89
bir balaca sıx şəkildə bitirdi. Düşmən çox asanlıqla həmin
aqacların arxasında da gizlənə bilərdi. Məhz buna görə də
kapitan Xuan burada da öz ehtiyatını əldən vermədi. O,
dərhal çayın sahilində ayaq saxlayaraq, qabağa beş
nəfərdən ibarət kəşfiyyatçı göndərdi. Həmin kəşfiyyatçı-
ların arasında Migel ilə arbalyotçu Dias Duarte də vardı.
Onlar çayın sahilini tədqiq etməklə, o biri sahilə keçmək
üçün münasib keçid tapmalıydılar.
Çay özü şərqdən qərbə doğru çox sürətlə axırdı. Buralar
dağlıq zona olduğu üçün çay çox halda gah sağa, gah da
sola burulurdu. Çayın sahilindəki ağaclar yarı əyilmiş halda
budaqlarını suya sallayırdı. Orada çox vaxt Araukaniyanın
ekzotik quşlarını görmək olurdu. Çayın şırıltısı ilə quşların
oxuduğu nəğmələr bir-birinə qarışaraq, adamı döyüş
meydanından bir müddət kənarlaşdırırdı. Sanki ispanlar
müharibəyə yox, istirahət etməyə gəlmişdilər.
Anqud körfəzinə məsafə az olduquna baxmayaraq
buradan körfəzi görmək mümkün deyildi. Ona görə ki,
körfəzin qarşısını qabaqdakı dağlar kəsirdi. Düz yol ilə ora
çatmaq 1 liqdirsə, daqların arası ilə gedib ora çatmaq üçün
liq yarım yol qət etmək lazım idi. Hazırda konkistadorları
yalnız çaydan keçmək maraqlandırırdı. Ondan sonra körfə-
zin sahilinə çatmaq onlar üçün heç bir çətinlik törətməyə-
cəkdi.
90
Nənayət Migelgil çayı keçmək üçün münasib yer
tapdılar. Burada çayın eni təxminən 40 metrə qədər olardı,
dərinliyi isə ortaboylu adamın sinəsinə qədər idi. Çay
sürətlə axdığından və dibi çay daşları ilə dolu olduğuna
görə, bu sahildən o biri sahilə qədər keçid həddindən artıq
böyük zəhmət tələb edirdi. Adam addımlarını ehtiyatla
atmasa, çay çox asanlıqla həmin adamı özü ilə körfəz
istiqamətində apara bilərdi. Çoxlarının çaydan keçmək
təcrübəsi yox idi. Xüsusən də at belində çayı keçmək üçün
xüsusi bacarıq lazım idi.
Bütün dəstə həmin yerə gəlib çatdı. Kapitan Xuan
Meksikada olarkən belə çay keçidlərində tez-tez iştirak
etmişdi. Çayın bu sahilindən, o biri sahilinə kimi kəndir
uzatmaq lazım idi. Kəndirin ucları ağaclara möhkəmcə
bağlanmalıydı. Bacarığı olmayanlar kəndirin vasitəsilə
çayın o biri sahilinə keçməliydilər. Kapitan bu üsul ilə
əsgərlərini texniki təhlükəsizliklə təmin etmək istəyirdi.
İlk növbədə Migelin hələ Kitodan tanıdığı “qəribə”
tanışları Luis Kempes və arbalyotçular Lope İnyeslə, Xulio
Menendes çayı keçdilər. Luisdən başqa hər iki arbalyotçu
süvari dəstəsinə daxil edilmişdi. Onlar müvəqqəti olaraq
çayın sahilini tədqiq etməliydilər. Araukanlar çox güman
ki, sahildə pusqu qura bilərdilər. Paralel olaraq onlar çayı
keçməyə çəhd edən silahdaşlarının təhlükəsizliyini təmin
91
etməli idilər. Onlardan sonra kapitan Xuan at belində,
Migel, Dias Duarte və üç başqa atıcı piyada çayı keçməyə
başladılar. Kəndirin ucunu isə atıcılar özləri ilə dartırdılar.
Sahilin kənarı hamar idi və kol-kosla örtülmüşdü. On-on
beş addımdan sonra dik yamac vardı və yamacın hər bir
kənarı ilə cığır yolları gedirdi. Getdikcə həmin cığır yollar
enli dərələrin içərisinə daxil olurdu. Dərələr hündür
yamacların arasında itib batırdı. Təxminən 200-250 metr
aralıda araukariya meşəsi başlayırdı. Sahilə birinci çıxanlar
peşəkar döyüşçü kimi ilk novbədə yamacın başına çıxıb,
oradan yaxın ətrafı nəzərdən keçirməliydilər. Lakin onlar
aşağıdan yuxarını seyr edərək, üst-başlarını səliqə-səhmana
salmağa başladılar. Ayaqlarındakı uzunboğaz çəkmələrini
sudan azad edirdilər. Çünki belə bir vəziyyətdə yerimək
çox çətin idi. Məhz hazırlıqlı vəziyyətdə olandan sonra on-
lar yamacı yoxlamalıydılar. Lakin həmin ərəfəyə qədər
onlardan başqa sahilə heç kim çıxmamalı idı. Çayı keçməyə
tələsən kapitangil artıq sahilə çatmaq üzrə idilər. Koman-
dirin fikrincə, araukanlar sahildə olsaydılar, çoxdan sahilə
çıxan üç konkistadorun üstünə hücum çəkərdilər.
Beləliklə, çayı keçməyə cəhd edənlər sahilə çıxdılar.
Hamı bir nəfərə kimi çəkmələrini çıxardaraq içindəki suyu
boşaltdılar. Bu vaxt kapitan qraf Filipp və uç atıcı böyük
ehtiyatla çayı keçməyə başladılar. İş ondadır ki, onlar
92
sahildə ağaca yenicə bağlanan kəndirdən yapışırdılar. Bu
vaxt isə Migel bir əsgərin köməyi ilə kəndiri yamacın al-
tında bitən araukariya ağacına bağlayaraq öz işini qurtarmış
oldu. Ehtiyatını əldən vermək istəməyən kapitan Xuan,
Luisi bir əsgərlə yamacı yoxlamaq üçün yuxarı göndərdi.
Migel hiss etdi ki, kapitanın tapşırığı Luisin ürəyindən
olmadı.
Sağ tərəfdə, bir qədər aralıda balaca təpə vardı. Həmin
təpənin üstündə iki bambuk ağacı bitirdi, ağacların
gövdələri isə qalın kolluqlarla örtülmüşdü. Kapitan ora
nəzər salandan sonra belə qənaətə gəldi ki, həmin yeri də
yoxlamaq lazımdır. Kapitan Xuan təpənin yoxlanışına Lope
İnyeslə birlikdə Dias Duarteni göndərdi. Onlar bir neçə
addım atmışdılar ki, birdən yamacın arxasında qışqırıq
səsləri eşidildi. İspanlar həmin dəqiqə başa düşmək olar ki,
Luisgil araukanların qurduqları pusquya düşüblər. Migel
yanındakı əsgərlə birlikdə həmin yerə qaçmaq istəyirdi ki,
bir də gördü Luis beş-altı nəfərin əhatəsində döyüşə-döyüşə
sahilə tərəf çəkilməyə can atır. Döyüş yamacın sağ
tərəfində başlanmışdı. Onunla gedən əsgərdən heç bir əsər-
əlamət yox idi. Çox güman ki, düşmənlər onu məhv
etmişdilər. Elə bu dəmdə yamacın arxasından on nəfərə
yaxın araukan qışqıra-qışqıra hücuma keçdilər. Migelin
yanındakı əsgər dərhal əlindəki muşket ilə hindunun birini
Dostları ilə paylaş: |