Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə22/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   18   19   20   21   22   23   24   25   ...   72

                                                     
 
  
                                                                            
                                                    
85 
Qız o dərəcədə gözəl idi ki, müxbir Arif ilə söhbət etsə 
də,  baxışlarını  ondan  ayıra  bilmirdi.  Sanki  o,  həmin 
naməlum qıza vurulmuşdu.  
Uzaqgörən ziyalı müxbirin kasıb olduğunu anladığından 
o,  dərhal  çayçıdan  növbəti  samovar  çayı  istədi.  Əliyusifin 
fikirincə,  səhhətində  problem  olan  Ofeliya  xanım  gəlini 
Günay  ilə  gəzintiyə  çıxmış,  Nurlan  isə  Aydanı  şənləndir-
mək üçün uşaq meydançasına getmişdi.   
-  Qardaş,  deyirlər  dünya  dəyişibdir.  –  deyə  Fikrət  dərin 
xəyallarda olan bir filosof kimi dilləndi.  - Əslində bu belə 
deyil.  Dünya  yox,  onun  qoynunda  məskunlaşan  insanlar 
dəyişibdir. Bu dəyişkənlik cinayətə bərabər olan bir şeydir. 
Əvvəl  elmi-texniki  nailiyyətlər  naminə  insan  dünyanın 
həyat  örtüyü  olan  təbiətə  təcavüz  edərək,  meşələri  qırdı, 
çayların içərisində böyük bəndlər qurmaqla onun məcrasını 
dəyişdi,  gölləri  qurutdu,  dağları  yardı.  İndi  isə  insanlar 
özləri-özlərini dəyişdirməyə can atırlar.   
-  Biz  bu  dünyada  yaşadığımızdan,  əlbəttə  ki,  dünyanın 
bir  hissəsiyik.  –  deyə  Arif  ədəb-ərkanla  dilləndi.  –  Bizim 
yaşamağımız-yeməyimiz,  içməyimiz,  geyinməyimiz,  evi-
mizin  olması  –  bunların  hamısı  dünyanın  bizə  bəxş  etdiyi 
və  özümüzün  təbiətlə  münasibətdə  istehsal  etdiyimiz 
nemətlərdir. Sözün geniş mənasında dünya insanın evidir. 


                                                     
 
  
                                                                            
                                                    
86 
-  Əziz  qohum,  dünya  sözü  geniş  və  dar  mənalarda 
işlənir. – deyə professor ətrafdakı kanyon üzərinə sallanmış 
ağaclara  diqqət  yetirə-yetirə  pedaqoqlara  xas  olan  tərzdə 
dilləndi.  –  Geniş  mənada  Dünya  sözü  aləm,  materiya 
sözləri  ilə  eyni  mənalı  olmaqla  insandan,  onun  istək  və 
arzularından  asılı  olmayan  obyektiv  gerçəkliyi  ifadə  edir. 
Dar mənada isə dünya sözü həm təbiətdə, həm cəmiyyətdə, 
həm də insanın həyatında məhdud bir sahəni ifadə edir. 
Bu  haqda  bizim  elmi  diskussiyalarımız  çox  olubdur. 
“Dünya” sözü insanın yaşadığı xarici təbiət dünyasını, yəni 
xarici  dünyasını  və  insanın  “Mən”  dünyasını,  onun  əqli, 
mənəvi,  psixoloji  dünyasını,  yəni  daxili  dünyasını  ifadə 
etmək üçündür. İnsanın şüurunda dünyanın xarici və daxili 
dünyaya  ayrılması,  yəqin  ki,  onun  sosial  varlıq  kimi 
formalaşması, yəni insan kimi yaşaması başlamışdır. Bu da 
təbiidir, çünki əmək qabiliyyətinə, şüura və dilə malik olan 
insan onun yaşadığı xarici dünyanın nədən ibarət olması, bu 
dünyada insanın özünün yeri, onun dünyaya münasibəti və 
s. suallar haqqında düşünməyə başlayır.  
İlbəil  insan  öz  fəaliyyəti  ilə  dünyanı  dəyişdirməyə  çalı-
şır. İnsanın bioloji təbiəti, maddi tələbatı və maddi fəaliyyə-
ti  ilə  bağlı  imkanları  maddi  imkanlar,  sosial  tələbatı  və 
mənəvi  fəaliyyəti  ilə  bağlı  imkanları  isə  mənəvi  imkanlar-


                                                     
 
  
                                                                            
                                                    
87 
dır. Mənəvi fəaliyyətin əsasında maddi fəaliyyət dayandığı 
kimi, mənəvi imkanların əsasında da maddi imkan dayanır.  
-  Fikrət  müəllim,  insanların  əksəriyyəti  mənəviyyata 
əhəmiyyət  vermədən  maddiyyatı  hansı  formada  olsun 
qazanmağa çalışırlar. – deyə müxbir həmsöhbətinə şübhəli 
nəzər  saldı.  –  Məhz  bu  səbəbdən  cəmyyətdə  cahilləşmə 
xərçəng kimi kök salmağa başlayır.  
-  İnsanların  mənəvi  imkanları  zaman  etibarilə  maddi 
imkanlardan  sonra  formalaşır.  –  deyə  professor  dilləndi.  - 
Mənəvi  imkanın  formalaşması  şüurla  bağlıdır.  Maddi 
imkanlar obyektiv, mənəvi imkanlar isə subyektivdir. 
-  Əlbəttə  ki,  maddi  imkanlar  mənəvi  imkanlardan  ayrıl-
mazdır.  –  Arif  bu  məsələyə  dair  fikir  bildirməli  oldu.  – 
Bunlar nisbi müstəqilliyə malik olsalar da bir-birini şərtlən-
dirir, bir-biriləri üçün zəmin olurlar. Yüksək səmərəli isteh-
sal insanın  mənəvi inkişafı üçün zəmin olduğu kimi, onun 
yüksək  intellektual  səviyyəsi  də  istehsalın  səmərələşdiril-
məsi,  yəni  maddi  istehsal  imkanlarının  reallaşdırılması 
üçün mühüm şərtdir. 
Söhbətin  gözəl  məcrada  getdiyini  görən  Əliyusif 
həvəslənərək,  başını  təqdiredici  tərzdə  tərpədə-tərpədə  xoş 
ətirli  pürrəngi  çayı  armudu  stəkanlara  süzüb,  ziyalıların 
qabağına qoydu. Belə bir təbiətin qoynunda əlvan bitkilərin 
yaydığı məstedici rayihənin təsiri altında çay içmək adama 


                                                     
 
  
                                                                            
                                                    
88 
böyük ləzzət verirdi. Professor qarşısına qoyulan çaydan bir 
neçə  qurtum  içəndən  sonra  əvvəlki  qaydada,  yəni  şux 
vəziyyətdə  başladığı  söhbəti  davam  etdirməyə  başladı.  O, 
dedi:  
-  Elmi-texniki  biliklər  sistemi,  ictimai  şüurun  müxtəlif 
formaları – incəsənət, fəlsəfə, din və s.-nin inkişafı mənəvi 
imkanların  reallaşması  zənciridir.  Bu  zəncirlərin  hər  bir 
halqası reallaşdıqdan sonra yeni imkanlar yaradır, bunlar da 
yeni şəraitdə gerçəkləşir.  
Mən sizin ümumi fikirinizlə razıyam ki, insanlar arasın-
da  mənəvi  pozğuntuluq  baş  alıb  gedir.  Hamı  maddiyyat 
ardınca gedəndə düşünülməmiş addımlar atır.  
Cəmiyyətin  normal  inkişafı  onun  maddi  imkanları  ilə 
mənəvi  imkanlarının  optimal  harmoniyası  əsasında  ola 
bilər.  Bunlardan  birinin  şişirdilməsi  və  ya  unudulması 
insanın həyatını cılızlaşdırır, onu şikəst edir.  
- Belə bir primitiv qaydaları bilməyən hər bir kəs, özünü 
uçuruma  yuvarladır.  –  deyə  müxbir  üzrxahlıqla  dilləndi.  - 
İlk  növbədə  insanlar  arasındakı  tarazlıq  pozulur  və  ədalət 
iflasa uğrayır. Artıq elə vəziyyət yaranıbdır ki, on milyon-
larla,  yüz  milyonylarla,  insan  səfalətdən,  kasıbçılıqdan, 
bədbəxtçılikdən, haqsızlıqdan, ədalətsizlikdən xilas olmağa 
çalışır.  Sanki  şər  xeyiri  üstələməyə  başlayır.  İşıqlı  günlər 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə