161
bir məqalə yazmarsan. Amma mən həmin müxbiri tapıb
sərt şəkildə cəzalandıracağam. Ondan sonra o, biləcək ki,
başqasının şəxsi həyatına müdaxilə etmək nə deməkdir.
- Mənə elə gəlir, müxbirlər həqiqət dolu fikirlərini qəzet
səhifələrində dərc etdirsələr, onda onlar heç nədən qorxma-
malıdırlar. Həm də əsl istedadın yaradıcılığı haqqında hər
hansı bir məqalə yazmaq, hər bir jurnalist üçün şərəf
gətirər.
- Əliyusif, sən Zemfiranı tanıyandan bəri gərək onun
fəaliyyəti ilə maraqlanıb, səhnə yaradıcılığı ilə bağlı silsilə
məqalələr yazaydın. – deyə Natiq narazı halda dilləndi. –
Zemfira sənin istedadlı bir müxbir olduğundan xəbərdardır.
Sən bir qonşu kimi onun təbliği ilə məşğul olmalıydın.
- Bu işdə, ən çox, mən səni günahlandırıram. – gözlərini
xumarcasına açıb-bağlayan müğənni, Natiqə ötəri nəzər
salaraq küsgün halda dilləndi. – Sən mənim prodüsserim
kimi hələ bir neçə ay bundan əvvəl qonşum ilə əlaqə
yaradıb, onunla işbirliyi yaratmalıydın.
- Bu məsələdə səhlənkar olduğumu boynuma alıram. –
Natiq üzrxahlıqla dilləndi.
Həddindən artıq əsəbi olan Natiqin belə bir təmkinli
danışması, daim ambisioz görünən Zemfiranın mülayim
münasibət bəsləməsi müxbirin təəccübünə səbəb olmuşdu.
Onlar cilddən-cildə girsələr də, Əliyusif arif insan kimi
162
həmin adamların niyyətlərini başa düşmüşdü. Onlar düş-
dükləri girdabdan çıxmaq üçün müxbirə yaltaqlanırdılar.
Elə bu məqamda Əliyusif öz dünyasına qapanaraq, daxi-
lində müəyyən şeyləri götür-qoy etməyə başladı: dünyanın
işinə bax da, dünənə kimi fors ilə yanımdan ötüb keçəndə
heç vaxt salam vermirdi. İndi isə mənimlə işbirliyi yarat-
maq istəyir. O, mənim ağılsız olduğumu zənn edirsə, yanı-
lır. Nankor müğənni elə başa düşür ki, məni aldada bilər.
Nə vaxtdan yanındakı oynaşı onun prodüsseri olubdur?
Əlbəttə ki, o, bu yalanla Natiqlə burada əylənməsini ört-
basdır etmək niyyətindədir və bununla da havadarına qarşı
etdiyi xəyanəti pərdə arxasında saxlamaq istəyir. Bunu ört-
basdır etmək qeyri-mümkündür. Çünki gec və ya tez bütün
sirrlərin üstü açılır və ədalət zəfər çalır. Şübhəsiz ki,
Zemfira kimi naqis, pozğun, əxlaqsız qadınlar ifşa olunmalı
və etdiyi əməllərə görə öz cəzasına çatmalıdır. Tarix boyu
mən belə bir adamla işbirliyi yarada bilmərəm.
Məhz bütün bu götür-qoydan sonra o qərara gəldi ki,
mədəni surətdə onların təklifini rədd etsin.
- İnciməyin məndən, amma sizə bildirməliyəm ki,
mənim yazılarım tənqidlərdən ibarətdir. – deyə əvvəlki
kimi Zemfiraya heç bir nəzər salmayan müxbir aludəliklə
dilləndi. - Şou aləminə daxil olan müğənnilərin ərköyün
163
hərəkətləri, səhnədə baş verən neqativ hallar, naşı ifalar
mənim yazılarımın özəyini təşkil edir.
- Sən bilirsən ki, artıq Zemfira, öz sənəti ilə bir çox
fanatlar qazanıbdır və nüfuzlu şəxslərdən bir neçəsi onun
yaradıcılığını diqqət mərkəzində saxlayırlar. Onun barəsin-
də məqalələr yazsan, bu hər ikimizin ürəyindən olar. Bir
sözlə, Zemfiranın yaradıcılığı qəzet səhifələrində işıqlan-
dırılmalıdır.
Bu təklif Əliyusif üçün gözlənilməz olduğundan o, çaş-
baş qaldı. Çünki onu yaxından tanıyan bir çox insanlar
yaxşı bilirlər ki, jurnalistika ilə məşğul olan Əliyusif öz
işində prinsipial bir adam sayılır və o, sifariş xarakterli
yazıları heç vaxt heç kimdən qəbul etməz. Tanışlıqla
səhnəyə gələn, havadarlarının sayəsində mavi ekranlarda
görünən naşı müğənniləri top atəşinə tutan Əliyusif, birdən-
birə öz əqidəsinə, öz prinsipinə zidd çıxa bilməzdi. Həm də
o, müəyyən mənada Zemfiranı bayağı mahnıları ifa
etməkdə çətinlik çəkməyən, musiqi savadı, musiqi duyumu
olmayan, səviyyəsiz, əxlaqsız, tərbiyəsiz, pozğun bir qadın
kimi tanıyır.
Əliyusif bir qədər fikirə gedəndən sonra baxışlarını düz
emosional oğlanın gözlərinin içərisinə yönəldərək, ciddi
halda dedi:
164
- Məlumatınız olsun deməliyəm ki, mənim çalışdığım
məfkurə ciddi oxucular üçün nəzərdə tutulubdur. Paralel
olaraq, mən öz yazılarımı “Kredo” qəzetində də dərc etdiri-
rəm. Qəzetin baş redaktoru Azərbacanda yazıçı, şair, alim,
müəllim, incəsənət və mədəniyyət xadimləri tərəfindən
peşəkar qələm ustası kimi qəbul edilən, yazıçı, şair, publi-
sist Əlirza bəy Xələflidir. O, hər bir nömrəni cidd-cəhdlə
yoxladığından, şit-şit məqalələrin qəzet səhifələrində yer
tapmasına imkan vermir.
- Sən elə bil harada yaşadığından bixəbərsən. – deyə
söhbətə müdaxilə edən Zemfira damağına siqaret qoyaraq
hüznlə dilləndi. – Bir çox müxbirlərin cüzi qonorar müqabi-
lində hansı sifarişlərin yerinə yetirildiyinin şahidiyik.
Redaktorların və müxbirlərin hava ilə dolanmadıqlarından
haliyəm. Mən hər hansı bir müxbirlə işbirliyi yaratmaq
iqtidarındayam, lakin sən nüfuzlu bir qəzetdə işlədiyindən,
mən səninlə işbirliyi qurmaq istəyirəm.
Bu sözlərdən sonra Əliyusifin dodaqlarında acı təbəssüm
sezildi. Müxbir elə bir xarakterə malik idi ki, təbiətən o,
Zemfira kimi adamlardan uzaq düşməyə çalışır, belə adam-
larla nəinki işbirliyi qurmaq, heç ünsiyyət qurmaq belə
istəmirdi.
Dostları ilə paylaş: |