Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə68/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   64   65   66   67   68   69   70   71   72

                                                     
 
  
                                                                            
                                                    
269 
-  Sən  ki,  belə  bir  qiymət  verdin,  bu  cavabla  sanki  məni 
göylərə  qaldırdın.  Sadəcə  olaraq  xoşbəxt  edəcəyim  adam 
mənə “hə” cavabı verməlidir.  
Bu  məqamda  rəssam  qız  həmsöhbətinə  qəribə  nəzər 
saldı  və  birdən-birə  onda  ruh  düşkünlüyü  yarandı.  Sanki 
müxbirin  səmimiyyətlə  söylədiyi  sonuncu  ifadə  onun 
ürəyindən  olmadı.  Əliyusif  də  özünə  görə  arif  insan 
sayılırdı  və  o,  qarşıdakı  qızın  baxışlarında  qəribə  hisslər 
aşıladı. Onun fikirincə, belə baxışlar yalnız aşiq olan adama 
məxsus idi. Deməli, heyranedici gözəlliyə malik olan qızın 
qəlbini məhəbbət atəşi bürümüşdü. Lakin maraqlı idi, hansı 
bəxtəvər elə büllur kimi saf olan bir qızın ürəyini fəth edə 
bilmişdi.  Sonrakı  fəsadları  gözünün  qarşısına  gətirmək 
istəməyən müxbir, ürəyini tikan kimi didib parçalayan sirri 
söyləmək qərarına gəldi.  
Əliyusif bütün fikrini bir yerə toplayaraq dərindən kök-
sünü ötürdü və baxışlarını birbaşa həmsöhbətinin gözlərinin 
içərisinə dikərək çəkinə-çəkinə dedi: 
-  Gülnarə  xanım,  ola  bilsin  ki,  hazırda  söyləyəcəyim 
sözlər sənin xətirinə dəysin, hətta birdəfəlik məndən inciyə 
də  bilərsən.  Açığını  desəm,  mən  özüm-özümlə  bacara 
bilmirəm.  
-  Əliyusif,  qəlbinin  saflığına  görə  mən  sənin  hər  bir 
dərdinə  şərik  olmağa  hazıram.  –  deyə  rəssam  qız  oğlanın 


                                                     
 
  
                                                                            
                                                    
270 
həddindən  artıq  həyəcanlı  olduğunu  görüb,  ona  təsəlli 
verdi.  –  Özünə  əzab  vermə,  təxmini  bilirəm  nə  demək 
istəyirsən. 
-  Sən  haradan  bilirsən  ki,  mənim  ürəyimdə  nələr  var.  – 
deyə  mənəvi  sarsıntı  keçirən  müxbir  həqarətlə  dilləndi.  – 
Əziz  Gülnarə  xanım,  sual  verdin  ki,  həmin  bəxtəvər  kim-
dir?  Həmin  bəxtəvər  ulduzları  öz  nuru  ilə  qamaşdıran, 
laləzərliyi  gözəlliyi  ilə  kölgədə  qoyan,  hüsnü-camalı  ilə 
mirvari üzlü dənizi mat edən, baxışları ilə bütün aləmi hey-
ran edən, vücudu ilə möhtəşəm dağlardan vüqarlı görünən, 
gülüşü ilə qaranlığı nura qərq edən, mənəvi gözəllik rəmzi 
sayılan,  füsunkar  gözəlliyə  malik  olan  mənimlə  bir  masa 
arxasında əyləşən qızdır.  
Eşitdiyi  sözlərdən  məst  olan  Gülnarə  son  sözdən  pərt 
oldu.  Qız  heç  bilmədi  nə  cavab  versin.  Çünki  həmin 
məqamda  Əliyusifin  dodaqları  əsir,  əlləri  isə  titrəyirdi. 
Rəssam qız narazılıq bildirmək istəsə də, onun ürəyi isə əks 
hisslərlə  buna  mane  oldu.  Birmənalı  şəkildə  başa  düşmək 
olardı  ki,  həmin  sözlər  Gülnarənin  ürəyindən  oldu  və  o, 
utandığından  başını  aşağı  salaraq,  daxilində  nəyisə  götür-
qoy  etməyə  başladı.  Bir  az  keçəndən  sonra  rəssam  qız 
bütün iradəsini toplayaraq hüznlə dedi: 
-  Əliyusif,  sirr  deyil  ki,  belə  bir  təklifi  mən  səndən 
gözləyirdim,  amma  təsəvvürümə  gətirə  bilməzdim  ki,  sən 


                                                     
 
  
                                                                            
                                                    
271 
yanında vasitəçi olmadan belə bir addımı atacaqsan. Demə-
li, sən gözlənildiyindən də səmimi bir insansan. Cavabı isə 
yalnız anamla məsləhətləşəndən sonra sənə verəcəm.  
Hər  şeyin  yaxşı  ötüşdüyünü  görən  müxbir  Gülnarənin 
bokalına şaftalı şirəsi süzüb, rahatlaşmış halda dedi: 
-  Gülnarə,  sənin  kamalın  get-gedə  məni  heyrətləndirir. 
Məhz buna görə də mən səninlə axıra qədər səmimi olmaq 
istəyirəm.  Anam  bu  həftənin  axırında  elçi  qismində  bir 
rəfiqəsinin evinə gedəcək.  
-  Bu  münasibətlə  əvvəlcədən  mən  səni  təbrik  edirəm.  – 
deyə  mimkasında  bir  qədər  dəyişiklik  yaranan  rəssam  qız 
istehza  ilə  dilləndi.  –  Bəxtəvər  olacaq  həmin  qız  kimdir, 
qohumdur, yoxsa kənar bir adam? 
- Rişxənd eləmə, yalnız bir dəfə, mən həmin qızın üzünü 
görmüşəm. Amma o, sənin kimi heyranedici deyil ki, mən 
həmin izdivaca razılıq bildirim. Həm də sən olan yerdə mən 
kiməsə göz sala bilərəm? 
Ondan  sonra  Əliyusif  anası  ilə  yaranan  ixtilafı  və  elçi 
gedən  zaman  orada  nə  edəcəyini  bütün  təfsilatı  ilə 
sevgilisinə ərz etdi. 
 
 
 
 


                                                     
 
  
                                                                            
                                                    
272 
       
XXIV fəsil. Elçilik vaxtı qeyri-adi hadisənin  
                                  baş verməsi 
 
“Həri günü” gəlib çatanda Əliyusifdən başqa hamı sevi-
nir,  gülüb-danışır  və  xonçaları  hazırlayırdılar.  Əvvəlcədən 
danışıldığı  kimi  qız  qapısına  Arif,  həyat  yoldaşı  Ofeliya, 
övladları  və  onların  həyat  yoldaşları  da  getməliydilər. 
Nurlan  ilə  Elçin  hərə  öz  maşınında  sürücülük  funksiyasını 
yerinə  yetirəcəkdilər.  Xədicə  qorxurdu  ki,  oğlu  Qənirənin 
evində hansısa qeyri-adi hərəkətlərə əl atacaq və bununla da 
özünü  qızın  gözündən  salmağa  çalışacaq.  Məhz  buna  görə 
də  o,  qonşularından  xahiş  etmişdi  ki,  yolboyu  təbliğat 
apararaq Əliyusifə lazımi təsir göstərə bilsinlər.  
Hal-hazırda  Qənirənin  evinin  bir  hissəsi  təmirdə  olduğu 
üçün o, elçiləri yaxın rəfiqəsi Məkanənin evində qarşılama-
ğı qərara aldı. O, əsasən Xədicənin yox, ziyalı qadının ya-
nında gələcək qonaqların yanında biabır olmaq istəmirdi.  
Elçilərin gəlişinə tam-təraqla hazırlaşan Qənirə yalnız iki 
saat  qalmış  Gülnarəyə  nə  baş  verdiyini  izah  etdi.  Rəssam 
qız belə bir sövdələşməyə görə aşıb-coşsa da, son məqamda 
sakitləşməyə  məcbur  oldu,  lakin  qətiyyətlə  bildirdi  ki,  o, 
elçilərə  razılıq  verməyəcək.  Gülnarə  Əliyusifi  əyan  etmək 
üçün  bu  haqda  onu  məlumatlandırdı.  Onda  Əliyusif  ona 
təsəlli vermək üçün belə bir söz dedi: 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə