Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə22/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   18   19   20   21   22   23   24   25   ...   138

                                                     

 

  



                                                                            

                                                    

85 

Polkovnik Alonso həqiqətən də ağılabatan təklif verirdi. 



Hazırda  araukanlar  stress  vəziyyətində  idilər.  Əks  hücuma 

keçmək  üçün  onlar  özlərinə  gəlməliydilər.  Çox  güman  ki, 

hindular  müdafiədən  başqa  əlavə  tədbirlərə  əl  atmayacaq-

lar.  İndi  konkistadorlar  Araukaniyanın  bütün  ərazisində 

döyüş  əməliyyatları  aparırdılar.  Hələlik  onların  hücumla-

rına tab gətirmək mümkün deyildi. Araukanlar yalnız pusqu 

qurmaqla  kifayətlənirdilər.  İş  ondadır  ki,  həmin  taktika 

onlara  böyük  xeyir  gətirirdi.  Çünki  pusqu  döyüşləri  ilə 

onlar  ispanların  iti  sürətli  hücumlarının  qarşısını  almağa 

müəssər olurdular. 

Kapitan  Xuan  uşaqlıqdan  davakar  adam  olub  və 

düşmənə qarşı aparılan hərbi əməliyyatlarda həmişə radikal 

addımlar atmağı xoşlayırdı. Hər bir döyüşçüdən cəsarəti və 

inadkarlığı ilə fərqlənirdi. Lakin son zamanlar araukanlarla 

döyüşəndən sonra o, düşmən qarşısında ehtiyatlı olmağa və 

bütün  tədbirlərdə  ağıl  ilə  davranmağı  üstün  tuturdu. 

Aborigenlər öz cəsarətinə, şücaətinə və düşmənə qarşı tak-

tiki döyüş tətbiq etməsinə görə, həqiqətən də heç bir hindu 

tayfasına  oxşamırdılar.  Onların  döyüş  üslubu  vaxtı  ilə 

alman  barbarlarının  Roma  imperiyasının  əsgərlərinə  qarşı 

tətbiq  etdikləri  döyüş  üslublarını  xatırladırdı.  Buna  dair 

nümunələri çox sadalamaq olardı.  




                                                     

 

  



                                                                            

                                                    

86 

Alonso təcrübəli sərkərdə olduğu üçün hər bir məsələdə 



Xuan  onunla  razılaşmalı  idi.  Necə  də  olsa,  Alonso  da 

araukanlara  dair  çox  məlumatlar  toplanmışdı  və  onlara 

qarşı  hansı  döyüş  taktikasını  tətbiq  etməyi  polkovnik  çox 

yaxşı  bilirdi.  Polkovnik  bu  müharibəyə  çox  ciddi  hazırlaş-

mış  və  vətənə  qələbə  ilə  qayıtmaqı  qarşısına  məqsəd 

qoymuşdu.  Bu  ilin  sonuna  qədər  araukan  məsələsi  bir-

dəfəlik  həll  olunmalı  idi.  İspaniyanın  əsarəti  altında  olan 

Amerika  qitəsindəki  sonuncu  müqavimət  ocağı  əbədi 

söndürülməliydi. 

 

 



 

 

 



            

VI fəsil. Asan olmayan keçid

 

 



Vadiyə yola düşməmişdən əvvəl kapitan Xuan qardaşına 

bildirdi ki, o salamat qalmış üç silahdaşı ilə birlikdə, süvari 

dəstəsinin  köməyilə  vadiyə  getmək  istəyir.  Onun  xahişini 

nəzərə alaraq, polkovnik Alonso qardaşını süvari dəstəsinin 

komandiri, kapitan Alonsonu isə Xuanın müavini təyin etdi. 

Leytenant  Andre  süvari  dəstəsinə  təhkim  edilmiş  30 

atıcının komandiri təyin edildi. Migel, Dias Duarte atıcılar 



                                                     

 

  



                                                                            

                                                    

87 

siyahısına  daxil  oldular.  Başqalarından  fərqli  olaraq  onlar 



odlu silahdan boyun qaçırtdılar. 

Günorta  yeməyindən  sonra  süvari  dəstəsi  öz  silahdaş-

larından  ayrılaraq  cənub,  cənub-qərb  istiqamətində  yola 

düşdü.  Meşənin  bu  hissəsi  çox  nahamar  idi.  Dağların 

yamaclarındakı  təpələr  çox  hündür  idi.  Ağaclar  kobud 

halda  bitdiyindən  dəstə  yalnız  bir  cərgə  ilə  hərəkət  edirdi. 

Bir necə saat bundan əvvəl meşənin girəcəyində düşmən ilə 

döyüş  getdiyindən  konkistadorlar  meşənin  bu  hissəsində 

ehtiyatlı olmalıydılar. Çünki araukanlar hələ də burada ola 

bilərdilər.  Bunun  üçün  kapitan  Xuan  beş  nəfərdən  ibarət 

iyirmi-otuz  metr  qabaqda  kəşfiyyatçı  göndərdi.  Onlar  yol 

açandan  sonra  süvarilər  irəliləyişlərini  davam  etdirirdilər. 

Araukanlar hər kolun, hər ağacın arxasında konkistadorlara 

pusqu  qura  bilərdilər.  Hər  ehtimala  qarşı  artıq  döyüşçülər 

atlardan aşağı enib piyada hərəkət edirdilər. Çünki pusquya 

düşən  kimi  məhz  onlar  ilk  döyüşü  öz  üzərilərinə 

götürməliydilər. 

Xoşbəxtlikdən hava quraqlıq idi. Atlar rahat halda xəzəl 

ilə  örtülmüş  təpələrə  qalxır  və  enirdi.  Bəzi  yerlərdə 

təpələrin  ətəyi  dik  uçurumla  əhatə  olunurdu.  Belə  olan 

halda dəstə geri dönməli olurdu. Onlar xeyli getmişdilər ki, 

birdən  qarşılarına  ensiz  düzənlik  çıxdı.  Həmin  düzənlik 

dağların arasında yerləşirdi. Düzənlikdən o tərəfdə daha bir 



                                                     

 

  



                                                                            

                                                    

88 

dərə  vardı  və  həmin  dərədən  eni  40-50  metr  olan  çay 



keçirdi.  Meşənin  bu  sərhədindən  çaya  çatmaq  üçün 

təxminən  yarım  liq  yol  qət  etmək  lazım  idi.  Lakin  çayın  o 

biri  tərəfindən  yenə  də  meşə  sərhədi  başlayırdı.  Uzaqdan 

görmək olurdu ki, qarşıdakı araukariya ağaclarından ibarət 

olan meşədir. Həmin meşədə süvari dəstəsi sərbəst hərəkət 

etmək iqtidarında idi. Çünki ölkədə bitən araukariya meşə-

lərinə  işıqlı  meşələr  deyirdilər.  Orada  ağaclar  seyrək  halda 

bitirdi  və  günəşin  şüaları  maneəsiz  olaraq  yerə  çatırdı.  Bu 

meşə  hündür  olmayan  dağların  ətəyində  yerləşirdi.  Sağ 

tərəfdə Anqud körfəzinə yaxın dağların hündurlüyü iki dəfə 

alçaq  idi.  Ümumiyyətlə,  buradan  Anqud  körfəzinə  qədər 

təxminən  1  liq  məsafə  vardı.  Elə  qarşıdakı  çayın  suları  da 

həmin körfəzə tökülürdü. Kolluqlarla əhatə olunmuş düzən-

lik  hər  tərəfdən  nəzarət  altında  saxlanıla  bilərdi.  Kəsik-

kəsik  dərələrlə  əhatə  olunan  bu  torpaqda  da  araukanlar 

pusqu qura bilərdilər. 

Kapitan Xuan çox yaxşı bilirdi ki, onlar gizlin şəkildə bu 

düzənliyi  qət  edə  bilməyəcəklər.  Deməli,  süvarilərin  hərə-

kətinin  məxfiliyi  aradan  qaldırılırdı.  Qorxmaz  komandir 

atını  qabağa  sürərək  dəstəni  öz  ardınca  apardı.  Onlar  düz 

yox,  yenə də cənub-qərb istiqamətində irəlilədilər. Kapitan 

istəyirdi  ki,  alçaq  dağlara  daxil  olmaq  üçün,  çayı  həmin 

səmtdə keçsin. Çayın kənarında ağaclar, düzənliyə nisbətən 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə