Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə50/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   46   47   48   49   50   51   52   53   ...   72

                                                     
 
  
                                                                            
                                                    
197 
-  Qaçmağa  tələsmə.  –  deyə  Natiq  getməyə  cəhd  edən 
müxbirin  qabağını  kəsdi  və  üzünü  Akifə  tutub  hüznlə 
sözünə  davam  etdi.  –  Akif,  qızın  dediyinə  görə  həmin 
məqamda oğlanın telefonuna zəng gəlmiş və orada “Bakılı 
qız” mahnısı səslənmişdi. İndi zəhmət çək onun telefonuna 
zəng et.  
Qəribə olsa da, daxilində yaranan nifrət hissini boğa bil-
məyən Akif tələsik halda telefonunu əlinə aldı və nömrəni 
öyrənən kimi həmin aparata zəng çaldı. Çıxılmaz vəziyyət-
də  qalan  Əliyusifin  dili  qurudu,  o,  yerindəcə  donub  qaldı. 
Çünki  hamı  yaxşı  bilirdi  ki,  zəng  edilən  vaxt  onun 
telefonunda hansı mahnı səslənir.  
Akif  zəng  edən  zaman  Zemfira  mobil  telefon  ilə  onları 
kameraya  çəkirdi.  Elə  ki,  müxbirin  telefonunda  “Bakılı 
qız”  mahnısı  səsləndi,  Natiqlə  Akif  heç  bir  söz  demədən 
onun  üstünə  düşüb  döyməyə  başladılar.  Əliyusif  vaxtilə 
boks ilə məşğul olsa da o, aldığı sarsıdıcı zərbələrdən özü-
nü itirdi. Ona görə ki, müxbir ağlına belə gətirə bilməzdi ki, 
birdən-birə ona qarşı fiziki güc tətbiq edəcəklər. Əliyusifin 
özünə  görə  kifayət  qədər  gücü  vardı,  lakin  Natiqin  dəmir 
barmaqlıq  ilə  sağ  qaşına  endirdiyi  zərbə,  onu  müqavimət 
göstərməyə imkan vermədi.  
Azğınlaşmış  oğlanlar  kəskin  müqavimət  ilə  rastlaşma-
sınlar  deyə,  müxbirin  əynindəki  köynəyi  çıxarıb,  onun 


                                                     
 
  
                                                                            
                                                    
198 
vasitəsilə  şərə  düşənin  qollarını  arxadan  ağaca  bağladılar. 
Qurbanının  köməksiz  vəziyyətdə  olduğunu  görən  Natiq 
Əliyusifin  sifətinə,  qarnına  və  sinəsinə  sarsıdıcı  zərbələr 
endirə-endirə təkid edirdi ki, müxbir etmədiyi şeyi boynuna 
alsın.  Lakin  müxbir  “məni  şərləməyin”  deyərək,  özünə 
bəraət qazandırmağa çalışırdı.  
Belə  bir  dəhşətli  səhnədən  həzz  alan  sırtıq  müğənni 
sevincək halda bütün bu işgəncəni telefonuna həkk edə-edə, 
mütəmadi  olaraq  müxbirin  ünvanına  təhqiramiz  sözlər 
yağdırırdı.  
Əliyusif  nə  qədər  döyülsə  də  o,  inadkarlıq  göstərərək 
susmağa  çalışırdı.  Lakin  fiziki  məhrumiyyətlərə  tab  gətir-
məyən  müxbir  huşunu  itirib  özündən  getdi.  Məhz  bundan 
sonra  Zemfira  araya  girib,  müdafiəsiz  qalan  qonşusunun 
döyülməsinin qarşısını aldı. Müğənni qorxurdu ki, istirahət 
kompleksinin  mühafizə  dəstəsi  buraya  gəlib,  bu  ekzekut-
siyanın şahidi olacaq və hamını polisə verəcəklər.  
Həm  Zemfira,  həm  də  Natiq  Əliyusifin  amansızcasına 
döyülməsilə  öz  istədiklərinə  nail  olmuşdular.  Hətta  hirsi 
soyumayan  müğənni  huşsuz  halda  olan  oğlanın  sifətinə 
tüpürərək,  çəkilişi  dayandırdı.  Qadının  istəyi  ilə  Akif 
huşsuz halda olan müxbirin qollarını açıb, onu yerə uzatdı. 
Onların  bu  hərəkətindən  narazı  olan  Natiq,  qan  basmış 
gözlərini bərəldərək, əsəbi halda dedi: 


                                                     
 
  
                                                                            
                                                    
199 
-  Sən,  nə  edirsən?  O,  hələ  öz  günahını  boynuna 
almayıbdır. 
-  Buna  görə  biz  onu  öldürməliyik?  –  deyə  Akif  narazı 
halda dilləndi. – Bəlkə  o, heç vaxt bunu boynuna almaya-
caq, onda necə olsun? 
-  Lazım  gəlsə,  o,  hər  şeyi  boynuna  alacaq.  Amma  heç 
kim mənə mane olmasın. 
-  Natiq,  mənə  elə  gəlir  o,  biabır  olmamaq  üçün  heç  bir 
şeyi boynuna almayacaq. – deyə Zemfira razı halda dillən-
di. - Həmin hərəkətə görə sən onu kifayət qədər cəzalandır-
dın.  İndi  isə  gedək  kottecə  bir  qədər  viski  içək.  Boğazım 
yaman quruyubdur. 
Ondan sonra hamı müğənninin ardınca hadisə yerini tərk 
etdilər. 
            
 
 
 
 
    
XVIII fəsil. Şərə düşən müxbirin aqibəti
 
 
Onlar  gedəndən  bir  neçə  dəqiqə  sonra  Əliyusif  özünə 
gəldi və bədənindəki ağrıları dəf edə-edə yarıoturmuş halda 
belini  ağaca  söykəyib,  özünü  ələ  almağa  başladı.  İndi-indi 


                                                     
 
  
                                                                            
                                                    
200 
o, başa düşdü ki, Natiq və onun əhatəsində olan adamlar nə 
dərəcədə  təhlükəlidir.  Onu  ən  əsas  Zemfiranın  xəyanətkar 
hərəkətləri  yandırırdı.  Axı,  o,  müxbiri  aldadaraq  istirahət 
kompleksindən xeyli aralıda çayın kənarına gətirmişdi.  Bu 
dəqiq  idi  ki,  Natiq  müxbirdən  qisas  almaq  üçün  belə  bir 
böhtan xarakterli tələ qurmuşdu. Lakin qəribəsi isə o idi ki, 
bu  məsələdə  rəssam  qızın  adı  hallanırdı  və  deyilənlərdən 
belə  çıxırdı  ki,  bir  neçə  saat  bundan  əvvəl,  qızı  burada 
zorlamaq istəyiblər. Sual oluna bilər ki, kim? 
Əliyusifin başı aldığı zərbələrdən ağradığından o sərbəst 
halda  düşünməkdə  çətinlik  çəkirdi.  Birmənalı  şəkildə  bəlli 
idi  ki,  belə  bir  çirkin  hadisədə  onun  əli  yoxdur.  Təsiredici 
hal  o  idi  ki,  müəyyən  mənada  müxbirin  xasiyyətinə  bələd 
olan Gülnarəni də bütün bu cəfəngiyyata inanmışdılar. 
İndiki  məqamda  Əliyusif  öz  görkəminə  düzəliş  verib, 
məsələni  aydınlaşdırmalı  idi.  İlk  növbədə  o,  elə  etməli  idi 
ki,  bu  insindent  barəsində  nə  anası,  nə  də  ki,  anasının 
yanında qalan adamlar, nə də Arifgil xəbər tutmamalıydılar. 
Xədicə  oğlunun  belə  bir  vəziyyətə  düşdüyünü  bilsə,  o, 
tərəddüd etmədən bu haqda istirahət kompleksinin müdriy-
yətinə şikayət edib, müqəssirlərin hüquqi cəhətdən cəzalan-
dırılmasını tələb edəcəkdi. Buradan uzaqlaşmağı planlaşdı-
ran müxbir üzündəki qanı yuyub, paltarını dəyişməliydi. 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə