Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə36/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   32   33   34   35   36   37   38   39   ...   138

                                                     

 

  



                                                                            

                                                    

141 

ayaqlarını  və  budlarını  yaralayaraq  onları  atdan  yerə  salır-



dılar.  Yerə  yıxılan  atlı  axsaq  halda  özünü  müdafiə  etməli 

olurdu.  Belə  bir  müqavimət  çox  davam  edə  bilməzdi.  Bir 

yaralının üzərinə eyni vaxtda 7-8 nəfər araukan hücum edir 

və  qarşılarındakı  qurbanı  vəhşicəsinə  qətlə  yetirirdilər. 

Amma  buna  baxmayaraq  hindular  həddindən

 

artıq çox itki 



verirdilər. 

On  beş  dəqiqənin  ərzində  araukanların  yarısından  çoxu 

məhv

 

edilmişdi  və  onlar  vahimə  içərisində  qanlı  meydan-



dan  qaçmağa  başladılar.  Konkistadorlar  yenə  də  onları 

təqib edərək, qılıncdan keçirməyə başladılar. 

Arxadan köməyə gələn aborigenlərin süvarilərə çatmağa 

heç bir şey qalmamışdı. Geriyə qaçan hinduların bəziləri öz 

dostları ilə birləşməyə müvəffəq olmuşdular. Bununla belə 

qabağa  can  atan  süvarilərin  bir  neçəsi  həmin  qüvvə  ilə 

toqquşmuşdu.  Süvarilərlə  bacarmadıqlarını  hiss

 

edən 



araukanlar  öz  rəqiblərinə  yaxınlaşmadan,  uzaq  məsafədən 

onların üstünə balta və nizə atırdılar. Ox atanlar arxa plana 

çəkilərək  orada  sıraya  düzülmüş  və  yaxınlaşmağa  cəhd 

edən  süvarini  məhv  etməyə  başladılar.  Bu  haradasa, 

döyüşün gedişatında dönüş yarada bilərdi. Süvarilər isə itki 

çox verməsinlər deyə, hücumlarını dayandıraraq, elə yaxın-

lıqda olan pərən-pərən düşmüş hinduların məhvi ilə

 

məşqul 



olmağa  başladılar.  Çıxılmaz  vəziyyətdə  qalan  ox  atanların 


                                                     

 

  



                                                                            

                                                    

142 

özləri  döyüş  meydanına  yaxınlaşmağa  cəhd



 

etdilər.  Lakin 

həmin  an  kapitan  Alonsonun  əmri  ilə  odlu  silahı  olan  hər 

bir  konkistador  yaxınlaşmağa  cəhd  edən  düşməni  atəşə 

tutdu  və  dərhal  özləri  araukanların  üzərinə  hücuma 

keçdilər.  

Döyüş yenidən şiddətləndi. Atların tappıltısı, kişnəməsi, 

qılıncların kar cingiltisi, barıtların partlayışı, hücumçuların 

nəriltisi,  yaralıların  qışqırtısı  buranı  cəhənnəm

 

aləminə 



döndərmişdi.  Yer  yaşıl  olsa  da,  insan  cəsədlərindən  axan 

qanın  nəticəsində  al  qana  boyanmışdı.  Hər  tərəf  meyidlə 

dolu  idi.  Yerdə  çapalayan  yaralılar  hər  tərəfli  iztirab 

içərisində idi və fəryad qışqırığını ətrafa yayırdılar. Onların 

bir çoxları ağır atların altında qalaraq zülümlə keçinirdilər. 

Elə yaralılar vardı ki, onların ya əli, ya qolu, ya da ki, ayağı 

yox  idi.  At  belində  olan  konkistadorlar  qılınc  zərbəsini 

yuxarıdan  elə  endirirdilər  ki,  zərbə  həm  möhkəm,  həm

 

də 


effektli alınırdı. Boyuna dəyən qılınc başı bədəndən üzürdü. 

Yaralar böyük və dərin olduğundan qanlar iri həcmlə  yerə 

tökülürdü.  Bu  dəhşətli  səhnəyə

 

rahat  dayanıb  baxmaq  hər 



adamın işi deyildi. Adamı vahimə bürüyürdü. 

Araukanlar çoxlu itki verdiklərinə baxmayaraq süvariləri 

mühasirəyə  almağa  çalışırdılar.  Lakin  süvarilər  rəşadətlə 

döyüşərək, bu qeyri-bərabər döyüşdə böyük hünər göstərir-

dilər.  Kapitan  Alonso  çox  yaxşı  bilirdi  ki,  hindular  onları 



                                                     

 

  



                                                                            

                                                    

143 

sıxışdırmaqala,  konkistadorları  geniş  fəaliyyətdən  məhrum 



etmək  istəyirlər.  Belə  olan  halda  süvarilərin  yarısından 

çoxunu məhv

 

etmək çətin deyildi. Onsuz da on nəfər süvari 



bu  döyüşdə  həlak  olmuşdu.  Kapitan  mühasirəni  yarmaq 

üçün tədbir görməyə başladı. Şimal tərəfdə hinduların sayı 

çox  az  olduğundan  Alonso  əmr  etdi  ki,  həmin  istiqamətdə 

hamı geri çəkilsin. Düzdür, o, bunu onunla əsaslandırdı ki, 

şimalda döyüşən silahdaşlarına kömək lazımdır. 

Konkistadorlar  nərə  çəkərək  şimal  istiqamətində  geri 

çəkilməyə  başladılar.  Bunu  bir  növ  geri  çəkilmə  yox, 

döyüşdən çıxıb başqa döyüşə getmək kimi qələmə vermək 

olardı. Şimalda gedən döyüş buradakından daha ağır, daha 

təhlükəli idi. 

Bu  döyüşü  tərk  etməyə  çalışan  axırıncı  süvariləri  arau-

kanlar  oxla  vurmağa  çalışırdılar.  Belə  oxlardan  biri 

Andrenin atını yaraladı və o, üzüqoylu yerə yıxıldı. Fransız 

zabitinin yıxıldığını görən araukanlar onu məhv etmək üçün 

irəli şığıdılar. 

Migel  ondan  20-25  metr  qabaqda  idi  və  hiss  etdi  ki, 

leytenantı  atdan  vurub  yerə  salıblar.  O,  cəld  atını  saxlaya-

raq  geri  döndü.  Migel  zabitə  yaxınlaşanda  araukanlar  onu 

da  ox  ilə  vurmağa  çalışdılar.  Lakin  cavan  zadəgan  qılıncı 

ilə ona sarı atılan oxları yerə salaraq, Andreə ata minməyə 

şərait  yaratdı.  Sonra  o,  tərəddüd  etmədən  atını  təhlukəli 



                                                     

 

  



                                                                            

                                                    

144 

zonadan  uzaqlaşdırdı.  Yolda  onlar  iki  atın  boş-boşuna 



süvari  dəstəsilə  birlikdə  şimala  doğru  qaçdığını  gördülər. 

Yarı  yolda  bütün  dəstə  dayanmalı  oldu.  Elə  boş  atlar  da 

onların yanında dayandı. 

-  Sinyor  Migel,  göstərdiyin  şücaətə  görə  sizə  minnətda-

ram.  -  deyə  Andre  xilaskarının  atından  enən  kimi  səmimi 

qəlbdən  dilləndi.  -  Belə  bir  cəsarətli  və  xeyirxah  addımın 

sizin tərəfdən atıldığı mənim üçün heç də yeinilik sayılmır. 

Amma siz mənə görə öz həyatınızla vidalaşa bilərdiniz. 

-  Bu  boş  şeydir.  -  deyə  Migel  təvazökarlıqla  dilləndi.  - 

Döyüş  vaxtı  silahdaşıma  kömək  etmək  mənim  zadəganlıq 

borcumdur.  Mənə  elə  gəlir  ki,  siz  də  mənim  yerimdə 

olsaydınız elə bu cür hərəkət edərdiniz? 

-  Əlbəttə!  -  deyə  Andre  tərəddüd  etmədən  dilləndi.  - 

Sinyor Migel, unutmayın ki, mən heç vaxt borclu qalmağı 

xoşlamıram. Vaxt gələr, mən sizin borcunuzdan çıxaram. 

-  Sinyor  Andre,  sizə  dedim  ki,  mən  özümün  zadəganlıq 

borcumu yerinə yetirmişəm. - deyə Migel qürurla dilləndi. 

Dəstəni bir yerə yığan kapitan Alonso neçə nəfərin həlak 

olduğunu ayırd etməyə başladı. Bu döyüşdə  süvarilərin 11 

nəfəri  həlak  olmuşdu.  Bu,  əlbəttə  böyük  bir  itki  sayılırdı. 

Lakin  bu  döyüşdə  araukanların  180  nəfəri  ödürülmüş  və 

yaralanmışdır.  Hər  süvari  demək  olar  ki,  ən  azı  3  nəfər 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə