Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə3/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   2   3   4   5   6   7   8   9   ...   72

                                                     
 
  
                                                                            
                                                    

da, siz yenə də beyini keyləşdirən həmin haram məhsuldan 
əl çəkmirsiniz. Unutmayın ki, Allah-təala hər şeyi görür və 
sizin tövbənizi gözləyir. 
-  Qardaş,  biz  bunu  yalnız  iştaaha  gəlmək  üçün  içirik.  – 
deyə müxbir bu haqda öz fikrini bildirməyə başladı. – Da-
ha başqaları kimi içib əqlimizi itirmir və ətrafdakılara xələl 
gətirən hərəkətlərə əl atmırıq. Tanrı keçsin günahımızdan, 
əməlimiz ki, salehdir. 
-  Bu  məsələdə  sizə  nəsə  deyəndə,  mən  özüm  xəcalət 
hissi keçirirəm. – deyə İslam üzrxahlıqla dilləndi. – Amma 
vaxt gələcək, siz də haqq yoluna dəvət olunacaqsınız.  
-  Əvvəllər,  -  deyə  İbrahim  eşitdiyi  sözlərin  ciddiliyinə 
əhəmiyyət  vermədən  laqeydliklə  dilləndi.  -  yəni,  dinlər 
bərqərar  olmayan  bir  zaman,  insanlar  istədikləri  şəkildə 
yaşayır  və  buna  görə  heç  bir  varlıq  qarşısında  məsuliyyət 
daşımırdılar.  Sanki  bu  dünya  fanidir  və  heç  bir  qüvvənin 
təsiri altında deyil. 
-  Dostlar,  mən  sizə  moizə  oxumaq  fikirində  deyiləm,  - 
deyə şair aludəliklə dilləndi. - amma beynimə hakim olan 
fikirlərimi sizə söyləmək məcburiyyətindəyəm. Allah dün-
yanın ilk səbəbkarı və yaradıcısıdır. Dünya Allahın iradəsi 
və  qoyduğu  qayda  ilə  idarə  edilir.  Dünya  da,  insan  da 
Allahın  müdrik  yaradıcılığının  nəticəsidir.  Allah  əvvəlcə 


                                                     
 
  
                                                                            
                                                    
10 
səmanı  və  Yeri  yaradanda,  Yer  görünməz  və  boş  idi,  hər 
tərəf qaranlıq idi.  
-  İslam  dinində  də  dünyanın  yaranması  Allah  iradəsinə 
bağlıdır. Göyü və Yeri icad edən, yoxdan yaradan Allahdır. 
Bir işin olmasını istədiyi zaman “ol” deyər, o da yaranar.  
- Sənə nə oldu axı, birdən-birə coşdun? – deyə İbrahim 
təəccübləndi. 
-  Mənə  heç  bir  şey  olmayıb,  sadəcə  olaraq  demək  istə-
yirəm ki, mənəviyyatı saf olan bəndə Tanrı tərəfindən daim 
mükafatlandırılacaq. Maddiyyata görə camaat mənəviyyatı 
tapdaq altına atır. Həyatın mənəvi cəhətini unudaraq ömür-
lərini  yalnız  mal-pul,  var-dövlətə  həsr  edənlər  haqqında 
keçmiş şair və mütəfəkkirlər görün nə demişlər.  
XI  əsrdə  yaşamış  fars  şairi  Nasir  Xosrov  (1004-1088) 
yazırdı: 
 
          Yeməyə, yatmağa heyvan can atar,  
           Bilikli insana söylə kim batar? 
 
Böyük şair Xaqani Şirvani də (1120-1199) yemək üçün 
yaşayanları bir tikə çörəyə tamah salıb, qarmağa keçən balı-
ğa  bənzədirdi.  Dahi  Nizami  Gəncəvi  (1141-1209)  yemək 
üçün yaşayanlar, bədənə qulluq edənlər barədə deyirdi: 
 


                                                     
 
  
                                                                            
                                                    
11 
          Əndamını qaraldan haram qandı gecənin, 
          Çox yeməklə kütləşər, ağlın kəm olar sənin. 
 
Bir sözlə, əxlaqi baxımdan yemək üçün yaşayanlar deyil, 
yaşamaq üçün yeyənlər daha çox qiymətləndirilir.  
-  İslam  başa  düş  ki,  -  İbrahim  dilləndi.  -  vaxtilə 
ağsaqqallar öyüd-nəsihət verəndə hamı bir ağızdan onların 
dediyi  ilə  oturub-dururdu.  İndi  isə  biz  cavanların  əksəriy-
yəti ağsaqqalların, müdrik insanların sözlərinə qulaq asmaq 
istəmir  və  televiziya  proqramlarının  verdiyi  tərbiyə  ilə 
böyüyüb özümüzü el içində rüsvay edirik.  
Onlar  söhbət  edən  ərəfədə,  artıq  bir  neçə  adam  çörək 
yemək  üçün  restorana  daxil  olmuş,  özlərinə  münasib  yer 
seçərək,  zövqlərinə  uyğun  təamları  sifariş  etmişdilər. 
Həmin  müştərilərin  bəziləri  İbrahimlə  tanış  olduğundan 
həmin adamlar müdir ilə salamlaşaraq, içəri keçirdilər.  
Birdən restorana Əliyusifin yaxşı tanıdığı 26-27 yaşlı bir 
oğlan ilə, yaşı 23-25 olan bir qız daxil oldu. Həmin cütlük 
fəvvarənin sağ tərəfində qoyulmuş masanın arxasına keçdi. 
Oğlan brend kostyumda olsa da, qız bir qədər vulqarcasına 
geyinmişdi.  Onun  əndamları  sarı  rəngli  sinəsi  açıq  sıx 
paltarın  altından  şişib  üzə  çıxmışdı.  Göyçək  olan  həmin 
qızın  bu  geyimi  istər-istəməz  hər  bir  adamın  diqqətini 
özünə cəlb edə bilərdi.  


                                                     
 
  
                                                                            
                                                    
12 
Əliyusif  həmin  adamlara  görünməmək  üçün  arxasını 
onlara tərəf çevirdi. İslam dostunun qəribə hərəkətlərini gö-
rüb, cəld həmin cütlüyə nəzər saldı. İbrahim isə Əliyusifin 
çaşqınlıq içində olduğunu görüb, nə baş verdiyini soruşdu. 
Jurnalist  onların  haqqında  bildiyi  məlumatı,  dostları  ilə 
bölüşməyi qərara aldı. O, yavaş səslə dedi: 
-  Bax,  o  qadını  görürsünüz?  Adı  Zemfiradır.  Onun 
havadarı  imkanlı  iş  adamıdır,  adı  isə  Məzahirdir.  Məzahir 
hansısa,  böyük  şirkətlərin  birində  məsul  vəzifədə  çalışır. 
Onun pullarını balta kəsmir.  
-  Nə  olsun  ki,  mənim  də  atam  böyük  tikinti  şirkətində 
çalışır, - deyə İbrahim məyus halda dilləndi. – lakin lazımi 
vəsait  olmadığından  o,  bir  çox  işləri  yarımçıq  qoyubdur. 
Artıq bir ildən çoxdur ki, banklar işi davam etdirmək üçün 
kredit verməkdən boyun qaçırırlar.  
-  Bu  müvəqqəti  çətinlikdir,  -  deyə  Əliyusif  əminliklə 
dilləndi. - gec-tez atan işini davam etdirmək üçün kreditini 
alacaq.  Amma  Məzahir,  onun  payına  düşən  pulları  necə 
gəldi  havaya  sovurur,  bağışla  məni  o,  əziyyətlə  qazandığı 
pulları, hansısa bir kafe müğənnisinin yolunda xərcləyir. 
-  İnanırsan,  mən  yalnız  öz  qazancımın  sayəsində 
dolanıram. Kişinin dediyinə görə, lazımi krediti almaq üçün 
banklar  iri  məbləğdə  “şapka”  istəyirlər.  Banklardan  uzun 
müddətli iri məbləğdə pul alan iş adamlarının bir çoxu, əldə 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə