Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə47/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   43   44   45   46   47   48   49   50   ...   72

                                                     
 
  
                                                                            
                                                    
185 
Əvvəlki  kimi  həmin  səslərin  harmoniyası  istirahət  edən 
cavan  qonağı  öz  ağuşuna  almışdı.  Birdən  uzaqdan  hansısa 
bir  qız  xeylağının  qışqırtı  səsi  eşidildi.  Jurnalist  sanki 
yuxudan  ayılmış  kimi,  səksənmiş  halda  həmin  istiqamətə 
nəzər salır. Həyəcan hissini bildirən həmin səs gah boğuq, 
gah  da  gur  halda  eşidilirdi.  Əliyusif  ayağa  qalxıb, 
qulaqlarını  həmin  tərəfə  şəklədi  ki,  səs  gələn  yeri  dəqiq 
təyin  edə  bilsin.  Lakin  həmin  səs  gah  eşidilir,  gah  da 
kəsilirdi. Jurnalist o dəqiqə anladı ki, hansısa bir qıza böyük 
bir  təzyiq  göstərilir.  O,  səbrini  boğa  bilməyib,  -  “Ey, 
kimsən? Haradasan?” – deyə qışqıraraq, tərəddüd etmədən 
həmin  istiqamətə  üz  tutdu.  Lakin  ani  məqamda  qızın  səsi 
ümumiyyətlə,  yoxa  çıxdı.  Məhz  bu  səbəbdən  o,  yenə  də 
həmin  qızı  –  “Ey,  kimsən?  Haradasan?”  -  deyərək, 
səsləməyə başladı.  
Əliyusif  kol-kosların  arası  ilə  çox  getməmiş,  sıx  ağac-
ların  arasında  azıb  qaldı  və  hara  gedəcəyini  müəyyənləş-
dirə bilmədi. Çünki çətinliklə eşidilən səs yoxa çıxdığından, 
o,  oriyentiri  itirmişdi  və  təxminən  beş  dəqiqəyə  kimi  öz 
yerində tərpənməz qaldı ki, bəlkə nəsə eşitsin. Lakin çayın 
şırıltısından,  quşların  cəh-cəhindən  başqa  heç  bir  səsi 
müəyyən edə bilmədi. Əliyusif əlacsız qalaraq, kor-peşman 
halda geri şəlaləyə tərəf qayıtdı.  


                                                     
 
  
                                                                            
                                                    
186 
Bir anlığa onun başına pis fikir gəldi. O, elə başa düşdü 
ki, hansısa bir qatil, meşənin sıxlığından istifadə edərək, öz 
qurbanını qətlə yetirib. Ona görə ki, bir neçə saniyə ərzində 
gələn  həyəcan  təbilli  səs,  bir  anın  içərisində  kəsildi.  Bu 
məqamdan sonra Əliyusifin canına qorxu hissi düşdü və o, 
zənn etdi ki, heç nədən şərə düşə bilər. Bura meşə idi və hər 
zaman  burada  gözlənilməz  hadisələr  baş  verə  bilərdi,  o 
cümlədən də cinayət xarakterli hadisə.  
Hər  şeyi  öz  daxilində  götür-qoy  edən  müxbir  vaxt 
itirmədən  şimal-qərb  istiqamətində  yoxa  çıxdı.  Əliyusif 
dağlar  arasında  burulan  şosseyə  çıxaraq,  oradan  “Relax”
tərəf üz tutdu. 
 
 
 
 
 
            
XVII fəsil. Ambisioz oğlan düşmənini  
                    şərləyərək ondan qisas alır 
 
Qorxudan  gərgin  stress  altında  olan  Gülnarə  üst-başının 
pis hala düşdüyünü görüb ağlamağa başladı. O, ağlına belə 
gətirə  bilməzdi  ki,  kimsə,  belə  bir  sakit  məkanda  ona 
hücum edə bilər. Gülnarə üstündə olan telefon ilə bacısına 


                                                     
 
  
                                                                            
                                                    
187 
zəng  edib,  ondan  bir  dəst  idman  paltarı  gətirməyi  xahiş 
etdi.  
Stressdən  çıxmağa  çalışan  rəssam  qız  nəfəsini  dərindən 
ala-ala  özünü  ələ  almağa  çalışırdı.  O,  hələ  də  qorxu 
içərisində idi və elə başa düşürdü ki, həmin adam yenə də 
bura  gəlib,  onun  namusuna  təcavüz  edəcək.  Məhz  buna 
görə  də  Gülnarə  yanındakı  enli  ağacın  arxasına  sığındı  və 
ətrafına nəzər sala-sala öz-özünə düşünməyə başladı: İnana 
bilmirəm  ki,  belə  bir  məkanda  kimsə,  kiməsə  təcavüz  edə 
bilər?  Görəsən,  alçaq  hərəkətlərə  əl  atan  həmin  bişərəf 
adam kimdir? Onun əsl məqsədi nə idi? Zorlamaqdırsa, o, 
bunu  etmədi.  Bəlkə  o,  məni  qorxuzmaq  istədi?  Lakin  bu 
risqli  hərəkətdir,  çünki  onu  görə  bilərdilər.  Bəlkə  o,  özü 
nədənsə  qorxaraq,  işini  axıra  kimi  çatdıra  bilmədi?  Mənə 
aydın  oldu,  o,  nəyə  görə  qorxdu.  Bu  sirrin  açarı  mobil 
telefona gələn zəngdədir, daha doğrusu, telefonda səslənən 
melodiyadadır. Orada isə Vasif Məhərrəmlinin “Bakılı qız” 
mahnısı  səsləndi.  “Bakılı  qız”  mahnısı  isə  burada  bir  ada-
mın telefonunda səslənibdir. Həmin adamı isə mən qabiliy-
yətli, mədəni və tərbiyəli oğlan kimi tanıyırdım. Axı, necə 
oldu ki, həddə-ziyadə mədəni görünən oğlan belə bir alçaq 
hərəkətə əl atdı? Deməli, o, mənim qabağımda maskalana-
raq  özünü  nümunəvi  bir  oğlan  kimi  təqdim  etməyə 


                                                     
 
  
                                                                            
                                                    
188 
çalışmışdı?  Bundan  sonra  kimə  inanasan?  Doğrudanmı 
insanlar dəyişməyə başlayıblar?  
Rəssam  qız  bacısını  qorxutmamaq  üçün  burada  başına 
gələn hadisəni ona nəql etmədi. Çünki ona nisbətən Gülarə 
çox  həssas  bir  qız  sayılırdı  və  hər  an  o,  belə  bir  hadisəyə 
görə qışqır-bağır sala bilərdi.  
Bütün  bunlara  baxmayaraq  qızın  üst-başının  cırılmasın-
dan,  Gülarə  burada  hansısa,  ağılabatmaz  bir  hadisənin  baş 
verdiyindən  şübhələndi.  Ona  görə  ki,  Gülnarə  özünü  nə 
qədər  sakit  aparsa  da,  onda  soyuqqanlıqdan  heç  bir  əsər-
əlamət  qalmamışdı.  Bir  anın  içərisində  Gülarəni  vahimə 
basdı və o, nə baş verdiyini öyrənmək üçün bacısını sorğu-
suala tutdu. Rəssam qız cavab verməkdən nə qədər yayınsa 
da, son nəticədə o, daxilindəki sirrin saxlamasından əziyyət 
çəkərək, başına gələn hadisəni bacısına nəql elədi.  
Bundan  sonra  onlar  buradakı  bütün  ləvazimatları  yığıb, 
tələsik  halda  həmin  yeri  tərk  etdilər.  Çox  getməmiş 
yaxınlıqda olan  Natiq onların qabağına  çıxdı və Gülnarəni 
hürkümüş  vəziyyətdə  görüb  nə  baş  verdiyini  soruşdu.  Elə 
bu  vaxt  hisslərini  cilovlaya  bilməyən  Gülnarə  ağlamağa 
başladı  və  məcburiyyət  qarşısında  qalaraq,  naməlum  insan 
tərəfindən  necə  təcavüzə  məruz  qaldığını  ona  ərz  elədi. 
Sanki o, bu sirri açmaqla həmin oğlandan imdad diləyirdi.  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə