Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə65/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   61   62   63   64   65   66   67   68   ...   72

                                                     
 
  
                                                                            
                                                    
257 
-  Mən,  sənin  yaxşılığını  fikirləşərək  belə  bir  addım 
atdım.  –  Qənirə  qətiyyətlə  dilləndi.  -  Xahiş  edirəm,  məni 
camaatın  yanında  biabır  etmə.  Qoy  onlar  gəlsinlər,  sən 
peşman olmayacaqsan.  
- Ana, məni ürəyim istəmədiyi bir şeyə görə sövq etmə.  
Son günlər həm Əliyusif, həm də Gülnarə eyni problem-
lə  üzləşmişdilər.  Valideynlər  təkidlə  deyirdilər  ki,  onlar 
nümunəvi qayğıkeş adam tapdıqlarından övladlar məhz hə-
min namizəd ilə ailə qurmalıdırlar. Lakin övladlar bütün bu 
təkliflərə razılıqlarını bildirməsələr də, onlar öz seçimlərin-
də  çətinliklə  üzləşmişdilər.  Evliliklə  bağlı  fikir  mübadiləsi 
yarananda  artıq  valideynlər  övladlarının  istəklərinə  qarşı 
çıxırdılar.  
Hətta bir dəfə iş elə gətirir ki, fikir ayrılığı zamanı əsəb-
lərini  qoruya  bilməyən  Xədicə,  oğlunun  sözə  baxmadığın-
dan stressə düşür və belə bir vəziyyətdə o, yataqda müalicə 
almalı olur. Əlbəttə, anasının belə bir vəziyyətə düşməsində 
Əliyusif özünü təqsirkar hesab edirdi.  
Bütün  bu  narazılıqların  fonunda  Əliyusif  istədiyi  qızla 
görüşməyi  də  yaddan  çıxarmırdı.  Əvvəl  onlar  həftədə  bir 
dəfə, sonra iki dəfə, indi isə hər gündən bir görüşərək, bir-
birilərinə  isinişirdilər.  Qızın  gözəlliyi  qarşısında  əriyən 
Əliyusif ilk baxışdan ona aşiq olsa da, Gülnarə son görüşlər 
zamanı  ona  vurularaq,  bütün  namizədləri  özündən 


                                                     
 
  
                                                                            
                                                    
258 
uzaqlaşdırmağa  başlamışdı.  İlk  növbədə  o,  müxbirdə  olan, 
lakin  ünsiyyətdə  olduğu  başqa  oğlanlarda  olmayan 
bənzərsiz xasiyyətə aşiq olmuşdu. 
Lakin  bütün  bu  görüşlər  həm  Əliyusifi,  həm  də  Gülna-
rəni  tamamilə  əldən  salmışdı.  Ona  görə  ki,  görüş  zamanı 
onlar ali tərbiyə görmüş əsl azərbaycanlı kimi müəyyən bir 
məsafə saxlamaq məcburiyyətində idilər. Məhəbbət iztirab-
larına  tab  gətirməyən  müxbir  ürəyinin  başında  gəzdirdiyi 
sirri  sevgilisinə  açıqlamaq  üçün  münasib  vaxt  və  münasib 
məkan axtarırdı. 
Vəziyyət elə gətirdi ki, Əliyusifin şəxsi işinə qardaşı ilə 
bacısı  da  qarışmağa  başladılar.  Müxbirin  dərdindən  anası-
nın yatağa düşdüyünü görən ailə üzvləri, artıq kəskin şəkil-
də onun qarşısında tələb qoydular: Anasının  yarasına  məl-
həm  qoyulsun  deyə  və  yataqdan  sağlam  şəkildə  qalxmaq 
üçün,  Əliyusif  Qənirənin  qızı  ilə  izdivac  qurmağa  öz 
razılığını  bildirməlidir.  Çıxılmaz  vəziyyətdə  qalan  müxbir 
Xədicənin  səhhətinin  pisləşməsinin  qarşısını  almaq  üçün 
Qənirənin evinə getməyə razılıq verdi. Amma yola düşmə-
mişdən  əvvəl  o,  hamıya  xəbərdalıq  etdi  ki,  işdir,  qızın 
hərəkətlərində və tərbiyəsində mühüm nöqsanlar olsa, bunu 
açıq  şəkildə  bəyan  edəcək,  nəticədə  isə  həmin  izdivacdan 
boyun  qaçıracaq.  Onun  qərarından  ruhlanan  Xədicə 
həvəslənərək belə bir cavab verdi: 


                                                     
 
  
                                                                            
                                                    
259 
-  Mən  sənə  elə  bir  qız  alıram  ki,  istəsən  belə  onun  nə 
əxlaqında, nə hərəkətlərində, nə də ki, tərbiyəsində nöqsan-
lar tapa bilməyəcəksən. Əli, yadda saxla ki, mən sənə küçə-
də tum çırtlayan, ictimai yerlərdə saqqız çeynəyən, nəqliy-
yatda  yersiz  söhbətlər  apararaq  boş-boşuna  gülən,  vulqar 
geyimlərdə  millət  qarşısına  çıxmaqda  utanmayan,  Avropa 
adətlərini  milli  adətlərimizdən  üstün  tutan  dırnaqarası 
xanım  almıram.  Mən  sənə  əsl  azərbaycanlı  xanımı  alır  və 
buna görə daim sən mənə öz minnətdarlığını bildirəcəksən.  
Bu  məsələdə  anasının  canfəşanlıq  göstərməsinə 
baxmayaraq, müxbir yalnız bir məqsədlə qız evinə gedirdi, 
o da ki, orada qızda ciddi nöqsan tapıb, elçilərin əliboş geri 
qayıtmasına nail olmaq. 
 
 
 
 
      
             
XXIII fəsil. Övladlarının seçimi ilə    
    razılaşmayan valideynlər sürprizlə üzləşirlər 
 
Son  görüşdən  sonra  özünə  rahat  yer  tapmayan  müxbir 
yalnız  bir  amal  ilə  yaşayırdı,  o  da  ki,  Gülnarə  ilə  görüşüb 
ürəyini  parçalayan  hisslərini  həmin  qıza  açıqlasın.  O,  hələ 


                                                     
 
  
                                                                            
                                                    
260 
dəqiq  bilmirdi  kamil  düşüncəli  qızın  həmin  etirafa 
reaksiyası  necə  olacaq.  Ola  bilsin,  rəssam  qız  oğlanın  ona 
qarşı  münasibətini  biləndən  sonra  birdəfəlik  müxbirdən 
zəhləsi getsin.  
Görüşün  harada  baş  tutmasından  aslı  olmayaraq  Əliyu-
sif,  qabiliyyətli  bir  oğlan  kimi  vurulduğu  qızı  hansısa  bir 
restoran və ya kafeyə dəvət edib, orada ürək dolusu söhbət 
etmək  fikrində  oldu.  Lakin  özündə  10  manatdan  çox  pul 
olmadığını  anlayan  müxbir,  İbrahimdən  onun  restoranında 
ziyafət təşkil etməsi üçün şərait yaradılmasını xahiş etdi.  
İbrahim  yaxın  bir  dost  kimi  onun  məqsədini  biləndən 
sonra,  həmin  gün  onlara  yüksək  səviyyədə  xidmət 
göstəriləcəyinə söz verdi.  
Əliyusif  rəssam  qız  ilə  Qız  qalasının  yanında  görüşdü. 
Əvvəlki  görüşlərə  nisbətən  Gülnarə  daha  mülayim  və 
təbəssümlü  görünürdü.  Amma  Əliyusifin  evində  anası  ilə 
yaranan  söz-söhbətdən  sonra  qanı  bir  qədər  qaralmışdı. 
Yalnız  rəssam  qızın  cismanı  varlığı  onun  hal-əhvalının 
yaxşılaşmasına səbəb oldu.  
Primitiv  ifadələrlə  bir-biriləri  ilə  söhbət  edən  cavanlar 
gəzə-gəzə  İbrahimin  işlətdiyi  restoranının  astanasına  kimi 
gedib çıxdılar. Əliyusif təamlardan dadmaq üçün qızı resto-
rana dəvət edəndə Gülnarə qətiyyətlə narazılığını bidirdi. 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə