Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə72/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   64   65   66   67   68   69   70   71   72

                                                     
 
  
                                                                            
                                                    
285 
Söz-söhbətin uzandığını görən Arif Əliyusifə bildirdi ki, 
növbəti  elçiliyə  getməklə  bağlı  qıza  xəbər  versin.  Müxbir 
isə  sevincək  halda  cəld  eyvana  çıxıb,  rəssam  qızın 
nömrəsini yığdı.  
- Gülya, sənə şad xəbərim var. Bizimkilər buradan çıxıb 
sizə  gəlməyi  planlaşdırırlar.  Təcili  olaraq  evdəkilərə  xəbər 
ver. Yaxın 72 saat ərzində sizdə olcayıq.  
- Əliyusif, nə yaxşı ki, sən ananı razı sala bildin. Onu da 
bil ki, evimizin qapısı həmişə sizin üzünüzə açıqdır.  
-  Elə  sən  də  qapınıza  gələn  elçilərə  arxa  çevirməklə, 
cəsarətli  addım  atmısan  və  bu  inadkarlığa  görə  anan  sənin 
başını  sığallamayacaq.  Birdən  bu  günkü  qalmaqala  görə 
anan bizi içəri buraxmadı və yaxud da “yox” cavabı ilə bizi 
yola saldı, onda necə olacaq? 
- Narahat olma, əminəm ki, anam mənim fikrimi və istə-
yimi nəzərə alıb, sizi əliboş yola salmayacaq. Amma əvvəl-
cədən  mənə  imkan  ver  anamla  söhbət  edim,  ondan  sonra 
cavab verim. İnanıram ki, anamın cavabı müsbət olacaq. 
-  Elədirsə,  gəlişimizi  gözləyin.  Allah  bizi  iztirabda  çox 
saxlamasın. İşıqlı dünyanı bizə bəxş edən Yaradanımız, bu 
gün hər ikimizi sevindirdi. 
Müxbir fikrini sona çatdırmışdı ki, Arif ona yola düşmək 
xəbərdarlığını  verdi.  Qənirə  tərəfindən  verilən  təklifdən 


                                                     
 
  
                                                                            
                                                    
286 
sevincini  gizlədə  bilməyən  Əliyusif,  tərəddüd  etmədən 
gəldiyi adamlarla mənzili tərk etdi. 
 
 
 
 
         
XXV fəsil. Hamının arzusu üst-üstə düşür 
 
Həmişə  ağır  görünən  Əliyusif  sevincindən  alışıb 
yandığından,  hamı  ilə  uşaq  kimi  davranmağa  başladı.  Arif 
ilə  daim  ciddi  mövzularla  bağlı  diskussiyalar  apardığı 
halda, son vaxtlar o, yalnız səadət, xoşbəxtlik, ülvi hisslər, 
xüsusən  də,  dahi  Nizami  Gəncəvinin,  Məhəmməd  Füzuli-
nin,  Səməd  Vurğunun,  Nüsrət  Kəsəmənlinin  məhəbbət 
dastalarında baş verən bir çox məqamları müzakirə etməyi 
xoşlayırdı.  Müxbirin  yaxın  dostu  şair  İslam  da  sevgi, 
məhəbbət, eşq ilə bağlı xeyli sayda  şeirlər ərsəyə gətirdiyi 
üçün  o,  həmin  hisslərin  dərinliyinə,  daha  doğrusu  onun 
sirrlərinə bələd olmağa çalışırdı. 
Həri  günü  təyin  olunan  kimi  Əliyusif  bu  haqda  İslama 
xəbər verdi. Dostunun belə bir xoş günündə şair də iştirak 
etməliydi. İslam evli idi və cavan olmasına baxmayaraq o, 
belə bir tədbirlərdə dəfələrlə iştirak etdiyindən, müxbir on-
dan mənəvi dəstək almaq üçün şairi dəvət etməli olmuşdu. 


                                                     
 
  
                                                                            
                                                    
287 
Şair şeir yazmaqdan əlavə, məharətli dil qabiliyyətinə ma-
lik olduğundan, toylara da aparıcı qismində dəvət edilirdi.  
Gülnarənin  xeyir  iş  zamanı  razılıq  verməsinə  şübhə 
etməyən  Əliyusif  ehtiyat  edirdi  ki,  qızın  anası  öz  etirazını 
bildirərək, bütün işləri korlaya bilər. Ona görə ki, bir neçə 
gün  bundan  əvvəl  Gülnarə  kəskin  etirazını  bildirərək, 
anasının  sözünü  yerə  salmışdı.  Məhz  bu  səbəbdən  müxbir 
həmin xeyir işə şair dostunu dəvət etmişdi. İslam üçün belə 
bir  məclislərdə  iştirak  edərək,  ev  sahibini  razı  salmaq 
müşkül iş sayılmırdı.  
Paralel  olaraq  Gülnarə  öz  anası  ilə  danışıqlar  apararaq, 
elçilərin  gəlişi  üçün  razılıq  ala  bilir  və  dərhal  bu  haqda 
sevgilisinə  xəbər  verir.  Vaxt  vədə  çatan  kimi  ayırdan 
onların  hamısı  Novxanıdan  şəhərə  yola  düşdülər.  Bu  dəfə 
elçilərin arasında artım vardı, o da ki, şair İslam idi.  
Arif səbəbkar ilə bir maşında idi və ondan hansı ünvana 
gedəcəyini soruşdu.  
- Arif müəllim, açığını desəm, mən onun hansı ünvanda 
yaşadığını ad ilə bilmirəm. Amma yerini dəqiq göstərərəm. 
- Yaxşı, qız şəhərin hansı hissəsində yaşayır?  
- “Neftçilər” metrosunun yanında. 
Qənirənin evi 8-ci km. qəsəbəsində “Neftçilər” metrosu-
nun  üstündə,  Rüstəmov  küçəsində  yerləşirdi.  Hazırda  isə 
onlar  “20  yanvar”  metrosunun  arxasında  yerləşən  yaşayış 


                                                     
 
  
                                                                            
                                                    
288 
kompleksində  idilər.  Artıq  saat  6-ya  işləyirdi.  Naviqator 
rolunu oynayan Nurlan maşını Azadlıq prospektinə çıxaran 
zaman  Əliyusifin  telefonuna  mesaj  gəldi.  Orada  belə  bir 
ifadə vardı: “Gəlişinizi səbirsizliklə gözləyirik, amma anam 
deyir  ki,  gələnlər  arasında  kimin  üzündə  və  ya  hərəkət-
lərində  narazılıq  ifadələri  görsə,  o,  razılığını  verməyəcək. 
Məlum  hadisələrə  görə  çalış  anan  bizimkiləri  acılamasın”. 
Müxbir elə başa düşdü ki, Gülnarəgildə vəziyyət o qədər də 
ürəkaçan  deyil  və  qızın  anası  elçiləri  əliboş  yola  salmaq 
üçün psixoloji gərginlik yaratmaq fikrindədir. 
Oğlunun  itaətsiz  hərəkətlərindən  Xədicənin  qəlbi  qırıl-
mışdı. O, bu dəfəki elçiliyə ürəksiz yanaşırdı. Əsas funksi-
yanı  Arif  ilə  Ofeliya  yerinə  yetirirdilər.  Onlar  Əliyusifin 
xeyir  yüksək  səviyyədə  keçməsi  üçün  Xədicəni  dilə 
gətirirdilər.  
Arada olan narazılığa baxmayaraq, hamı nəzərdə tutulan 
ünvana çatdılar. Xədicə o qədər fikirli idi ki, onlar binanın 
girişinin  astanasına  çatandan  sonra  hara  gəldiyindən  agah 
oldu. Təəccübünü gizlətməyən Mədinə anasına hansı ünva-
na yaxınlaşdığını izah etdi. Arif ilə Ofeliya ana ilə balanın 
danışıqları  ilə  hərəkətlərindən  hiss  etdilər  ki,  sanki  onlar 
burada  bir  neçə  dəfə  olubdular.  Ondan  sonra  həmişə  ağır 
görünən  Xədicə  heç  kimə  heç  nə  izah  etmədən  öz-özünə 
gülməyə başladı. Elçiliyə gələn digər adamlar nə baş verdi-


                                                     
 
  
                                                                            
                                                    
289 
yini anlaya bilmirdilər. Elmlər xadiminin belə bir qeyri-adi 
hərəkəti  o  birilərini  pis  vəziyyətdə  qoyurdu.  Çünki  kənar-
dan onun hərəkətini binanın bir neçə sakini də izləyirdi.  
Məsələyə aydınlıq gətirmək istəyən ana oğlunu bir qədər 
kənara çəkib, müəmmalı tərzə soruşdu: 
- Əli, de görüm qızın adı nədir? 
-  Gülnarə!  –  deyə  heç  nə  anlamayan  müxbir  ətrafdakı 
adamlara qəribə nəzər sala-sala tərəddüdlə cavab verdi. 
Qadın  sanki  şoka  düşdü  və  həmin  an  özünü  ələ  alıb 
başını  təəssüf  hissi  ilə  tərpətdi.  Xədicə  daxilində  nəyisə 
götür-qoy edib ciddi halda soruşdu: 
- Bəs, anasının adı nədir? 
-  Bilmirəm!  –  deyə  çiyinlərini  çəkən  müxbir  yenə  də 
tərəddüdlə dilləndi. 
-  Sən  müxbir  kimi  fəaliyyət  göstərirsən,  amma  özünü 
avam insanlar kimi aparırsan. – deyə təəssüf hissi ilə başını 
yellədən  Xədicə  narazı  halda  dilləndi.  –  Başa  düşürsən  ki, 
sən  bizim  hamımızda  heç  nədən  psixoloji  gərginlik 
yaratmısan?  Yaxşı,  sən  həmin  Gülnarəni  nə  vaxtdan 
tanıyırsan? Amma düzünü de. 
- Düzünü desəm, “Relax”da istirahət edən zaman onunla 
tanış  olmuşam.  –  deyə  bir  qədər  tərəddüd  edən  müxbir 
çəkinə-çəkinə dilləndi. 


                                                     
 
  
                                                                            
                                                    
290 
- Mən elə də zənn etdim. – deyə vəcdə gələn ziyalı qadın 
oğluna  sarı  kinayə  ilə  nəzər  saldı.  –  Sən  başdan-ayağa 
sərgüzəştsən.  Sənin  səriştəsizliyin  bizim  hamımızı  çaş-baş 
qoyubdur. 
-  Ana,  sənə  nə  olub  axı,  mənimlə  elə  hey  atmacalarla 
danışırsan? 
-  Əli,  mən  atmacalarla  danışmıram,  indi  gedəcəyin 
mənzildə səni böyük bir sürpriz gözləyir. 
Kənardan seyr edən Arifgil dəqiq anlaya bilmirdilər, ana 
oğlundan  nə  tələb  edir.  Onlar  elə  zənn  edirdilər  ki,  necə 
Əliyusif  anasının  sözünü  yerə  saldı,  eləcə  də  Xədicə  bu 
izdivacın baş tutmasına imkan vermək istəmir. Lakin arada 
baş  verən  müəmma  xarakterli  narazılıqlara  baxmayaraq, 
onlar  lazım  olan  mərtəbəyə  qalxıb,  ünvanda  göstərilən 
qapını döydülər.  
Xədicənin dediyi kimi əsl sürpriz hələ burada baş verdi. 
Qapı açılanda hamı bir-birinə mat-məəttəl ilə nəzər salaraq, 
yerlərində  donub  qaldılar.  Qapını  açan  Qənirənin  qızı 
Gülarə  idi.  Təəccübdən  hamını  çaşqınlıq  bürüsə  də, 
Əliyusifin  ağzında  qurudu.  Bu  dəfə  də  onun  qarşısına 
Gülarə çıxmışdı. Oğlan sanki yuxu görürdü. Necə ola bilər, 
daim bu qız “Relax”da onun qabağına çıxırdı, iki fərqli evə 
elçi gedirlər, yenə də bu qız onların qarşısında peyda olur. 
Bu  qarabasmaları  özündən  rədd  etməyə  çalışan  müxbir 


                                                     
 
  
                                                                            
                                                    
291 
məsələni  ayırd  etmək  üçün  mobil  telefonu  ilə  Gülnarəyə 
zəng  etdi.  Qız  telefonu  götürməmiş  Xədicə  gülə-gülə 
“konturlarına  qənaət  et”  deyərək,  oğlunun  qolundan  tutdu 
və özü ilə birlikdə içəri daxil oldu.  
Hələ bir neçə gün bundan əvvəl düşdükləri vəziyyətdən 
bikef  görünən  elçilərin  könlü  şad  olmuşdu.  Hamı  daxillə-
rində  yaranan  sevinc  hissilə  içəri  doluşub,  bunu  Allahın 
möcüzəsi  adlandırmağa  başdılar.  Qonaq  otağında  elçiləri 
gözləyən Qənirənin təəccübdən əl-qolları yanına düşmüşdü. 
O,  dəqiq  anlaya  bilmirdi,  bütün  vizual  görüntü  həqiqətdir, 
yoxsa ilğım? Necə ola bilər ki, eyni adamlar həm Məkanə-
gildə olublar, həm də indi buradadırlar. Məkanənin özü də 
burada idi və o, həmin adamları burada görəndə yerindəcə 
donub  qaldı.  Xədicə  rəfiqəsi  Qənirənin  qulağına  nəsə 
pıçıldayandan sonra o, dərindən nəfəs alaraq rahatlaşdı.  
Əliyusif  beyni  dumanlı  kimi  qonaq  otağında  anası  ilə 
yanyanaşı  əyləşdi.  Üzbəüz  divarda  müxbirə  tanış  gələn  – 
“Relax”da  çəkilən  rəsm  əsəri  asılmışdı.  O,  hələ  də  zənn 
edirdi ki, bu rəsm əsərinin müəllifi Gülarədir. Müxbir hələ 
də  Qənirə  ilə  Gülarənin  burada  nə  etdiklərini  anlaya 
bilmirdi.  Yalnız  Xədicə  ilə  Qənirə  vəziyyətdən  hali  idilər. 
Müəmma  qarşısında  qalanlar  isə  bir-birilərinə  sualedici 
nəzər salaraq, keyimiş halda əyləşmişdilər.  


                                                     
 
  
                                                                            
                                                    
292 
Həmişə  təmkinli  və  alicənab  görünən  şair  İslam, 
dostunun şok vəziyyətinə düşdüyünü görüb, yerindəcə çaş-
baş  qaldı.  O,  da  Əliyusif  kimi  burada  nə  baş  verdiyindən 
baş çıxara bilmədi.  
Elə bu an Xədicə ayağa qalxıb təbəssüm hissilə dedi: 
-  Bugünkü  hadisə  ondan  xəbər  verir  ki,  hər  şey  Yeri  və 
Göyü  yaradan  Allah-təalanın  əlindədir.  Hər  bir  bəndənin 
qisməti nədirsə, o da qabağına çıxır. Ona görə də məsəl var 
deyirlər  ki:  “Qismətdən  artıq  yemək  olmaz”.  Nəhayət  ki, 
Əliyusif  bizi  bu  qapıya  gətirməklə,  öz  istədiyinə  nail  ola 
bildi.  
-  Ana,  nə  danışırsan?  –  deyə  Qənirənin  yanında  xəcalət 
hissi  keçirən  müxbir  özündən  asılı  olmadan  yerindən  dik 
atıldı. – Sən... 
-  Xahiş  edirəm,  -  deyə  üzünə  ciddi  ifadə  verən  elmi 
xadim  iradə  ilə  dilləndi.  -  mənim  sözümü  kəsmə,  əks 
təqdirdə  mən  sənin  arzunu  ürəyində  qoyacam.  Hər  halda 
biz  buraya  sənin  verdiyin  ünvanla  gəlmişik.  Təəssüflər 
olsun ki, sən bizim dediklərimizlə razılaşmadın. Yoxsa, sən 
öz istəyinə bir neçə gün bundan əvvəl çata bilərdin. 
Sən  çox  yaxşı  bilirsən  ki,  Qənirə  mənim  ən  yaxın 
rəfiqəmdir  və  demək  olar  ki,  o,  mənim  üçün  bacıdan  da 
artıqdır. Biz elə etmək istəyirdik ki, bu izdivac hər ikimizin 
və  səbəbkarların  ürəyindən  olsun.  Lakin  sən  inadkarlıq 


                                                     
 
  
                                                                            
                                                    
293 
göstərərək  öz  səadətindən  uzaq  düşmək  istədin.  –  bu 
sözlərdən  sonra  ziyalı  qadın  üzünü  rəfiqəsinə  tərəf  tutaraq 
istehza  ilə  sözünə  davam  etdi.  –  İndi  hər  şey  Qənirə 
xanımdan asılıdır. O, Əliyusifin inadkarlığını görüb, istəsə 
bizi əliboş evimizə qaytara bilər. Bundan sonra hadisələrin 
necə  cərəyan  edəcəyi,  bizim  hamımız  üçün  qaranlıq 
görünəcək.  
-  İnsanı  bu  dərəcədə  intizarda  saxlamaq  olmaz.  –  deyə 
müxbirin  rənginin  dəyişdiyini  görən  Ofeliya  nəvazişlə 
dilləndi.  –  Biz  qız  almaq  üçün,  yaxın  üç  gündə  iki  dəfə 
Qənirə  xanımın  hüzuruna  çıxmışıq.  Əminəm  ki,  bu  dəfə 
səadət  quşu  Əliyusifin  əlindən  çıxmayacaq.  Çünki  artıq  o, 
öz qismətini tapıbdır və Allah özü elə bir şərait yaradır ki, 
onlar  bir-biriləri  ilə  ailə  qursunlar.  Mənə  elə  gəlir, 
cavanların xeyir-duası verilməlidir. Allah mübarək eləsin! 
Əliyusifin  ağır  xəyallar  içərisində  olduğunu  görən  ana 
təsəlli vermək üçün oğlunun yanında əyləşdi və ümid dolu 
nəzərlərini  rəfiqəsinə  tərəf  yönəltdi.  Qənirə  hamıya  bəyan 
etdi  ki,  bu  izdivaca  onun  etirazı  yoxdur,  lakin  bu  barədə 
qızının  da  razılığı  olmalıdır.  Elə  bir  az  keçmişdi  ki,  şirin 
çay gətirilməsinin mərasimi başlandı.  
Hər  iki  bacı  əllərində  podnes  içəri  daxil  olanda 
Əliyusifin  ürəyi  çırpındı,  başı  gicəlləndi,  hisslər  alovlandı. 
Bir  anın  içərisində  Gülnarənin  bənizindən  saçan  gözəllik 


                                                     
 
  
                                                                            
                                                    
294 
onun  gözlərinə  tor  saldı.  Həqiqətən  də  hər  iki  bacı  biri-
birindən gözəl-göyçək idi və onlarda olan gözəlliyə tamaşa 
edən qonaqlar öz heyranlıqlarını gizlədə bilmədilər.  
Bu  otağa  yığılaşanların  hamısı  bir  nəfər  kimi  hələ  də 
belə  bir  ağlasığmaz  dərəcədə  yaranan  anlaşılmamazlığın 
necə  baş  verdiyini  dərk  etməyə  çalışırdılar.  Əliyusif  hələ 
“Relax”da  olanda  Gülnarəni  tamamilə  başqa  bir  ailəyə 
mənsub olan bir qız zənn etmişdi. O, elə başa düşmüşdü ki, 
Gülya kimi ona təqdim olunan qız Gülarədir. Ona görə ki, 
hər  iki  bacını  qısaldılmış  şəkildə  Gülya  deyərək 
çağırırdılar.  Məkanənin  qızını  isə  Qənirənin  ikinci  övladı 
zənn etmişdi. Xədicə oğlunu talvarın yanına qız ilə görüşə 
göndərəndə  Əliyusif  orada  məhz  Gülarə  ilə  rastlaşmış  və 
elə  o  andan  əmin  olmuşdu  ki,  ona  təqdim  edilən  qız 
Gülarənin  özüdür.  Həm  də  müxbirə  deyilmişdi  ki,  Gülarə 
də bacısı kimi rəssamdır. Halbuki o, Gülnarə kimi peşəkar 
rəssam  deyildi.  Əliyusif  isə  talvarda  olan  zaman  Gülarəni 
bacısının çəkdiyi tablo qarşısında görmüşdü.  
Gülnarə  Xədicə  ilə  bir  kottecdə  qalmasına  baxmayaraq, 
ağlına belə gətirə bilməzdi ki, Əliyusif elmi xadimin oğlu-
dur.  Ona  görə  ki,  onu  kottecdə,  bir  çox  qəzet 
redaksiyalarında  müxbir  kimi  çalışan  Əli  adı  ilə  təqdim 
edirdilər. Qız isə onu İçərişəhərdə ekskursovod kimi çalışan 
Əliyusif adı ilə tanımışdı.  


                                                     
 
  
                                                                            
                                                    
295 
Sanki  arada  yaranan  anlaşılmamazlıq  süni  şəkildə 
meydana  gəlirdi.  Çünki  hər  iki  məhəbbət  aşiqi  bir-
birilərindən  utanaraq,  ailə  mənsubiyyətini  öyrənməmiş  və 
valideynlərinin  adlarını  soruşmağa,  bir  dəfə  də  olsun  cəhd 
göstərməmişdilər.  
Sadəcə  elementar  şeylərin  araşdırılmaması  ucbatından 
bu  qədər  səhlənkarlığa  yol  verilmişdi.  Halbuki  valideynlər 
inadkarlıq  göstərsəydilər,  onların  arasındakı  izdivac  iflasa 
uğraya bilərdi. Son məqamda damarlarında ziyalı qanı axan 
valideynlər  səbrlərini  nümayiş  etdirərək,  cavanlara  seçim 
imkanı yaratdılar və nəticədə ümumi razılıq əldə olunmaq-
la, hamının arzusu hasil oldu. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                                                     
 
  
                                                                            
                                                    
296 
                   Mündəricat 
 
I fəsil. Yeni sifariş…………………………….. 6-17 
II fəsil. Jurnalist səmimi söhbətlər içərisində. 18-30 
III fəsil. Təkidlə verilən məsləhətə etiraz…… 31-39 
IV fəsil. Əliyusif arzuladığı məkana qədəm  
qoyur……………………………………………… 40-49 
V fəsil. Asudə vaxtdan səmərəli istirahət etmək  
istəyən turist……………………………………… 49-61 
VI fəsil. Yorulmaq bilməyən müdir………… 61-70  
VII fəsil. Böyük küləfirənginin yerləşdiyi  
ekzotik yer………………………………………... 71-81 
VIII fəsil. Qeyri-adi mənzərə………………... 82-95  
IX fəsil. Emosional hərəkətlərin ram  
edilməsi…………………………………………… 96-107 
X fəsil. Ananın xahişini yerinə yetirən oğul.. 107-118  
XI fəsil. Əliyusif istədiyi qız ilə ünsiyyət  
qurmağa nail olur……………………………….. 119-131 
XII fəsil. Yalan vədlərə aldanmayan qız və  
mədəni istirahət edən turistlər…………………. 131-142 
XIII fəsil. Gözəl kompaniya əhatəsində  
məstedici çay dəstgahından sonra diskotekada  
yaşanan biabırçılıq……………………………… 143-157 
XIV fəsil. Müxbirə verilən gözlənilməz  


                                                     
 
  
                                                                            
                                                    
297 
təklif……………………………………………… 157-167 
XV fəsil. Əqidəsinə görə verilən təklifdən  
imtina edən müxbir…………………………….. 167-177 
XVI fəsil. Naqis insanların məkrli niyyət- 
ləri……………………………………………….. 177-186 
XVII fəsil. Ambisioz oğlan düşmənini  
şərləyərək ondan qisas alır……………………... 186-199 
XVIII fəsil. Şərə düşən müxbirin aqibəti….. 199-210  
XIX fəsil. Özünü mədəni göstərməyə çalışan  
Natiqin iç üzünün açılması……………………... 210-224 
XX fəsil. Tük ürpərdici həqiqət……………. 224-233  
XXI fəsil. Rəssam qız şərə saldığı oğlana  
üzrxahlıq bildirir………………………………... 233-247 
XXII fəsil. Valideynlərin sözlərini yerə salan  
Övladlar………………………………………….. 247-259 
XXIII fəsil. Övladlarının seçimi ilə razılaş- 
mayan valideynlər sürprizlə üzləşirlər………… 259-271 
XXIV fəsil. Elçilik vaxtı qeyri-adi hadisənin  
baş verməsi……………………………………… 272-286  
XXV fəsil. Hamının arzusu üst-üstə düşür.. 286-295 
 
 
 
   
 

Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə