73
budaqlarındakı yarpaqlar, süfrə arxasındakı qonaqların
hamısı üçün kölgə yaradırdı.
Əliyusif sol qolunu taxta məhəccərin üstünə qoyub, aşa-
ğı enən çökəkliyin lap dibində, qərbdən şərqə doğru axan
dayaz çayın siluetinə tamaşa edirdi. Çinar, vələs, fısdıq
ağaclarında məskən salmış rəngarəng quşların səsi və çayın
şırıltısı heyranedici sintez yaradırdı. Ağacların həm üstün-
dəki, həm də aşağısındakı əlvan bitkilər, fikrə getmiş
qonağın gözünü qamaşdırırdı. O, buradakı gözəlliyə o dərə-
cədə valeh olmuşdu ki, hətta yanında hərlənən ofisiantın, nə
vaxt süfrəni bəzədiyindən xəbərsiz oldu. Süfrənin menyusu
çox zəngin təşkil olunmuşdu; yağ, bal, pendir, şor, düyü
sıyığı, süd, yumurta, qənd, şəkər tozu, çay və təndir çörək.
İnsan orqanizmi istəsə hamısını və yaxud da iştaaha görə
lazım olan qidanı qəbul edə bilər, hətta doymasa belə, əlavə
də həmin nemətlərdən gətizdirə bilərdi. Ümumiyyətlə, ləziz
yeməklərin sayı burada saysız-hesabsız idi. İstirahət müd-
dəti ərzində bölgə mətbəxinin bütün nümunələri qonaqlara
təqdim olunurdu. Yeməklərin siyahısında cürbəcür ləvəngi-
lər böyük üstünlük təşkil edirdi. Küləfirəngidən başqa
əyləncə mərkəzinin restoranlarında yerli aşbazlar cənub
mətbəxiylə yanaşı, digər milli yeməklər, o cümlədən də,
Avropa mətbəxi nümunələrini turistlərin istifadəsinə verir-
dilər. Maraqlı cəhət o idi ki, yeməklərin süfrəyə verilməsi
74
və təqdimatı peşəkar səviyyədə təşkil olunmuşdu. Persona-
lın hərəkətləri bir mərkəzdən idarə edilirdi. Bütün bunların
hamısı alınan istirahət biletinin tərkibinə daxil olmuşdu.
Adəti üzrə böyük küləfirənginin bu hissəsində, kollektiv
şəkildə istirahət kompleksinə gəlmiş turistlər əyləşib çörək
yeyirdilər. Turistlərin kimliyindən, mənsubiyyətindən asılı
olmayaraq, yemək vaxtı turistləri kompleksin mühafizəçi-
ləri qoruyaraq, onlar üçün rahatlıq yaradırdılar. Maraqlısı
isə o idi ki, Əliyusif hörmət əlaməti olaraq, ona qulluq edən
ofisianta 5 manat uzadanda, həmin oğlan qəti şəkildə pulu
götürməyəcəyini bildirdi. Ofisiantın dediyindən belə aydın
oldu ki, istirahət kompleksinin rəhbəri bütün əməkdaşlara
xəbərdarlıq edib ki, kim istirahətə gələn adamlardan şirinlik
pulu alsa, həmin adam dərhal öz işindən uzaqlaşdırılacaq.
Bir sözlə, Azərbaycanın bir çox dilbər guşələrində
yaradılan istirahət mərkəzlərində olmuş Əliyusif üçün,
burada turistlərə yaradılan servis və kompleksin əməkdaş-
ları arasında tətbiq olunan xüsusi nizam-intizam, həmin
turist ocaqlarının heç birisində yox idi.
“Relax” Turizm İstirahət və Əyləncə Mərkəzində eyni
vaxtda 400 nəfərdən çox adam istirahət edə bilərdi. Şübhə-
siz ki, ən müasir standarlara cavab verən, nəinki ölkədə,
hətta bütün Cənubi Qafqaz ölkələri arasında layiqli rəqabət
75
apara biləcək nəhəng bir kompleks idi və buradakı yüksək
səviyyəli xidmət qonaq gələnlərin heyrətinə səbəb olurdu.
Bir müəssisədən gələn turistlər kompakt şəkilində
masalar arxasında öz yerlərini tutub, nahar yeməyinə başla-
dılar. Əliyusif kərə yağını bala qatıb yemək üçün hazırlıq
görürdü ki, birdən onun gözü, qarşıda əyləşmiş Nurlan,
Günay, Aydan, Arif, Ofeliya, onların yanında olan əyani
surətdə tanımadığı 55-60 yaşlı qarabuğdayı, ziyalı görkəmli
kişiyə sataşdı. Arif tərəddüd etmədən müxbiri öz masasına
dəvət etdi. Əliyusif qarabuğdayı kişidən başqa onların
hamısını əyani şəkildə tanıdığından o, tərbiyə görmüş bir
insan kimi qonşusunun sözünü yerə salmadı. Arif cavan
oğlanı yanındakı kişi ilə əyani surətdə tanış edən kimi dedi:
- Əli, tanış ol, ölkə səhiyyəsinin görkəmli təbiblərindən
biri olan Fikrət müəllim. Fikrət müəllim tibb sahəsinin
professorudur. Mən sənin haqqında ona bəzi məlumatlar
vermişəm.
- Bu tanışlığa görə sizə öz minnətdarlığımı bildirirəm. –
deyə Əliyusif utancaq halda dilləndi. – Mən Fikrət
müəllimi bir neçə dəfə sizə gələndə görmüşəm.
Məlum olur ki, professor səhər açılan kimi bura gəlmiş
və axşama qədər qohumu ilə birlikdə vaxtını keçirmək üçün
istirahət kompleksində qalacaqdı. Müxbir onunla üzbəüz
əyləşən kimi Arif çörək yeyə-yeyə dedi:
76
- Əli, fikir verirsən də burada necə qayda-qanunlar hökm
sürür? Buranın həm havası, şəraiti, yemək menyusu, həm
də xidmətçi personalı çox ürəkaçandır. Yəni, ailə qədiri
bilən, ailəsinə görə narahat olmayan, dost-tanış yanında
biabır olmaq istəməyən hər bir kəs tərəddüd etmədən
ailəsini, dost-tanışını götürüb bura gələ bilər. Mən,
xanımım Ofeliya ilə bura gəlməkdə qəti peşman deyiləm.
- Təəssüflər olsun ki, bizim istirahət müddətimiz 5
gündür. – deyə Ofeliya dərindən ah çəkərək, məyus halda
dilləndi və həmin an diskoteka tərəfdən gələn musiqiyə
qulaq asa-asa həmin tərzdə sözünə əlavə etdi. - Hazırda
İlqar Muradovun oxuduğu “Bu şəhərdə” mahnısı şəhəri,
şəhərdəki evimi yadıma salır. Görəsən, bu təsadüfdür,
yoxsa zərurət? Belə bir yerdə şəhər ilə bağlı bir mahnıya
qulaq asasan.
- Açığını desəm, mən heç təsəvvürümə gətirə bilməzdim
ki, - deyə heyrət içərisində olan Arif bəh-bəhlə dilləndi. -
bura bu dərəcədə ecazkar gözəlliyə malik olan bir məkan-
dır. Əli, sən deyəndə ki, “Relax” Nabranda yerləşən hər bir
istirahət mərkəzindən daha gözəl və daha da möhtəşəmdir,
düzü mən buna şübhə ilə yanaşdım. Həqiqətən də bura
tərifə layiq olan bir yerdir.
- Hər bir bölgənin özünəməxsus gözəlliyi var. – deyə
peşəkar həkim dərindən nəfəs alaraq aludəliklə dilləndi. –
Dostları ilə paylaş: |