Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə42/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   38   39   40   41   42   43   44   45   ...   72

                                                     
 
  
                                                                            
                                                    
165 
Pula  görə  namusunu  satan,  ləyaqəti  barəsində  azacıq 
olsun  belə,  düşünməyən  həmin  pozğun  qadın,  hazırda 
başqasının vicdanını pul ilə satın almağa çalışırdı.  
- Burada, siz fikirləşdiyiniz kimi, hər şey satın alınmır. – 
deyə  Əliyusif  bütün  iradəsini  toplayaraq,  aludəliklə 
dilləndi.  –  Mən  çalışdığım  redaksiyada  eybəcərliklər  tərif 
olunmur, orada yalan çiçəklənmir. Əlirza bəy bütün sətirləri 
saf-çürük  edir,  müəlliflərlə  şəxsən  görüşür,  mənəviyyatın 
təbliğ  olunmasına  xüsusi  diqqət  yetirir  və  ən  nəhayət  o, 
əxlaq pozğuntularına qarşı səlib müharibəsi elan edibdir.  
- Sənin maaşın nə qədərdir? – deyə müğənni maraqlandı. 
- 250 manata yaxın. 
Bu  cavabdan  sonra  qəhqəhə  ilə  gülən  Zemfira  kresloya 
yayxanaraq əli ilə Natiqin çiyninə vurdu. Sonra o, sinəsinin 
üstündə  bərq  vuran  kulonu  dostuna  göstərib  istehza  ilə 
soruşdu: 
- Natı, gördüyün bu brilliant kulonu satsam, neçə müxbir 
işlədə bilərəm? 
-  Bir  aya  250,  bir  ilə  haradasa,  20  nəfər.  –  deyə 
riyaziyyatdan  yaxşı  başı  çıxan  Natiq,  bir  neçə  saniyə  vaxt 
itirərək, gülə-gülə dilləndi.  
Eşidilən  rəqəmdən  vəcdə  gələn  müxbir  öz  təəccübünü 
gizlədə  bilmədi  və  maraqla  soruşdu  ki,  həmin  şüşə  elə 
qiymətlidir  ki,  onun  dəyərində  bu  qədər  adam  işlətmək 


                                                     
 
  
                                                                            
                                                    
166 
olar?  Həmin  sualdan  özünü  saxlaya  bilməyən  Zemfira, 
kresloya  sərilib  ayaqlarını  yuxarı  qaldıraraq  əsdirə-əsdirə, 
qəh-qəhə  çəkib  gülməyə  başladı.  Onun  belə  bir  şıltaq 
hərəkətini  özü  üçün  təhqir  hesab  edən  müxbir,  ağzını  açıb 
söz  demək  istəyirdi  ki,  birdən  müğənni  ayaqlarını  aşağı 
salıb mat-məəttəl halda dedi: 
-  Sən  necə  müxbirsən  ki,  adi  şüşəni  brilliantdan  ayıra 
bilmirsən?  Heç  bilirsən,  sinəmdəki  kulonun  qiyməti  nə 
qədərdir?  50  min  manat!  Hər  müğənni  belə  bir  qiymətli 
qaşı sinəsində gəzdirməyi arzulayır. 
-  Zərgərlərin  ad  verdikləri  brilliant,  almaz,  yaqut, 
zümrüd, əqiq qaşlar mənim üçün Allahın yaratdığı adi şüşə 
hesab  olunur.  –  Əliyusif  köksünü  ötürərək,  soyuqqanlı 
tərzdə dilləndi. – Mənim fikrimcə, balaca bir şüşəyə 50 min 
manat pul verən adam kamil şəxs ola bilməz. Ona görə ki, 
həmin  pulu  şüşəyə  verincə,  kimsəsiz  körpələr,  uşaqlar, 
qocalar evinə, internatlara köçürülsə, daha savab iş sayılar.  
- İncimə məndən, amma sən geridə qalmış adamlar kimi 
danışırsan. – Zemfira ağzını büzərək narazı halda dilləndi. 
–  Mən  zəhmətim  bahasına  həmin  brilliant  kulonu  əldə 
etmişəm. O ki, qaldı kimsəsiz uşaqlar evinə və internatlara 
kömək  edən  təşkilatlar  var.  Biz  müğənnilərin  ora  yardım 
etməyimizin heç bir mənası yoxdur.  


                                                     
 
  
                                                                            
                                                    
167 
-  Kimsəsiz  uşaqlara  yardım  etmək  üçün,  adamda  gərək 
geniş ürək olmalıdır. İtə, pişiyə, meymuna, mənasız şeylə-
rə,  brend  adı  altında  satılan  bahalı  pal-paltarlara,  əşyalara 
pul  xərcləyincə,  həmin  pul  kimsəsiz  uşaqlara  xərclənsə, 
onda  Allaha  da  xoş  gedər.  Bax,  elə  götürək,  içdiyiniz  bu 
konyakı.  Mən  biləni  bu  konyakın  qiyməti,  haradasa,  200-
250  manat  civarındadır.  Artıq  bu  israfçılıqdır.  Halbuki 
həmin pula neçə uşaq sevindirmək olardı. 
 
 
 
 
 
            
XV fəsil. Əqidəsinə görə verilən təklifdən  
                             imtina edən müxbir 
 
Müxbirin  bu  sözü  bir  qədər  müğənnini  qıcıqlandırdı  və 
o, konyak içə-içə həmin adamı qəribə baxışları ilə süzsü. O, 
bir qədər ara verəndən sonra ciddi halda dedi:  
- Elə hamı gözünü bizim pula dikibdir. Mən hər hansı bir 
malı  əldə  etmək  istəyirəmsə,  onda  həmin  malın  qiyməti 
neçəyə olursa-olsun, mütləq onu əldə etməliyəm. 
-  Sizin  pullara  heç  kimin  gözü  düşməyibdir.  Sadəcə 
olaraq,  mən  demək  istəyirəm  ki,  əldə  olunan  pullar  elə 


                                                     
 
  
                                                                            
                                                    
168 
xərclənməlidir ki, Allaha xoş olsun. Ən savab iş isə kasıb-
küsuba əl tutmaqdır.  
- Bilmək istəyirsənsə, müğənnilərin əksəriyyəti müəyyən 
bayramlarda  uşaq  evlərində,  internatlarda  tədbirlər  keçirir-
lər.  Allaha  şükür  ki,  həmin  xeyriyyə  tədbirləri  televiziya 
ekranlarında nümayiş etdirilir.  
-  Televiziya  ekranlarında  açıq-aydın  görmək  olur  ki, 
həmin tədbirlər xeyriyyəçilikdən qat-qat uzaqdadır. Müğən-
nilər  həmin  tədbirləri  yox,  məhz  özlərini  reklam  edirlər. 
Onlar  uşaqlara  yardım  aparmaq  əvəzinə,  fanoqramı  işə 
salaraq,  orada  boş-boşuna  attanıb-düşürlər.  Uşaqlar  onsuz 
da asudə vaxtlarında maqnitofon qoyub musiqi dinləyirlər. 
- Sənin dediklərin absurddur. Mus-mus deyincə, birdəfə-
lik mustafa de də. Sözünün canını söylə.  
- Dediyim odur ki, şəxsən mənim 50 min manatım olsa, 
mən  onu,  hər  hansısa  bir  ziynət  əşyasının  alınmasına 
xərcləmərəm. Çünki həmin ziynət əşyası oğurlansa, elə bil 
iki  otaqlı  mənzil  oğurlanıbdır.  Aldığım  məvacibim  250 
manatdır  və  inanmıram  ki,  belə  bir  gedişatla  mənim 
məvacibim iki və yaxud üç dəfə artsın.  
Yenə  də  Zemfiranın  dodaqlarında  istehza  təbəssümü 
sezildi  və  o,  növbəti  siqareti  yandıraraq  Əliyusifə  şübhəli 
bir nəzər saldı. Özünü vulqarcasına aparan müğənni, siqaret 
tüstüsünü həmsöhbətinin sifətinə üfürə-üfürə dedi: 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə