Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə32/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   28   29   30   31   32   33   34   35   ...   138

                                                     

 

  



                                                                            

                                                    

125 

hindular  süvariləri  görən  kimi  döyüş  meydanından  qaç-



mağa məcbur olublar. Onlar süvarilərdən it kimi qorxurlar. 

-  Araukanlar  Yeni  Dünya  sahillərinin  heç  bir  hindu 

tayfasına  oxşamırlar.  -  deyə  Xuan  ciddi  halda  dilləndi.  - 

Görmürsünüz  ki,  araukanlar  da  at  belində  gəzirlər?  Artıq 

onlar  cüzi  də  olsun,  atlardan  çəkinmirlər.  Həm  də  onlar 

yürüş  zamanı  bir  neçə  dəfə  bizim  dəstənin  üzərinə  hücum 

ediblər.  İndi  mənim  təklifim  odur  ki,  Alonso  gələnə  qədər 

süvari dəstəsi burda qalsın. 

Artıq  kapitan  Alonso  bu  məsələ  ilə  bağlı  hec  bir  təkid 

göstərmədi  və  komandirinin  sərəncamına  uyğun  olaraq, 

polkovnik  Alonsonun  dəstəsinin  gəlişini  gözləməyə  başla-

dı.  Həmin  dəstənin  gəlişindən  asılı  olmayaraq  süvarilərin 

hamısı hazırlıqlı vəziyyətə gətirildi. Əmr verilən kimi onlar 

yürüşə başlamalıydılar. 

Buludlar isə göyün üzündə daha çox sahəni örtürdü. Get-

gedə qalın pərdə göy səmanı bütünlüklə bağlayacaq. Ondan 

sonra isə yağışın yağması labüd idi. Havanın soyuqlaşması 

da  göz  qabağında  idi.  Soyuğa  davam  gətirmək  üçün  hamı 

qalın geyinməliydi. Lakin həmin paltar ispanlarda  yox idi. 

Bunun üçün Anqud körfəzinə getmək lazımdır, ona görə ki, 

bütün ləvazimat körfəzdəki gəmilərdə idi. Köhnə konkista-

dorların  dediyinə  görə  havanın  soyuq  keçməsi  Araukani-

yada hələ bir necə gün davam edəcəkdir. 



                                                     

 

  



                                                                            

                                                    

126 

Günorta  vaxtına  az  qalmış  “qanlı  vadinin”  şimalında 



odlu  silahların  səsi  eşidilməyə  başladı.  Bunu  artıq  döyüş 

əməliyyatlarının  başlanması  kimi  qələmə  vermək  olardı. 

Lakin əvvəlcədən əmin olmaq lazım idi ki, bu həqiqətən də 

döyüşün  başlanmasıdır,  yoxsa  araukanların  qurduqları 

növbəti hiylə. Açıq göz ilə görmək olurdu ki, oradakı döyüş 

meydanı  genişlənir  və  araukanların  əsas  hissəsi  şimaldakı 

kənddə  və  kəndin  ətrafında  cəmləşməyə  başlayırdılar. 

Onların  bəziləri  sol  tərəfdəki  meşənin  ağzında  mövqe 

tutmağa çalışırdılar. Hinduların bir çoxu gah meşəyə daxil 

olur,  gah  da  oradan  çıxmağa  başlayırdı.  Sərhəddəki 

ağacların  içərisindən  yuxarıya  barıtların  tüstüsü  qalxırdı. 

Şübhəsiz  ki,  orada  iki  qüvvə  arasında  döyüş  başlanmışdı. 

Qəribəsi  də  odur  ki,  konkistadorların  hücumlarına  mane 

olmaq üçün araukanlar da odlu silahdan istifadə edirdilər. 

Süvari dəstəsində həyəcan təbili vuruldu. Hamı atlanaraq 

yavaş-yavaş  aşağı  düşməyə  başladılar.  Düzdür,  bir  qədər 

qabaqda  üç  nəfər  yolun  təhlükəsizliyini  yoxlamaq  üçün 

dəstədən  əvvəl  yola  çıxdılar.  Çox  güman  ki,  düşmən 

qarşıda  onlara  qarşı  pusqu  qura  bilərdi.  Süvarilərin  yolu 

ağaclar  arasından  keçdiyi  üçün  kəşfiyyatçılar  yol  boyu 

bütün  şübhəli  yerləri  yoxlamalıydılar.  Bu  işin  öhdəsindən 

ən təcrübəli, bacarıqlı və xüsusən də arbalyot və kamandan 

ustalıqla  istifadə  edən  döyüşçülər  gələ  bilərdi.  Kapitan 



                                                     

 

  



                                                                            

                                                    

127 

Alonso təcrübəli bir zabit kimi Migeli və peşəkar arbalyot-



çular  sayılan  Lope  İnyeslə,  Xulio  Menendesi  kəşfiyyata 

göndərdi.  Onlar  da  böyük  bir  ehtiyatla  bu  işin  icrasına 

başladılar.  Necə  olsa  da,  silahdaşlarının  həyatı  onların 

əlində idi. Hamı sağ və salamat aşağı çatdırılmalı idi. 

Süvarilərin  aşağı  düşməsi  nəzərdə  tuqulduğundan 

həddindən  artıq  yubanırdı.  Kapitan  Xuan  yuxarıda  daşın 

üstündə  oturaraq  nigarançılıqda  “qanlı  vadidə”  baş  verən 

hadisələrə nəzər yetirirdi. Yaralı olduğuna görə o, ardı-arası 

kəsilmədən  özünü  lənətləyirdi.  Çünki  özünün  dediyi  kimi, 

onun  yeri  dağın  üstündəki  nəzarət  meydançası  yox,  "qanlı 

vadi”dəki döyüş meydanı idi. 

Süvarilər  aşağı  düşənə  kimi  artıq  polkovnik  Alonsonun 

piyada  dəstəsi  şimaldakı  meşənin  sərhədində  yaradılan 

müdafiə xəttini yararaq, yaxınlıqdakı kəndin qərb istiqamə-

tindəki  sərhəddinə  yaxınlaşmağa  müvəffəq  olmuşdu. 

Konkistadorların hücumuna tab gətirməyən hindular cənub 

istiqamətində  geri  çəkilməyə  başladılar.  Halbuki  onlar 

vadinin  şimal-şərqində  yerləşən  kənddə  də  mövqe  tuta 

bilərdilər.  Amma  həmin

 

kənddə  araukanların  kifayət  qədər 



qüvvəsi  vardı.  Onda  belə  çıxırdı  ki,  araukanlar  vadinin 

mərkəzində  yerləşən  kəndlərə  çəkilirlər.  Görünür,  növbəti 

müdafiə  xətti  vadinin  mərkəzində  qurulmalı  idi.  Elə  orada 

da  istehkam  qurulan  kənd  yerləşirdi.  Geriyə  çəkilməyə 




                                                     

 

  



                                                                            

                                                    

128 

cəhd  göstərən  hinduların  sayı  yüz  nəfərdən  çox  olmazdı. 



Onlar  yarım  liq  yol  getməliydilər  ki,  istədikləri  yerə  gəlib 

çatsınlar. Kapitan Alonso öz süvariləri ilə onları yarı yolda 

məhv etməliydi. 

Qəribə də olsa, süvari dəstəsi maneəsiz olaraq aşağı düşə 

bildi. Lakin bir az sol tərəfdə araukanların ox atanları peyda 

oldu  və  şimala  doğru  can  atmağa  çalışan  süvarilərin  qarşı-

sını  kəsdilər.  Məsafə  qısa  olduğundan  Alonso  dəstəni  şərq 

tərəfə  çəkməli  oldu.  O,  araukanların  buradakı  qüvvəsilə 

münaqişəyə  girmək  istəmirdi.  Halbuki  burda  düşmənin 

qüvvəsi  həddidən

 

artıq  az  idi.  Kapitan  Alonso  istəyirdi  ki, 



“qanlı  vadidə”  başlanan  döyüşün  elə  ilkin  mərhələsində 

böyük dönüş yaratsın. Strateji baxımından bu düzgün qərar 

idi.  Lakin  düşmənin  burda  qalan  qüvvəsi  yuxarı  qalxıb 

oradakı  ispan  yaraqlılarının  üzərinə  hücum  edə  bilərdilər. 

Araukanlar isə dəqiq bilmirdilər ki, konkistadorların az bir 

hissəsi


 

yuxarıda qalıb. 

Artıq  vaxt  itirmək  istəməyən  Alonsonun  süvari  dəstəsi 

iti  sürətlə  şimala  tərəf  üz  tutdu.  O,  tezliklə  geri  çəkilməyə 

cəhd

 

edən  düşmənin  qarşısını  kəsmək  istəyirdi.  Süvarilər 



hərəkət  edən  yerdə  vadinin  həmin  hissəsi

 

şimala  nisbətən 



dayazlıqda  yerləşirdi.  Ona  görə  də  cənuba  doğru  geri 

çəkilən araukanlar süvarilərin hərəkətindən xəbərsiz idilər. 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə