Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə64/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   60   61   62   63   64   65   66   67   ...   72

                                                     
 
  
                                                                            
                                                    
253 
gözünün  qabağında  bənzərsiz  gözəlliyə  malik  olan  rəssam 
qızın çöhrəsi canlanırdı.  
Eyni  vəziyyət  Gülnarənin  evində  də  baş  verirdi.  Qız 
müxbir ilə görüşəndən sonra sanki tilsim altına düşmüşdü. 
Nədənsə, Əliyusifin xasiyyəti onun xoşuna gəlmiş və o, da 
evinə  qayıdana  kimi  ünsiyyətdə  olduğu  oğlanın  surətini 
yaddan çıxara bilmirdi. Gülnarə ona yanaşan oğlanları uzaq 
məsafədə saxlasa da, onların yağlı vədlərinə ciddi əhəmiy-
yət  verməsə  də,  bir  dəfə  söhbət  edən  zaman  onların  hansı 
xasiyyətə  malik  olduğunu  müəyyən  etsə  də,  o,  müxbir  ilə 
olan  hər  bir  görüşü  heç  cürə  yaddan  çıxarda  bilmirdi. 
Üstündən  müəyyən  bir  vaxt  keçsə  də,  ilk  növbədə 
“Relax”dakı  günlər  onun  gözləri  önündə  lent  kimi 
fırlanırdı. Əlbəttə ki, söhbət xoş günlərdən gedirdi. Gülnarə 
həddindən  artıq  təmkinli  və  ağır  təbiətli  qız  olsa  da,  o, 
Əliyusifin varlığı qarşısında aciz görünməyə başladı. O, da 
müxbir kimi öz otağına qapanaraq, özündən asılı olmadan, 
“Relax”da  tez-tez  eşitdiyi  mahnıları  kompüterində  axtarıb 
üzə çıxardı. İlk növbədə o, Könül Kərimovanın ürəkdən ifa 
etdiyi “Bir aləm var” mahnısını taparaq, həmin ürəyə yatan 
musiqi  ilə  səslənən  sözlərə  qulaq  asmağa  başladı.  O, 
mahnının sözlərinə elə qapanmışdı ki, sanki özünü yaradıcı 
insanın yaratdığı təxəyyül aləmində hiss edirdi. 
 


                                                     
 
  
                                                                            
                                                    
254 
                 ...Dünyaya doğulmaqda, 
                    Ürəkdən oxumaqda
                    Sevərək sevilməkdə, 
                    Çırpınan bir ürəkdə
                    Mən Tanrı bəndəsiyəm, 
                    Sevgi dolu səsimdə, 
                    Bir aləm var, bir aləm… 
 
Qızının  özünü  müəyyən  mənada  qapalı  aparması  ananı 
narahat etməyə bilməzdi. Məhz buna görə də o, Gülnarənin 
otağına  gəlib  nə  baş  verdiyini  soruşdu.  Qız  isə  sadəcə 
olaraq  yorğun  olduğunu  bildirib  əsl  səbəbini  gizlətməli 
oldu.  
-  Yaxşı  özünə  güc  ver,  gəl  mətbəxə  çay  içək.  –  ana  bu 
sözləri söyləyərək mətbəxə yollandı.  
Gülnarə  tərbiyəsinə  uyğun  olaraq  tərəddüd  etmədən 
anasının  ardınca  gedib,  vaxt  itirmədən  stəkanlara  çay 
süzdü. Qənirə çayına bir limon atan kimi sözə başladı: 
- Qızım, sən bilirsən də Xədicə xanım sənin xətrini necə 
çox istəyir? Bu istəyi sən öz xarakterinlə qazanmısan.  
-  Elə  mən  də  Xədicə  xanımın  xətrini  çox  istəyirəm.  – 
deyə  Gülnarə  təqdiredici  tərzdə  dilləndi.  –  Ana,  onun 
danışıq  tərzi,  etiketi,  əxlaqı,  mədəniyyəti  hər  bir  kamil 
düşüncəli adamı heyran edə bilər.  


                                                     
 
  
                                                                            
                                                    
255 
-  Gülya,  sənə  əvvəlcədən  demişəm  ki,  Xədicə  xanımın 
oğlunun  tərbiyəsindən,  mədəniyyətindən,  qabiliyyətindən 
mənim xoşum gəlir və belə bir adam hər bir xanımı xoşbəxt 
edə bilər. Məlumatın olsun bildirməliyəm ki, Xədicə xanım 
səni oğluna almaq istəyir.  
Hər  bir  sözə  təmkinlə  yanaşmağı  xoşlayan  Gülnarə  bu 
xəbərdən  qıcıqlanaraq,  yerindəcə  səksəndi.  O,  qamətini 
düzəldib  baxışlarını  masanın  üstündəki  kitaba  dikərək, 
ciddi halda dedi: 
- Ana, mənim Xədicə xanıma olan hörmətim çox böyük-
dür, amma belə bir təklif mənim üçün gözlənilməzdir. Ona 
görə ki, mən onları özüm üçün ailəvi dost sayıram.  
- Xədicə xanım sənin xasiyyətinə vurulduğu üçün bizim-
lə qohum olmaq istəyir. Elə onun oğlunun da xasiyyəti çox 
gözəldir.  Etiraf  etməliyəm  ki,  siz  hər  ikiniz  bir-birinizə 
yaraşırsınız. Həm də həmin oğlan bir dəfə bacınla ünsiyyət 
qurmaqla o, Gülarənin də xoşuna  gəlibdir.  
-  Ana,  sən  yaxşı  bilirsən  ki,  nə  mən,  nə  də  bacım  heç 
vaxt sənin sözündən çıxmamışıq. – deyə bir qədər daxilində 
götür-qoy  edən  rəssam  qız  təmkinlə  dilləndi.  –  Amma  bu 
məsələdə  mən  müstəqil  olsam,  daha  yaxşı  olar.  Çünki 
oğlanın xasiyyətinin necə olduğunu məndən başqa heç kim 
yaxşı bilməz. Ona görə ki, onlarla səmimi ünsiyyətdə olan 


                                                     
 
  
                                                                            
                                                    
256 
zaman  həmin  adamların  nəyə  qadir  olduqlarını  söhbət 
əsasında müəyyən edə bilərəm. 
-  Qızım,  qorxuram  bəxtinə  tamamilə  naqis  bir  insan 
çıxsın. – deyə ziyalı qadın nigarançılıqla dilləndi.  - Ondan 
sonra  mən  sənin  əzab-əziyyətlərinə  tab  gətirə  bilmərəm. 
İndiki boşanmaların sayını eşidəndə tüklərim biz-biz durur.  
- Sən məni başqaları ilə səhv salma. – deyə ifadələrində 
diqqətli olan Gülnarə səmimiyyətlə dilləndi. - Boşananların 
əksəriyyəti  ülvi  hissləri  unudub,  maddi  nemətlər  ardınca 
gedənlər  və  özlərini  təkəbbürlü  aparan  nadanlardır. 
Neynəyirəm qızıl teşti, sonra da içinə qan qusum. 
- Elə Xədicənin də oğlu kasıb, nəzakətli və ailəcanlı bir 
adamdır.  Ağlıma  belə  gətirə  bilmərəm  ki,  elə  bir  oğlan  nə 
vaxtsa, sənin kimi qızın xətrinə dəyər. 
-  Ana,  mənə  elə  gəlir,  öz  seçimimi  mənim  ixtiyarıma 
buraxsan  daha  yaxşı  olar.  Mən  elə  bir  oğlanla  izdivac 
quracam ki, o, məndən çox sənin ürəyinə yatacaq.  
- Qızım, gəl sən məni rəfiqəmin yanında üzüqara etmə. – 
deyə  Qənirə  yavaş-yavaş  qəzəblənməyə  başladı.  –  Artıq 
Xədicə səninlə bağlı mənim qapıma gəlmək istəyir. Mən də 
ona söz vermişəm ki, qapım həmişə sənin üzünə açıqdır.  
- Sən nə danışırsan? – deyə qız hiddətləndi. – Nəyə görə 
mənim yerimə cavab vermisən?  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə