Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə71/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   64   65   66   67   68   69   70   71   72

                                                     
 
  
                                                                            
                                                    
281 
qəlblərinin  sahibi  olduğu  üçün,  onları  iradələrinə  zidd 
evləndirmək günah sayılardı.  
Bu xəbər bir anlığa içəridə olanların qulağına çatdı. Həm 
ev sahiblərinin, həm də elçiliyə gələnlərin ovqatı şad oldu. 
Ona  görə  ki,  onların  çiynindən  ağır  yük  düşdü  və  arada 
yaranan incilik bir anlığa yoxa çıxdı.  
Xədicənin əhval-ruhiyyəsi yüksəlsə də, oğlunun telefonu 
ilə  danışdığı  qız  səsi  hələ  də  onu  şübhə  altında  saxlayırdı. 
O,  əmin  idi  ki,  zəng  edən  Gülnarənin  özü  idi.  Yəni,  onun 
fikrincə, səslər bu dərəcədə bir-birinə oxşaya bilməzdi.  
Əliyusif otağa qayıdandan sonra gördü  ki, hamının kefi 
sazdır.  Artıq  o,  başa  düşdü  ki,  rəfiqələr  övladların  rəyini 
nəzərə  alaraq  ümumi  razılığa  gəliblər.  O,  şux  vəziyyətdə 
anasının yanında əyləşib, rahat şəkildə nəfəs almağa başladı 
və  Allahına  şükür  elədi  ki,  hər  şey  yaxşılıqla  bitdi. 
Ovqatının təlx olmasına baxmayaraq, Xədicə ürəyini didib-
parçalayan  sözləri  demək  üçün  əlverişli  məqam  tapdı.  O, 
ağzını Əliyusifin qulağına yaxınlaşdırıb pıçıltı ilə dedi: 
- Bəxtin gətirdi ki, qız sənin kimi fərsiz oğlana gəlmək-
dən boyun qaçırtdı. Arzumu ürəyimdə qoyduğun üçün səni 
bağışlamayacağam.  
-  Ana,  nəyə  görə  elə  deyirsən?  –  müxbir  də  pıçıltı  ilə 
dilləndi.  -  Görürsən,  hər  şey  hamının  ürəyincə  oldu.  Mən 


                                                     
 
  
                                                                            
                                                    
282 
səni elə bir qız ilə tanış edəcəm ki, onda deyəcəksən, həmin 
qız əsl arzuladığın qızdır.  
-  Sən  məni  dolamısan.  –  deyə  ziyalı  qadın  bir  qədər 
coşdu  və  səsinin  qalınlığı  ilə  içəridəki  adamların  diqqətini 
özünə cəlb etdi. – Səninlə hələ evdə danışacağam.  
Bu vaxt, içəridəkilərin yanında pərt olan müxbir anasının 
könlünü almaq üçün yaltaqcasına dedi:  
- Nə olar, bəsdir də məni tənbeh etdin. İstəyirsən, qarşın-
da diz çöküm. 
-  Bura  zarafatın  yeri  deyil.  Sən  həqiqətən  də  tənbeh 
olunmalısan. 
- Ana, hamı sənə baxır. – İradlardan təngə gələn Əliyusif 
səsini daha da yavaşıdaraq, həmin tərzdə sözünə əlavə etdi. 
-  Özünü  ələ  alsan  daha  yaxşı  olar.  Əks  təqdirdə  mən 
buradan çıxıb gedəcəm. 
Bu  cavabdan  vəcdə  gələn  ana  əli  ilə  ağzını  tutaraq 
yerindəcə  donub  qaldı.  Xədicənin  əsəbiləşdiyini  görən 
Qənirə  rəfiqəsini  sakitləşdirmək  üçün  ona  yaxınlaşdı.  O, 
dedi: 
-  Xədicə,  sənə  dedim  axı,  uşaqları  sıxışdırmaq  lazım 
deyil.  Ola  bilsin,  onlar  seçdikləri  taliblərin  xasiyyətlərinə 
daha  yaxından  aludə  olublar.  Sadəcə  olaraq,  biz  onları 
anlamaq istəmirik.  


                                                     
 
  
                                                                            
                                                    
283 
- Onları seçim məsələsində özbaşına buraxsaq, onda ailə 
həyatında  mütləq  çətinliklərlə  üzləşəcəklər.  –  deyə  Xədicə 
etiraz etdi. 
-  Lakin  övladlarımızı  sevindirmək  bizim  borcumuzdur. 
Biz  onları  daim  təzyiq  altında  saxlasaq,  onda  gözlənilməz 
problemlər  üzə  çıxacaq.  Mənim  yaxşı  bir  təklifim  var. 
Onsuz  da  bu  gün  sən  övladının  razılığı  olmadan  mənim 
qapıma  elçi  gəlmisən.  İstəyirəm,  hamımız  onun  üçün  bir 
sürpriz  təşkil  edək.  Sən  yaxşı  bilirsən  ki,  mən  Əliyusifin 
xətrini dünyalar qədər istəyirəm. 
Artıq bəlli oldu ki, onun istədiyi qız var və siz hamınız 
Əliyusifin  istədiyi  qızın  evinə  elçi  getməklə,  onun 
arzusunun hasil olunmasına köməklik göstərməlisiniz.  
-  Sən  nə  danışırsan?  –  deyə  təəccübdən  elmi  xadimin 
gözləri bərələ qaldı. 
- Niyə təəccüblənirsən? – deyə Ofeliya söhbətə müdaxilə 
etdi və həmin an onlara yaxınlaşıb təbəssüm hissi ilə sözü-
nə əlavə etdi. – Mənə elə gəlir, bu məsələdə vaxtı uzatmaq 
lazım deyil. Elə yaxın üç gündə biz hamımız birbaşa Əliyu-
sifin  istədiyi  qızın  evinə  elçi  gedək.  Necə  olsa  da  bizim 
hamımız onu evləndirmək adı ilə buraya toplaşmışıq.  
- Siz zarafat edirsiniz? – Xədicə onların verdikləri təklif-
ləri ciddi qəbul etmədi. 


                                                     
 
  
                                                                            
                                                    
284 
- Belə bir şeylə zarafat etmək olar? – deyə Qənirə rəfiqə-
sinə təsəlli verməyə başladı. – Allah mübarək eləsin. Ofeli-
ya xanımın dediyi kimi, yaxın üç gün ərzində hamınız hə-
min naməlim qızın evinə gedib Əliyusifi sevindirin. – sonra 
o, üzünə  şən təbəssüm  verib zarafatla  sözünə əlavə etdi.  – 
Xədicə əzizim, siz hamınız elçilik adı ilə evnizdən çıxmısı-
nız. Sadəcə olaraq ünvanı səhv saldınız. Bu gün bura yox, 
gərək Əliyusifin istədiyi yarının evinə getməliydiniz. 
-  Mən,  nadir  hallarda  səhv  edirəm.  –  Xədicə  təşəxxüslə 
dilləndi. – Bu evə isə oğlumun səadətinə görə ayaq basdım 
və  ürəyimin  istəyinə  səs  verərərək,  Allahın  rizası  ilə  əmin 
idim  ki,  Əliyusif  yalnız  sənin  qızın  ilə  xoşbəxt  olacaqdı. 
Qənirə, onu bil ki, mən ünvanı düz seçmişdim.  
- Deməli, qızın da öz qisməti var. – deyə hər şeyin yaxşı-
lıqla qurtardığını görən Məkanə hərarətlə dilləndi və qızı ilə 
Gülarəyə göstəriş verdi ki, qonaqlara çay gətirsinlər.  
-  Övladın  xoşbəxt  olması  üçün  təkcə,  valideynin  istəyi 
nəzərə alınmamalıdır. – deyə Qənirə müdrikcəsinə dilləndi. 
–  Bu  məsələdə  övladın  ürəyindəki  duyğular  da  önəmli 
sayılır.  Belə  çıxır  ki,  Əliyusifin  qisməti  ürəyinin  başında 
gəzdirdiyi  qızdır.  Xədicə,  mənə  inan,  sən  gedəcəyin 
ünvandakı qız oğlunu xoşbəxt, sənin isə başını uca edəcək. 
Məkanə  demişkən,  hərənin  öz  qisməti  var.  Əvvəlcədən 
hamınızı təbrik edirəm.  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə