Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə69/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   64   65   66   67   68   69   70   71   72

                                                     
 
  
                                                                            
                                                    
273 
-  Taleyin  işinə  bir  bax,  bizimkilər  məni  zorla  evləndir-
mək üçün qız evinə gedirlər, səninkilər isə səni ərə vermək 
üçün, səndən xəbərsiz oğlan evi ilə sövdələşmə aparıblar.  
Qızının bu fikri ananı təşvişə saldı. Odur ki, o, qonaqları 
bikef və narahat halda qarşılamalı oldu.  
Əliyusif  Arifin  sol  tərəfində  masanın  küncündə 
Qənirədən  uzaq  bir  yerdə  əyləşdi.  Ondan  solda  eyvanın 
giriş qapısı yerləşirdi. Qənirədən başqa Məkanə də qızı ilə 
birlikdə  qonaqların  qabağına  çıxmışdı.  Xədicə  ev  yiyəsini 
kifayət  qədər  tanıyırdı  və  onun  həyat  yoldaşının  Qarabağ 
müharibəsində şəhid olmasından hali idi.  
Ofeliya  ilə  Xədicənin  ağız  dolusu  qızı  tərifləməsi  və 
şirin  ifadələrin  fonunda  gələn  oğlanın  kölgədə  qalması 
müxbirin planlarına daxil deyildi. Artıq gün kimi aydın idi 
ki,  bir  yerdə  çalışan  rəfiqələr  ikiəlli  razı  idilər  ki,  adları 
çəkilən cavanlar bir-biriləri ilə ailə həyatı qursunlar.  
Bikef  olan  Qənirənin  ürəyi  yavaş-yavaş  açılmağa 
başladı. Lakin Əliyusif hələ də fikirli halda əyləşərək, içəri 
daxil olacaq qızın hansı qiyafədə olmasını və burada özünü 
necə  aparmasını  səbirsizliklə  görmək  istəyirdi.  Mədinə 
qızların otağına gedib orada qardaşının tərifi ilə məşğul idi. 
Məclisdə yüksək əhval-ruhiyyə yaratmağa çalışan Ofeli-
ya hərdənbir səbəbkara söz atmaqla elə hey istəyirdi ki, o, 


                                                     
 
  
                                                                            
                                                    
274 
dialoqa cəlb olunsun. Lakin elə səhər tezdən qanı qara olan 
Əliyusifin hal-əhvalı yaxşılığa doğru dəyişmirdi. 
Bir  neçə  dəqiqə  keçəndən  sonra  Gülarə  ilə  Mədinə, 
əllərində  doğranmış  meyvə  ilə  dolu  olan  nimçələrdə  içəri 
daxil oldular. Nimçənin biri Arif ilə Əliyusifin, o birisi isə 
masanın o biri başına qadınların qabağına qoyuldu.  
Əliyusif Gülarəni görən kimi utancaq halda dərhal başını 
aşağı  saldı  və  bundan  sonra  nə  edəcəyini  aydınlaşdıra 
bilmədi. Onun təbiətində elə bir xasiyyət  yox idi ki, əsaslı 
səbəb göstərilmədən kimisə acılayıb xətrinə dəysin.  
Qızın  əynində  qəhvəyi  rəngdə  şalvar  və  çəhrayı  rəngli 
uzunqol  köynək  vardı.  Saçını  arxaya  darayan  Gülarə  zöv-
qünə  uyğun  makiyaj  etmiş  və  boynundan  qızıl  medalyon 
asmışdı.  
Gülarə  anası  ilə  Xədicənin  arasında  əyləşərək  söhbətə 
qulaq  asmağa  başladı.  Sıxıntı  işərisində  olan  müxbir  qəti 
olaraq  həmin  səmtə  nəzər  salmırdı.  Elə  bu  an  onun  mobil 
telefonu  zəng  çaldı.  Əliyusif  nömrəyə  baxanda  gördü  ki, 
zəng  edən  Gülnarədir.  O,  hamıdan  üzr  istədi  və  sərbəst 
danışmaq  üçün  eyvana  çıxdı.  Müxbir  qızın  nömrəsini 
yığaraq, onlarda vəziyyətin necə olduğunu soruşdu.  
-  Əliyusif,  açığını  desəm,  qanım  çox  qaradır  və  bu  sə-
bəbdən qonaqlara xoş gəldim deməmişəm. Səhər açılandan 
anamla mübahisə etmişəm.  


                                                     
 
  
                                                                            
                                                    
275 
-  Sən  çalış  bir  qədər  özünü  ələ  al.  Ananla  söz  güləşdir-
mə. Vəziyyətin gərginləşməməsi üçün güzəştə get.  
-  Əliyusif,  mən  özümlə  bacarmıram.  Adamı  da  xahişlə 
və ya zorla ərə verərlər? 
-  Səbirli  ol.  Əslinə  qalanda  mənim  də  qanım  qaradır, 
amma  mən  özümü  nəzarət  altında  saxlamağa  çalışıram. 
Yaxşı, bəs oğlanı görə bildin? 
-  Xeyr!  Otaqdan  çıxmışam  ki,  hələ  bir  onu  da  görüm. 
Bacımın dediyinə görə oğlan qonaqlarla birgə içəridədir. 
-  Məndə  isə  tamamilə  başqa  cürdür.  Qız  gəlib  masanın 
başında əyləşibdir və bizimkilərlə söhbət edir.  
-  Bu  müasir  təlim-tərbiyə  üsuludur.  Demək  olar  ki, 
indiki  ənənələrə  görə  bu  qəbahət  kimi  görünmür.  Yaxşı, 
geyimi necədir, hansı qüsurları aşkarladın? 
-  İş  ondadır  ki,  onun  geyimində  də  qüsur  tapmaq 
çətindir.  
- Qorx ki, sən ümumiyyətlə qüsur tapa bilməyəsən. Onda 
sənin vəziyyətin ağırlaşacaq.  
-  Mən  vəziyyətdən  çıxış  yolu  tapacam.  Səndə  vəziyyət 
necə  olacaq,  bunu  Allah  bilir.  Axı,  sən  oğlanın  üzünü 
görməmisən də.  
- Mən səndən başqa heç kimin üzünü görmək istəmirəm. 
Elə  bu  anda  Əliyusif  gördü  ki,  Qənirə  narahat  halda 
ayağa  qalxıb  qonşu  otağa  keçdi  və  dərhal  müxbirin  mobil 


                                                     
 
  
                                                                            
                                                    
276 
telefonla əlaqəsi kəsildi. Demək olar ki, paralel olaraq onun 
anası  da  masadan  ayrılıb  eyvana  tərəf  gəlməyə  başladı. 
Xədicə eyvana daxil olan kimi emosional tərzdə: 
-  Həya-abırın  olsun  da.  Bu  nə  qabiliyyətdir  nümayiş 
etdirirsən?  Sən  buraya  telefonla  danışmağa  gəlmisən,  ya 
elçiliyə? 
-  Ana,  nə  deyirsən  onu  da  edirəm.  Vacib  söhbətim 
olduğu üçün bura çıxmalı oldum.  
-  Tez  ol,  keç  içəri.  –  deyə  qadın  oğlunun  qolundan 
tutaraq  dartdı.  –  Hansısa  bir  hoqqadan  çıxmaq  istəsən, 
əvvəlcədən xəbər elə.  
Bundan sonra Əliyusif suyu süzülə-süzülə içəri keçdi. O, 
yerində  əyləşən  kimi  baxışları  Gülarənin  baxışları  ilə 
toqquşdu  və  gördü  ki,  qız  onun  hərəkətlərindən  çox 
narazıdır. Həqiqətən də Əliyusifin telefon adı ilə məclisdən 
müəyyən müddət uzaqlaşması, onun mədəniyyətsizliyindən 
xəbər  verirdi.  Müxbirin  bu  hərəkəti  nəinki  ev  sahiblərini, 
hətta  onunla  birlikdə  bura  gələn  Arifgilin  ailəsinə  də  pis 
təsir  göstərmişdi.  Məhz  bundan  sonra  o,  xəcalət  hissi 
çəkməyə başladı. Əliyusif özü anlaya bilmirdi ki, nəyə görə 
o, belə bir qeyri-ciddi addımlara əl atır.  
Bir  az  keçmişdi  ki,  Qənirə  qanı  qaralmış  halda  otağa 
daxil oldu. O, başqa bir otaqda qazandığı qəzəbi daxilində 
boğmağa  çalışsa  da,  sifətinin  cizgiləri  həmin  hissləri 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə