Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə58/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   54   55   56   57   58   59   60   61   ...   72

                                                     
 
  
                                                                            
                                                    
229 
dəyəndən sonra oğlanlara olan inam daha da itdi. Belə olan 
halda indiki zamanda heç bir oğlanın varlığı onun marağın-
da deyildi.  
Qənirə  rəfiqəsini  oğlu  ilə  birlikdə  qarşılamaq  üçün 
hazırlıq  işi  görməyə  başladı.  Sövdələşməyə  əsasən,  qız  ilə 
oğlan  bir-birilərini  görüb  tanımalı,  cüzi  də  olsa, 
xasiyyətlərinə bələd olmalı idilər. Qız evində bütün tədarük 
görüləndən  sonra  Xədicəyə  xəbər  verildi  ki,  onlar  qonaq 
gələ bilərlər.  
Avqust ayının əksər günləri küləklərlə müşayiət olunur-
du. Elə ayın son günlərində də hava yay fəslinə uyğun heç 
də  xoş  keçmədi.  Küləyin  əsməsi,  hava  temperaturunun  bir 
neçə dərəcə aşağı düşməsi, yayın əvvəlki aylarına nisbətən, 
Abşeron  yarımadasının  sahillərində  yerləşən  kəndlərdə  və 
çimərliklərdə  basırıq  yaratmırdı.  Sentyabr  ayı  da  demək 
olar ki, sərin keçdi. 
Havalar bir qədər mülayimləşəndən sonra Əliyusif yeni-
dən  “Azərnəşriyyat”da  peyda  oldu.  O,  “Azərnəşriyyat”da 
olan zaman Ürfan ona zəng edib onunla təcili olaraq görüş-
mək  istədiyini  bildirdi.  Əliyusif  tərəddüd  etmədən    onu 
Elmlər Akademiyasının bağında görüşə dəvət  etdi. Bir qə-
dər söhbətdən sonra Ürfan birbaşa mətləbə keçdi. O, dedi:  
-  Əliyusif,  bu  yaxınlarda  mən  kompüterdə  çəkdiyim 
materialı nəzərdən keçirirdim. Ola bilsin, geçikdiyimə görə 


                                                     
 
  
                                                                            
                                                    
230 
sən  məni  qınayacaqsan.  İş  ondadır  ki,  həmişə  mən  həmin 
çəkilişə  evimizə  gələn  qonaqlarla,  dost-tanışlarla  baxaraq, 
öz  təəssüratlarımı  bölüşürəm.  Lakin  bu  yaxınlarda  mən 
evdə tək olan zaman həmin kadrlara baxanda vizual görün-
tülərdə  qəribə  kadrlarla  rastlaşdım.  Səninlə  iğtişaşda  olan 
Natiq  pələmənin  yanından  ötüb  meşənin  ərazisinə  daxil 
olanda  onun  əynində  tünd  göy  rəngində  balonka  idman 
paltarı,  oradan  qayıdan  da  isə  dizdən  aşağı  brici  şalvar  və 
uzunqol köynək olur.  
-  Ola  bilsin,  hava  isti  olub  o,  da  idman  paltarını 
soyunubdur.  –  deyə  müxbir  bu  məlumatın  ciddiliyinə 
əhəmiyyət vermək istəmədi.  
- Əgər elədirsə, onda Natiqin əlində bağlama olmalı idi. 
Amma  onun  əlində  heç  nə  yox  idi.  Burada  böyük 
anlaşılmamazlıq yaranır.  
Artıq  bu  məlumat  müxbiri  düşündürməyə  vadar  etdi. 
Məhz bu məqamda Əliyusif öz beynində götür-qoy etməyə 
başladı. Əgər, hər şey Ürfanın dediyi kimidirsə, onda bütün 
bu  işləri  elə  Natiqin  özü  qurubdur.  Mütləq  şəkildə  bu 
məsələnin üstünü açmaq lazımdır. Həqiqət üzə çıxsa, onda 
Natiq və onun kompaniyası ifşa olunacaq,  mən isə rəssam 
qızın qarşısında bəraət qazanacağam. İşdir, həmin işin üstü 
açıldı, bəs mən haradan həmin qızı axtarıb tapacağam? Axı, 
məndə  onunla  əlaqə  saxlamaq  üçün  heç  bir  oriyentir  yox-


                                                     
 
  
                                                                            
                                                    
231 
dur.  Onun  axtarılıb  tapılması  üçün,  elə  Ürfanın  anası 
köməklik  göstərə  bilər.  Çünki  Sənubər  rəssam  qızla  dost-
laşmış və günün əksər hissəsini onunla bir yerdə keçirirdi.  
-  Ürfan,  sən  həmin  çəkilişin  dublikatını  mənə  verə 
bilərsən?  –  deyə  aldığı  məlumatdan  həvəslənən  müxbir 
hərarətlə dilləndi.  
-  Dublikat  üstümdədir.  –  deyə  Ürfan  dilləndi  və  zərfin 
içərisində olan diski cibindən çıxardıb müxbirə uzatdı.  
Bundan  sonra  elə  bil  Əliyusifin  çiynindən  ağır  bir  daş 
yerə  düşdü.  Onun  üçün  qaranlıq  görünən  məsələnin  üstü 
açılmaq üzrə idi.  
-  Ürfan,  tutalım  bu  qurama  işi  təşkil  edən  adamların 
kimliyi  bəlli  oldu,  bəs  mən  onların  ifşa  olunmasını  həmin 
qıza necə sübut edəcəm? Axı, mən onun harada yaşadığını, 
harada  işlədiyini  bilmirəm.  Onu  tapmaq  üçün  anan  mənə 
kömək edə bilər? 
-  Bu  haqda  mən  anama  deyərəm.  –  deyə  Ürfan  bikef 
halda  dilləndi.  –  Mənə  elə  gəlir,  bu  bir  qədər  çətin  olacaq. 
Ona  görə  ki,  həmin  hadisədən  sonra  Natiqgil  səni 
döydükləri  üçün  qız  onları  özünə  müdəfiəçi  kimi  qəbul 
etmiş  və  demək  olar  ki,  o,  iki  dəfə  Natiq  ilə  səmimi 
məcrada söhbət etməyə vaxt tapmışdı. Daha doğrusu, Natiq 
ondan  əl  çəkmədiyi  üçün  qız  onunla  ünsiyyət  qurmaqdan 
vaz keçmirdi.  


                                                     
 
  
                                                                            
                                                    
232 
-  Təəssüflər  olsun  ki,  həmin  qız  yaramaz  oğlanın 
fitvasına uydu. – deyə müxbir məyus halda dilləndi. – Vaxt 
gələcək  qurbana  çevirilmiş  qız  Natiq  ilə  dostluq  etdiyinə 
görə peşman olacaq, amma onda da gec olacaq.  
Beləliklə, Əliyusif səmimiliyi ilə seçilən yeni dostundan 
ayrılıb  birbaşa  evinə  yollandı.  Belə  bir  vizual  görüntülərə 
xüsusi diqqət yetirən müxbir diski kompüterinə salıb, bütün 
görüntüləri nəzərdən keçirməyə başladı. Kadrlardan məlum 
olur  ki,  meşəyə  birinci  Gülnarə,  ondan  sonra  Akif,  daha 
sonra  Natiq,  ən  axırıncı  isə  Əliyusifin  özü  daxil  olur. 
Başqalarına nisbətən yalnız Natiq bir libasda meşəyə daxil 
olmuş  və  başqa  bir  libasda  ordan  çıxmışdı.  Burada  sual 
yaranır, nəyə görə o, paltarını dəyişməyə məcbur olmuşdu? 
Bəlkə,  zərərçəkmiş  qız  ona  təcavüz  edən  adamın  hansı 
libasda olduğunu görmüş, o, da izi itirmək üçün əynindəki 
idman  paltarını  çıxarıb  məhv  etmişdi.  Mütləq  bunu 
aydınlaşdırmaq  üçün  zərərçəkmiş  qız  ilə  görüşmək  lazım 
idi. İndi bütün ümid Sənubərə bağlanırdı.  
Eyforiya  içərisində  olan  müxbirin  əhval-ruhiyyəsi  xeyli 
yaxşılaşmışdı.  Bir  neçə  ay  vicdan  əzabı  çəkən  Əliyusif 
özünün  günahsız  olduğunu  sübuta  yetirmək  üçün,  xeyli 
şans əldə etmişdi. O, çətinlik çəkmədən hər şeyi Gülnarəyə 
izah  etməklə,  təmiz  qəlbli  kövrək  qızın  yanında  bəraət 
qazanacaqdı.  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə