Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə66/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   62   63   64   65   66   67   68   69   ...   72

                                                     
 
  
                                                                            
                                                    
261 
- Əliyusif, restoran adı  gələndə, nədənsə özümü narahat 
hiss  edirəm.  Deyilənə  görə  orada  qadınlara  pis  gözlə 
baxırlar.  
-  Bu  fikir  ilə  mən  səninlə  tamamilə  razıyam,  -  deyə 
müxbir  təqdiredici  tərzdə  dilləndi  və  verdiyi  təklifə  bəraət 
qazandırmaq üçün səmimiyyətlə sözünə əlavə etdi. – amma 
bu restoran o biri restoranlar kimi deyil. Bura çox elitniy bir 
yerdir və gələnlərin tam əksəriyyəti alicənab ailəvi və kübar 
nəslə  mənsub  olan  adamlardır.  Burada  açıq-saçıq 
geyimlərdə olan qadınlara peyda olmaq qadağandır.  
-  Əliyusif,  bəlkə  başqa  bir  yerdə  əyləşək.  Mən  rəva 
bilmərəm  ki,  yemək  qəbul  etmək  üçün  sən  belə  bir  bahalı 
ocaqda çoxlu pul xərcləyəsən.  
-  Buna  görə  narahat  olmağa  dəyməz.  –  deyə  Əliyusif 
tərəddüd  etmədən  dilləndi.  –  Gülnarə  xanım,  bu  restoranı 
işlədən mənim yaxın dostumdur və bizim burada olmağımı-
za görə o, məndən bir qəpik olsun belə, pul almayacaq. Ona 
görə ki, o, özü şəxsən bizi bura dəvət edir.  
Gülnarə nə qədər müqavimət göstərsə də, son məqamda 
o, öz razılığını bildirməli oldu.  
Onlar  içəri  daxil  olanda  mədəniyyətini  nümayiş  etdirən 
İbrahim  qarşılarına  çıxıb,  hər  ikisinə  fəvvarənin  yanında 
ayrıca yer ayrılmış masaya dəvət etdi. 


                                                     
 
  
                                                                            
                                                    
262 
Günəş hələ qürub etmədiyindən burada cəmi 20-25 müş-
təri vardı. Gülnarə gəldiyi oğlanın sözlərinin yalan olmadı-
ğı  üçün  hərdənbir  ətrafdakı  adamlara  nəzər  yetirmək  məc-
buriyyətində  idi.  Həqiqətən  də  bu  restorana  təşrif  buyuran 
müştərilər  –  istər  kişilər,  istərsə  də  qadınlar  kübarlara  xas 
olan  geyimlərdəydilər.  Kişilər  ziyafətlərdə  olduğu  kimi 
kostyumlar,  qadınlar  isə  dizdən  aşağı  və  sinəsi  ilə  kürəyi 
bağlı  eleqantlı  kostyumlar  və  ya  paltarlar  geymişdilər. 
Masa  arxasında  əyləşənlər  sanki  bura  çörək  yeməyə  yox, 
istirahət  etməyə  gəlmişdilər.  Çünki  onlar  bir-birilərilə 
söhbət edərkən ətrafda olanlara nəzər yetirmirdi-lər.  
Heyrətini  gizlədə  bilməyən  Gülnarə  üzünü  müxbirə 
tutub fərəh hissi ilə dedi: 
-  Əliyusif,  adam  özünü  lap  evdəki  kimi  hiss  edir.  Sanki 
mən  yuxudayam.  Mən  deyərdim  ki,  buradakılar  özlərinə 
hörmət qoyan əsl azərbaycaynlılardır.  
-  Düz  deyirsən,  -  deyə  həmsöhbətinə  təsəlli  verən 
müxbir aludəliklə dilləndi.  - əxlaqı olmayan,  mədəniyyətin 
nə  olduğunu  bilməyən  kəsləri  azərbaycanlı  adlandırmağa 
adamın  dili  gəlmir.  Ona  görə  ki,  onlar  evlərində  əxlaq 
tərbiyəsini görməyiblər.  
Elə  bu  dəm  də  İbrahim  onlara  yaxınlaşıb  nə  yeyəcək-
lərini soruşdu. Əliyusif belə olan halda qonağının sifarişini 
gözləməyə başladı. Gülnarə isə həmin an başını aşağı salıb 


                                                     
 
  
                                                                            
                                                    
263 
qarşısındakı  vazadakı  gülləri  nəzərdən  keçirməyə  başladı. 
Əliyusif onun vəziyyətini görüb ərkanla dedi: 
-  İbrahim,  mənə  elə  gəlir,  yarpaq  dolması,  toyuq  cığırt-
ması  və  məsləhətli  salatlar  olsa,  hər  ikimizin  ürəyindən 
olar.  
Bu  sözlərdən  sonra  restoran  müdirini  gülmək  tutdu.  O, 
sol əlini sinəsinin üstünə qoyaraq giley-güzarla dedi: 
-  Qardaş,  bağışla  məni,  sən  özünü  burada  elə  aparırsan 
ki,  sanki  yad  bir  adamsan.  Ürəyindən  keçən  sifarişi  et. 
Unutma ki, bura sənin qardaşının obyektidir.  
- Çox sağ ol, sənə öz minnətdarlığımı bildirirəm. Amma 
mənim verdiyim sifariş bizi qane edir.  
-  Nə  deyirəm  ki.  –  İbrahim  bu  ifadəni  işlədərək  ayağa 
qalxdı və “Əfsanə bu masaya sən xidmət edərsən” deyərək, 
onlardan ayrıldı.  
Ondan  sonra  Əliyusif  qızdan  bir  qədər  sərbəst  olmasını 
xahiş etdi. Başını dik qaldıran Gülnarə utancaq halda dedi: 
-  Əliyusif,  biz  burada  bir-iki  fincan  kofe  içsək  kifayət 
edər. Sən dostunu xərcə salmamalıydın. Belə bir vəziyyətdə 
mən özümü narahat hiss edirəm.  
- Bu barədə narahat olmağa dəyməz. İbrahim, mənim ən 
yaxın dostumdur, bizim aramızdan su da keçmir. 
-  Amma  buna  baxmayaraq  mən  yemək  istəmirəm.  Əli, 
mənə elə gəlir biz buradan getsək yaxşı olar. 


                                                     
 
  
                                                                            
                                                    
264 
-  Mən  istəmərəm  ki,  hər  hansı  bir  xahişini  yerə  salım. 
Xahişini yerə salsam, Günəşin işığı gözümdə qaranlıq kimi 
görünər.  Lakin  biz  buradan  səbəb  göstərilmədən  ayrılsaq, 
onda  İbrahim  məndən  inciyəcək.  Onsuz  da  o,  qonaqlıq 
verməsə, bizi buradan buraxmayacaq. 
Elə bir az keçmişdi ki, yaşı təxminən 25 olan Əfsanə adlı 
bir  yaraşıqlı  ofisiant  qız  əlində  böyük  podnes  onların 
masasına yaxınlaşdı və gətirdiyi bir neçə salat, camış qatığı, 
narşərab,  doğranmış  pendir,  şirə  və  mineral  suyu  masanın 
üstünə boşaldıb geri qayıtdı.  
Əliyusif  şaftalı  şirəsini  stəkanlara  süzəndə  hiss  etdi  ki, 
qarşısındakı  qız  onu  mənalı  baxışları  ilə  süzür.  Müxbir 
onun gözlərinə baxada ürəyi çırpınmağa başladı. Ona görə 
ki, bu adi baxışlar deyildi. Yalnız məhəbbət sferasına düşən 
insan  belə  bir  mənalı  baxışların  sahibi  olurdu.  Bir  anda 
oğlanın  nitqi  ağzında  qurudu.  Bundan  sonra  Gülnarə 
baxışlarını  ondan  ayırıb  restoranın  ansamblının  çaldığı 
musiqiyə qulaq asmağa başladı. 
Arada sükut yaransa da Əliyusif həmin sükutu pozmağa 
cürət  etmədi.  Bu  vaxt  ofisiant  qız  süfrəyə  isti  yeməkləri  - 
dolma,  cığırtma,  lülə  və  balıq  kabablarını  boşaldıb  geri 
qayıtmaq  istədi.  Lakin  müxbir  onu  saxlayıb  fəhmsizliklə 
dedi: 
- Əfsanə xanım, lülə ilə balıq kababları burada artıqdır.  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə