Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə61/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   57   58   59   60   61   62   63   64   ...   72

                                                     
 
  
                                                                            
                                                    
241 
- Hər bir uşaq erkən vaxtı öz valideynindən məhrum olsa 
belə, ali tərbiyəyə və  yüksək əxlaqa sahib olmaq istəyirsə, 
onda  “Əxlaqi  Nasiri”ni  oxumalıdır  və  əminəm  ki,  həmin 
əsər ona böyük yardımçı ola biləcək.  
- Müasir yazarlardan kimlərin əsərlərini oxuyursunuz? – 
deyə qız müəmmalı tərzdə soruşdu. 
-  Mən  əsasən,  istər  yerli,  istərsə  də  əcnəbi  müəlliflərin 
tarixi romanlarına üstünlük verirəm. Amma son... 
-  Sözsüz  ki,  “Qılınc  və  qələm”,  “Bakı  1501”, 
“Xudafərin  körpüsü”,  “Məşhər”  və  başqa  bədii-tarixi 
romanlarla  tanış  olmusunuz?  –  deyə  rəssam  qız  oğlanın 
sözünü kəsərək, maraqla soruşdu.  
-  Məmməd  Səid  Ordubadinin,  Əzizə  Cəfərzadənin, 
Fərman  Kərimzadənin,  İsa  Muğannanın  əsərlərini  hələ 
məktəblik  illərində  oxusam  da,  mən  indi  də  həmin 
kitabların  səhifələrini  vərəqləyirəm.  Amma  son  illər  mən 
tarixi əsərlərlə yanaşı siyasi detektivlə də maraqlanır və bu 
sahədə Çingiz Abdullayevin əsərlərinə müraciət edirəm.  
-  İndi  Azərbaycanda  ən  çox  oxunan  və  ən  çox  satılan 
Çingiz  Abdullayevin  əsərləridir.  –  deyə  söhbətdən 
həvəslənən  qız  səbirsizliklə  dilləndi  və  əli  ilə  divardakı 
rəfləri  göstərib  həmin  tərzdə  sözünə  əlavə  etdi.  –  Buna 
bariz  nümunə  rəflərdə  adı  çəkilən  müəllifin  kitablarının 


                                                     
 
  
                                                                            
                                                    
242 
böyük  üstünlük  təşkil  etməsidir.  Çingiz  Abdullayev  bizim 
ölkədə ən çox tanınan qələm ustasıdır. 
- İcazənizlə mən bir qədər əlavə etmək istəyirəm. – deyə 
müxbir  sıxıla-sıxıla  dilləndi  və  qamətini  düz  tutub 
ehtiramla  sözünə  əlavə  etdi.  –  Çingiz  Abdullayev  yazdığı 
əsərlərin  sayəsində  nəinki  Azərbaycanda,  hətta  bir  çox 
ölkələrdə kifayət qədər tanınmış qələm ustasıdır. Onun bir 
azərbaycanlı kimi məşhur yazıçılarla rəqabət aparması məni 
həddindən  çox  heyrətləndirir.  Lakin  təəssüflər  olsun  ki, 
bizim  televiziya  kanalları  demək  olar  ki,  ANS-dən  başqa 
onun təbliğatı ilə, heç bir əməli iş görmür. Halbuki o, bizim 
hamımızın fəxr etdiyimiz nur saçan ziyalımızdır. 
- Çingiz Abdullayev yaradıcı bir insan kimi bütün ömrü 
boyu  insanları  anlamaqla,  dünyanı  dərk  etməklə  məşğul 
olur. O, idraksız yaşaya bilmir.  
Necə  ki,  mən  Bakıda  oturub  Qabriel  Markesin,  Paolo 
Koelyonun,  Çarlz  Verlindenin,  Çarlz  Hepqutun  əsərlərini 
oxuyur,  eləcə  də  Londonda,  Parisdə,  Madriddə,  Berlində, 
Budapeştdə,  Osloda,  Moskvada,  Sankt-Peterburqda  və 
digər  şəhərlərdə  yaşayan  sakinlər  Çingiz  Abdullayevin 
əsərlərini oxuyaraq, onlardan böyük həzz alırlar. Mən fəxr 
edirəm  ki,  adı  çəkilən  müasirim  və  həmyerlimin  əsərləri 
tərəqqipərvər  insanları  sevindirir,  həmin  uğur  ilə  başda 
ermənilər olmaqla düşmənlərimizin bağrını çartladır.  


                                                     
 
  
                                                                            
                                                    
243 
Mən özüm, elə orta məktəb illərində tarixi-bədii əsərlərə 
üstünlük  versəm  də,  Artur  Konan  Doyl,  Jorj  Simenon, 
Aqata  Kristinin  də  əsərlərini  xoşlamışam.  O  vaxt  həmin 
yazıçıların  yaratdıqları  obrazlar  çoxlarının  dillər  əzbəri 
olmuşdur,  lakin  ağlıma  belə  gəlməzdi  ki,  haçansa  Şerlok 
Holms,  komissar  Meqre,  Erkül  Puaro  səviyyəsində  və 
həmin  cərgəyə  daxil  olacaq  Dronqo  kimi  bir  qəhrəmanı 
mənim  həmyerlim  yetişdirib,  ədəbiyyat  meydanına 
buraxacaq.  Belə  bir  möcüzə  yalnız,  zəkası  ilə  dünya 
ədəbiyyatını  mənimsəyən,  güclü  intellektual  potensiallı 
geniş  dünyagörüşünə  malik  olan  Çingiz  Abdullayev 
tərəfindən yarana bilərdi.  
Xüsusilə,  onu  qeyd  etmək  istəyirəm  ki,  Çingiz 
Abdullayevin  səviyyəli,  bacarıqlı,  Avropa  oxucularının 
nəbzini tuta bilən bir yazıçı kimi, zəngin biliyə malik olan 
yaradıcı  bir  insan  kimi  yetişməsində  valideynlərinin  də 
böyük rolu olubdur. 
-  Belə  bir  istedadlı  yazçıya  dövlət  qayğısı  lazımdır. 
Cəsarətlə  demək  olar  ki,  müasir  qələm  sahiblərindən  bir 
neçəsini çıxmaqla, onun kimi Azərbaycanı xarici ölkələrdə 
tanıtdıra  bilməyibdir.  Çünki  məhz  onun  əsərləri  bir  çox 
xarici  ölkələrdə  yaşayan  potensial  oxucuların  qəlbinə  yol 
tapa bilibdir.  


                                                     
 
  
                                                                            
                                                    
244 
Fərəhli haldır ki, onun 160-dan çox əsəri işıq üzü görüb 
və yazdığı əsərlərə dair 10-a yaxın bədii film çəkilibdir və 
xüsusilə də, qeyd etmək istəyirəm ki, həmin filmlər əcnəbi 
rejissorlar  tərəfindən  Azərbaycanın  hüdudlarından  kənarda 
çəkilibdir. Belə bir uğur hər nasirə nəsib olmur.  
25  milyon  tirajdan  çox  çap  olunan  və  30  dilə  yaxın 
tərcümə  olunan  əsərlərinin  oxucu  kontingenti  isə  bir  çox 
sahələrdə  çalışan  sıravi  adamlardan  başqa,  həm  də  siyasi, 
dövlət və ictimai xadimlərdir.  
- Elə bu səbəbdən onu qəlblərin fatehi adlandırmaq olar.  
-  Bu  bir  həqiqətdir  ki,  dünya  şöhrətli  ədiblər  əsl  fateh-
lərdir.  –  deyə  qız  düşüncələr  əhatəsində  dilləndi.  –  Make-
doniyalı  İsgəndər,  Attila,  Teymurləng,  Məhmət  Sultan  və 
başqa  dahi  sərkərdələr  ölkələri  fəth  etməklə,  tarixin 
səhifələrinə fateh kimi düşsələr də, onları tam şəkildə fateh 
adlandırmaq olmaz, ona görə ki, onlar ölkələri fəth etsələr 
də, orada yaşayan xalqların qəlbini fəth edə bilməmişdilər. 
Əsl fateh isə zor gücünə yox, gərək xeyir əməllər sayəsində 
insanların  qəlbini  fəth  etməlidirlər,  necə  ki,  həmin  işin 
öhdəsindən  yaradıcı  insanlar,  alimlər,  xeyriyyəçilər  və 
humanistlər gəlirlər.  
Çingiz  Abdullayevin  əsərləri  hər  il  yeni-yeni  ölkələrin 
sərhədlərini  keçir,  onun  ədəbi  külliyyat  ordusu  əcnəbi 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə