Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə30/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   26   27   28   29   30   31   32   33   ...   138

                                                     

 

  



                                                                            

                                                    

117 

ayaqlarından  tutmağa  heç  bir  ehtiyac  yoxdur.  Bu  ağrıya 



dözməyə  onda  möhkəm  iradə  var.  Migel  ilə  Andre  onu 

azad etdilər, lakin ağzına taxta qoydular ki, Xuan ağrıyanda 

qışqırmasın. Xulio lansetinin ucu ilə yaranı deşdi və əli ilə 

yaranın kənarlarını sıxmağa başladı ki, bütün irinlər oradan 

çıxsın.  Ağrıdan  Xuan  yumruqlarını  sıxaraq  qollarını  əsdir-

məyə başladı. Sanki o, Xulionu vurmaq istəyirdi. 

Nənayət  yaradan  təmiz  qan  axmağa  başlayanda  Lope 

ucu qızarmış lanseti tonqaldan götürüb, zərgər dəqiqliyi ilə 

5 sm-ə kimi yaranın içinə basdı. Bir anın içində “türkəçarə-

lərin”  burnuna  yanmış  ət  iyi  dəydi.  Ağrıya  tab  gətirə 

bilməyən Xuan tez Lopenin qolundan tutdu. Lakin artıq gec 

idi. Lope öz işini böyük ustalıqla qurtarıb başa çatdırmışdı. 

Xulio tez yaranı ağ tənziflə örtdü ki, qanaxmanın qarşısı 

alınsın. Kapitan Alonsonun gözləri bu cərrahiyyə əməliyya-

tından  bərələ  qalmışdı.  Lakin  buna  baxmayaraq,  kapitan 

Xuanın üzərində aparılan cərrahiyyə əməliyyatı çox uğurla 

başa çatmışdı. Bundan sonra Xuan dərindən nəfəsini alaraq 

rahatca  gözlərini  yumdu.  Sanki  o,  uzun  müddət  idi  ki, 

yuxusuz qalmışdı. Sanki o, ağır əzablardan qurtulmuşdu. 

Belə  bir  cərrahiyyə  əməliyyatları,  yarası  irinlənmiş  hər 

bir yaralının üzərində aparıldı. Yaralıların problemi tam da 

olmasa, amma həll olunmuşdu. Ağrıdan iztirab çəkməsinlər 




                                                     

 

  



                                                                            

                                                    

118 

deyə, onların hamısına çoxlu həcmdə şərab verildi. Növbəti 



şərab payı isə gecə veriləcəkdi. 

Qarşıda  və  ümumiyyətlə,  ətrafda  qoyulan  keşikçilərdən 

alınan  məlumata görə  yaxınlıqda bir nəfər də  olsun, hindu 

görünmürdü.  Sanki  onlar  konkistadorların  bura  gəlişindən 

xəbərsiz  idilər.  Lakin  araukanlar  döyüşən  hindu  tayfası 

olduğundan  belə  zənn  etmək  olar  ki,  onlar  yaxınlıqda, 

gözəgörünməz  bir  yerdə  gizlənərək  konkistadorların 

fəaliyyətini izləyirlər. 

İndi  kapitan  Alonsonu  bir  şey  maraqlandırırdı;  işdir, 

polkovnik Alonso öz dəstəsi ilə vadiyə daxil oldu və orada 

araukanların ciddi müqavimətilə üzləşdi, onda necə olsun? 

Axı, süvari dəstəsi dərhal onların köməyinə çatmalıdır.  

Lakin onların dəstəsində yaralılar olduğu halda süvarilər 

vadidə iti sürətli hərəkətlər və manevrlər edə bilməyəcəklər. 

Bu  işdə  yaralılar  onlara  böyük  maneəçilik  törədəcəklər. 

İndi  kapitan  bilmirdi  yaralılarla  nə  etsin,  burada  qoysun, 

yoxsa  özü  ilə  əməliyyata  aparsın.  Özü  ilə  əməliyyata 

aparsa,  söz  yox  ki,  süvarilər  sürətli  manevrlərdən  məhrum 

olacaqlar.  Lakin  yaralıları  burda  təkbaşına  qoyub  döyüşə 

yollanmaq  da  təhlükəli  idi.  Yaxınlıqda  olan  araukanlar 

yaralıların  köməksizliyini  görüb  dərhal  onların  üzərinə 

hücum  edəcəklər.  Kapitan  Alonso  yaralıların  təhlükəsiz-

liyini  təmin  etmək  üçün  süvarilərdən  bir  adam  da  ayırmaq 



                                                     

 

  



                                                                            

                                                    

119 

fikrində  deyildi.  Çünki  hərbi  əməliyyatlarda  ona  hər  bir 



süvari  hava-su  kimi  lazım  idi.  Hər  bir  çətin  vəziyyətdən 

çıxış  yolu  tapmaq  mümkün  idi.  Nəzərə  almaq  lazımdır  ki, 

yaralılardan  bir  neçə  nəfəri  hələ  də  qılıncdan  istifadə  edə 

bilərdi.  Amma  Alonsonun  başına  yaxşı  bir  fikir  gəldi.  O, 

yaralıların  hamısına  odlu  silah  verməyi  qərara  aldı.  Belə 

olan  halda  yaralılar  özlərini  hər  bir  düşməndən  qoruya 

bilərlər. 

Lakin  nədənsə,  kapitan  Alonsonun  daxilində  böyük 

ümidsizlik yaranmışdı. O, narahat halda gah bu tərəfə, gah 

da  o  tərəfə  gedir  və  ürəyində  nə  isə  fikirləşirdi  Tez-tez 

Migelin  oturduğu  yerə  gəlib  oradan  “qanlı  vadiyə”  mənalı 

nəzər salırdı. Elə Migelin də fikri həmin vadiyə yönəlmişdi. 

Bu “qanlı vadidə” həm konkistadorların, həm də hinduların 

müqəddəratı  həll  olunmalıydı.  Konkistadorlar  burda  baş 

verəcək  həlledici  döyüşdə  qalib  gəlsələr,  birdəfəlik 

Araukaniyada başlanan 45 illik müharibəyə son qoyacaq və 

vətənə qalib kimi qayıdacaqlar. İşdir, məğlub olsalar, onda 

yenidən  qüvvə  toplayaraq  müharibəni  davam  etdirməli 

olacaqlar.  Araukanlar  isə  məğlub  olsalar,  bundan  sonra 

birdəfəlik  öz  azadlıqlarını  və  ölkələrinin  ərazi  bütövlük-

lərini  itirəcəklər.  Ondan  sonra  isə  əlinə  silah  almış  hər  bir 

araukan  İspaniyanın  inkvizisiyası  tərəfindən  sərt  üsullarla 

cəzalanacaqdır.  Ümumiyyətlə,  ölkələrinin  əksər  hissəsi 



                                                     

 

  



                                                                            

                                                    

120 

dağlıq  ərazidən  ibarət  olduğu  halda,  aborigenlər  münbit 



torpaqlardan  məhrum  olacaqlar.  Əgər,  onlar  bu  döyüşdə 

qalib  gəlsələr  onda  ispanların  təşkil  edəcəkləri  növbəti 

ekspedisiyanın gəlişini gözləməli olacaqlar. Necə ki, ispan-

lar,  eləcə  də  araukanlar  həlledici  döyüşə  çox  ciddi 

hazırlaşırdılar. Bu döyüşdə hər iki tərəfin ölüm-dirim məsə-

ləsi  həll  olunurdu.  İspanlardan  çox  bu  qələbə  hindulara 

hava-su  kimi  lazım  idi.  Məğlub  olduqları  təqdirdə 

araukanlar  əbədilik  azad  hindu  tayfası  kimi  yer  üzündən 

silinəcəklər.  Çünki  onlar  çox  yaxşı  bilirdilər  ki,  bütün  bu 

müharibələr ərzində Araukaniyada həddindən çox konkista-

dor  məhv  edilibdir.  İspanlar  isə  bu  itkiləri  heç  vaxt 

araukanlara bağışlamayaçaqlar. 

Şəxsən Migel özü arzulayırdı ki, Araukaniyada başlanan 

müharibə  yalnız  silahdaşlarının  qələbəsi  ilə  başa  çatsın  və 

o,  tezliklə  İspaniyaya  öz  sevimlisi  Floridanın  yanına 

qayıtsın. O, yaxşı bilirdi ki, Florida səbirsizliklə öz istədiyi-

nin  yolunu  gözləyir  və  iztirab  içində  Seviliyada  yalnız 

darıxdırıçı  günlər  keçirir.  Migel  özü  isə  həmişə  döyüş 

qabağı sinəsindəki medalyonu çıxardıb sevigilisinin çöhrə-

sinə  yalvarıcı  nəzər  salırdı,  sanki  medalyondakı  şəkilin 

canlanması  üçün  ürəyində  and-aman  edirdi.  Uzunmüddətli 

döyüş  gedəndə  o,  həmin  an  Floridanı  xatirəsindən  istər-

istəməz  silirdi.  Həmin  an  Migelin  ürəyi,  İspaniyanın  şan-



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə