin içərisində olsun. Onsuz da burada olarkən 
çimərliyə gedirik. 
- Elədirsə, mən sizin üçün Nabrandan da yaxşı yer təşkil 
edim, amma yol bir qədər uzundur.  
-  Balakəni,  Zaqatalanı,  Şəkini  nəzərdə  tutursansa,  mən 
oralarda  çox  olmuşam.  Nabranın  meşəsində  dincəlmək 
istəyirəm. 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə