Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə60/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   56   57   58   59   60   61   62   63   ...   72

                                                     
 
  
                                                                            
                                                    
237 
- Allahımdan razıyam ki, gec də olsa ədalət bərpa olun-
du.  Xanım,  təsəvvür  edirsiniz,  bu  haqsızlığa  görə  mən  nə 
qədər  sarsıntılar  keçirmişəm.  İndi  isə  qanadlarım  olsaydı, 
mən sizin qarşınızda uçardım. 
- Bu məsələnin üstü açılanda mən xəcalətdən özümə yer 
tapa bilmirdim. 
Gülnarə qara uzun saçlarını arxaya darayıb, dizdən aşağı 
geydiyi  düz  paltarın  arxasına  tökmüşdü.  Əynindəki  boz 
paltosunun  yaxası  açıq  idi.  Seyrək  saçının  bir  neçə  topa 
dənəsi alnına töküldüyündən onun yaraşıqlı siması daha da 
heyranedici  görünürdü.  Əliyusifin  çaşqın  vəziyyətdə 
olmasına,  uzun  müddətli  stressdən  çıxmasına  baxmayaraq, 
o, qızın füsünkar gözəlliyi qarşısında daha da əridi və indiki 
məqamda onun hansı təbii silaha malik olmasını dərk etdi. 
O, öz baxışları ilə qızı qıcıqlandırmamaq üçün gah ona, gah 
da  ətrafda  olan  insanlara  ötəri  nəzər  sala-sala  səmimi  söh-
bətə başladı. Əliyusif bənizinə sadə görkəm verib təmkinlə 
dedi:  
-  Gülnarə  xanım,  həmin  çirkin  hadisə  ilə  bağlı  mən,  bu 
bir  neçə  ayı  stress  altında  olmuşam.  Bu  müddət  ərzində 
məni bircə sual düşündürürdü, kişiliyə xas olmayan həmin 
naqis  hərəkəti  kim  həyata  keçirib?  Yaxşıdır  ki,  bizimlə 
yanaşı  orada  saf  qəlbli,  hər  şeyə  obyektiv  qiymət  verməyi 
bacaran  adamlar  vardı.  Elə  götürək,  sizinlə  dostluq  edən 


                                                     
 
  
                                                                            
                                                    
238 
Sənubər xanımın oğlu Ürfanı. O, olmasaydı, həmin məsələ 
mənim  üçün  qaranlıq  görünəcəkdi.  Məlumatınız  olsun 
deyim  ki,  Ürfan  istirahət  kompleksində  mütəmadi  olaraq, 
video  kamera  ilə  çəkilişlər  aparıbdır  və  orada  olan 
kadrlardan,  təxmini  demək  olar  ki,  həmin  naqis  hərəkətin 
müəllifi Natiq adlı xain xislətli ünsürdür.  
-  Doğrudan  deyirsiniz?  –  deyə  rəssam  qız  təəccübləndi. 
–  Halbuki  o,  mənə  israrla  deyirdi  ki,  həmin  hadisəni  siz 
törətmisiniz.  
- Həmin suala cavab tapmaq üçün, mən Ürfana deyərəm, 
siz  də  həmin  gün  pələmənin  yanında  çəkilən  kadrlara 
tamaşa edə bilərsiniz.  
-  Onda  mən  Sənubərlə  əlaqə  saxlayıb,  həmin  çəkilişləri 
əldə edərəm.  
-  Gülya  xanım,  mən  sizi  kamil  səviyyəli  qız  kimi 
tanıdığım üçün əvvəlcədən bilirdim ki, bu məsələnin üstünü 
mənim iştirakım olmadan, məhz özünüz açacaqsınız.  
-  Yaxın  rəfiqələrim  olmasaydı,  bu  məsələnin  üstü  gec 
açılacaqdı. Deməli, həmin xeyirxah addım ilə onlar savab iş 
qazandılar.  
Etirafdan  sonra  rahat  nəfəs  alan  müxbir  yavaş-yavaş 
nəzərlərini yalnız həmsöbətinin gözəl bənizinə yönəltməyə 
başladı.  O,  fikir  verdi  ki,  qızın  ona  olan  münasibəti  xeyli 
loyaldır. Çünki etiraf olandan sonra Gülnarə vaxt itirmədən 


                                                     
 
  
                                                                            
                                                    
239 
buradan uzaqlaşmalıydı. Lakin hava mülayim olmasa belə, 
qız hələ də həmsöhbətindən ayrılmaq istəmirdi. Bu məqam-
da  fürsətdən  istifadə  edən  müxbir,  cəsarətlənərək  rəssam 
qıza  kofe  içmək  üçün  yaxınlıqdakı  kafeyə  getməyi  təklif 
etdi. Gözlənilməz olmasa da Gülnarə həmin təklifə etirazını 
bildirdi, lakin Nizami  muzeyinin  yerləşdiyi binanın birinci 
mərtəbəsində  fəaliyyət  göstərən  kitabxanaya,  məmnu-
niyyətlə bir yerdə getməyə etiraz etmədi.  
Son  zamanlar  gözlənilməz  hadisələrlə  üzləşən  Əliyusif 
üçün bu təklifin özü gözlənilməz idi.  Ona görə ki, dünənə 
kimi özünə hesab etdiyi bir xanımla o, hazırda bir yerdə idi 
və  onunla  bərabər  yol  yoldaşlıq  edirdi.  Müxbiri  maraqlan-
dıran o idi ki, necə oldu, lap anlaşılmamazlıq olsun belə, elə 
bir qalmaqallardan sonra Gülnarə onunla birlikdə yol gedir? 
Düşüncələr  içərisində  olan  rəssam  qız  özü  anlaya  bilmirdi 
ki,  nəyə  görə  dünənə  kimi  zəhləsi  getdiyi  bir  adamla, 
cəmiyyət arasında ayaq döyür?  
Addımlarını  qədim  Bakının  köhnə  küçələri  ilə  atan 
Əliyusif  hələ  də  gözlərinə  inanmırdı  ki,  o,  belə  bir  gözəl, 
əxlaqlı,  tərbiyəli  və  ağıllı  bir  qızla  yol  gedir.  Əhval-
ruhiyyəsinin 180 dərəcə yaxşılığa doğru dəyişən müxbir elə 
zənn  etdi  ki,  yanındakı  qız  vaxtilə  ona  qarşı  kin-küdurət 
bəsləsə də, indi onunla yaxından dost olmaq niyyətindədir. 
Elə bu an onun yadına anasının qız almaq üçün Qənirənin 


                                                     
 
  
                                                                            
                                                    
240 
evinə  getməsi  düşdü.  Axı,  Xədicə  istəyirdi  ki,  məhz 
Gülnarə  onun  evinin  gəlini  olsun.  Nəyin  bahasına  olursa-
olsun, həmin izdivacın qarşısı alınmalıydı. Əks təqdirdə iki 
rəfiqə arasında böyük biabırçılıq yaranacaq.  
Kitabxanaya  uzanan  küçə  ilə  nə  qədər  addım  atılırdısa, 
müxbirin ürəyi daha güclü titrəyişlərə məruz qalırdı. Onun 
qıza  olan  bağlılığı  daha  da  möhkəmlənirdi.  Əliyusif  hər 
addımında  istəyirdi  ki,  qızın  əlindən  tutsun,  lakin  son 
məqamda o, özünü ələ almağa çalışırdı.  
Onlar  kitabxanaya  girəndə  Gülnarə  tərəddüd  etmədən 
fəlsəfə  və  əxlaqla  bağlı  kitabları  nəzərdən  keçirməyə 
başladı.  Həmin  kitabların  müəllifi  əsasən,  antik  dövrdə, 
erkən və orta əsrlərdə yaşayan alimlərin əsərləri idi. Böyük 
bir seçim qarşısında qalan rəssam qız orta əsrlərdə yaşamış 
görkəmli Azərbaycan alimi Mühəmməd Nəsirəddin Tusinin 
ərsəyə gətirdiyi “Əxlaqi Nasiri” əsərinin üzərində dayandı. 
Əliyusif yanındakı xanımın belə bir kitabı əldə etməsindən 
heyrətə gəlib, ona daha da məftun oldu.  
Məhz  həmin  məqamda  Gülnarə  gözlənilmədən  kitabı 
müxbirə uzadıb, ona da bu əsəri oxumağı tövsiyyə etdi. O, 
dedi:  
- İnsan yüksək əxlaqa nail olmaq üçün mütləq bu kitabı 
bir  neçə  dəfə  oxumalıdır.  Bu  insan  üçün  əsl  ibrət  dərsi 
sayılır. 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə