Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə13/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   9   10   11   12   13   14   15   16   ...   72

                                                     
 
  
                                                                            
                                                    
49 
etmək üçün lazımi qədər qab-qacaq vardı. Bir sözlə, adam 
bu  kottecdə  restorana  və  ya  yeməkxanaya  getmədən  öz 
evindəki kimi uzun müddət yaşaya bilərdi. 
 
 
 
 
            
V fəsil. Asudə vaxtdan səmərəli istirahət  
                          etmək istəyən turist 
 
Əliyusif divanda əyləşən kimi televizorun pultu ilə mavi 
ekranı  canlandırdı.  Səhər  vaxtı  olduğundan  demək  olar  ki, 
bütün  kanallarda  əyləncəli  verilişlər  gedirdi.  Yenə  eyni 
surətlər,  eyni  mahnılar,  eyni  hərəkətlər  və  eyni  özünütərif 
görüntüyə  gəlirdi.  Əqli  cəhətcə  inkişaf  etmiş  insanı  isə 
bezikdirən  o  hal  idi  ki,  özündən  müştəbeh  halda  razı  olan 
müğənnilər  açıq-saçıq  geyinərək,  pafosla  danışır  və  ifa 
etdikləri bayağı mahnıları fonoqram vasitəsilə tamaşaçılara 
sırıyırdılar. Şübhəsiz olaraq, belə bir görüntülər yetişməkdə 
olan cavan nəslin tərbiyəsinə və dünyagörüşünə mənfi təsir 
göstərirdi. Ən dəhşətlisi isə o idi ki, özlərini naşı redaktor-
ların  sayəsində  camaat  arasında  tanıtdıran  müğənnilər  bir-
birilərini  azərbaycanlı  kişisinə  və  qadınına  yaraşmayan  ən 
çirkin şəkildə təhqir edir, işlədilən sözlər nəticəsində barışı-


                                                     
 
  
                                                                            
                                                    
50 
ğa  yer  qoymurlar.  Ləyaqəti,  şərafəti  və  cəmiyyət  arasında 
hörməti  olan  hər  bir  əqidəli,  qürurlu  müğənni  söyüb-
batırdığı və yaxud da  söyülüb-batırıldığı adamla barışmaz. 
Amma  həmin  adamlar  müəyyən  müddətdən  sonra  əks 
tərəflə barışaraq, özlərini gülünc vəziyyətə qoyurlar. Əlbət-
tə ki, belə şounu böyük arenalarda sirk artistləri göstərməyi 
bacarırdı.  Bu  cür  hallar  yaşlı  nəsilin  nümayəndələrini 
hövsələdən çıxardırdı. 
Kottecin  qonağı  yaşlı  nəslin  nümayəndəsi  olmasa  da  o, 
bu verilişdən zinhara gəlirdi.  
Belə  bir  görüntüyə  heç  dözümü  olmayan  Əliyusif 
zinhara  gələrək  televizoru  söndürdü.  Müxbir  –  “Aman 
Allah,  bu  millət  hara  gedir”  –  deyərək,  ayağa  qalxdı  və 
əsəbi halda otaqdan çıxıb kottecin küləfirəngisində əyləşdi. 
Buradan  yoldan  keçənləri,  meydançalarda  gəzişənləri  və 
uşaq meydançasından sağ tərəfdə açıq meydançada işləyən 
fəhlələri  rahat  görmək  olurdu.  Çevik  hərəkətlərindən, 
sürətli  işləmələrindən  ayırd  etmək  olardı  ki,  onlar  qısa 
müddət ərzində tapşırılan işin öhdəsindən gəlməlidirlər.  
Əliyusif  bir  jurnalist  və  təbiəti  sevən  romantik  insan 
kimi,  bu  kompleksdəki  bütün  şəraitlə  tanış  olmaq  istəyirdi 
ki,  qonaqlar  gələndə  çətinlik  çəkmədən  kompleksin  ərazi-
sini  onlara  göstərə  bilsin.  O,  bir  qədər  istirahət  edəndən 
sonra  istirahət  kompleksinin  ərazisində  gəzişməyə  başladı. 


                                                     
 
  
                                                                            
                                                    
51 
Müxbir hara gedirdisə, qarşısındakı dərə ilə axan Lənkəran 
çayının  sahilində,  açıq  hovuzda,  “Aquapark”ın  yanında 
qurulmuş diskotekalardan səslənən şən musiqilərin havala-
nan  melodiyaları  eşidilirdi.  Musiqi  sədaları  sanki  insanı 
dağların zirvəsinə qaldırıb aşağı endirirdi.  
Kompleksin  əsas  diceyi  Şakir  yanında  bir  aparıcı  ilə 
birlikdə  çayın  kənarındakı  diskotekada,  oradakı  qonaqlar 
darıxmasın  deyə  viktorinalar  keçirir,  ondan  sonra  isə 
“Aquapark”ın  yanındakı  diskotekada  əsl  musiqili  şou 
nümayiş etdirirdi. Şakiri kompleksə istirahətə gələn hər bir 
turist tanıyırdı. Ona görə ki, o, hər gün küləfirəngidə nahara 
gələnlərə,  Lerikin  baxmalı  yerlərinə,  Astara  rayonunda 
yerləşən istirahət kompleksinə və Piran kəndi yaxınlığında 
balıq  ovuna  dəvət  etmək  üçün  “Yeddi  göl”  adlanan  yerə 
ekskursiyalar təşkil edirdi.   
Əliyusif asudə vaxtından istifadə edərək, öz yol kitabça-
sında  müəyyən  qeydlər  aparmağa  başladı.  Onun  qaldığı 
mehmanxanadan şərq istiqamətinə gedəndə orada da çoxlu 
tikililərlə  üzləşmək  olurdu.  Əsasən,  üç  cərgədə  yerləşən 
cürbəcür  kottecləri  göstərmək  kifayətdir  ki,  adam  həmin 
əraziyə  daxil  olan  kimi  özünü  sanki  İsveçrənin  və  ya 
Avstriyanın hansısa bir kiçik şəhərində hiss edirdi. Burada 
hökm  sürən  bənzərsiz  səliqə-sahman,  ekzotik  ağacların, 
güllərin,  kolların  zövqlə  əkilməsi  kompleksdə  hökm  sürən 


                                                     
 
  
                                                                            
                                                    
52 
əsl  qayda-qanundan,  nizam-intizamdan,  estetik  mədə-
niyyətdən  xəbər  verirdi.  Maraqlı  o  idi  ki,  sıra  ilə  tikilən 
kotteclər və onların arasında salınan yol elə qurulmuşdu ki, 
nə  yoldan  keçən  adam,  nə  də  ki,  üzbəüz  kottecdə  qalan 
qonaq o biri kottecdə olanları görmürdü.  Çünki girişi olan 
kottecin  istirahət  otağının  pəncərələri  o  biri  tərəfdə  idi  və 
əks tərəfdəki kottecin qonaq otağı ikinci mərtəbədə yerləş-
diyindən  orada  istirahət  edənləri  görmək  mümkün  deyildi. 
Bir sözlə, bu çox nadir və ağılla qurulan bir proyekt idi və 
belə  bir  arxitektura  stili,  başqa  istirahət  komplekslərində 
tətbiq olunmamışdı.  
Müxbir  buranın  hər  bir  yerini  özü  üçün  kəşf  edəndən 
sonra, günorta yeməyini qəbul etməkdən ötrü böyük Külə-
firəngi-restorana getdi. Əliyusif o qədər acmışdı ki, payına 
düşən  bütün  yeməkləri  yeyib,  oranın  yaxınlığındakı  pillə-
kanla  üzüaşağı  düşdü  və  bir  qədər  gedəndən  sonra  yaradı-
lan süni göldə qayıq gəzintisinə çıxdı. O, özü üçün münasib 
qayıq seçib, gölün içərisində dövrə vurmağa başladı. Müx-
birdən əlavə, burada bir neçə adam var idi ki, onlar öz uşaq-
larını əyləndirmək üçün gölün sahilində var-gəl edirdilər.  
Buradakı  gəzintidən  böyük  həzz  alan  Əliyusif 
mehmanxanaya  qayıtmaq  fikrinə  düşdü,  lakin  bunun  üçün 
o, başqa bir marşrut seçdi. Jurnalist şərq istiqamətinə doğru 
uzanan  yol  ilə  gedərək,  diskoteka  qurulan  meydanın 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə