Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə56/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   52   53   54   55   56   57   58   59   ...   72

                                                     
 
  
                                                                            
                                                    
221 
qız inadla dilləndi. - Müqəssiri başqa adamın qismində ax-
tarmaq lazım idi. Sənə dedim axı, bu işi tamamilə başqa bir 
adam görmək istəmişdi.  
-  Sən  mənə  elə  baxırsan  ki,  guya  həmin  iyrənc  işi  mən 
görmək istəmişəm? – deyə Natiq vəcdə gələrək səsini qızın 
üstünə qaldırdı. – Deyəsən, sən məni həmin binamusla səhv 
salırsan? 
- Xahiş edirəm, üstümə qışqırma, biz burada tək deyilik. 
Sadəcə  olaraq,  mən  demək  istəyirəm  ki,  Əliyusif  günahı 
olmadan  sizin  tərəfdən  döyülübdür.  Məhz  buna  görə  də 
ondan üzr istənilməlidir.  
-  Nə  dedin?  –  deyə  vəcdə  gələn  oğlan  ayağa  qalxdı  və 
sağ  əlinin  yumruğunu  sıxaraq  əsəbi  halda  sözünə  davam 
etdi.  –  Sən  bizi  onun  yanında  əskiltmək  istəyirsən?  Deyə-
sən, mənim kim olduğumu unudursan? 
-  Onda  mən  onu  tapıb,  özüm  sizin  yerinizə  ondan  üzr 
istəyəcəm.  –  ayağa  qalxan  Gülnarə  qətiyyətlə  dilləndi.  – 
Başa  düşmürsən  ki,  həmin  günü  onun  ləyaqəti  və  şərafəti 
alçaldılıbdır? İnsanlarla heyvan kimi davranmaq olmaz. 
-  Sən,  nə  dərəcədə  qədir  bilməz  qızsan.  Mən  sənə  görə 
onu  döymüşən,  indi  isə  deyirsən  ki,  gedib  ondan  üzr  istə-
yim. Çalış bir daha mənim yanımda bu məsələni müzakirə 
etmə.  


                                                     
 
  
                                                                            
                                                    
222 
Bundan  sonra  Gülnarə  söhbəti  yarımçıq  qoyub,  kafe-
dən  getmək  istədiyini  bildirdi.  Onlar  bir  neçə  dəqiqə  də 
burada  qalsalar,  şübhəsiz  ki,  aralarında  güclü  mübahisə 
yaranacaqdı. 
Natiq rəssam qızın yanında olanda əksər hallarda sakit 
və  soyuqqanlı  görünməyə  çalışırdı.  Bir  sözlə  o,  cildə 
girərək  özünü  çox  təmkinli,  ədəb-ərkanlı  aparardı.  Lakin 
Natiq  emosiyalara  qapılanda  həmin  hərəkətlərdən  əsər-
əlamət qalmırdı. Artıq o, nə dərəcə əsəbi olduğunu nümayiş 
etdirdi.  Əsəblərini  cilovlaya  bilməyən  Natiq  həmin 
vəziyyətdə  maşınına  mindi.  İndi  də  o,  bir  qədər  qəzəbli 
halda  sükan  arxasında  maşını  idarə  edirdi.  Natiq  sürəti 
artırır,  sağdakı,  soldakı,  qabağdakı  maşınları  ötür,  yerli-
yersiz  olaraq  siqnallar  verir,  piyada  keçidlərində  yolu 
keçmək istəyənlərə imkan vermir, qabağına çıxan piyadanı 
təhqir edirdi.  
Vəziyyəti  belə  görən  Gülnarə  qorxu  hissləri  keçirə-
keçirə  mütəmadi  olaraq,  maşını  yavaş  sürməsini  ondan 
xahiş edirdi. Lakin bütün bu xahişlərə əhəmiyyət verməyən 
emosional  oğlan  mənzil  başına  tez  çatmaq  üçün  sürəti 
azaltmırdı.  Birdən  maşın  növbəti  zolaqlı  piyada  keçidinə 
çatanda,  oradan  əlində  böyük  olmayan  kardon  qutu  ilə 
ortayaşlı bir kişi keçirdi. Natiq əyləci basanda təkərin altın-
dan çıxan cüyültü səsi yoldan keçəni diksindirdi və o, özün-


                                                     
 
  
                                                                            
                                                    
223 
dən asılı olmayaraq “korsan, görmürsən keçirəm?” – deyə-
rək  qışqırdı.  Belə  bir  ifadəni  özü  üçün  təhqir  hesab  edən 
sürücü  cəld  maşından  düşüb,  həmin  adama  bərk  yumruq 
vuraraq, yerə sərdi. Zərərçəkənin əlindəki qutu yerə düşən-
də içərisindəki uşaq oyuncaqlar asfalta səpələndi.  
Natiqdən  belə  bir  sərt  hərəkəti  gözləməyən  Gülnarə 
cəld  maşından  düşüb,  “sən,  nə  edirsən?”  –  deyərək,  yerə 
sərilmiş  kişiyə  həm  qalxmağa,  həm  də  oyuncaqları  qutuya 
yığmağa  kömək  etdi.  Oğlan  yanındakı  qızın  humanist 
hərəkətlərini  görüb  daha  da  hiddətləndi  və  o,  qızın 
qolundan tutub yuxarı qaldırdı. 
- Sən, nə edirsən? O, yaramaz məni söyür, sən isə ona 
kömək edirsən? 
- Natiq, hər bir narazılığa görə adam qolunun gücündən 
istifadə etməməlidir. – deyə oğlanın saymazyana münasibə-
tini görən qız vəcdə gəldi. - Görmürsən, onu necə vurdun?  
- Sən, bu cındıra görə mənimlə höcətləşmək istəyirsən? 
– deyə Natiq daha da əsəbləşdi.  
- Natiq, danışığına fikir ver. Bir qədər özünü ələ alsan, 
yaxşı olar. 
- Gülya, səndən rica edirəm, keç maşına əyləş. - ətrafda 
olan  insanların  burada  toplaşmasından  təngə  gələn  Natiq 
ciddi halda dilləndi. – Onsuz da əsəblərim yerində deyil.  
- Əsəblərin tam soyumasa, mən maşına əyləşməyəcəm. 


                                                     
 
  
                                                                            
                                                    
224 
- Deməli, sözümdən çıxırsan? – Natiq əsəbdən dişlərini 
sıxaraq ikrah hissi ilə dilləndi və tərəddüd etmədən maşını-
na minib hadisə yerindən uzaqlaşdı. 
Natiqin  qeyri-etik  hərəkətlərindən  dəhşətə  gələn  qız 
başını aşağı salıb məyus halda evinə yollandı. 
 
 
 
 
                 
XX fəsil. Tük ürpərdici həqiqət  
 
Övladlarının xoşbəxtliyi barəsində düşünən ana bu dəfə 
oğlu  ilə  evlilik  haqda  söhbəti  açaraq,  ürəyini  narahat  edən 
məsələyə  birdəfəlik  son  qoymaq  niyyətində  idi.  Müəyyən 
mənada Əliyusif anasının dediyi ilə razılaşırdı. Məhz buna 
görə də Xədicə fürsətdən istifadə edib, oğlunu ərik yığdığı 
yerdə, yəni bağda haqladı.  
-  Nə  yaxşı  iş  görürsən.  –  deyə  Xədicə  oğluna  kömək 
edə-edə  dilləndi.  –  Axşamdan  başlayaraq  mən  mürəbbə 
düzəldəcəm.  Onsuz  da  Elşənə  tapşırmışam  ki,  bazardan 
gələn kimi şəkər tozu alıb gətirsin.  
- Builki bar çox məhsuldardır. – deyə nərdivanın yuxarı-
sında  dayanan  Əliyusif  anasına  tərəf  baxmadan  ehtiramla 
dilləndi.  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə