Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə20/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   16   17   18   19   20   21   22   23   ...   72

                                                     
 
  
                                                                            
                                                    
77 
Azərbaycanın  görkəmli  akademiki,  əməkdar  elm  xadimi 
Həsən  Əliyev  Leriki  yaz  vaxtı  ətriyyat  mağazalarına  bən-
zətmişdi. O, demişdir: “Talış dağlarının füsunkar guşələrin-
dəki  mineral  bulaqları  xalqımızı  sağlamlıq  ocaqlarına 
çevirmək  lazımdır...  Talış  meşələrinin  relikt  flora  və 
faunasını  saxlamaq  üçün  həmin  meşə  başdan-başa  Karpat 
meşələri kimi milli park və ya təbiət parkına çevrilməlidir. 
Oradakı mineral və digər içməli suların çoxluğu bu məqsəd 
üçün gözəl mənbədir”. 
Akademik Mirəli Qaşqay isə vurğulayıb ki, “Talış dağla-
rının zəngin təzadlı təbiəti möcüzələr diyarını xatırladır. Bu 
dağların sirri hələ tam açıqlanmayıb. Gələcək alimlər üçün 
bura  böyük  təcrübə  məktəbi  ola  bilər.  Bu  qiymətli 
sərvətlərə, bənzərsiz gözəlliklərə laqeyd qalmaq günahdır”.  
-  Unutmaq  lazım  deyil  ki,  hələ  SSRİ  dövründə  ən  çox 
uzunömürlülər  məhz  burada  yaşamışdılar.  –  deyə  Ofeliya 
xatırlatma etdi.  
-  Uzunömürlülər  barəsində  akademik  Mirəli  Qaşqayın 
xüsusi açıqlamsı var. “Leriklilər sağlam təbiətdə yaşayırlar. 
Havası  loğman,  suları  məlhəm,  bitkiləri  can  dərmanıdır. 
Torpağı səxavətlidir – min-bir nemət yetirir. Balı, qaymağı, 
bütün təbii qidaları, təbii gözəllikləri, sağlamlığın rəhnidir. 
Burada  təbiət,  Günəş  şüaları  ilə,  suyu,  havası,  növbənöv 
bitkiləriylə, zümrüd meşələriylə insanlardan xəbərsiz onları 


                                                     
 
  
                                                                            
                                                    
78 
müalicə  edir...  Əlbəttə,  dağ  havası  udan,  dağa  bənzər. 
Sağlam təbiət sağlam həyat deməkdir”. 
-  Akademikin  sözlərinə  şübhə  etməmək  olar.  –  deyə 
ziyalı  qadın  təqdiredici  tərzdə  dilləndi.  –  Mən  buraya 
qədəm  qoyandan  bəri  özümü  çox  sağlam  hiss  edirəm. 
Ürəyim saat kimi işləyir, nəfəsimi rahat alır, başağrısı yox 
olub gedibdir. 
-  Mən,  Gədəbəydə  istirahətdə  olanda  elə  zənn  edirdim 
ki,  təbiətinə  görə  oradan  gözəl  və  məftunedici  məkan 
yoxdur.  –  deyə  Nurlan  arada  yaranan  sükutdan  istifadə 
edərək hərarətlə dilləndi. - Amma bura, mənim Gədəbəyin 
təbiəti ilə bağlı olan təsəvvürlərimi tamamilə dəyişdi.  
-  Maraqlı  odur  ki,  burada  Tibbi  təhlükəsizliyə  xüsusi 
diqqət  ayrılıbdır.  –  deyə  başını  razı  halda  yellədən  həkim 
heyrətlə dilləndi. – Kompleksin öz ərazisində aptek və tibbi 
personal daxil olmaqla tibb məntəqəsi də fəaliyyət göstərir. 
Belə bir servis ilə hər yerdə rastlaşmaq mümkün deyil.  
Əliyusif  bir  müxbir  kimi  ünsiyyətdə  olduğu  hər  adamı 
dialoq  zamanı  daxildən  oxumağa  çalışırdı.  Aida  ilə 
yanyanaşı əyləşən Ofeliya əlində çay stəkanı tutaraq, üzünü 
meşəyə tərəf çevirib ağır xəyala dalmışdı. Hiss olunurdu ki, 
o,  uzaqdan-uzağa  nəyə  isə  qulaq  asır.  Məhz  bundan  sonra 
müəyyən  olundu  ki,  ziyalı  qadın  Nazpəri  Dostəliyevanın 
“Nə  olar  Allahım”  mahnısına  qulaq  asır.  Onun  üzünü 


                                                     
 
  
                                                                            
                                                    
79 
meşəyə tərəf tutub xəyallara dalması, elə Arifin də diqqətini 
özünə cəlb etdi.  
- Ofeliya, niyə çörək yemirsən?  
-  Sadəcə  olaraq,  mahnıya  qulaq  asıram.  –  deyə  Ofeliya 
diksinərək, təşəxxüslə dilləndi.  
-  Sən  nə  vaxtdan  Nazpəri  Dostəliyevanın  musiqisinə 
qulaq  asmağa  başlamısan?  –  deyə  Arif  müəmmalı  tərzdə 
dilləndi. – Mən biləni sən, daim muğamata və xalq mahnı-
larına qulaq asırsan. 
-  Biz  elə  bir  yerdəyik  ki,  lirik  mahnılarına  qulaq  asmaq 
adama  mənəvi  rahatlıq  verir.  O  ki,  qaldı  Nazpəri 
Dostəliyevanın mahnı seçimi, o, peşəkar müğənni kimi həm 
xalq  mahnıları,  həm  də  muğamat  oxuyur.  Etiraf  edim  ki, 
mən  evdə  olanda  da  mütəmadi  olaraq  “Nə  olar  Allahım” 
mahnısına  daim  qulaq  asıram.  Mahnının  sözləri  o  qədər 
mənalıdır  ki,  mən  kövrələrək  nostalji  duyğular  əhatəsində 
oluram.  
-  Mən  Ofeliya  xanımla  şərikəm.  –  deyə  Əliyusif 
dərindən  nəfəs  alaraq  heyrətlə  dilləndi.  –  Nazpəri  xanım 
ecazkar səsə malik olan bir müğənnidir və o, məlahətli səsi 
ilə bu mahnını ifa edəndə, taleyinin həm  şirin, həm də acı 
hökmünü  gözləri  önünə  gətirir.  Peşəkar  bəstəkar  Cabbar 
Musayev  və  söz  ustadı  rəhmətlik  Nüsrət  Kəsəmənli 
tandemi  ilə  bu  mahnı  hasil  olanda,  sanki  Nazpəri  xanım 


                                                     
 
  
                                                                            
                                                    
80 
onların yanında olmuşdu, çünki inanmıram ki, ondan başqa 
həmin mahnının ifası bu dərəcədə keyfiyyətli alınsın. Onun 
hər bir mahnısına burada qulaq asanda, adam özünü cənnəti 
məkanda  hiss  edir.  Nazpəri  xanımın  mahnısı  ilə  buranın 
təbiəti gözəl sintez yaradır və ondan sonra anlamaq olar ki, 
o, nə dərəcədə qəlblərə yaxın olan mahnılar oxuyur.  
-  Mənim  fikrimcə,  -  deyə  yüksək  əhval-ruhiyyədə  olan 
Arif həvəslə dilləndi: - nahar yeməyi zamanı, bütün ətrafda 
Hacıbaba Hüseynovun, Əlibaba Məmmədovun, İslam Rza-
yevin,  Alim  Qasımovun,  Səxavət  Məmmədovun,  Mənsum 
İbrahimovun  və  başqa  ustadlarının  muğamatları  səslən-
dirilsə,  həmin  bənzərsiz  ifalar  adamın  ürəyinə  yağ  kimi 
yayılar.  Onda  adam  başa  düşər  ki,  əsl  muğam  təbiət 
qoynunda  nə  dərəcədə  effektiv  səslənir  və  həmin  musiqi 
başqa musiqi janrların içərisində nə dərəcədə möhtəşəm və 
füsunkardır. 
-  Başa  düşmürəm,  biz  buraya  istirahət  etməyə  gəlmişik, 
yoxsa mahnılara qulaq asmağa? – deyə Nurlanın narazı səsi 
gəldi.  –  Burada  olan  vaxtımızı  elə  mənalı  keçirməliyik  ki, 
bir günümüz on günə bərabər olsun.  
-  Guya,  bizim  burada  keçən  günlərimiz  mənalı  deyil?  – 
deyə Günay müəmmalı tərzdə dilləndi.  
- Nurlanın ürəyini məndən başqa heç kim oxuya bilməz. 
– deyə Arif liberallığını nümayiş etdirməyə çalışdı.  – Hal-


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə