Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə10/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   6   7   8   9   10   11   12   13   ...   72

                                                     
 
  
                                                                            
                                                    
37 
axan,  köklü  azərbaycanlı  kübar  ailəsində  tapmaq 
mümkündür. Bu isə əlçatmaz bir məqsəddir.  
-  Əli,  bu  məsələdə  mən  sənə  yardımçı  ola  bilərəm. 
Mənimlə işləyən bir rəfiqəm var. Sən onu yaxşı tanıyırsan. 
Qənirə xanımı deyirəm. 
-  Ana,  bir  dəfə  sən  Mədinəni  öz  rəfiqənin  oğlu  ilə  tanış 
etmişdin. – deyə üz-gözünü turşudan jurnalist narazı halda 
dilləndi.  -  Gördün,  axırı  necə  oldu?  Sən  qiyabi  tanıdığın 
oğlan barəsində yüksək fikirdə idin. 
- Bu barədə mən yanlışlığa yol vermişdim. Çünki həmin 
rəfiqəmin oğlu ilə heç vaxt üzləşməmişdim. Sadəcə olaraq 
mən, rəfiqəmin öz oğlu barəsində söylədiyi yalan sözlərinə 
inanmışdım. Qənirə isə çox yaxın rəfiqəmdir və demək olar 
ki,  o,  mənim  sirdaşımdır.  Hər  iki  qızını  isə  mən  dəfələrlə 
görmüşəm, hətta Mədinə ilə birlikdə onların ad günlərində 
də  iştirak  etmişəm  və  onların  hansı  xasiyyətə  malik 
olmalarından xəbərdaram.  
- Ana, bilirəm də sən onların xasiyyətinə necə bələdsən. 
– deyə oğlan bezikmiş halda dilləndi. - Elə Mədinə üçün də 
həmin  nadürüst  oğlanı  elə  reklam  etmişdin  ki,  yazıq  qız 
sənin səmimiyyətinə inanmışdı.  
-  Sənə  dedim  axı,  həmin  məsələdə  mən  yanlışlığa  yol 
vermişdim. Amma Qənirə xanımın hər iki qızını demirəm, 
söhbət yalnız onun ikinci qızı Gülnarədən gedir. Gülnarə öz 


                                                     
 
  
                                                                            
                                                    
38 
yerini bilən, əsl azərbaycanlı qızlara xas olan bir xasiyyətə 
malikdir. Rəssamlıqla məşğuldur, gözəl rəsm əsərləri çəkir. 
Bundan  əlavə  onda  qeyri-adilik,  mən  deyərdim  ki, 
daxilində hansısa, gizlin saxladığı bir istedad var. 
- Ana, mən istərdim ki, hər şey sənin dediyin kimi olsun, 
amma  həyatda  hər  şey  istənilən  kimi  olmur.  Adəti  üzrə 
rəssamlıqla  məşğul  olan  adamların  həyat  tərzi,  başqa 
adamların  gündəlik  həyat  tərzindən  seçilir.  Onların 
yaratdıqları  rəsm  əsərləri,  bütün  maddi  nemətlərdən,  hətta 
ailənin taleyindən belə üstün olur. Ona görə də rəssamların 
ailə ittifaqı daimi və ya uzun müddətli olmur. 
-  Gülnarəni  görəndən  sonra  sənin  rəssamlar  barəsində 
olan  fikrin  dəyişəcək.  O,  elə  bir  əxlaq  sahibidir  ki,  kim 
onunla  bir  dəfə  ünsiyyət  yaradırsa,  inan  qızdan  ayrılmaq 
istəmir.  Heç  olmasa  bir  dəfə  onunla  görüşsən,  onda 
görərsən ki, mənim sözlərim həqiqətdir.  
Elə  bilmə  Gülnarə  səninlə  təsadüf  nəticəsində  ünsiyyət 
quracaq. Mənim və Qənirə xanımın iştirakı olmasa, qız səni 
öz  yaxınlığına  buraxmayacaq.  Sənə  əvvəlcədən  bildirmək 
istəyirəm  ki,  Gülnarə  üçün  elçi  düşmək  istəyən  oğlanların 
sayı  günü-gündən  artır,  lakin  həmin  adamların  xarakter-
lərində  olan  müəyyən  qüsurlara  görə,  qız  həmin  adamları 
özündən  uzaqlaşdırır.  Onun  ürəyini  fəth  etmək  o  qədər  də 
asan iş sayılmır.  


                                                     
 
  
                                                                            
                                                    
39 
-  Nə  deyirəm  ki,  bir  dəfə  vaxt  tapıb  onunla  görüşərəm, 
amma ürəyimə yatan olmasa, mən özüm fərdi şəkildə sənin 
üçün gəlin axtaracam.  
-  Sözləşdiyimiz  kimi,  sən  yayın  əvvəlində  bizim  üçün, 
ağız dolusu təriflədiyin “Relax” istirahət kompleksinə dörd 
nəfərlik  yer  təşkil  et.  Yeri  təşkil  edən  kimi  mənə  xəbər 
verərsən,  mən  də  biletin  pulunu  ödəmək  üçün  həmkarlar 
təşkilatına  müraciət  edim.  Elə  oradaca,  səni  Gülnarə  ilə 
tanış  edərəm.  Tanış  olmaq  üçün  bundan  əlverişli  variant 
görmürəm.  
-  Söz  verirəm  ki,  yaxın  günlərdə,  mən  “Relax”a  gedib, 
sizin biletlərinizi hazır edəcəm.  
Onların  arasındakı  dialoq  başa  çatan  kimi  Əliyusif 
qardaşı  üçün  hazırlanmış  yeməyi  götürüb,  qonşuluqda 
yerləşən bağa yollandı. 
 
 
 
 
 
 
 
 
 


                                                     
 
  
                                                                            
                                                    
40 
              
IV fəsil. Əliyusif arzuladığı məkana  
                                qədəm qoyur 
 
Əliyusifin  olduğu  turist  avtobusu  Lənkəran-Lerik  yolu-
nun  34-cü  kilometrliyində  yerləşən,  Lənkəran  çayının 
üzərindəki  körpünün  üstündən  keçib,  nəzərdə  tutulan 
istirahət  mərkəzinə  daxil  oldu  və  sola  burulan  yol  ilə  (sağ 
istiqamətində  uzanan  yol  buradan  5  km.  aralıda  yerləşən 
Almu  kəndini  Lənkəran-Lerik  yolu  ilə  birləşdirirdi)  30-40 
metr gedib, mühafizə postunun ağzında qoyulmuş şlaqbau-
mun qarşısında dayandı. O, avtobusdan düşüb şlaqbaumun 
yanında  dayanan  mühafizəçidən  istədiyi  ünvanı  soruşmaq 
əvəzinə,  ətrafda  tüğyan  edən  təbii  mənzərənin  gözəlliyinə 
tamaşa etməyə başladı.  
“Relax” İstirahət və Əyləncə Mərkəzinin yerləşdiyi yer 
zövqündən  asılı  olmayaraq,  füsunkar  gözəlliyinə  və 
möhtəşəmliyinə görə hər bir insanı valeh edirdi. Xoş  ətirli 
çay bitkisi, limon, mandarin, portağal, feyxoa, kivi və başqa 
sitrus  bitkiləri  ilə  məşhur  olan  Lənkərandan  gələn  yol 
dağlar arasından burularaq, gah yuxarı qalxır, gah da aşağı 
enir,  nəticədə  isə  məftunedici  bir  vadiyə  daxil  olub,  orada 
yol  gedən  insanların  diqqətini  özünə  cəlb  edirdi.  Təbiət 
gözəlliyindən  xüsusi  zövq  alan  hər  bir  bəndə,  Tanrı 
tərəfindən  yaradılan  bu,  füsunkar  gözəllikdən  həzz  almaq 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə