Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə63/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   59   60   61   62   63   64   65   66   ...   72

                                                     
 
  
                                                                            
                                                    
249 
-  Yadından  çıxıbdır?  –  Xədicə  təbəssümlə  dilləndi.  – 
Bənzərsiz xarakteri ilə hamını heyran edən, danışıq tərzi ilə 
qarşısındakı  adamı  valeh  edən,  mələklər-mələyi  Gülya 
xanımın razılığını əldə etmək üçün mən Qənirənin qapısına 
gedəcəyəm.  
Əliyusif  bu  məsələdən  hali  olsa  da  o,  bu  sözləri  eşidən 
kimi,  sanki  vəcdə  gəldi.  Elə  bil  bu  ifadələrlə  onun 
mənəviyyatına  sarsıdıcı  bir  zərbə  endirilmişdi.  Həmin  an 
müxbirin  gözləri  önünə  bu  gün  görüşdüyü  qız  gəldi  və 
verilən qərardan onun rəngi qaraldı. O, sarsılmış vəziyyətdə 
əlinə  aldığı  stəkanı  nəlbəkiyə  qoyub,  başını  təəssüflə 
yellətməyə  başladı.  Əlbəttə  belə  bir  vəziyyətdə  Əliyusif 
imtina cavabı verməklə, evdəkiləri məyus etmək istəmirdi.  
- Əli, oğlum,  sənə nə oldu?  – deyə Xədicə təəccübləndi 
və üzünə ciddi ifadə verərək iradə ilə sözünə davam etdi. – 
Söylədiyim  şad xəbər səni sevindirməkdənsə,  elə bil sənin 
başına  qaynar  su  töküldü.  Olmaya,  nəsə  qeyri-adi  bir  şey 
baş verib? 
Gülnarədən  ayrılandan  bəri  yolboyu  surətini  yadından 
çıxara bilməyən müxbir üçün verəcəyi cavab ciddi xarakter 
daşımalı  idi.  Çünki  burada  insan  taleyindən,  ev  qızının 
namusundan,  xanım  ləyaqətindən  söhbət  gedirdi.  O,  elə 
etməli  idi  ki,  evdəkilərin  xətrinə  dəyməməklə,  həmin 
izdivac baş tutmasın. Ona görə ki, Əliyusif sidqi qəlblə bu 


                                                     
 
  
                                                                            
                                                    
250 
gün  rastlaşdığı  qıza  vurulmuşdu.  Müxbir  bütün  fikrini 
cəmləşdirib ciddi halda dedi: 
-  Ana,  mənə  elə  gəlir,  bu  işdə  tələskənliyə  yol  vermək 
lazım  deyil.  Qəti  olaraq  əsəbləşmə,  indi  izah  edərəm  nəyə 
görə. Ona görə ki, hal-hazırda mənim aldığım məvacib heç 
özümə  bəs  etmir.  Əgər  elədirsə,  onda  mən  ailəmi  necə 
dolandıracağam?  
- Sən özün dedin ki, İbrahim sənin üçün yaxşı iş tapacaq. 
– ana səbirsizliklə dilləndi. 
- Göründüyü kimi o, hələ də mənim üçün münasib bir iş 
tapmayıbdır.  Ana,  mən  istəmərəm  ki,  tanışlıq  sayəsində, 
evə gələcək gəlin maddi imkansızlıq ucbatından səni gecə-
gündüz lənətləsin.  
- Sən niyə belə fikirləşirsən? – deyə ana oğlunun fikri ilə 
razılaşmadı. – Ola bilsin ilkin vaxtlar çətinlik olacaq, amma 
müəyyən  bir  müddətdən  sonra  hər  şey  öz  yoluna  düşəcək. 
Hər  ikiniz  işləyər,  əl-ələ  verib  bir-birinizi  dolandırarsınız. 
Elə mən də sizin dolanışığınıza öz köməkliyimi göstərəcə-
yəm.  
-  Ana,  sən  yaxşı  bilirsən  ki,  bu  məsələni  həll  etmir.  – 
deyə müxbir təşəxxüslə dilləndi. – Ailəni dolandırmaq üçün 
ən  azı  500-600  manat  pul  lazımdır.  Bizim  birgə  aldığımız 
maaş  ərzaqa  veriləndən  sonra  kommunal  xərclərin 


                                                     
 
  
                                                                            
                                                    
251 
ödənilməsinə  çatmır.  Bir  sözlə,  bu  problemi  həll  etmək 
üçün vaxt gərəkdir.  
Əliyusifin  söylədikləri  həqiqət  olduğundan  kövrək  ana 
həmin  sözləri  ürək  yanğısı  ilə  dinləyirdi.  İndiki  mövcud 
cəmiyyətdə  yüz  minlərlə  cavanlar  vardı  ki,  onlar  aldıqları 
cüzi  məvacib  sayəsində  ailə  qurmaqdan  məhrumdurlar. 
Xədicə bir qədər fikirləşəndən sonra təmkinlə dedi: 
-  Əli,  sən  gəl  arzumu  ürəyimdə  qoyma.  Mən  istəmirəm 
ki, Gülnarə kimi bir qız bizim əlimizdən çıxsın. Səni əmin 
edirəm ki, sən yalnız onunla xoşbəxt olacaqsan.  
-  Axı,  həmin  izdivac  ədalətli  sayılmayacaq.  –  deyə  Əli-
yusif  bu  ifadəni  bədbin  notlar  altında  vurğuladı.  –  Əlbəttə 
ki,  mən  sənin  məsləhət  bildiyin  qızla  xoşbəxt  olacam, 
amma həmin qız xoşbəxtliyin nə olduğunu bilməyəcək.  
-  Əli,  gəl  məni  el  içərisində  biabır  etmə.  –  deyə  pis 
vəziyyətə düşən ana kövrək halda dilləndi və oğlunun əlin-
dən  tutaraq  yalvarışla  sözünə  əlavə  etdi.  –  Mən  Qənirəyə 
əvvəlcədən xəbər vermişəm ki, qızını oğluma alacağam. O, 
demək  olar  ki,  qiyabi  şəkildə  öz  razılığını  bildiribdir.  Sən 
etirazını bildirsən, başa düşürsən nə baş verəcək?  
- Qənirə xanım bilməlidir ki, mənim maaşım nə qədərdir 
və  o,  hamıdan  yaxşı  anlayır  ki,  belə  bir  məvaciblə  ailə 
saxlamaq olmaz. 


                                                     
 
  
                                                                            
                                                    
252 
-  Əgər  elədirsə,  onda  nə  üçün  sən  əvvəlcədən  həmin 
izdivaca  öz  razılığını  bildirmişdin?  -  əsəblərini  cilovlaya 
bilməyən  elmi  xadim  oğlunun  üstünə  qışqırdı  və  fikrini 
bitirmək üçün həmin tərzdə sözünə əlavə etdi. – Bu gün sən 
fikirini dəyişməklə məni pis vəziyyətdə qoyursan. Əli, sənə 
sonuncu  dəfə  deyirəm,  əgər  razılığını  bildirməsən,  onda 
mən  bir  daha  bu  məsələyə  qayıtmayacaq  və  heç  bir  qızın 
evinə  elçiliyə  getməyəcəm.  Sənin  fikrin  odur  ki,  mən  ən 
yaxın rəfiqəmin yanında biabır olum?  
Bu  sözlərdən  sonra  Xədicə  incimiş  halda  ayağa  qalxıb 
qonaq otağını tərk etdi.  
Əliyusif  isə  fikirli  halda  bir  qədər  də  masa  arxasında 
əyləşərək, nəyi isə öz daxilində götür-qoy etməyə başldı. O, 
özünü  elə  aparırdı  ki,  yanında  olan  qardaşı  ilə  bacının 
varlığını hiss etmədi. Çünki eşq dünyasına qapanan müxbi-
rin  xəyallarında  Gülnarənin  surəti  canlanırdı.  Əliyusif  bir 
qədər  də  oturub  ondan  sonra  çayını  içmədən,  çörəyini 
yemədən otağına yollandı. 
Günün  əksər  hissəsini  xəyallar  girdabında  olan  müxbir 
yenə də otağında çarpayının üstünə uzanıb, mobil telefonu-
na yazdırdığı Ruhinin ifa etdiyi “Sevdim” mahnısına qulaq 
asmağa  başladı.  Ona  görə  ki,  ilk  dəfə  o,  bu  manını 
“Relax”da  eşitmiş  və  həmin  mahnıya  qulaq  asanda  daim 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə