Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə15/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   11   12   13   14   15   16   17   18   ...   138

                                                     

 

  



                                                                            

                                                    

57 

İrəliləyiş  zamanı  onlar  vadinin  bu  hissəsində  bitən  hər  bir 



ağacdan  istifadə  edirdilər.  Araukanların  gözündən  yayın-

maq üçün başqa bir şey yox idi. 

Meşənin  sərhədinə  20-25  metr  qalmış  aqacların  ar-

xasında  hindular  göründü.  Bəziləri  ağacların  arxasında, 

bəziləri  isə  hündür  kolluqların  arxasında  mövqe  tutmuşdu. 

Onların  sayı  iyirmidən  çox  idi  və  əksəriyyəti  kaman  ilə 

silahlanmışdı. Söz yox ki, onlar meşəyə yaxınlaşan konkis-

tadorların qabağını kəsmək üçün meşənin həmin hissəsində 

pusqu  qurmuşdular.  İspanlar  da  seyrək  halda  bitən  ağac-

ların  arxasında  gizləndilər.  Onlar  bir-birilərindən  çox  aralı 

düşdülər.  

Meşənin  sərhədinə  yaxınlaşmaq  çox  təhlükəli  idi.  Belə 

olan  halda  araukanlar  onları  oxla  qarşılamalı  olacaqlar. 

Əlbəttə,  konkistadorlar  da  hinduları  həmin  üsul  ilə 

qarşılaya bilərlər. Dias Duartedə arbalyot, Migeldə kaman, 

leytenantda da tapança vardı. Migel hər iki Diasın arasında 

mövqe  tutmuşdu.  Cəngavər  Dias  sağ  cinahda  idi  və  arau-

kanların  tutduğu  mövqe  ona  yaxın  bir  yerdə  idi.  Hindular 

hər tərəfdən hücuma keçsələr, cəngavəri çətinlik çəkmədən 

mühasirəyə  ala  bilərlər.  Hökmən  bir  tədbir  görmək  lazım 

idi,  yoxsa  buradakı  konkistadorlar  faciə  ilə  üzləşə  bilərdi. 

Ən yaxşı üsul hələlik geri çəkilmək idi. Lakin bu hərəkətə 

burada olan heç bir ispan əl atmazdı. Onlar öz qürurunu hər 



                                                     

 

  



                                                                            

                                                    

58 

şeydən üstün tutur və düşmən qarşısında alçalmaq istəmir-



dilər. Döyüşçülərini bu təhlükəli ərazidən yalnız kapitan öz 

göstərişilə  uzaqlaşdıra  bilərdi.  Amma  nədənsə,  o,  hələlik 

susmağı  üstün  tuturdu.  İş  orasındadır  ki,  araukanlar  da 

hücuma keçməyə tələsmirdi. Halbuki bütün üstünlük hindu-

ların tərəfində idi. 

 

 



 

 

 



IV fəsil. Araukanlar döyüş meydanından  

             uzaqlaşmağa çalışırlar 

 

On beş dəqiqəyə kimi vaxt keçmişdi, lakin nə hindular, 



nə də ki, konkistadorlar tərəfindən əməli tədbirlər görülmə-

mişdi.  Sanki  onlar  bir-birilərindən  ehtiyat  edirdilər.  Ancaq 

bir  az  kənarda  ispanlarla  araukanlar  arasında  gedən  döyüş 

hələ də davam edirdi. 

Belə  qənaətə  gəlmək  olar  ki,  yuxarıda  cəmləşən 

hinduların  sayı  çox  azdır.  Yoxsa,  onlar  bura  çoxdan  əlavə 

qüvvə göndərib azsaylı ispanların üzərinə hüçuma keçərdi. 

Deməli, onlarda bu qüvvə yox idi. Yuxarıdakı konkistador-

ların  zəif  döyüş  taktikasının  tətbiq  etməsi  ondan  irəli  gəlir 



                                                     

 

  



                                                                            

                                                    

59 

ki,  düşmən  yaxşı  yerlərdə  mövqe  tutmuşdu.  Araukanları 



oradan  vurub  çıxartmaq  üçün  yalnız  arxadan  zərbə  endir-

mək lazım idi. Kapitan  Xuanın beş nəfərlik qüvvəsi isə bu 

missiyanı  yerinə  yetirmək  iqtidarında  deyildi.  Bu  əməliy-

yata  başlamaq  üçün  konkistadorların  sayı  ən  azı  iyirmi 

nəfər olmalı idi. Ya da ki, kapitan öz döyüşçülərini buradan 

uzaqlaşdıraraq  150  metr  sol  tərəfdən  meşəyə  daxil  olmalı 

idi.  Arxadan  hindulara  zərbə  endirməklə,  düşmənin  müəy-

yən  qüvvəsini  özlərinə  cəlb  etməli  idi.  Bu  ən  əlverişli 

variant sayılırdı. Kapitan əli ilə döyüşçülərinə işarə etdi ki, 

hamı  yavaş-yavaş  sol  tərəfdən  arxaya  çəkilsin.  Leytenant 

Andre  solda  olduğundan  birinci  olaraq  kapitanla  birlikdə 

geri  çəkilməyə  başladı.  Cəngavər  Dias  kapitanın  işarəsini 

görməmişdi, ona görə də hələlik öz yerini tərk etmək fikrin-

də  deyildi.  Ona  yalnız  sözlə  deyilməliydi  ki,  buranı  tərk 

etsin. Bu xəbəri cəngavərə Migel verməli idi. 

Elə  bu  dəmdə  araukanlar  öz  dillərində  nə  isə  qışqıraraq 

hər  tərəfdən  hücuma  keçdilər.  Onların  sayı  təxminən  20 

nəfər  olardı  və  hamısı  da  nizə  və  balta  ilə  silahlanmışdı. 

Aydınca görmək olurdu,  ox atan hindular öz  yerlərini tərk 

etməmişdilər.  Migel  ilə  Diasın  üzərinə  8  nəfər  şığıyırdı. 

Hazırlıqlı vəziyyətdə duran Migel qabaqdakı düşməni nişan 

alaraq  ox  ilə  onu  vurdu.  Ox  elə  bir  sürətlə  uçdu  ki,  qurba-

nına dəyən kimi həmin adam arxası üstə yerə tir-tap yıxıldı. 



                                                     

 

  



                                                                            

                                                    

60 

Məsafə  qısa  olduğundan  Migel  ikinci  dəfə  oxdan  istifadə 



edə  bilmədi  və  dərhal  qılınclarını  əlinə  alıb  (öldürülmüş 

Antonionun qılıncı onda idi) ağacın arxasından çıxaraq ona 

yaxınlaşan  hindunu  möhkəm  zərbələrlə  məhv  etdi.  Dias 

mühasirəyə  düşməsin  deyə,  o  cəngavərin  köməyinə  can 

atdı. Lakin həmin an onun qarşısını üç nəfər araukan kəsdi. 

Bununla da Diasın işi bir balaca yüngülləşdi. Onun üzərinə 

dörd yox, üç düşmən hücum çəkdi. Dias cəngavər olduğun-

dan  üç  nəfərə  qarşı  döyüşmək  onun  üçün  heç  bir  çətinlik 

törətmirdi. Lakin iş orasındadır ki, Dias  ağacın arxasından 

çıxaraq  düşmənə  qarşı  döyüşürdü.  Meşənin  kənarında 

dayanan hindular onu ox ilə vura bilərdi. Ona yaxınlaşmağa 

cəhd göstərən Migel əlacsız qalaraq qışqırdı ki, Dias ağacın 

arxasında  dayanaraq  müdafiə  olunsun.  Necə  olsa  da, 

cəngavər  meşənin  sərhədinə  yaxın  bir  yerdə  döyüşürdü. 

Başqalarına  nisbətən  Diasın  əynində  kirasa  vardı.  Kirasa 

müəyyən mənada onu düşmən oxundan müdafiə edə bilər-

di.  Geri  çəkilməyə  başlamış  kapitangil  indi  güclü  təzyiqə 

məruz  qalaraq  əvvəlki  mövqelərinə  qayıda  bilmirdilər. 

Məhz  buna  görə  də  Migelgil  ilə  onların  arasındakı  məsafə 

30-35 metr olurdu. 

Döyüş davam etdikcə, hindular yavaş-yavaş meşədən çı-

xaraq  özlərini  döyüşə  atırdılar.  Aborigenlərin  bu  döyüşdə 

verdikləri  itkilərə  baxmayaraq,  onların  sayı  artıq  otuza 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə