Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə33/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   29   30   31   32   33   34   35   36   ...   72

                                                     
 
  
                                                                            
                                                    
129 
- Mən sizinlə zarafat etmirəm. O, çox təhlükəli adamdır, 
üstünə baxış keçirsələr, bəlkə də cibindən tapança da çıxar. 
Həqiqətən də otaqda qalsanız, bu sizin üçün yaxşı olar.  
- Tutalım mən gizləndim, bəs siz? – deyə Əliyusif qızda 
olan iradəyə mat-məəttəl qaldı və üzünə ciddi ifadə verərək 
təmkinlə sözünə əlavə etdi. – O, məni yox, məhz sizi təqib 
edir. Belə bir vəziyyətdə mən sizi, bu məkanda tək qoyaraq 
qaçıb otaqda gizlənə bilmərəm.  
- Bağışlayın məni, amma bu mənim problemimdir. Vaxt 
gələcək, o, özü səhvini başa düşüb, məndən uzaq düşəcək.  
- İnanmıram ki, onun kimi həyasız,  qaba adam xoşluqla 
sizdən əl çəksin.   
Ondan  sonra  qızın  qarşısında  dayanan  Əliyusif,  onun 
gözlərinin  içərisinə  baxa-baxa  sanki  donub  qaldı.  Elə  bil 
müxbir nə etdiyini bilmirdi. Onun belə bir duruşu və qəribə 
baxışı  yalnız  aşiq  olan  adamlarda  olurdu  və  belə  bir 
baxışların təsiri altında qalmaq istəməyən Gülnarə ətrafına 
qorxa-qorxa nəzər salaraq, narazı halda soruşdu:  
- Sizə nə oldu? Nəyə görə mənə belə baxırsınız? 
-  Tanrı  əvvəlcə  təbiəti,  sonra  isə  bəndəni  yaradıbdır.  – 
deyə  qəribə  hisslər  altında  olan  oğlan  fəhmlə  dilləndi.  – 
Məni həmişə bir sual düşündürür; Tanrının yaratdıqlarından 
ən gözəli hansı sayılır – təbiət, yoxsa insan? Sənin bənizinə 
baxandan  sonra  elə  bil  mən  həmin  suala  cavab  tapmışam. 


                                                     
 
  
                                                                            
                                                    
130 
Hər bir kamil insan elə fikirləşər ki, təbiətin gözəlliyinə heç 
nə çatmaz. Amma mənim fikirimcə, insan yalnız bir halda 
təbiətdən  gözəl  ola  bilər.  Əgər  Allah-təala  tərəfindən 
insanın  simasına  füsunkar  gözəllik  və  hamını  heyran 
edəcək gözəl xasiyyət əta edilibsə, onda həmin insan gözəl 
mənzərəyə malik olan təbiətdən daha cəzbedici görünür.  
- Bununla nə demək istəyirsiniz? 
-  Sizin  çöhrənizdəki  və  xasiyyətinizdə  olan  gözəlliyin 
vəhdəti, - deyə baxışlarını rəssam qızdan ayırmayan müxbir 
filosoflara xas olan tərzdə dilləndi və əli ilə ətrafdakı təbii 
mənzərəni  göstərərək  sözünə  əlvə  etdi.  -  təbiətdə  olan 
möhtəşəm gözəlliyi çox-çox arxada qoyur.  
-  Bu  komplimentdir,  yoxsa  süni  tərif?  –  deyə  xəcalət 
çəkməyə  başlayan  Gülnarə  narazı  halda  dilləndi.  –  Belə 
sözlər məndə ikrah hissi doğurur. 
-  Mən  əsl  həqiqəti  söyləmək  məcburiyyətində  qaldım, 
həqiqət isə heç kimdə ikrah hissi doğurmamalıdır. 
-  Artıq  ayrılmaq  vaxtıdır.  –  müxbirin  söhbətlərindən 
utancaq vəziyyətə düşən rəssam qız təşəxxüslə dilləndi. 
-  Xanım,  sizdən  aralanmamışdan  əvvəl,  adınızı  bilmək 
olar?  
- Buna ehtiyac yoxdur. – deyə qız həmsöhbətinə incimiş 
halda nəzər salaraq, qətiyyətlə dilləndi. – Çalışın arada olan 
hörmət itib-batmasın.  


                                                     
 
  
                                                                            
                                                    
131 
Bu  sözlərdən  sonra  qız  skamyada  əyləşib,  baxışlarını 
yerə  dikdi.  Əliyusif  isə  etdiyi  hərəkətdən  xəcalət  hissi 
çəkərək,  məyus  halda  öz  yoluna  davam  etdi.  O,  stressdən 
çıxmaq  və  əhvalını  yaxşılığa  doğru  dəyişmək  üçün  Amfi-
teatra getməyi qərara aldı. 
 
 
 
        
XII fəsil. Yalan vədlərə aldanmayan qız və  
                    mədəni istirahət edən turistlər 
 
 
Jurnalist  Amfiteatrın  astanasına  çatmamış,  “Lvinıy” 
barın  yanında  onun  qarşısını  həmin  Natiq  kəsdi  və  ara 
vermədən əsəbi halda dedi: 
-  Adını  da  bilmirəm,  amma  sənə  son  dəfə  xəbərdarlıq 
edirəm.  Səni  bir  daha  həmin  qızın  yanında  görsəm,  onda 
özündən küs. 
- Açığını desəm,  mən o qızı tanımıram. – deyə Əliyusif 
sıxılmış  vəziyyətdə  dilləndi.  -  Onunla  təsadüf  nəticəsində, 
elə buradaca rastlaşmışam. O da ki, sən ona təzyiq göstərən 
vaxtı olub. 
- Mən sənə öz xəbərdarlığımı etdim, – deyə həmin oğlan 
əsəbi halda dilləndi. – o qızdan uzaq ol. Əks təqdirdə mən 
özümü nəzarətdə saxlaya bilməyəcəm.  


                                                     
 
  
                                                                            
                                                    
132 
Oğlan  sözünü  bitirmişdi  ki,  Əliyusifin  telefonunda 
“Bakılı qız” melodiyası səsləndi. Jurnalist telefonla danışan 
zaman  özündən  müştəbeh  halda  razı  olan  oğlan  yanındakı 
sürücüsünün qulağına nəsə pıçıldadı. Əliyusif  sözünü başa 
çatdıran kimi təcili getdiyini bəhanə gətirərək, oğlanın heç 
bir sözünə əhəmiyyət vermədən buradan uzaqlaşdı. O, çox 
yaxşı  bilirdi  ki,  bir  qədər  də  burada  qalsa,  onda  qalmaqal 
yaratmağa can atan oğlanla güclü mübahisələri olacaq.  
Rəssam  qız  əmin  idi  ki,  Natiq  onu  rahat  buraxmayacaq 
və o, gec-tez burada peyda olacaq. Çox keçməmiş şübhələr 
özünü  doğrultdu.  Emosional  oğlan  qızın  yanında  peyda 
oldu və üzlülüyünə salaraq, əlindəki dondurmanı qıza uzat-
dı. Təbii olaraq qız, tam şəkildə tanımadığı adamdan həmin 
dondurmanı  qəbul  edə  bilməzdi.  Natiq  isə  əlindəki  neməti 
yaxınlıqdakı zibil qabına atıb, yenə də qıza yaxınlaşdı və o, 
üzünə süni təbəssüm verərək yumşaq tərzdə dedi: 
-  Gülya  xanım,  qəti  olaraq  məndən  incimə.  Hava  isti 
olduğu üçün, mən sənə dondurma təklif etdim.   
-  Təklifə  görə  çox  sağ  ol,  –  deyə  qız  yanındakı  oğlanın 
sifətinə nəzər salmadan sıxıla-sıxıla dilləndi. – amma çalış 
belə bir bəhanələrlə mənə yaxınlaşma. Ona görə ki, bildiyin 
kimi  mən  burada  tək  deyiləm  və  məni  tanıyanlar  isə 
haqqımda pis fikirlərə düşərlər.  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə