Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə59/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   55   56   57   58   59   60   61   62   ...   72

                                                     
 
  
                                                                            
                                                    
233 
Paralel  olaraq  Gülnarə  də  ədalətin  zəfər  çalması  üçün 
Əliyusif  ilə  görüş  təşkil  etməyi  planlaşdırırdı.  İndi  onun 
əsas problemi bu məsələnin üstünün açılması deyildi. Əsas 
problem  onu  oğluna  almaq  istəyən  Xədicənin  evlərinə 
mütəmadi  olaraq  təşrif  buyurması  idi.  Axı,  axırıncı  dəfə 
Xədicə onlara gələndə, qız oğlanı görmək üçün öz razılığını 
bildirmişdi. 
 
 
 
 
 
    
XXI fəsil. Rəssam qız şərə saldığı oğlana 
 
                          üzrxahlıq bildirir 
 
 
Əliyusif  dostunun  xahişi  ilə  yenə  də  Şirvanşahlar  sara-
yında  ekskursovod  funksiyasını  yerinə  yetirəcəkdi. Günor-
tadan  sonra  Türkiyədən  gələn  qonaqları  tarixi  abidənin 
kompleksi ilə tanış edən müxbir onları gəldikləri yol ilə də 
geri  yola  saldı.  İş  vaxtının  başa  çatmasına  az  qalmış 
Əliyusif  hərəmxananın  hovuzuna  yaxın  bir  yerdə  kölgəlik 
tapdı.  Muzeyin  rəhbərliyi  onun  iş  üslubunu  görüb,  ehtiyat 
ekskursovodun xidmətindən razı qaldığını bildirmişdilər.  


                                                     
 
  
                                                                            
                                                    
234 
Yüksək əhval-ruhiyyə ilə kompleksdən çıxmağa hazırla-
şan  Əliyusif,  hovuzun  yanında  onu  kiminsə,  kənardan 
durub  süzdüyünü  hiss  etdi.  O,  dönüb  həmin  istiqamətə 
nəzər  salanda  yerindəcə  donub  qaldı.  Onu  süzən  gözəlliyə 
bənizi  ilə  nur  saçan  Gülnarə  idi.  Rəssam  qız  Sənubərlə 
durub  məzlum  şəkildə  müxbirə  baxırdı.  Əliyusif  qızın 
üzündəki  mimikadan  hiss  etdi  ki,  o,  nəsə  demək  istəyir. 
Evlərinə  getməyə  hazırlaşan  personalın  ərazidə  var-gəl 
etməsi, arada çaşqınlıq yaradırdı.  
Gülnarə əlindəki fotoaparat ilə ətrafdakı tarixi abidələrin 
şəkilini çəkə-çəkə qeyri-ixtiyari halda “münəccim” gümbə-
zinə  girdi.  Çıxılmaz  vəziyyətdə  qalan  müxbir  bilmədi  nə 
etsin.  Əliyusifin  fikirincə,  rəssam  qız  hələ  də  onu  özünə 
qarşı  təcavüz  etməkdə  ittiham  edə  bilərdi.  Lakin  indiki 
məqamda həmin məzlum qızın qarşısında bəraət qazanmaq 
üçün əlverişli şans yaranırdı.  
Nə  edəcəyini  bilməyən  müxbir  sıxıla-sıxıla  buradan 
uzaqlaşaraq qapıya tərəf getməyə başladı. Əliyusifin əlində 
günahsız  olduğu  barəsində  dəlillər  olsa  da  o,  hələ  də  zənn 
edirdi  ki,  Gülnarə  olmazın  ittihamlarla  onun  ünvanına 
təhqiramiz sözlər söyləyib, onu burada biabır edəcək. 
Narahatlığını gizlətməyən müxbir fikirli halda çıxacaqda 
yerləşən  darvazaya  yaxınlaşdı.  Sarayın  qarşısında  insanlar 
çox  olmasa  da,  Əliyusif  pillənkanlardan  aralanan  kimi 


                                                     
 
  
                                                                            
                                                    
235 
orada  Sənubər  ilə  üzləşdi.  Gülnarə  onun  arxasında 
dayanaraq, gözlərini buradan görünən minarənin günbəzinə 
dikmişdi.  Müxbir  rəssam  qız  ilə  üzləşməkdən  ehtiyat  etsə 
də,  o,  hiss  etdi  ki,  onlar  bilərəkdən  burada  dayanıb  onu 
gözləyirlər.  
Əliyusif  salamlaşan  kimi  Sənubərin  kef-əhvalını 
soruşdu.  Qadın  isə  hər  ikisinin  arasında  dayanaraq,  hər 
şeyin yaxşı olduğunu bildirdi və hara gedəcəyini xəbər aldı. 
Əliyusif  Sənubərlə  söhbət  edən  zaman  Gülnarənin,  bu 
ünsiyyətə görə sərt reaksiya vermədiyinə fikir verdi. Məhz 
belə  bir  yanaşmadan  sonra  müxbir  gördü  ki,  rəssam  qız 
Sənubəri  yanına  çağırıb  ona  pıçıltı  ilə  nə  isə  dedi.  Lakin 
belə  hallarda  fürsəti  əldən  vermək  istəməyən  Əliyusif  ona 
daha  da  yaxınlaşaraq,  “Sənubər  xanım  məni  şərləyiblər. 
Mənim  yanınızdakı  xanımın  qarşısında  heç  bir  günahım 
yoxdur” – dedi. Ovqatını pozmayan qadın isə vacib söhbət 
olduğu  üçün  o,  sabah  saat  12-də  Sabir  bağına  gəlməyini 
xahiş  etdi.  Bu  xəbər  Əliyusifin  ürəyindən  olduğu  üçün  o, 
dönə-dönə Sənubərə öz minnətdarlığını bildirdi. 
Günorta  çağı  şəhərdə  olan  hər  bir  kəsdə  bayram  əhval-
ruhiyyəsi vardı. Əliyusif bu vaxt İçərişəhərin qala divarına 
bitişik  olan  bağdakı  skamyaların  birinin  yanında  dayanıb, 
ətrafdakı adamların hərəkətlərini nəzərdən keçirirdi. Burada 
var-gəl edən adamların əksəriyyətini, şəhərə turist qismində 


                                                     
 
  
                                                                            
                                                    
236 
təşrif buyuran əcnəbilər təşkil edirdi. Onlar əsasən, burada 
qala  divarının  yanında  şəkil  çəkdirərək,  oranın  tikilişi  və 
arxitektura  stili  ilə  maraqlanırdılar.  Baki  tolerantlar  şəhəri 
olduğundan,  milliyyətindən  və  dinindən  asılı  olmayaraq, 
hər bir əcnəbi özünü burada sərbəst hiss edirdi.  
Bir  neçə  dəqiqə  keçəndən  sonra,  Əliyusifin  təəccübünə 
rəğmən Gülnarə təkbaşına dahi şairin heykəli qarşısında gö-
ründü.  Onun  gəlişi  müxbiri  riqqətə  gətirdi.  Əliyusif  ayağa 
qalxıb keyimiş halda qarşısındakı qıza nəzər yetirməyə baş-
ladı.  O,  gözlərinə  inana  bilmirdi  ki,  Sabir  bağına  təşrif 
buyuran Gülnarənin özüdür. Müxbir çaşqınlıq içərisində ol-
masına baxmayaraq qıza salam verməyə imkan tapdı. Gül-
narə də oğlanla salamlaşıb birbaşa mətləbə keçdi. O, dedi: 
-  Əliyusif,  yaxşı  bilirsən  ki,  yayda  istirahət  komplek-
sində olanda mənim başıma hansı müsibət gəlmişdi?  
-  Allaha  and  olsun  ki,  bu  işdə  mənim  heç  bir  təqsirim 
yoxdur. – deyə müxbir qorxa-qorxa dilləndi və başını aşağı 
saldı. 
-  Bilirəm.  –  deyə  qız  səbirsizliklə  dilləndi.  -  Təəssüflər 
olsun ki, bu işdə mən yalnız səndən şübhələndim.  
Məhz  bu  sözlərdən  sonra  Əliyusif  ruhən  sakitləşdiyini 
hiss  edərək,  xeyli  dərəcədə  yüngülləşdi.  O,  başını  qaldırıb 
əllərini qarşısında tutdu və sevincək halda dedi:  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə