5
I hissə:
Əqidəsini nümayiş
etdirən insanlar
6
I fəsil. Yeni sifariş
Şirvanşahlar kompleksi otuza yaxın xarici turistlə
dolmuşdu. Onlar demək olar ki, üç qrupa bölünmüşdü.
Qrupların ikisini qadın, birini isə yaşı 28-ə kimi olan
Əliyusif adlı bir oğlan gəzdirib kompleks ilə tanış edirdi.
Onun adı Əliyusif olsa da, bütün dost-tanışları və
qohumları ona Əli deyərək müraciət edirdilər. Havanın çox
isti olması günün bu vaxtında, turistlərin gəlişinə maneə-
çilik törədirdi. Adəti üzrə günortadan bir saat sonrakı
vaxtda, xaricdən gələn turistləri, ya dənizkənarı park olan
Bulvara, ya da kı, hansısa bir özəl çimərliyə aparırdılar.
Adəti üzrə Günəş şüalarının tüğyan etdiyi saatlarda Şirvan-
şahlar kompleksinin, Qız qalasının, İçərişəhərin küçələri
böyük boşluq içərisində olurdu.
Əliyusifin peşəsi jurnalistika idi və o, vaxtaşırı
Şirvanşahlar sarayında ekskursovod kimi işləyən dostunun
yanına gəlirdi. Bu gün dostu burada olmadığından o,
əvəzedici kimi kompleksdə fəaliyyət göstərməyə başladı.
Əliyusif turistləri komplekslə tanış edəndən sonra, onlar
orada çoxsaylı şəkillər çəkdirdilər. Daha sonra isə günorta
yeməyi qəbul etmək üçün, jurnalist onları yaxınlıqdakı res-
torana apardı. Turistlər bir masada əyləşsələr də, Əliyusif
onlardan bir neçə masa aralıda, iki dostun arasında əyləşdi.
7
Onlardan biri özündən təxminən üç yaş kiçik olan hündür-
boylu, uzunusifət, kök olmayan, o birisi isə həmyaşıdı olan
ortaboylu, bir qədər kök bədənli, ağır hərəkətli, yumrusifət,
qara bığlı, qalın qaşlı, yaraşıqlı bənizi olan bir oğlan idi.
Hündürboylu oğlan restoranın müdiri İbrahim, yanında
olan dostu şairi isə İslam deyə çağırırdılar. Onların hər üçü
bir-birilərilə sirdaş idilər və asudə vaxt tapan kimi burada
toplaşırdılar. Dostlar görüşəndən sonra söhbətə başladılar.
- Əli, yadımdan çıxmışdı səndən soruşum, son vaxtlar
qəzetlərə məqalələr vermisən, ya yox? – deyə şair soruşdu.
- İnşallah gələn həftə mənəviyyatla bağlı silsilə məqalə-
lər dərc etdirəcəyəm. Qardaş, mən televiziya kanallarını
işğal edən yeni müğənnilərin özbaşınalığından, ərköyünlü-
yündən, onların mədəniyyətsiz hərəkətlərindən, milli-
mənəvi dəyərlərimizə məhəl qoymamalarından yazıram.
- Sən şou-biznes aləmini özünə düşmən edəcəksən. –
deyə restoran müdiri narahat halda dilləndi. - Onlarla
mübarizə aparmaq sənin üçün çətin olacaq. Unutma ki,
onların bir çoxlarının güclü havadarı var. Az olub ki,
jurnalistlər məqalələrinə görə döyülüblər.
- Olsun da. – müxbir çiyinlərini çəkərək soyuqqanlıqla
dilləndi. - Ondan sonra, fiziki güc tətbiq edən həmin adam-
lar da cəzalandırılıblar. Həm də həmin yazılar, pullarını
əbəs yerə xərcləyənlərin xeyrinə olur. Bəlkə həmin yazılar-
8
dan sonra həmin havadarlar başa düşəcəklər ki, pulları boş-
boşuna havaya sovrulur.
- Onlar pulları zəhmət ilə qazanıblarsa, onda təsir edə
bilər. – həmişə sakit görünən İslam ehtiramla dilləndi. –
Belə isə həmin pulların havaya sovurulması onların vecinə
deyil.
Bu vaxt masanın üstünə lülə və tikə kabab, buğlama,
salat, göy-göyərti, qatıq və mineral su düzdülər. Spirtli
içkilərdən yalnız yerli çaxır qoyulmuşdu. Adəti üzrə müx-
bir bura haçan turist gətirirdisə, İbrahim günorta yeməyini
elə onunla birlikdə yeyirdi. Bəzi hallarda İbrahimin başqa
dostları da bura gəlib vaxtlarını keçirirdilər. Onların bir
çoxunu Əliyusif yaxından tanıyırdı. Məhz həmin
görüşlərin birində o, İslam ilə tanış olmuş və İbrahimdən
çox, müxbir onunla mənəviyyatla bağlı dialoqlar aparırdı.
İbrahim İslamın badəsini şaftalı şirəsi ilə doldurandan
sonra əlini çaxır şüşəsinə atıb, özü ilə Əliyusifə çaxır süzə-
süzə dedi:
- İndi, qardaşımız bizə moizə oxumağa başlayacaq ki,
biz haram içkidən istifadə etdiyimiz üçün yerimiz cəhən-
nəm olacaq.
- Mənim dostum, bunu mən yox, dinimiz qadağan edir.
– deyə başını təəssüf hissilə tərpədən şair filosoflara xas
olan tərzdə dilləndi. – Onsuz da nə qədər təbliğat aparsam
Dostları ilə paylaş: |