Microsoft Word 39 rafael suleymanov doc



Yüklə 233,82 Kb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü233,82 Kb.
#52081


Yubileylər, xatirələr 

Тарих вя онун проблемляри, №3 2010 

 

215

RƏFAEL SÜLEYMANOV 

Bakı Dövlət Universiteti  

Slavyan ölkələri tarixi kafedrasının  

professoru, tarix elmləri doktoru 

 

Səidə İmanzadə-100 

 

AZƏRBAYCANDA QADIN HƏRƏKATININ GÖRKƏMLİ XADİMİ,  

TANINMIŞ PEDAQOQ-ALİM 

 

İyirminci yüzillikdə  hər cür cətinliklərə, maneələrə,  əzab-

əziyyətlərə baxmayaraq xalqımız elm, maarif, ədəbiyyat, incəsənət 

– bütövlükdə    mədəniyyətin inkişafı sahəsində böyük uğurlar 

qazanmışdır. Ürəyi öz xalqının azadlığa, işıqlı  gələcəyə qovuş-

durmaq arzusu, istəyi, amalı ilə  çırpınan görkəmli və müdrik 

şəxsiyyətlər yetişmişdir. 

Belə  şəxsiyyətlərdən biri də anadan olmasının 100 illiyi 

tamam olan,  saclarını maarif işində, xalqımızın tərəqqisi yolunda 

ağartmış  Səidə xanım  İmanzadə olmuşdur. Bəstəboy, zərif, 

qayğıkeş, üzü daim gülümsər və mehriban siması ilə yadımızda 

qalmış  Səidə xanım 1910-cu ilin dekabrında Vətənimizin dilbər 

güşəsi və  qədim ziyalı ocağlrından biri olan Şəkidə dünyay göz 

acmışdır. O zaman irticanın və təqiblərin cövlan etdiyi bir dövr idi. 

Duzlu, məzəli,  şirin söhbətli qədim məkanda insanlar sadə, sakit 

həyatlarını yaşayırdılar. Şəkidən uzaqlarda isə böyük hadisələr baş 

verirdi. Yeni əsr tarixə çaxnaşmalar, inqilablar və müharibələrlə  qədəm qoymuşdur.  Əsrlər boyu 

əsarət və  zülm rejimləri  şəraitində yaşayan xalqlar oyanır, öz azadlıqları  uğrunda haqq səslərini 

ucaldırdılar. Bu oyanışın  əks- sədası  Şəkiyə  də  qəlib çıxırdı.  Tərəqqiyə meylli bu şəhərdə  də bir 

canlanma hiss edilirdi. Yeni açılan məkətblər şəkili balalarını elm, maarif işığına çağırırdı.  Bu dircəliş 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə xüsusiylə geniş vüsət almışdır. Gənc Səidə  də  məhz bu 

dövrdə maarif işığına doğru gedib, ibtidai təhsil əldə etmişdir.  

Cəmiyyətin həyatında tərəqqiyə doğru baş vermiş  dəyişikliklər Səidə xanım üçün də geniş 

imkanlar açırdı. O, ailəsilə 1924-cü ildə Bakıya köçərək yeni həyat uğrunda mübahisəyə qoşuldu.  

Yeni cəmiyyət quruculuğunun ilk dövründə öz həllini tələb edən  ən mühüm ictimai 

problemlərdən biri də qadın azadlığı idi. Bu məqsədlə Bakı  və onun rayonlarında onlarca qadın 

klubları, savad kursları yaradılmış və burada qadınlar arasında fəal ictimai-siyasi iş aparılırdı. 

Səidə xanım  İmanzadə 1925-ci ildə  Əmircan qəsəbəsində  fəaliyyət göstərən “Qadın 

nümayəndələri iclası” adlanan təşkilatın fəal üzvlərindən biri olmuş, burada azərbaycanlı qadınlar 

arasında iş aparmış, qadınların hüquq və imkanlarını onlara başa salmışdır. Elə ilk vaxtlardan Səidə 

xanım və onun kimi digər ictimaiyyətçi azərbaycanlı qadınların apardıqları  iş öz müsbət nəticəsini 

verirdi.  

Səidə xanım İmanzadə ictimai fəaliyyəti ilə yanaşı, öz təhsilini davam etdirməyi də unutmamışdı. O, 

1926-cı ildə Bakıda fəaliyyət göstərən “Türk sənaye məktəbi”nə daxil oldu. O zaman Azərbaycanda 

qadın azadlığı hərəkatının mərkəzi hesab edilən Əli Bayramov adına qadınlar klubunda 1928-ci ildən 

başladığı  fəaliyyət Səidə xanımın ictimai həyatında yeni mərhələ oldu. O, bütün qüvvəsini qadın 

hüquqları  uğrunda mübarizəyə yönəltmişdi. Təqiblər, təhkirlər və  hədələr gənc Səidəni xalqın 

balalarına savad vermək kimi bu şərəfli yoldan çəkindirə  bilmədi. Onun  Əli Bayramov klubundakı 

fəaliyyəti nəticəsində necə-necə azərbaycanlı qadın ictimai həyata qədəm qoymuş, doğma xalqın 

taleyüklü problemlərinin həlli uğrunda fəal mübarizəyə qoşulmuş, cəmiyətimizin fəal qurucularına 

çevrilmişdi.  



Yubileylər, xatirələr 

Тарих вя онун проблемляри, №3 2010 

 

216

Səidə  İmanzadə 1930-cu ildə  sənaye məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra təhsilini 

artırmaq məqsədilə  fəhlə fakültəsinə  qəbul edilmişdi. O, 1934-cü ildə Azərbaycan Pedaqoji 

İnstitutunun Tarix və ictimaiyyət fakültəsinin bitirməklə özünün ən böyük arzusuna çatdı. Sonarakı 

bütün  şüurlu həyatını müəllimliyə – bu xeyirxah peşəyə  sərf etdi. Əvvəlcə Pirallahı adasındakı 98 

saylı orta məktəbdə çalışmış, qısa müddətdə adi müəllimlikdən orta məktəb direktoru vəzifəsinə qədər 

yüksəlmişdir. O, müəllimliklə yanaşı, ictimai fəaliyyətini də  uğurla davam etdirmiş, Bakı Soveti 

nəzdindəki “Mədəni yürüş” təşkilatının fəal iştirakçısı olmuşdur. Həmin illərdə S. İmanzadənin qadın 

azadlığının düşmənlərinə qarşı, cəhalətə  və savadsızlğa qarşı respublikamızda qedən ümümxalq 

hərəkatının önündə görmək olardı. 

1941-ci ildə faşizmə qarşı müharibənin başlanması ilə Səidə xanımın qayğıları daha da artmış 

və fəaliyyət dairəsi genişlənmişdir. İndi onu öz ərləri və oğullarını fabrik-zavodlarda əvəz etmiş fəhlə 

qadınlar arasında, hərbi xəstəxanalarda tez-tez görmək olurdu. 

Müharibə illərində Səidə xanım İmanzadəni Bakıda Qızlar İnternatının müdiri kimi məsul bir 

vəzifəyə irəli çəkmişdilər. O, sonralar həmin çətin illəri böyük ürək ağrısı ilə xatırlayaraq deyirdi: “ 

Atalarını müharibədə itirmiş, valideyn himayəsindən çıxmış qızların təhsili və taleyi məsələsi bizi çox 

düşündürürdü. Nə  qədər ağır, iztirablı anlar keçirsək də, məktəbdə  təlim-tərbiyə  işini yüksək 

səviyyədə qura bilmişdik. Müəllimlərimiz bu qızlara əsl analıq qayğısı göstərirdilər...”. 

1941-1945-ci iilərin ağır müharibəsi günlərində Səidə xanım İmanzadənin çoxcəhətli fəaliyyəti 

– ilk növbədə pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdi. 1943-cü ildə ona respublikanın 

“Əməkdar müəllimi “ fəxri adı verildi. 1944-cü ildə “Qafqazın müdafiyəsi” və 1945-ci ildə isə 

“Qələbə medalı” ilə təltif edildi. Yenə həmin ildə Səidə xanım keçmiş SSRİ-nin ən yüksək mükafatına 

– Lenin ordeninə layiq görüldü. Bütün bunlar onu ruhlandrmış, bu vacib və xeyirxah işdə ona 

yorulmaz fəaliyyətini genişləndirməyə imkan vermişdi. 

İllər keçdi. Müharibənin odu-alovu söndü. İnsanlar rahat nəfəs alıb, yeni arzularla quruculuq 

işlərinə başladılar. Bu dövrdə  Səidə xanım həyatının ikinci böyük mərhələsinə  qədəm qoydu. 

Ömrünün qalan hissəsini ali təhsilli mütəxəssislər  hazırlanmasına və elmi işə sərf etdi. O, 1946-ci ildə 

indiki Bakı Dövlət Universitetinin Tarix fakültəsinə  işə  dəvət olundu. Bu zəhmətkeş,  əməksevər, 

yorlmaq bilməyən qadının ürəyində elmi-tədqiqat işinə böyük maraq oyandı. O, necə illərdən bəri 

arzuladığı mövzunu-Azərbaycanda qadın azadlığı  hərəkatı tarixini yazıb bitirmək istədi. Zəngin 

material topladı. Amma mövcud ictimai-siyasi rejim, qadağalar, bir də bədxahlar, mənsəbpərəstlər ona 

mane oldular, yerli-yersiz iradlar tutdular. Kövrək qəlbli, həlim təbiətli, dedi-qodu və qarşıdurma 

sevməyən, lakin mətin və  dəyanətli bir insan olan Səidə xanım ürəkdən bağlı olduğu tədqiqat 

mövzusunu bir nrcə dəfə dəyişməyə məcbur oldu. Azərbaycan və Yaxın Şərqin tarixini gözəl bilən, bu 

ölkələrdə qadın hərəkatının ilk tədqiqatçısı olan Səidə xanım illərdən bəri topladığı materialları ürəyi 

istədiyi kimi şərh edə bilmədi,  əsl həqiqətlərin hərtərəfli izahı, elmi ümumiləşdirmələrin elmi 

ictimaiyyətə, eləcə  də geniş oxucu kütləsinə çatdırılmasına imkan verilmədi. Nəhayət, dövrün ab-

havasına cavab verən “Azərbaycan qadın azadlığı Böyük Oktyabrın tarixi nailiyyətidir (1917-1939-cu 

illər)” mövzusunda dissertasiya yazıb 1954-cü ildə onu müdafiyə etdi, tarix elmləri namizədi alimlik 

dərəcəsi aldı. Dosent kimi 40 ilə yaxın gənclərin təlim-tərbiyəsi işində çalışdı. Yaza bilmədiklərini 

bəzən üstüörtülü, bəzən də müxtəlif vasitələrlə tələbələrinə çatdırırdı. Onların vətənpərvərlik ruhunda 

böyüməsinə böyük səy göstərir, mətbuatda çap etdirdiyi məqalələrində ürəyindəkiərin bir qismini 

xalqına çatdırdı.  

Hələ gəncliyindən qadın azadlığı hərəkatını izləyən, öz elmi, pedaqoji və ictimai fəaliyyəti ilə 

bu hərəkatda bilavasitə iştirak edən Səidə xanım həmin mövzuda 75-dən çox kitabça və məqalə çap 

etdirmişdir. “Azərbaycanda qadın azadlığı”, “Qadınlar sülh uğrunda mübarizədə”, “Qadının 

cəmiyyətdə rolu” və s. mövzuda yazdığı  əsərlər respublikanın elmi ictimayyəti tərəfindən yüksək 

qiymətləndirilmişdir. Onun yazdığı “Azərbaycanda qadın azadlığı Böyük Oktyabrın görkəmli 

nailiyyətidir” kitabı Paris və San- Fransisko şəhərlərinin kitabxanalarında saxlanılır. 

Səidə  İmanzadə uzun illər SSRİ tarixi kafedrasında (indiki Slavyan ölkələri tarixi kafedrası) 

dosent vəzifəsində  işləmiş, keçmiş SSRİ tarixinin yeni dövrü üzrə yüksək səviyyədə  və  məzmunlu 



Yubileylər, xatirələr 

Тарих вя онун проблемляри, №3 2010 

 

217

mühazirələr oxumuş, ixtisas kursları  tədris etmişdir. Tələbələr, xüsusən, qızlarla  həmişə ünsiyyət 

saxlayır, onların dərd-sərlərinə  şərik olur, onlara analıq qayğısı göstərirdi. Səidə xanım hami 

tərəfindən sevilən müəllim, gözəl lektor idi. Onun mühazirələri dilinin aydınlığı, dərin təhlili və həm 

də əhatəliliyi ilə seçilirdi. Elə bu cəhətlərinə görə onun oxuduğu mühazirələr fakültə tələbələrini özünə 

cəlb edirdi. Səidə xanım İmanzadə ilə tələbələr arasında sözün əsl mənasında böyük səmimiyyət vardı. 

Səidə xanım  İmanzadə yaşının ixtiyar çağında elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ictimai 

fəaliyyətini də  gənclik həvəsi ilə davam etdirirdi. O, uzun müddət Azərbaycan Qadınlar  Şurası 

Rəyasət Heyətinin üzvü, Bakı Şəhər Qadınlar Şurasının sədri olmuşdur. Bir neçə müddətə Bakı Xalq 

Deputatları Sovetinin deputatı olmuşdur. Səidə xanımın yetirmələri, tələbələri elm, təhsil və 

mədəniyyət sahəsində böyük uğurlar qazanmışlar. Onlar bu gün respublikamızda elmin və  təhsilin 

inkişafında öz müəllimlərinin adına layiq çalışırlar. Səidə xanımın elmi-pedaqoji və ictimai fəaliyyəti 

sonralar da yüksək qiymətləndirilmiş və “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. Bundan başqa Səidə 

xanım yüksək ixtisaslı tarixçi kadrlar hazırlanmasına fəal iştirak etdiyinə görə SSRİ Ali və Orta 

İxtisas Təhsili Nazirliyinin fəxri fərmanı, respublikada elmi biliklərin yayılmasında xidmətlərinə görə 

Ümumittifaq “Bilik” cəmiyyətinin fəxri fərmanı ilə mükafatlandırılmışdır. Onun adı hələ 1962-ci ildə 

“Bilik” cəmiyyətinin fəxri kitabına yazılmışdır.  

Respublikanın qocaman pedaqoqu, alimi və ictimaiyyətçisi, saclarını maarif işində, xalqımızın 

tərəqqisi yolunda ağartmış, mənalı ömür sürmüş bu nəcib insanın, işıqlı  şəxsiyyətin  nurani siması, 

unudulmaz xatirəsi həmişə bizimlədir. Bütün həyatını  gənc nəslin təlim və  tərbiyəsinə  həsr etmiş 

Səidə xanım İmanzadənin parlaq xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır. 

 

           



 

Yüklə 233,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə