Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə25/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   21   22   23   24   25   26   27   28   ...   72

                                                     
 
  
                                                                            
                                                    
97 
xasiyyət  etibarilə  ifrat  alturist  sayılır  və  onun  bu  nadir 
xasiyyəti  övladlarına,  övladlarından  isə  nəvələrinə 
keçibdir.  
Arifin  dediklərindən  məlum  olurdu  ki,  Fikrət  müəllim 
istər  məişətdə,  istərsə  də  öz  iş  yerində  olanda  ətrafdakı 
insanların qayğılı problemlərinə biganə qala bilmirdi. Sadə-
cə olaraq o, bütün bunlara göz yuma bilmədiyindən özünü 
dağa-daşa  vurur  və  çətin  alınan  işləri  yoluna  qoyandan 
sonra  rahat  nəfəs  almağa  başlayır.  Professor  Zeynalovun 
özünü  alicənab,  nəcib,  qayğıkeş,  təvazökar  bir  insan  kimi 
aparması,  vücudunda  əsl  insana  xas  olan  nümunəvi  xarak-
terik  xüsusiyyətlərinin  üstünlük  təşkil  etməsi,  onun  ideal 
şəxsiyyətə çevrilməsinə böyük təkan veribdir. O, nümunəvi 
şəxsiyyət kimi qeyri-adiliyi, müstənaslığı ilk növbədə onun 
irada  qüvvəsi,  təşəkkür  tərzi,  dünyagörüşünün  genişliyi, 
əxlaqi ideallarının sarsılmazlığı, estetik prinsiplərinin origi-
nallığı,  bir  sözlə,  kamil,  fazil,  aqil  şəxsiyyəti  səciyyələn-
dirən bütün keyfiyyətlərlə şərtlənibdir.   
Bir  neçə  dəqiqə  keçəndən  sonra  pələməyə,  təxminən 
eyni yaşda iki cavan oğlan daxil oldu. Onlar bir başa gedib 
qızdan sağ tərəfdə yer tutdular və heç kimə məhəl qoyma-
dan  orada  nəzərə  çarpacaq  dərəcədə  bərkdən  danışmağa 
başladılar. Əliyusif həmin an oğlanları tanıdı. Onlardan biri 
bağ  qonşusu  olan  müğənni  Zemfiranın  məşuqəsi  Natiq,  o 


                                                     
 
  
                                                                            
                                                    
98 
birisi isə Natiqin sürücüsü Akif idi. Heç üç dəqiqə keçmə-
miş Akif mineral su gətirmək adı ilə dostunu qızın yanında 
tək qoyub buradan uzaqlaşdı. Tək qalan Natiqin hərəkətin-
dən  hiss  olunurdu  ki,  onun  qız  ilə  müəyyən  tanışlığı  var. 
Lakin buna baxmayaraq, həmin qız gələn oğlan ilə ünsiyyət 
qurmaq fikrində deyildi. Natiq isə ar bilmədən gözəl sözlər 
söyləməklə,  həmin  qızı  dialoqa  cəlb  etmək  istəyirdi. 
Hərdənbir qızın ünvanına xoş söz atır, ondan daha münasib, 
daha komfortlu yerə getməyi təklif edir, hətta bəzi hallarda 
onun  əl  çantasını  götürməyə  cəhd  edirdi.  Öz  abırını 
gözləyən qız təngə gələrək, ondan əl çəkməsini tələb etdi.   
Bir  az  keçmişdi  ki,  Hacı  İqbal  yanında  Nəriman  adlı 
cavan  bir  oğlan  ilə  söhbət  edə-edə  pələmənin  girəcəyinə 
yaxınlaşdı.  O,  yanındakı  oğlan  ilə  söhbət  edə-edə 
buradakılara ötəri nəzər salmağa başladı. Nəriman istirahət 
mərkəzinin sahibindən nəsə tapşırıq alıb, gəldiyi yol ilə də 
geri  qayıtdı.  Əliyusif  Hacı  İqbalı  görən  kimi  Arifgilə 
üzrxahlıq  bildirərək,  vacib  iş  olduğu  üçün  ona  yaxınlaşdı. 
Onlar  yerdə  əyləşənə  qədər  Hacı  orada  çayçı  işləyən 
oğlandan bir çaynik samovar çayı istədi.  
- İstirahətin necə keçir? – deyə o, müxbirdən soruşdu. 
-  Açığını  desəm,  kimsə,  günəş  şüalarının  tüğyan  etdiyi 
bu  ərazidə  belə  bir  sərin  yerin  mövcud  olmasından  söhbət 
açsaydı,  mən  inanmazdım.  –  deyə  bu  görüşdən  sevinən 


                                                     
 
  
                                                                            
                                                    
99 
Əliyusif öz heyrətini gizlətmədi. – Sanki bu ərazi başqa bir 
məkanı xatırladır. 
-  Bu  ərazini  özüm  üçün  kəşf  edəndə,  buranın  belə  bir 
möcüzəli  xüsusiyyətə  malik  olmasından  xəbərim  yox  idi. 
Sonradan, yəni tikintilər gedən zaman, buradakı çəmənlik-
də istirahət edəndə, bu sahədə sərin havanın mövcudluğun-
dan hali oldum.  
-  İnsan,  burada  əyləşməklə  təbiətin  əsl  təravətini  hiss 
edir. Ağacların budaqlarının şehi, bitkilərin rahiyyəsi, çayın 
şırıltısı,  mənə  böyük  ləzzət  verir.  Birmənalı  şəkildə 
bildirmək  olar  ki,  psixoloji  gərginlik  altında  olan,  əsəb 
gərginliyi  keçirən,  uzun  müddət  stress  vəziyyətində  qalan 
adamlar üçün bura əsl müalicə ocağı ola bilər.  
-  Sən  hələ  pələmənin  sol  tərəfindən  aşağı  enən  çığır  ilə 
meşənin  içərisinə  getməmisən.  –deyə  Hacı  İqbal  ətrafa 
nəzər yetirə-yetirə, müxbirə məsləhət verməyi özünə lazım 
bildi.  -  Orada  əsl  cəngəllik  mövcuddur.  Balaca  şəlalə,  buz 
kimi suyu olan çay, xoş rahiyyəli kolluqlar, sıx ağac örtüyü 
turistlərin əksəriyyətini oraya cəlb edir. Bir çox təbiət aşiqi 
olanlar buraya gələndə, onlar birmənalı şəkildə deyirlər ki, 
“istirahət kompleksinin bu hissəsi, sivilizasiyadan uzaq bir 
məkandır”. 
-  Bu  fikir  ilə  mən  şərikəm.  Həqiqətən  də  burada, 
astronomların  yaratdıqları  saat  əqrəbləri  işləmir  və  sanki 


                                                     
 
  
                                                                            
                                                    
100 
vaxtın  dayandığının  şahidi  olursan.  Artur  Konan  Doylun 
“İtmiş dünya” əsərində oranın vəhşi təbiəti təsvir ediləndə, 
buranın  təbiətinə  oxşar  cizgilər  var  və  bunun  üçün 
Venesuellanın  cəngəlliklərinə  getmək  lazım  deyil.  Ağaclar 
bir-birinə o qədər sıx bitibdir ki, Günəşin şüaları gəlib yerə 
çatmır.  
Əliyusif  söhbət  etdikcə,  hərdənbir  naməlum  qıza  tərəf 
nəzər salırdı. Hacı İqbal arxası həmin qıza tərəf əyləşmişdi. 
O,  söhbət  edən  zaman  nadir  hallarda  ətrafdakı  adamlara 
nəzər salırdı.   
Birdən Hacının mobil telefonu səsləndi. O, telefonu açıb, 
“mən pələmədəyəm, bura gəl” deyib, söhbətini Əliyusif ilə 
davam  etdirdi.  Təxminən  iki  dəqiqə  ərzində,  istirahət 
mərkəzinin inzibatçısı pələmənin qarşısında göründü. Hacı 
İqbal həmsöhbətinə üzrxahlıq bildirib, pələmənin girəcəyi-
nə  yollandı.  Bir  az  keçəndən  sonra  o,  həmin  qonaqla 
birlikdə buradan uzaqlaşdı.  
Əliyusif  yenə  Arifgilin  yanına  qayıtdı.  Müxbir  özündən 
asılı  olmadan,  əvvəlki  kimi  söhbət  edə-edə,  sırtıq  oğlanın 
hərəkətlərini  müşahidə  etməyə  başladı.  Natiq  hələ  də  qıza 
söz atmaqla onu pis vəziyyətdə qoyurdu. Qız isə hərdənbir 
yaxınlıqdakı  adamlara  baxa-baxa,  başını  təəssüf  hissi  ilə 
tərpətməklə  kifayətlənməli  olurdu.  Artıq  bəlli  idi  ki,  o, 
yanındakı  həyasız  oğlanın  hərəkətlərindən  təngə  gəlibdir. 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə