Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə27/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   23   24   25   26   27   28   29   30   ...   72

                                                     
 
  
                                                                            
                                                    
105 
Akif xasiyyətcə qaraqabaq, az danışan, xudbin bir adam 
idi.  Onun  belə  bir  tərzdə  mübahisə  edənlərin  arasına 
girməsi,  Əliyusifin  özünü  də  təəccübləndirdi.  O,  sahibinin 
yanında ona xoş olmaq üçün, belə bir vəziyyətdə mübahisə 
edən  adama  qarşı  fiziki  zor  tətbiq  edə  bilərdi. Lakin  o,  bu 
dəfə  bir  qədər  liberal  tərzdə  davranmağı  qərara  almışdı. 
Görünür,  mühafizə  rəisinin  burada  olması,  Akifin  emosio-
nal hərəkətlərini məhdudlaşdırmışdı. 
- Buna ehtiyac yoxdur.  – “Relax”ın əməkdaşı qətiyyətlə 
dilləndi. 
- Onun atası şirkət müdiridir və yuxarılar ilə əlaqəsi olan 
hörmətli bir şəxsdir.  
-  Deməli,  atasının  yuxarı  ilə  əlaqəsi  olduğundan  oğlu 
burada nə istəsə, onu da etməlidir? Mən buranın mühafizə 
rəisi kimi belə özbaşınalıqlara yol verə bilmərəm. 
-  Bu  məsələdə  bir  qədər  ehtiyatlı  olsan  daha  yaxşı  olar. 
Əks halda Natiqin atası bu kompleksi bağlatdıra bilər.   
-  Bacarırsa,  qoy  bağlatdırsın.  –  deyə  rəis  soyuqqanlı 
tərzdə dilləndi. – Amma hər ikinizə xəbərdarlıq edirəm, elə 
edin  ki,  camaatın  istirahəti  pozulmasın,  yoxsa  mən  sərtlik 
göstərib hər ikinizi buradan uzaqlaşdıracağam.  
Məhz bu sözlərdən sonra hər iki dost çardağı tərk edib, 
buradan  uzaqlaşdılar.  Qız  isə  həm  mühafizə  dəstəsinin 
rəisinə,  həm  də  Əliyusifə  öz  minnətdarlığını  bildirib, 


                                                     
 
  
                                                                            
                                                    
106 
utancaq  halda  onları  tərk  etdi.  Əliyusifgil  isə  pələmədə 
oturub  öz  söhbətlərini  davam  etdirməyə  başladılar.  Əsəb 
telləri tarıma çəkiləndə, həmin bu pələmə stressdən çıxmaq 
üçün ən gözəl vasitə sayılırdı.   
Müxbirin  bu  hərəkəti  qorxmaz  mühafizəçinin  diqqətin-
dən  yan  ötmədi.  Kompleksin  əməkdaşı  müəyyən  mənada 
Natiq  xasiyyətli  adamlarla  çox  rastlaşdığından,  onların  nə 
dərəcədə  təhlükəli,  emosional  adam  olduğunun  şahidi  idi. 
Məhz  buna  görə  də  o,  Əliyusifdən  ayrılmamışdan  qabaq 
ona  bildirdi  ki,  işdir  Natiq  ona  yaxınlaşıb  fiziki  güc  tətbiq 
etsə,  onda  mütləq  bu  haqda  məlumat  versin.  Bu  cür  ərkö-
yün  uşaqların  necə  ram  edilməsində  mühafizəçi 
səlahiyyətlərindən  istifadə  edərək,  bütün  səy  və  bacarığını 
işə salacaq.  
Natiq  nə  qədər  özünü  ələ  almaq  istəsə  də,  o,  sakitləşə 
bilmirdi.  Çünki  hər  şeydə  özünü  hegemon  sayan  ərköyün 
oğlan  özünə  qarşı  belə  bir  münasibətə  öyrəşməmişdi.  O, 
qaldığı  kottecin  küləfirəngisinə  gedib,  sürücüsünə  araq 
gətizdirdi. Otaqda yeməyə heç nə olmadığından Akif yalnız 
mer-meyvə  gətirdi.  Natiq  bir  badəni  başına  çəkən  kimi 
hiddətlə dedi: 
-  Mən  ona  burada  qan  qusdurmasam,  onda  atamın  oğlu 
deyiləm.  Dünənki  gəda  durub,  mənimlə  söz  güləşdirir.  O, 
özünü  Gülyanın  yanında  kişi  kimi  göstərmək  istəyirdi? 


                                                     
 
  
                                                                            
                                                    
107 
Eybi  yoxdur,  mən  onu,  Gülyanın  ayaqları  altında  yerə 
sərəcəm. 
 
 
 
       
X fəsil. Ananın xahişini yerinə yetirən oğul 
 
Yuxarıda qeyd edildiyi kimi Əliyusif 112 saylı kottecdən 
sol  tərəfdə  yerləşən,  balaca  mehmanxananın  iki  yerli 
otağında  məskunlaşmışdı.  Otaqları  bir  dəhliz  birləşdirirdi 
və  həmin  dəhliz  ilə  çölə  çıxanda  böyük  olmayan  eyvanla 
üzləşmək  lazım  idi.  Burada  qalanlar  öz  otaqlarını  tərk 
edəndə, mütləq həmin eyvandan keçməliydilər. Əliyusif bir 
saata qədər burada oturub, mərkəzi meydanda istirahət edən 
turistlərin fəaliyyətini nəzərdən keçirirdi.  
Fərəhləndirici  hal  o  idi  ki,  burada  istirahət  edənlərin 
əksəriyyəti  Dövlət  Neft  Şirkətinin  tərkibinə  daxil  olan 
müəssisə, təşkilatlarının işçiləri idi və onlar ən az məbləğin 
müqabilində,  belə  bahalı  yerdə  məzuniyyətlərinin  bir 
hissəsini keçirirdilər.   
Hazırda  müxbir  eyvanda  oturub,  yenə  də  camaatı  seyr 
edirdi.  Günorta  yeməyinə  az  vaxt  qaldığı  üçün  və  Günəş 
zenitdə  durduğundan  meydançada  olanların  sayı  beş-altı 
nəfər  olardı.  Halbuki  axşam  vaxtı,  istirahət  edənlərin 


                                                     
 
  
                                                                            
                                                    
108 
əksəriyyəti  “Aquapark”da  və  Boulinq  zalda,  bir  hissəsi 
məhz  burada,  bəzi  hissəsi  isə  diskotekanın  yerləşdiyi 
əraziyə  toplaşırdı.  Kollektiv  şəkilində  turist  kimi  gələnlər 
eyni  vaxtda  mehmanxana  və  kotteclərdən  çıxaraq,  üzü 
Böyük Küləfirəngiyə tərəf getməyə başladılar.  
Birdən Əliyusifin diqqətini, qaldığı mehmanxananın sağ 
tərəfindən  uzanan  yol  ilə  gələn,  başına  şlyapaya  oxşar  ağ 
panama qoymuş, açıq sarı rəngli koftada və dizdən aşağı ağ 
rəngli yubkada olan bir qız cəlb etdi. O, heyranedici yerişi 
ilə heç kimə məhəl qoymadan, keçdiyi hər bir cığırı, ağacı, 
gül  kollarını,  ümumiyyətlə,  hər  bir  tikilini  və  bitkiləri 
diqqətlə seyr edirdi. Bu, pələmədə sırtıq oğlanın təcavüzünə 
məruz qalmış həmin naməlum qız idi. Həmin an müxbirin 
gözləri  dumanlandı,  ürəyi  çırpındı,  bədəni  titrədi. 
Hərəkətlərini  nəzarətdə  saxlamağa  çalışan  oğlan  özünün 
qızın  məhəbbət  toruna  düşdüyünü  hiss  etdi  və  Əliyusif 
birmənalı şəkildə başa düşdü ki, həmin qıza vuruludur.   
Müxir  bir  anlığa  özünə  sual  verdi:  Görəsən,  belə  bir 
məftunedici  gözəlliyi  ilə  seçilən  bu  qız  haradan  gəlib 
burada peyda olubdur? Paytaxtandırsa, nəyə görə mən, belə 
bir  gözəlliklə  indiyənə  qədər  həmin  şəhərdə  rastlaşmamı-
şam.  Elə  buna  görə  də  Əliyusif  özündən  asılı  olmayaraq 
mobil  telefonunu  çıxarıb,  aparatın  zəng  tonuna  Vasif 
Məhərrəmlinin  ifa  etdiyi  “Bakılı  qız”  mahnısını  qoydu  ki, 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə