Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə30/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   26   27   28   29   30   31   32   33   ...   72

                                                     
 
  
                                                                            
                                                    
117 
-  Sözün  düzü,  inanmazdım  ki,  indi  belə  bir  şəkillər 
çəkilir.  Elə  bilirdim  klassik  rəssamların  gözəl  peyzaj 
çəkmələrini, keçmiş əsrlərlə elə keçmişin özündə qalıb.   
-  Əsl  rəssam  bütün  janrlarda  əsər  yaratmalıdır.  –  deyə 
Gülarə  ciddi  halda  dilləndi.  –  Son  zamanlar  avanqard 
janrında tablolar yaradılsa da, mən özüm də həmin rəsmlərə 
ciddi yanaşmıram.  – sonra o, yanındakı oğlanın sıxıldığını 
görüb,  nəsihətlə  sözünə  davam  etdi.  –  Görürəm  ki,  siz 
nəydənsə, ehtiyat edirsiniz?  
İstəsəniz, sabah gündüz vaxtı hamımız bir yerdə, meşəyə 
gəzintiyə  çıxaq.  Açığını  desəm,  buranın  çox  füsunkar 
təbiəti var və hamımız bu təbiəti seyr etmək arzusundayıq. 
Amma  yanımızda  kişi  xeylağı  olmadığından,  biz  öz 
arzumuzu gerçəkləşdirə bilmirik.  
-  Bağışlayın  məni,  bu  sahədə  mən  sizə  heç  cürə  kömək 
edə bilməyəcəm.  – deyə Əliyusif üzrxahlıqla dilləndi.  – İş 
orasındadır  ki,  mən  sabah  öz  dostlarımla  birlikdə  şəlalə 
deyilən yerdə istirahət edəcəyəm.   
-  Xədicə  xanım  deyir  ki,  siz  burada  qonşularınızla  bir 
yerdə olursunuz. Amma maraqlıdır, nəyə görə siz indiyənə 
kimi ananızın qaldığı kottecə getməmisiniz.   
-  Kottecdə  anamdan  başqa  da  xanımlar  qalır  və  ora 
getmək mənə ayıb olar.   


                                                     
 
  
                                                                            
                                                    
118 
-  Sizə  heç  kim  demir  ki,  birbaşa  içəri  daxil  olasınız. 
Kottecə  bitişik  küləfirəngimiz  var,  siz  ananızla  orada 
görüşə  bilərsiniz.  Onsuz  da  biz  hamımız  yatana  kimi 
kottecdə olmuruq.  
-  Mən  isə  elə  başa  düşürəm  ki,  mənim  orada 
görünməyim yersiz olar.   
Jurnalistin  bu  cavabı  Gülarəni  qane  etmədi  və  o, 
müəyyən  mənada  məyus  oldu.  Elə  həmin  an  qızın  mobil 
telefonu  zəng  çaldı.  O,  bir  neçə  addım  kənara  çəkilib, 
telefonun düyməsini basdı və “Avtandil” deyərək, mülayim 
tərzdə  danışmağa  başladı.  Əliyusif  isə  üzünü  aşağıda 
yarğana tərəf tutub, oradan axan çaya tamaşa etdi ki, qızın 
söhbətini  eşitməsin.  Çayın  şırıltısı  həqiqi  mənada  qızın 
səsini  boğurdu.  Lakin  buna  baxmayaraq  son  məqamda 
Gülarənin  bərkdən  söylədiyi  ifadə  oğlanın  qulağına  dəydi: 
“sən  gələ  bilməsən,  bizim  hamımız  pis  vəziyyətdə 
qalacayıq”.   Gülarənin  yad  bir  oğlanın  yanında,  belə  bir 
tərzdə  başqa  bir  kişi  və  yaxud  oğlanla  söhbət  etməsi, 
Əliyusifin  simasında  onun  qeyri-ciddi  bir  qız  kimi 
tanınmasına  gətirib  çıxartdı.  Həqiqətdə  isə  həmin  oğlan 
Gülarənin nişanlısı idi.   
Bundan  sonra  Gülarə  ilə  hər  hansısa  bir  mövzuda,  söz 
mübadiləsi  aparmasının  mənasızlığını  görən  müxbir, 
buradan uzaqlaşmağa qərara gəldi. 


                                                     
 
  
                                                                            
                                                    
119 
          
XI fəsil. Əliyusif istədiyi qız ilə ünsiyyət 
 
                           qurmağa nail olur 
 
Əliyusif  həmsöhbəti  ilə  sağollaşaraq,  oradan  uzaqlaşdı. 
Əslində,  Gülarə  üzlü  bir  qız  kimi  onun  ürəyinə 
yatmadığından,  daha  doğrusu,  yaxşı  təsir  bağışlamadığın-
dan  o,  öz  yaxasını  kənara  çəkməli  oldu.  Lakin  burada 
böyük  bir  anlaşılmamazlıq  baş  vermişdi.  Əliyusif  elə  başa 
düşmüşdü  ki,  qarşısındakı  qız,  anasının  ona  təqdim  etdiyi, 
peşəcə  rəssam  olan  Gülnarədir.  Çünki  anasının  planına 
əsasən, qız hal-hazırda  burada növbəti rəsm əsəri üzərində 
işləməli  idi.  Əslində  isə  o,  bu  yaxınlarda  əmisioğlu 
Avtandilə hərisi alınmış Gülarə idi. 
Gülnarə  kottecə  gəlib,  lazım  olan  şeyləri  götürəndə, 
anası onun qabağını kəsərək bildirir ki, Xədicənin oğlu onu 
görmək  üçün  şəkil  çəkdiyi  yerə  gedəcək.  Qız,  lazımi 
qaydada  oğlanı  qəbul  edib,  onunla  ünsiyyət  yaratmasına 
mane  olmamalıdır.  Halbuki  həmin  vaxta  qədər  artıq 
Əliyusif  deyilən  yerə  gedib,  artıq  oradan  qayıtmışdı. 
Bundan  xəbərsiz  olan  Gülnarə,  anasının  xahişini  yerə 
salmayaraq,  bikef  halda  bacısının  yanına  qayıtdı.  Gülarə 
Əliyusifin  gəlişi  barəsində  bacısına  məlumat  verir  və 
bildirir  ki,  oğlan  soyuq  münasibətə  görə  o  qədər  də  yaxşı 


                                                     
 
  
                                                                            
                                                    
120 
təsir  bağışlamadı.  Bacısının  sözü  kifayət  oldu  ki,  Gülnarə 
Əliyusiflə görüşə can atmadı.  
Xədicəni nigaran qoymaq istəməyən Əliyusif, Gülarə ilə 
bağlı  olan  fikrini  bildirərək,  anasından  xahiş  etdi  ki,  bir 
daha  onu  həmin  qızla  bağlı  narahat  etməsin.  O,  anasına 
birmənalı şəkildə bildirdi ki, belə bir müasir tipli qız onun 
gəlini  olmaq  şərəfinə  layiq  deyil.  Xədicə  isə  buna  etiraz 
əlaməti  olaraq,  oğluna  son  məsləhətini  vermək  imkanına 
malik  oldu:  “Oğlum,  sənin  gözlərin  tutulubdur.  Gülnarə 
kimi  ləyaqətli,  mədəni,  tərbiyəli,  istedadlı,  ağıllı,  gözəl  bir 
qızı, çıraqla axtarsan da tapa bilməyəcəksən”. 
-  İstedadlı  olmağına  görə  istedadlıdır,  amma  gözəl  və 
ağıllı  olması  məndə  şübhə  oyadır.  –  sonra  o,  anasını 
qucaqlayıb sevinc hissi ilə sözünə davam etdi. – Ana, sənə 
elə  bir  gəlin  alacağam  ki,  onun  daxili  aləmi  ilə  xarici 
gözəlliyi  vəhdət  təşkil  etsin.  O  cür  qız  tapsam,  elə  bil  ki, 
hər ikimizin arzusu yerinə yetiriləcək. 
-  Qorxuram  ki,  belə  bir  gedişatla,  sən  heç  vaxt  mənim 
evimə  gəlin  gətirməyəcəksən.  –  deyə  Xədicə  narazı  halda 
dilləndi. – İnanmaram ki, sən Gülya kimi gözəl xasiyyətli, 
gözəl  bənizli,  qabiliyyətli,  mədəni  qız  tapacaqsan.  Sən 
mənim  arzumu  ürəyimdə  qoyursan.  Gülnarə  o  qədər 
cəlbedici bir qızdır ki, az qala mən özüm onun xasiyyətinə 
və xanımlığına vurulum.  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə