Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə16/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   12   13   14   15   16   17   18   19   ...   138

                                                     

 

  



                                                                            

                                                    

61 

çatmışdı.  Hələ  bu  harasıdır,  getdikcə  hinduların  sayı 



çoxalırdı. Belə getsə, onlar burada döyüşən konkistadorları 

çətinlik çəkmədən mühasirəyə ala biləcəklər. 

Artıq  burada  böyük  qatma-qarışıqlıq  yarandı.  Elə  oldu 

ki,  araukanlar  Migelin  üzərinə  kəskin  zərbələr  endirərək, 

onu  Diasın  yanına  sıxışdırmağa  başladılar.  Migeli  birdən-

birə altı nəfər hindu mühasirəyə almışdı, lakin buna baxma-

yaraq,  onlar  qorxmaz  zadəganın  müqavimətini  qıra  bilmir-

dilər.  Migel  iki  qılınc  ilə  döyüşdüyü  üçün  onun  üzərinə 

yalnız nizə ilə silahlanmış döyüşçülər hücum çəkmişdi. Bu 

vaxt  ərzində  başı  bütünlüklə  döyüşə  qarışan  cəngavər  bir 

düşməni öldürmüş, ikincisini isə yaralamışdı. Qısa müddətə 

bu  qədər  itki  verən  hindular  daha  da  qəzəblənərək,  öz 

hücumlarını  intensiv  surətdə  artırdılar.  Onlar  öz  təhlükə-

sizlikləri  barəsində  demək  olar  ki,  düşünmürdülər. 

Soyuqqanlılığını  itirməyən  Migel  düşmənlərinin  endirdiyi 

zərbələri  peşəkar  səviyyədə  qaytarırdı.  Hərdən  bir,  hətta 

əks-hücuma  da  keçirdi.  Lakin  belə  bir  şəraitdə  müqavimət 

göstərmək  çox  çətin  idi.  Hinduların  əhatəsində  olan  Migel 

hər  tərəfə  dönərək  özünü  ona  endirilən  nizələrdən  müdafiə 

edirdi. Araukanların silahı taxtadan olduğundan o, istəyirdi 

ki,  dəqiq  zərbə  ilə  bir  neçə  nizəni  sıradan  çıxartsın. 

Münasib məqamda Migel ona endirilən nizənin ortasına elə 

zərbə  endirdi  ki,  taxtadan  düzəldilmiş  silah  düz  ortadan 



                                                     

 

  



                                                                            

                                                    

62 

sındı.  Fürsəti  əldən  vermək  istəməyən  Migel  həmin  anda 



ikinci  qılıncı  ilə  dərhal  rəqibinin  başına  möhkəm  zərbə 

endirərək, cəld əks tərəfə hücuma keçdi. Qorxmaz zadəga-

nın bu fəndlərindən çaş-baş qalan novbəti hindu geri çəkil-

mək  istədi,  lakin  ayağı  kərpic  boyda  daşa  dəyərək  yerə 

yıxıldı.  Migel  onu  öldürmək  istəyəndə  qarşısına  dərhal  iki 

aborigen keçdi və hiss etdi ki, arxadan da kimsə ona yaxın-

laşır.  O,  cəld  geri  dönərək,  rəqibinin  nizəsini  dəf  etdi  və 

həmin  an o biri qılıncını qurbanının sinəsinə sancdı. Arau-

kanlar  Migeli  məğlub  edə  bilmədiklərini  görüb  ona  qarşı 

ehtiyatla döyüşməyə başladılar. Beş-altı nəfərin əhatəsində 

olan Dias qılıncdan məharətlə istifadə edərək, düşməni geri 

çəkilməyə vadar edirdi. 

Araukanlara  qarşı  döyüşən  beş  doyüşçüdən  dördü  hərb 

sənətinin peşəkar ustadları sayılırdı. Qılınc döyüşündə onlar 

məğlubedilməz  döyüşçülər  idi.  Yalnız  arbalyotçu  Dias 

qılınc  döyüşündə  bir  balaca  zəiflik  göstərirdi.  Lakin  buna 

baxmayaraq, o düşmənin hücumlarına layiqli cavab verirdi. 

Hinduların  qarşılarındakı  döyüşçülər  elə  peşəkarlıqla 

döyüşürdülər  ki,  elə  bil  onların  qarşısında  beş  yox,  iyirmi 

konkistador döyüşür. 

Artıq  araukanlar  başa  düşdülər  ki,  qarşılarındakı  rəqib-

lərini ox atanlarsız məğlub etmək qeyri-mümkündür. Onları 

məğlub  etmək  üçun  hindulara  əlavə  qüvvə  tələb  olunurdu. 



                                                     

 

  



                                                                            

                                                    

63 

Həmin qüvvə isə onlarda tükənmişdi. Necə olsa da, onların 



əsas  hissəsi  yuxarıda  polkovnik  Alonsonun  başçılıq  etdiyi 

dəstəyə qarşı döyüşürdü. 

Elə  bu  vaxt  araukanların  sırasında  canlanma  baş  verdi. 

Onlar  şimal-şərq  istiqamətinə  nəzər  yetirməklə,  nə  haqda 

isə  qışqırırdılar.  Migel  döyüşə-döyüşə  həmin  yerə  nəzər 

saldı  və  gördü  ki,  kapitan  Karlın  keçdiyi  yerdən  vadiyə 

süvarilər daxil olmağa başlayır. Bəli, həmin süvarilər kapi-

tan Alonsonun başçılıq etdiyi dəstə idi və onlar Migelgilin 

köməyinə  gəlirdilər.  Onların  gəlişi  vadinin  ağzında  gedən 

döyüşdə  böyük  dönüş  yaradacaq.  Bu  konkistadorların 

qaləbəsi demək idi. 

Buradakı  vəziyyətin  kəskin  surətdə  dəyişdiyini  görən 

araukanlar yavaş-yavaş geri çəkilməyə başladılar. Onlar elə 

geri çəkilirdilər ki, hətta ağır yaralılarını özləri ilə aparmağa 

imkanları  olmadı.  Burdakı  bütün  üstünlük  Migelgilin  tərə-

finə  keçmişdi.  Lakin  belə  olan  halda  onlar  qaçan  hinduları 

təqib  edə  bilməzdilər.  Çünki  geri  çəkilənlərin  yoldaşları 

əlində  kaman  hazırlıqlı  vəziyyətdə  dayanmışdlar.  Hər  bir 

konkistador  onları  təqib  etməyə  çalışsa,  dərhal  düşmən 

tərəfindən oxla vurulacaq. 

Döyüşə  həddindən  artıq  başı  qarışan  Dias  qaçmağa 

çalışan  hindunun  ardınca  getməyə  cəhd  göstərdi.  Lakin  üç 

addım  irəli  getmişdi  ki,  araukanlar  onun  üzərinə  üç-dörd 



                                                     

 

  



                                                                            

                                                    

64 

dənə ox atdılar. Oxlardan biri onun sağ buduna, o birisi isə 



sol  qoluna  batmış,  qalanları  isə  kirasaya  dəyərək  yerə 

düşmüşdü.  Cəngavərin  budu  yaralansa  da,  o  yerə  çökmək 

fikrində deyildi. Sanki ağrını öz daxilində udurdu. 

Diasın  yaralandıqını  görən  yaxınlıqdakı  iki  hindu  ona 

tərəf dönərək, cəngavəri qətlə yetirmək üçün hücuma keçdi-

lər. Söz yox ki, Dias o qədər yaralı deyildi ki, iki rəqibinin 

qarşısında  aciz  görünsün.  Lakin  arxadan  hücum  edəcək 

düşmənə qarşı müdafiə olunmaq üçün o, çoxlu tər tökməli 

idi. Araukanlar böyük səy göstərsələr cəngavəri qətlə yetirə 

bilərdilər.  Amma  Migel  yaxınlıqda  olduğuna  görə  cəld 

silahdaşının  köməyinə  can  atdı.  Hərçənd  ki,  bunu  etmək 

onun  üçün  xeyli  çətin  idi.  Qarşısındakı  rəqiblər  kənara 

çəkilsələr, Migeli çox asanlıqla ox ilə vurmaq olardı. Lakin 

buna  baxmayaraq,  qorxmaz  konkistador  cəld  sinəsini 

qabağa  verərək  döyüşü  öz  üzərinə  götürdü.  O,  həmin  an 

Diasa  dedi  ki,  cəld  ağacın  arxasına  keçib  orada  özünə 

əlverişli mövqe tutsun. Dias cəngavər olduğu üçün heç cürə 

bu  təklifi  qəbul  edə  bilmədi.  Onun  köməyinə  çatan  bir 

adamı  doyüş  meydanında  qoyub  ağac  arxasında  gizlənə 

bilməzdi. 

Migel meşənin sərhədinə yaxın bir yerdə olduğuna görə 

onun qarşısındakı rəqiblər, guya ki, konkistadoru mühasirə-

yə  almaq  üçün  kənarlara  çəkilərək  həm  sağdan,  həm  də 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə