Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə40/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   36   37   38   39   40   41   42   43   ...   138

                                                     

 

  



                                                                            

                                                    

157 

Polkovnik  Alonsonun  ixtiyarında  27  nəfər  salamat  əsgər 



qalmışdı.  Bu  qədər  qüvvə  ilə  hücum  əməliyyatını  davam 

etdirmək,  sadəcə  olaraq  ağılsızlıq  sayılırdı.  Təcrübəli  sər-

kərdə  də  bu  problemi  çox  yaxşı  anlayırdı.  Hücum  etməyə 

burdakı qüvvə kifayət etmirsə, deməli konkistadorlar vadi-

də  özlərinə  münasib  yer  taparaq  müdafiəyə  hazırlaşmalıy-

dılar. Lakin çox çətin ki, aborigenlər sonuncu qüvvələri ilə 

konkistadorların üzərinə hücum etsinlər. Halbuki ispanların 

27  nəfərlik  qüvvəsini  darmadağın  etməyə  onlar  qadirdilər. 

İspanlarda  odlu  silahlar  olmasaydı,  araukanlar  növbəti 

hücum  tətbiq  edə  bilərdilər.  Həm  də  onlar  qorxurdular  ki, 

necə  ki,  süvari  dəstəsi,  eləcə  də  başqa  bir  ehtiyat  qüvvəsi 

konkistadorların  köməyinə  gələ  bilər.  Bütün  gözlənilməz 

halları  nəzərə  almaq  lazım  idi.  İspanlar  düşmən  üzərində 

böyük qələbə qazansalar da, özləri də son döyüşlərdə böyük 

itkilər vermişdi. 

 

 



 

 

 



 

 

 




                                                     

 

  



                                                                            

                                                    

158 

     XIII fəsil. Müharibədə uğur qazanmaq üçün  

      sonuncu döyüşdə qələbə əldə etmək lazımdır 

 

Qərara  alındı  ki,  bütün  dəstə  “qanlı  vadinin”  şimali-



şərqində  yerləşən  kənddə  müvəqqəti  dislokasiya  qurmalı-

dır.  Əlavə  qüvvə  gəlməmiş  konkistadorlar  hücum  əməliy-

yatlarını davam etdirə bilməzlər.  

Kəşfiyyatçılar  kəndi  yoxlayandan  sonra  bütün  dəstə 

həmin  yaşayış  məntəqəsinə  köçdü.  Kənddə  mövqe  tutma-

ları  onunla  izah  olundu  ki,  birincisi  onların  qüvvəsi  xeyli 

azalmışdı, ikincisi isə hava getdikcə pisləşirdi. Güclü yağış 

yağsa  konkistadorlar  özləri  də,  yaralılar  da  kənddəki 

evlərdə sığınacaq tapa bilərdilər. 

Yaralı  araukanlarla  necə  rəftar  edilməsi  müzakirə 

olunanda zabitlər arasında qızğın  mübahisələr  getdi. Əksər 

zabitlər  yaralıların  qatı  cinayətkarlar  kimi  elə  yerindəcə 

edam  olunmalarını  təkid  edirdilər.  Necə  olsa  da,  onlar  bir 

neçə  ispan  əsgərinin  ölümünə  bais  olmuşdular.  Lakin 

polkovnik  Alonso  həmin  müzakirəni  yarmçıq  qoyaraq, 

kəndə getmişdir. Yaralı araukanlar isə göz qabağında döyüş 

meydanında  qalmışdılar.  Bir  çox  yaralının  vəziyyəti  ağır 

olduğundan  onların  qışqırtısı,  ah-naləsi  bütün  ətrafı  bürü-

müşdü. Bir neçə nəfəri şübhəsiz ki, qan axmadan yerlərində 

keçinəcəklər. Onlara təcili olaraq tibbi yardım lazım idi. 




                                                     

 

  



                                                                            

                                                    

159 

Meşənin kənarında cəmləşən araukanlar bir sıraya düzü-



lərək  mütəşəkkil  surətdə  döyüş  meydanına  yaxınlaşmağa 

başladılar.  Eyni  olaraq,  istehkam  qurulan  kənddən  də 

hinduların  böyük  bir  dəstəsi  döyüş  meydanına  tərəf  üz 

tutdu.  Məsafə  uzun  olsa  da,  araukanlar  hansısa  vasitə  ilə 

biri-birilərilə əlaqə saxlayırdılar. Hazırda onlar eyni vaxtda 

iki  istiqamətdə  döyüş  meydanına  tərəf  hərəkət  edirdilər. 

Konkistadorlar  anlaya  bilmirdilər  aborigenlər  bir-birilərilə 

necə  əlaqə  saxlayırlar.  Düşmənin  yaxınlaşdığını  görən 

zabitlər  yenidən  polkovnikin  başına  toplaşırdılar.  Onları 

yaralı  hinduların  aqibəti  maraqlandırırdı.  Polkovnik  isə  bu 

məsələyə  dair  heç  bir  reaksiya  vermirdi.  Nəhayət  onun 

qardaşı kapitan Filipp tab gətirməyib səbirsizliklə soruşdu: 

- Alonso, yerdə uzanan murdarların aqibəti necə olacaq? 

Yarım  saatın  ərzində  köməyə  gələn  aborigenlər  burada 

olacaqlar. Ondan sonra yaralılar bizim əlimizdən çıxacaq. 

-  Filipp,  nəyə  görə  başa  düşmürsən,  mən  silahsız  və 

köməksiz  adamların  qətlində  iştirak  etmək  istəmirəm.  - 

deyə Alonso hiddətlə dilləndi. 

- Bir neçə dəqiqə bundan əvvəl onların hamısı silahlı idi. 

- deyə kapitan Filipp narazı halda dilləndi. 

-  Don  Alonso,  araukanların  hamısı  qatı  cinayətkarlardır 

və onlar cinayətkar kimi öz cəzalarına çatmalıdırlar. - deyə 

qraf Xuan da Filippin təklifini dəstəklədi. 



                                                     

 

  



                                                                            

                                                    

160 

-  Onları  qılıncdan  keçirməsək,  araukanlar  elə  biləcəklər 



ki,  biz  onlardan  qorxuruq.  -  deyə  fürsətdən  isqifadə  edən 

Karlos  qeyri-müəyyən  tərzdə  dilləndi.  -  Əgər,  biz  onların 

yerində  olsaydıq,  araukanlar  çoxdan  bizi  o  dünyalıq 

etmişdilər. 

Polkovnik  Alonso  bu  məsələyə  dair  bütün  zabitlərin 

fikrini  bilmək  istəyirdi.  Lakin  başqaları  hələlik  susmağı 

üstün tuturdu. Onlar yalnız polkovnikdən sonra öz fikirləri-

ni  bildirmək  istəyirdilər.  Çünki  həmin  zabitlər  çox  yaxşı 

bilirdilər  ki,  polkovnik  yaralı  hinduların  vəhşicəsinə 

qırılmasının  tərəfdarı  deyil.  Ancaq  buna  baxmayaraq, 

polkovnik cavab verməyə tələsmədi. İşi belə görən kapitan 

Filipp yenə də bu məsələyə dair çıxış etdi. O, dedi: 

-  Alonso,  başa  düşürəm,  sən  nə  etmək  istəyirsən.  Sənin 

qarşındakılar  Avropanın  hər  hansısa  sivilizasiyalı  dövlə-

tinin  əsgərləri  deyil  ki,  onlara  öz  alicənablığını  nümayiş 

etdirəsən.  Onlar  Yeni  Dünyanın  ən  vəhşi,  ən  qəddar  hindu 

tayfasıdır.  Unutma  ki,  onlar  neçə-neçə  bizim  ekspedisi-

yaları  darmadağın  ediblər.  Heç  olmasa,  Migelin  babası 

mərhum  Pedro  Valdiviyadan  nümunə  götür.  O,  döyüşdə 

əsir aldığı 400 araukanın əllərini biləklərindən kəsdirmişdir 

ki,  başqalarına  ibrət  dərsi  olsun.  Sən  isə  bizim  əsgərlərin 

qətlində  iştirak  etmiş  qatilləri  cəzasız  buraxmaq  istəyirsən. 

Sənin  bu  humanist  addımların  əlahəzrət  II  Filippin  xoşuna 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə