Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə24/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   20   21   22   23   24   25   26   27   ...   72

                                                     
 
  
                                                                            
                                                    
93 
itlərini ekrana çıxarmaq istəyirlər? Bəs, həmin studiyaların 
rəhbərləri,  nəyə  görə,  bütün  bu,  insan  əsəblərini  tarıma 
çəkdirən  kadrları  efirə  buraxırlar?  Axı,  belə  görüntülər  ilə 
onlar kamil düşüncəli insanların nifrətini qazanırlar. 
Fikrət müəllim, təsəvvür edirsiniz, onlar həmin itlərə nə 
qədər pul xərcləyirlər? Mən bu haqda bir neçə dəfə yazmış 
və tənqidə məruz qalan insanların düşməninə çevirilmişəm. 
- Uzağa niyə gedirsən, - deyə Arif dərindən nəfəs alaraq, 
üzrxahlıqla söhbətə qarışdı. - elə təkəbbürlü müğənnilərdən 
biri bizim qonşuluqda yaşayır. Onun kimi yekəxana, lovğa 
adam kasıba pul xərcləyər? Bu nəsə, inandırıcı görünmür. 
Bu  vaxt  onların  qarşısına  dəm  çayniki  və  iki  cür 
mürəbbə  qoyuldu.  Əliyusif  tərəddüd  etmədən  stəkanları 
çayla doldurub, ürəkyanğısı ilə dedi: 
-  Bakının  hər  bir  rayonunda  fəaliyyət  göstərən  uşaq 
evlərinin, internatların çoxluğu bütün millət üçün böyük bir 
problem sayılır. Heydər Əliyev Fondu və bir neçə xeyriyyə-
çi insanlar olmasa, onda həmin o məzlum insanları taleyin 
ümidinə buraxmaq olar. Dediyim odur ki, həmin o vergidən 
yayınan  müğənnilər  it  əvəzinə,  hərəsi  bir  kimsəsiz  uşaq 
götürüb saxlasa, onda bu savab iş Allaha da xoş gedər.  
- Əli, bizdə bir neçə müğənni var ki, onlar səxavətləri ilə 
camaat arasında tanınırlar. – deyə Arif diqqətini həmsöhbə-
tinin üzərində cəmləşdirərək fəhmsizliklə dilləndi. – Qonşu, 


                                                     
 
  
                                                                            
                                                    
94 
sən  bilirsən  də  söhbət  hansı  müğənnilərdən  gedir?  Bəzən 
elə  olur  ki,  onlar  kasıb  ailədən  çıxan  cavanlara  pulsuz  toy 
da edirlər. 
- Arif müəllim, siz məndən də yaxşı bilirsiniz ki, yenicə 
səhnəyə  can  atan  müğənnilərdən  bir  çoxu  qısa  müddət 
ərzində  maddi  cəhətdən  zənginləşirlər.  Sözsüz  ki,  həmin 
müğənnilərə  sual  versən,  topladığın  varidat  haradandır, 
deyəcək ki, bütün bunların hamısı hədiyyədir.   
-  Bu  ki,  absurddur.  –  deyə  Arifin  üzündə  acı  təbəssüm 
sezildi.  -  İnanırsan  uzun  müddət  səhnədə  olan,  bənzərsiz 
istedadına görə bir çox ölkələrin dövlət başçıları tərəfindən 
tamtəraqla  qarşılanan,  konsertləri  anşlaqla  keçən,  dünya 
şöhrətli  müğənni  xalq  artistimiz  Zeynəb  Xanlarovaya  belə 
bahalı hədiyyələr verilməyibdir.   
-  Yeri  gələndə  onlar  özlərini,  -  deyə  Fikrət  həkim 
dərindən  ah  çəkərək  təşəxxüslə  dilləndi.  -  kölgə  altında 
gizlətdikləri xarakterlərini elə reklam edirlər ki, sanki şan-
şöhrətləri  Zeynəb  Xanlarovanın  şan-şöhrətindən  qat-qat 
üstündür. Adicə bir hadisəni söyləmək kifayətdir ki, ondan 
sonra həmin adamlar bir daha, nəinki televiziya ekranlarına, 
hətta tamaşaçı qarşısına da çıxmamalıdırlar.  
Bir  dəfə  xeyriyyəçilikdən  söz  düşəndə  müğənnilərdən 
bir  neçəsi  dərhal  el  gözünə,  hərəsi  bir  qoca  götürüb,  öz 
valideyni kimi saxlamaq adı altında, onları evlərinə aparır-


                                                     
 
  
                                                                            
                                                    
95 
lar.  Şəhərdə  onların  belə  bir  dırnaqarası  xeyirxahlığından, 
ürəklərinin  genişliyindən,  səxavətindən  ağızdolusu  danış-
mağa  başladılar.  Lakin  qısa  bir  müddətdən  sonra  onların 
yürütdüyü siyasətlərinin üstü açıldı. Sən demə, onlar həmin 
qocalara  qarşı  elə  münasibət  göstərmişdilər  ki,  həmin  ahıl 
insanlar baş götürüb, qaldıqları evdən qaçmışdılar. Maraqlı 
məqam  ondan  ibarətdir  ki,  müğənninin  biri  itini  evin 
içərisində,  himayəyə  götürdüyü  ahıl  insanı  isə  qapının 
ağzında  saxlayırdı.  Bu  biabırçılığın  üstünün  açılması, 
onların əsl simasının üzünü aləmə göstərdi.   
- Onlar özlərinə hörmət edən adam olsalar, onda mütləq 
tənqiddən  nəticə  çıxararlar.  –  deyə  Arif  başını  təəssüflə 
tərpədərək həqarətlə dilləndi. – Amma onlar bunu özlərinə 
təhqir sayaraq, televiziyanın vasitəsilə əks tərəfi top atəşinə 
tuturlar. Şöhrət dalınca qaçanlar özlərinin yalançı fəaliyyət-
lərini  reklam  etmək  və  bununla  da  televiziya  ekranlarına 
daxil olmaq üçün hansı fəndlərdən desən, istifadə edirlər. 
 
 
 
 
 
 
 


                                                     
 
  
                                                                            
                                                    
96 
     
IX fəsil. Emosional hərəkətlərin ram edilməsi 
 
Professor  Zeynalov  təcrübəli  və  peşəkar  səhiyyə  işçisi 
olsa da, Əliyusif gördü ki, o, həm də həddindən artıq geniş 
dünyagörüşünə  malik  olan  savadlı  və  kamil  bir  insandır. 
Burada  məlum  olur  ki,  o,  tibb  ilə  bağlı  bir  neçə  elmi  əsər 
yazmış  və  bunun  sayəsində  səhiyyə  sisteminə  bir  çox 
yeniliklər  gətirmişdi.  Professor  Zeynalov  zaman,  məkan 
şəraitinə  uyğun  olaraq  təbiət,  cəmiyyət  və  təfəkkür 
qanunlarını  bilməklə  iş  görən,  davranan  və  ya  müəyyən 
fikir  söyləyən  bir  insandır.  Həkimin  gerçək  fəaliyyəti  və 
davranışı  həqiqi,  həyati,  mövcud  olan  və  ya  dünyanın 
səhiyyə  qanunları  əsasında  gerçəkləşə  bilən  iş  prinsipinə 
uyğunlaşıbdır. 
Şəxsiyyətinə,  xasiyyətinin  xüsusiyyətlərinə  görə  hər  bir 
insan cəmiyyətdə mühüm rol oynayır, davranış xəttini seçir. 
Burada  iki  əks  mövqe  mövcuddur:  eqoizm  –  xudbinlik, 
ancaq özünü sevmək, öz şəxsi maraqlarını başqa adamların, 
bütövlükdə  cəmiyyətin  mənafeyindən  üstün  tutmaq,  ikinci 
mövqedəki  alturizmdir  –  öz  şəxsi  mənafeyini  unudub, 
başqalarının  qeydinə  qalmağa,  öz  maraqlarını  bütövlükdə 
cəmiyyətin  mənafeyinə  tabe  etməyə  hazır  olmaq.  Əlbəttə, 
bunlar  ifrat  xudbin  və  ifrat  alturist  xasiyyətlər  haqqında 
təsəvvür yaradır. Əliyusifin fikirincə, professor Zeynalovun 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə