Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə70/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   64   65   66   67   68   69   70   71   72

                                                     
 
  
                                                                            
                                                    
277 
gizlətməkdə  aciz  idi.  Görünür,  kimsə  onu  yaman  bərk 
əsəbiləşdirmişdi.  Əliyusif  elə  başa  düşdü  ki,  Qənirə  məhz 
onun hərəkətlərinə görə hiddətlənibdir.  
Bu  dəfə  qızın  anası  gözlərinin  jestləri  ilə  yanındakı 
əyləşmiş  Məkanəni  qonşı  otağa  göndərdi.  Elə  həmin  an 
Gülarə  də  ev  yiyəsinin  ardınca  bu  otaqdan  çıxdı.  Heç  bir 
dəqiqə  keçməmiş  Qənirə  Ofeliyanı  yanına  çağırıb,  onunla 
birlikdə mətbəxə getdi.  
Arada  müəyyən  soyuqluq  yarandı.  Əliyusif  elə  başa 
düşürdü ki, bütün bu qan-qaraçılıq ona görə olubdur və bu 
işə görə o, müəyyən mənada özünü günahlandırırdı. İçəridə 
ev  sahiblərindən  heç  kimin  olmadığını  görən  Xədicə,  üz-
gözünü bozardaraq hiddətlə dedi: 
-  İstədiyinə  çatdın?  Sənin  qanacağını  görən  qız  razılıq 
verməkdən  boyun  qaçırır.  Sən,  bizim  hamımızı  biabır 
etdin.  
-  Sən  haradan  bildin  ki,  qız  etiraz  edir?  –  deyə  Əliyusif 
maraqlandı.  
-  Qənirənin  emosional  hərəkətlərindən.  -  deyə  Xədicə 
oğluna  olan  qəzəbini  gizlədə  bilmədi.  -  Mən  belə  başa 
düşürəm ki, qız sənin kimi mədəniyyətsiz oğlandan imtina 
edir. 
- Necə yəni imtina edir? – deyə müxbir təəccübləndi. 


                                                     
 
  
                                                                            
                                                    
278 
Əliyusifin  söz  güləşdirməsini  istəməyən  Arif  onunla 
birlikdə  eyvana  çıxmağı  məsləhət  bildi.  Elə  həmin  an 
Ofeliya  mətbəxdən  qayıtdı  və  tələsik  halda  qonşusunun 
qulağına dedi: 
- Bir qədər səbirli ol. İş ondadır ki, qız Əliyusifin qaba-
ğına  çıxmaqdan  imtina  edir.  Onun  dediyinə  görə  istədiyi 
oğlan var və yalnız onunla ailə səadəti quracaq. - Elə Əlinin 
də dediyindən elə çıxır. Deyəsən, o da tamamilə başqa bir 
qıza vurulubdur.  
- Deyirəm qonşu, indiki cavanların gözü kordur. – Ofeli-
ya təəssüflə dilləndi. – Sənin oğlun, Gülnarə kimi əsl azər-
baycanlı adətləri ilə böyüyən bir qızdan imtina edir.  
-  Mən  sizin  və  Qənirənin  yanında  biabır  oldum.  –  deyə 
həqarətlə dillənən ananın əl-qolları yanına düşdü.  
-  Xahiş  edirəm,  bu  cür  abstrakt  fikir  söyləmə.  –  deyə 
Ofeliya qonşusuna təsəlli verdi. – İş ondadır ki, Gülnarənin 
özü  həmin  izdivacdan  boyun  qaçırıbdır.  Elə  Qənirə  də  pis 
vəziyyətə  düşdüyü  üçün  məndən  xahiş  etdi  ki,  mən  bu 
haqda səni məlumatlandırım.  
Ofeliya  ifadəsini  sona  çatdırmışdı  ki,  birdən  Əliyusifin 
mobil  telefonu  yenə  də  zəng  çaldı.  Müxbir  eyvanda  idi. 
Əsəbiləri  tarıma  çəkilən  Xədicə  ekranda  yazılan  nömrəyə 
və ya ada fikir vermədən “Yes” düyməsini basır. Elə həmin 


                                                     
 
  
                                                                            
                                                    
279 
an əks tərəfdən bir qız səsi eşidildi: “Əliyusif, ömrümdə ilk 
dəfə, sənə görə mən anamın sözündən çıxmalı oldum”.  
Xədicə  telefondakı  səsi  eşidəndən  sonra  sanki  yuxudan 
ayıldı. Bu səs ona tanış gəldi. Ziyalı qadın kimin danışdığı-
nı  soruşduqda  qız  telefonu  söndürdü.  O,  cavab  vermədən 
qonşusunun üzünə qəribə nəzər saldı.  
- Sənə nə oldu? – deyə Ofeliya təəccüblə soruşdu.  
-  Deyəsən,  bu  Gülnarənin  səsi  idi.  –  deyə  ziyalı  qadın 
keyimiş halda dilləndi. – Başa düşmədim, məgər onlar bir-
biriləri ilə danışırlar? 
-  Ola  bilməz.  Onlar  hər  ikisi  bir-birilərini  inkar  edirlər. 
Görmürsən, qız heç otağından çıxmır?  
- Mən Gülnarənin səsini, onun danışıq tərzini, diksiyası-
nı  heç  kiminlə  səhv  sala  bilmərəm.  Yüz  faiz  əminəm  ki, 
danışan Gülnarə idi.  
-  Burada  böyük  anlaşılmamazlıq  baş  veribdir.  Bunu 
aydınlaşdırmaq çətin deyil.  
Ofeliya  həddindən  artıq  arif  adam  olduğu  üçün  təxmini 
olaraq, burada nə baş veridyini anlamağa çalışdı. O, telefon 
zənginin  kimin  tərəfindən  zəng  çalındığını  dəqiqləşdirmək 
üçün dərhal Gülnarənin otağına getdi.  
Cavanların  inadkarlığı  sayəsində  hamının  kefinə  soğan 
doğranmışdı.  Çoxları  gəldiklərinə  görə  pərt  olmuşdular  və 
ilk növbədə Əliyusifi qınayırdılar.  


                                                     
 
  
                                                                            
                                                    
280 
Bir neçə dəqiqədən sonra Məkanə qızı Xəyalə ilə birlik-
də  otağa  daxil  olub,  Xədicənin  yanında  özünə  yer  tutub, 
razı halda söhbət etməyə başladı. Nədənsə, belə bir düyünlü 
məsələdə kompromiss variant tapılmışdı. 
Arif ilə səbəbkar eyvandan qayıdanda, öz düşüncələrinə 
şübhə ilə yanaşan Xədicə tərəddüd etmədən telefonun zəng 
çaldığını oğluna xəbər verdi və oğlanın necə reaksiya verə-
cəyini  səbirsizliklə  gözləməyə  başladı.  Müxbir  nömrəyə 
baxan kimi narahat oldu və vacib zəngi olduğu üçün eyvana 
çıxmasına,  hamıdan  icazə  istədi.  Hövsələdən  çıxan  Arif 
bunun qarşısını almaq istəsə də, Xədicə hamının təəccübü-
səbəb olaraq, ona etiraz bildirmədi.  
Vəziyyətin gərginləşməsini istəməyən Qənirə Gülarə ilə 
qonaq  otağına  gəlib,  Xədicənin  yanında  əyləşdi  və  güclə 
eşidilən səslə dedi: 
-  Bağışlayın  məni,  qız  qəti  olaraq  bu  izdivaca  etirazını 
bildirir. Mən hamınızın yanında üzüqara oldum. Ofeliya ilə 
söhbətdən  mənə  hali  oldu  ki,  Əliyusifin  də  başqa  istədiyi 
qız  var.  Mənə  elə  gəlir,  biz  öz  qərarlarımızla  uşaqların 
qəlbini sındırmamalıyıq.  
Sanki  bu  xəbər  elmlər  namizədinin  əhval-ruhiyyəsini 
qaldırdı  və  həmin  an  o,  şux  qamətini  dik  tutdu.  Qənirənin 
sözlərində  həqiqət  vardı  və  artıq  bəlli  idi  ki,  cavanlar  öz 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə