Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə67/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   64   65   66   67   68   69   70   71   72

                                                     
 
  
                                                                            
                                                    
265 
- Burada heç bir şey artıq deyil. – deyə ofisiant tərəddüd 
etmədən  dilləndi.  –  Hörmətli  qonaqlar  olduğunuz  üçün 
kababları İbrahim müəllim göndəribdir. 
- Əfsuslar olsun ki, biz həmin kababları yeməyəcəyik.  – 
deyə  rəssam  qız  söhbətə  müdaxilə  etdi.  –  Kababların 
burada  qalması  israfçılıqdır.  Xahiş  edirəm,  artıq  təamları 
geri aparın. 
- Təəssüflər olsun ki, mən gətirdiyim şeylərdən heç biri-
sini  geri  apara  bilməyəcəyəm.  Bu  bizim  qaydalara  ziddir. 
Mən  kababları  geri  aparsam,  onda  dərhal  işdən  çıxarılaca-
ğam.  
Ofisiantın vəziyyətini başa düşən  müştərilər heç bir söz 
demədən süfrədə olan təamlardan dadmağa başladılar. On-
ların  nəfisləri  balıq  kababı  istəsə  də,  lakin  utandıqlarından 
heç  birisi  kababa  əl  atmadı.  Həm  də  onlar  bir-birilərinə 
ötəri  nəzər  salmaqla  ağır  xəyallara  dalır  və  demək  olar  ki, 
yeməyə  o  qədər  də  meyl  göstərmirdilər.  Onların  hər  ikisi 
ehtiraslı  hisslərin  təsiri  altında  idilər.  Əliyusif  nə  qədər 
səbirli  və  təmkinli  olsa  da,  o,  hərəkətlərini  nəzarət  altında 
saxlamaqda  çətinlik  çəkirdi.  Müxbir  nə  qədər  eləsə  də, 
nəzərlərini qarşısındakı qızın gözəl bənizindən ayıra bilmir-
di.  O,  göyçək  məxluqun  məftunedici  gözəlliyi  qarşısında 
şam  kimi  əriyirdi.  Gülnarə  utandığından  baxışlarını  süfrə-


                                                     
 
  
                                                                            
                                                    
266 
nin üzərindən çəkməsə də, son məqamda o, tab gətirməyib 
məlahətli səslə dedi: 
-  Sənə  nə  olub?  Elə  bil  azarlamısan?  Bəlkə  çörək 
yeyəsən? Ətrafdakı camaat bizə baxır. 
-  Ola  bilsin,  söyləyəcəyim  etiraf  dolu  fikirlər  sənin 
ürəyincə  olmasın,  amma  mən  ürək  sözlərimi  bildirmək 
məcburiyyətindəyəm.  
Mən  həmişə  bura  gələndə  daim  buradakı  fəvvarəyə, 
mərmər  döşəməyə,  daş  sütunlara,  ekzotik  ağaclara  və  gül-
çiçəklərə  baxaraq,  onların  yaratdığı  harmonik  gözəllikdən 
böyük həzz alırdım. Lakin “Relax”da olduğu kimi bu dəfə 
də  bütün  bu  gözəllik  sənin  surətindəki  füsunkar  gözəlliyin 
qarşısında aciz görünür. Hələ də anlaya bilmirəm hansı bir 
qüvvə məni bu sözləri söyləməyə vadar edir? Halbuki mən, 
hər  hansı  bir  xanımın  qarşısında  belə  ifadələr  söyləməyə 
cürət etməzdim. 
Bu dəfə Gülnarə həmin ifadələrə görə narazılıq bildirmə-
di.  Əksinə  o,  həmsöhbətinə  mənalı  bir  nəzər  yetirəndən 
sonra  üzündə  xoş  bir  təbəssüm  sezildi.  Görünür,  poetik 
fikirlər rəssam qızın ürəyindən idi.  
-  Əliyusif,  sən  əsl  şairlər  kimi  danışırsan.  –  deyə  ədəb-
ərkana  xüsusi  diqqət  yetirən  Gülnarə  oğlanın  məhəbbət 
dolu olan baxışlarını dəf etmək üçün sözə başladı. – Ədəbi-
yaradıcılıq  məclislərində  belə  fikirlər  söyləniləndə  bəzən 


                                                     
 
  
                                                                            
                                                    
267 
deyirlər  ki,  eşqə  düşən  şair  ürəyini  boşaldır.  Bəlkə  sən  də 
aşiq olmusan? 
Bu sözlərdən sonra müxbir dərindən köksünü ötürdü və 
həmin an onun rəngi-rufu açıldı. O, daxilində nəyisə götür-
qoy edərək ciddi halda dedi: 
- Xanım, mənim aləmimdə sən həddindən artıq kamil bir 
insansan.  Sən  başındakı  zəka  ilə  hər  bir  insanın  ürəyini 
oxuya  bilərsən.  Həqiqətən  də  mən  vurulmuşam.  Amma 
ürəyimdəki hissləri açmaq üçün məndə cəsarət çatmır.  
- İndiki zamanda mən deyərdim ki, bu mürəkkəb bir şey 
sayılmır.  
- O kəslər ki, valideynləri ilə hesablaşmır, onların məslə-
həti  ilə  oturub-durmur  həmin  adamlar  üçün  bu  problem 
sayılmır.  Ona  görə  də  onlar  ailə  quran  kimi  qısa  müddət 
ərzində  boşanırlar.  Mən  isə  onlara  oxşamaq  istəmir  və 
valideyn xeyir-duası olmadan ailə qurmaq fikrində deyiləm. 
-  Valideyn  xeyir-duası  olmadan  adam  heç  vaxt  xoşbəxt 
ola  bilməz.  Əgər  istədiyin  varsa,  mütləq  bu  haqda  böyük-
lərinə  məlumat  verməli  və  onlardan  məsləhət  almalısan. 
Belə  yalnız  yüksək  ailə  tərbiyəsi  görmüş  adam  etməlidir. 
Sənin  hərəkətlərindən,  qabiliyyətindən  və  ünsiyyətindən 
müəyyən etmək olar ki, sən əxlaqlı, mədəni, alicənab, etika 
normalarına  riayət  edən  və  ali  tərbiyə  görmüş  oğlansan. 


                                                     
 
  
                                                                            
                                                    
268 
Məhz  buna  görə  də  mən  burada  səninlə  oturub  səmimi 
söhbət edirəm.  
- Diqqətinə görə sənə təşəkkür edirəm.  
İfadəmə görə üzr istəyirəm səndən, anam mənə heç vaxt 
görmədiyim  bir  qızı  almaq  istəyir.  Əlbəttə  ki,  bu  mənim 
iradəmə ziddir. Həm də paralel olaraq mən də özümə layiq 
bir qız axtarıb tapmışam. 
- Yaxşı, bəs görəsən o, bəxtəvər kimdir ki, sənin ürəyini 
fəth edibdir. – deyə rəssam qız maraqlandı. - Onun bundan 
xəbəri var? 
- Əlbəttə ki, yox! – deyə müxbir qətiyyətlə dilləndi.  
-  Əliyusif,  bağışla  məni,  sən  lap  sadəlöhv  adamlar  kimi 
danışırsan. – deyə Gülnarənin dodaqlarında təbəssüm sezil-
di. – Bəlkə qızın səndən xoşu gəlmir, onda necə olacaq? 
- Bunu Allah bilir. – deyə ruhdan deşən müxbir təəssüflə 
dilləndi  və  bir  qədər  ara  verəndən  sonra  özünə  təsəlli 
verərək, ərkanla sözünə əlavə etdi. – Mən belə başa düşdüm 
ki, sənin dediyinə görə mənə gələn xoşbəxt qız olacaq. Sən 
bunu  səmimiyyətlə  deyirsən,  yoxsa  xətrimə  dəyməmək 
üçün təsəlli vermək istədin? 
-  Bu  həqiqi  sözümdür.  Sənin  elə  bir  xasiyyətin  var  ki, 
hər hansı bir qız səninlə xoşbəxt ömür sürə bilər. 
Eşitdiyi  sözlərdən  həvəslənən  Əliyusif  yekə  bakalları 
mineral su ilə doldurub ehtiramla dedi:  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə