Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə55/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   51   52   53   54   55   56   57   58   ...   72

                                                     
 
  
                                                                            
                                                    
217 
- Yadımdadır. – deyə qadın tərəddüdlə dilləndi. 
-  Sən  demə,  -  Gülnarə  əli  ilə  döyülən  oğlanın  sinəsini 
göstərib həqarətlə dilləndi. - onun sinəsində nə tük var, nə 
də ki, cırmaq yeri. 
Ondan  sonra  Məkanə  həmin  kadrlara  tamaşa  edərək, 
təəccübdən yerindəcə donub qaldı. Həqiqətən də əynindəki 
köynək ilə qolları ağaca bağlanan Əliyusifin bədənində nə 
cırmaq  yeri,  nə  də  tük  var  idi.  Deməli,  belə  çıxır  ki, 
Gülnarənin  namusuna  toxunmaq  istəyən  adam  Əliyusif 
yox, başqa bir oğlan imiş. 
- Gülya, onda belə çıxır ki, Əliyusif təqsiri olmadan sərt 
şəkildə  cəzalandırılıbdır.  Sənə  deyirdim  axı,  onun  bu  işdə 
əli yoxdur. Sən isə mənə inanmırdın. 
-  Onun  telefondakı  “Bakılı  qız”  mahnısı  məni  çaşqınlıq 
vəziyyətinə  salıbdır.  –  rəssam  qız  çiyinlərini  çəkərək 
müəmmalı  tərzdə  dilləndi.  -  Yaxşı,  bəs  mənə  hücum  edən 
adam kim idi? 
- Mənə elə gəlir, bunu yalnız Əliyusifdən xoşu gəlməyən 
adamlar edə bilərdi. – deyə Məkanə bir qədər fikirləşəndən 
sonra ciddi halda dilləndi. 
Bundan  sonra  Gülnarə  fikirə  getdi.  Onun  fikirincə, 
Əliyusifin istirahət mərkəzində yalnız bir düşməni vardı, o 
da  ki,  Natiq.  Bəs,  telefondakı  melodiya?  Axı,  Natiqin 
telefonunda  tamamilə  başqa  bir  melodiya  səslənirdi.  Əsl 


                                                     
 
  
                                                                            
                                                    
218 
baiskarın necə araşdırılması müşkül məsələyə çevrilir. Belə 
çıxır  ki,  Natiq  emosiyalar  zamanı  məhz  Gülnarənin  fitvası 
ilə  heç  bir  günahı  olmayan  bir  adamı  vəhşicəsinə 
cəzalandırmışdı. İndiki məqamda rəssam qız necə etməlidir 
ki, cəzalandırdığı oğlandan üzr istəsin. Necə olsa da, Əliyu-
sif  həmin  səhlənkar  şübhəyə  və  həmin  şübhə  nəticəsində 
ağır fiziki məhrumiyyətlərə məruz qalmasına görə Gülnarə-
dən inciyə bilər, bunun nəticəsində isə qıza nifrət bəsləyər.  
Rəssam  qız  bu  məsələ  ilə  bağlı  Məkanədən  məsləhət 
alanda, səbirli qadın dedi ki, “çalışıb Əliyusifə hər şeyi izah 
edər  və  üzrxahlıq  bildirmək  üçün  ictimai  bir  yerdə  onları 
görüşdürər”.  
-  Əgər,  mən  onunla  görüşüb  üzrxahlıq  bildirsəm,  onda 
vicdanım qarşısında öz borcumu yerinə yetirmiş olacağam.  
Məkanə,  Allah  köməyin  olsun,  sən  olmasaydın,  mən 
hələ də elə zənn edəcəkdim ki, bütün bu alçaq hərəkəti edən 
həmin oğlandır. 
Onlar bir qədər də söhbət edib, günorta yeməyini yemək 
üçün hazırlıq görməyə başladılar. Gülnarə məyus olduğun-
dan və vicdan əzabı çəkdiyindən heç bir iş görə bilmədi. 
Günlər  ötdükcə  Gülnarə  ilə  Natiqin  arasındakı 
münasibətlərdə  müəyyən  sirrlər  üzə  çıxmağa  başladı. 
Rəssam  qızın  həddindən  artıq  özünü  tərbiyəli  aparması 
emosional oğlanı hövsələdən çıxarırdı. Həm də Məkanə ilə 


                                                     
 
  
                                                                            
                                                    
219 
olan  söhbətdən  sonra  onun  müəyyən  mənada  bir  müddət 
etibar  etdiyi  Natiqin  hərəkətlərinə  də  şübhə  ilə  yanaşmağa 
başladı. Çünki məlum hadisədə o, da bildirmişdi ki, həmin 
naqis hərəkəti məhz Əliyusif törədibdir.  
Natiq  qız  ilə  özünün  arasında  olan  məsafəni  daraltmaq-
dan  ötrü  onunla  qəti  söhbət  etməyi  qərara  aldı.  Heç  bir 
günahı  olmayan  Əliyusifin  amansızcasına  döyülməsi  Gül-
narəni  rahat  buraxmırdı  və  o,  da  bu  məsələyə  aydınlıq 
gətirmək üçün Natiq ilə ciddi diskussiya yaratmaq fikirində 
idi.  O,  Gülnarəni  işdən  çıxanda  yolda  qarşılayıb,  onu  hər 
hansı  bir  kafeyə  dəvət  etdi.  Rəssam  qız  nə  qədər  müqavi-
mət göstərsə də, son məqamda inadkar oğlan onu razı sala 
bildi. 
Onlar  kafedə  olan  zaman  Natiq  elə  hey  cəhd  edirdi  ki, 
qızın  əlindən  tutub  özünə  tərəf  çəksin.  Lakin  Gülnarə  öz 
tərbiyəsinə  əsasən,  daim  oğlandan  aralı  olmasını  xahiş 
edirdi.  Süniliyi  xoşlamayan  rəssam  qız  realist  olduğundan 
birbaşa  mətləbə  keçdi.  O,  bütün  fikrini  toplayıb  hüznlə 
dedi: 
- Şüurum dərk edəndən mən çalışıram ki, həyatda kobud 
bir  səhv  buraxmayım  və  ən  əsası,  səhlənkarlıq  ucbatından 
kiməsə şər və böhtan atmayım. Lakin mən nə qədər həmin 
prinsip  ilə  yaşasam  da,  yenə  də  günahla  bərabər  səhv 
buraxmalı oldum.  


                                                     
 
  
                                                                            
                                                    
220 
- Sən, hansı səhvə görə özünü günahlandırırsan?  – deyə 
başlanan söhbətin ciddiliyinə əhəmiyyət vermək istəməyən 
emosional oğlan istehza ilə dilləndi. - Olmaya, məni yaxına 
buraxmamaqda, sən vicdan əzabı çəkirsən? 
-  Məgər,  buna  görə  vicdan  əzabı  çəkirlər?  –  Gülnarə 
ciddi  halda  dillənəndən  sonra  Əliyusif  ilə  bağlı  məsələni 
açıqlayaraq,  birmənalı  şəkildə  ona  edilən  təcavüzdə 
müxbirin heç bir təqsiri olmadığını bildirdi.  
-  Sən  elə  danışırsan  ki,  bişmiş  toyuğun  gülməyi  gəlir. 
Onda belə çıxır ki, biz həmin işi qurmuşuq? Şəxsən mən də 
Əliyusifi  pak  oğlan  kimi  tanıyırdım,  amma  həmin  hadisə-
dən  sonra  o,  mənim  gözümdən  düşdü.  O,  mənim  xoşuma 
gələn,  hətta  deyərdim  ki,  ürəyimi  titrəyiş  altında  saxlayan 
bir  qızın  namusuna  toxunduğu  üçün,  şəxsən  mənim 
tərəfdən döyülübdür. Allahına şükür etsin ki, belə binamus 
hərəkətə görə o həddindən artıq yüngül cəzalandırılıbdır.  
- Mən isə qətiyyətlə deyirəm ki, təqsiri olmayan bir ada-
vəhşicəsinə döyməklə, sizin hamınız günaha batmısınız.  
- Gülya, bizim boynumuza şər atma. Sənin ittihamından 
sonra biz onun üstünə  hücum çəkdik və  mənə elə gəlir ki, 
biz düz etdik. Onun telefonu zəng çalmasaydı, həmin alçaq 
sudan duru çıxacaqdı.  
- Natiq, başa düş ki, həmin mahnı yalnız onun telefonun-
da  ola  bilməzdi.  –  deyə  həmsöhbətinə  qəribə  nəzər  salan 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə