Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə37/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   33   34   35   36   37   38   39   40   ...   138

                                                     

 

  



                                                                            

                                                    

145 

hindu  məhv  etmişdi.  Yarım  saatlıq  bir  döyüş  üçün  bu 



böyük nəticə sayılırdı. 

Bu döyüşdə iki arbalyotçunun həlak olmasına baxmaya-

raq,  kapitan  Alonso  növbəti  döyüşdə  də  həmin  hücum 

taktikasını tətbiq etməyə qərara aldı. Həmin taktika konkis-

tadorların uğur qazanması üçün böyük üstünlük yaradırdı. 

İndi burada artıq vaxt itirmək lazım deyildi. Aydın gözlə 

görmək olurdu ki, araukanlar hər tərəfli polkovnik Alonso-

nun başçılıq etdiyi dəstəni mühasirəyə alaraq, onları bütün 

manevrlərdən  məhrum  etmişdilər.  Belə  getsə,  konkista-

dorlar böyük itkiyə məruz qala bilərlər. Bunun üçün kapitan 

əlindəki qılıncı yuxarı qaldıraraq üzü şimala tərəf qışqırdı: 

- Kral naminə irəli! İspaniya uğrunda irəli! 

Üzü  şimala  tərəf  şığıyan  süvarilər  arxada  böyük  tözlu-

duman yaratdılar. Bu dəfə onlar silahdaşlarını mühasirədən 

qurtarmaq  üçün  döyüşə  can  atırdılar.  Lakin  zərbəni  endir-

mək  üçün  burda  münasib  yer  tapmaq  lazım  idi.  Şimali-

şərqdəki  kənd  bir  qədər  hündürdə  yerləşirdi  və  oradan 

gələn yolun özü də başqa yerlərə nisbətən hündürdə idi. Elə 

zərbəni  də  məhz  oradan  endirmək  sərfəli  idi.  Süvarilər 

həmin yolun üstünə çıxaraq elə oradan da hücuma keçdilər. 

Lakin  bu  hücum  onlara  uğur  gətirməyə  bilərdi.  Çünki 

süvarilər azacıq da olsun, nə döyüşdən sonra, nə də ki, qısa 

olmayan keçiddən sonra dincəlmişdilər.  



                                                     

 

  



                                                                            

                                                    

146 

Hamı  yorğun,  əzgin,  narahat  idi.  Xüsusən  də  arbalyot-



çuların vəziyyəti çox pis idi. Onlar ağır döyüşdən sonra öz 

silahları  ilə  düşməni  dəqiqliklə  nişan  alıb  istədikləri  kimi 

vura  bilməyəcəklər.  Çünki  yarım  saat  dalbadal  düşmənə 

qılınc  zərbəsi  endirən  qollar,  düşməni  arbalyotla  nişan 

almaq  üçün  sahiblərinin  sözünə  qulaq  asmayacaq.  Daimi 

hərəkətdən  və  əzələlərin  şişməsindən  qollar  əsməyə 

başlayacaq.  Lakin  kapitan  Alonso  nə  etdiyini  çox  yaxşı 

bilirdi.  Arbalyotçular  elə  dəqiq  nişan  almadan  da  uğur 

qazana  bilərdilər.  Orada  o  qədər  düşmən  qüvvəsi  vardı  ki, 

heç bir ox kiməsə dəymədən yerə düşə bilməzdi. Oxun hər 

hansı bir düşmənin bədəninə sancılması labüd idi. 

Artıq  hücum  əmri  verilmişdi.  Öz  funksiyalarını  yerinə 

yetirən  arbalyotçular  düşmənə  yavaş-yavaş  xəsarət  yetir-

məyə  başladılar.  Arbalyotçuların  sərbəst  fəaliyyətinə  son 

qoymaq  üçün  araukanlar  qabaqdakı  sıraya  öz  oxatanlarını 

gətirməyə başladılar. Onlar nəinki arbalyotçuları, ümumiy-

yətlə  süvarilərin  hamısını  məhv  etmək  istəyirdilər.  Süvari-

lər  nəyin  bahasına  olursa-olsun,  onların  bu  planını  alt-üst 

etməl  idilər.  Yoxsa,  onlar  döyüşün  ilkin  dəqiqələrində 

fəlakət ilə üzləşə bilərdilər. Arbalyotçular ikinci dəfə hücu-

ma  keçmək  istəyirdilər  ki,  kapitan  Alonso  -  ”kral  naminə 

irəli!”  –  şüarını  səsləndirərək,  bütün  dəstəni  öz  ardınca 

hücuma apardı.  



                                                     

 

  



                                                                            

                                                    

147 

Araukanlar  süvarilərin  nizə  daşıyanları  ilə  toqquşmaq-



dan  çəkinərək,  konkistadorlar  üçün  ensiz  dəhliz  açmaq 

məcburiyyətində qaldılar. Süvarilərin ikisi odlu silahla qətlə 

yetirildi.  Hiddət  və  qəzəb  içində  olan  süvarilər  qarşılarına 

çıxan hər bir düşməni elə birinci həmlədən məhv edirdilər. 

Bu  döyüşdə  iştirak  edən  hindular  süvariləri  tezliklə  məhv

 

etmək  üçün  çalışırdılar  ki,  onları  bir-birilərindən  lazımi 



qədər uzaqlaşdırsınlar. Süvarilərlə toqquşmaqdan çəkinmə-

yən araukanlar xüsusi fədakarlıqla və əzmkarlıqla döyüşür-

dülər.  Aborigenlər  çoxluqdan  istifadə  edərək  konkistador-

ları burada hərtərəfli sıxışdırmaq istəyirdilər. Lakin köməyə 

gələn  süvarilər  düşmənin  təzyiqlərinə  heç  bir  əhəmiyyət

 

vermədən  mühasirədə  olan  öz  silahdaşları  ilə  birləşməyə 



can atırdılar.  

Hazırda  bütün  konkistadorlara  aydın  olmuşdu  ki,  əlavə 

qüvvə olmadan onlar bu döyüşdə qələbə əldə edə bilməyə-

cəklər. Onlar isə heç bir yerdən kömək gözləmirdilər. Kapi-

tan  Karl  Kesada  hücumçu  piyada  dəsqəsilə  Araukaniyanın 

şərq hissəsində,

 

kapitan qraf Ferdinand isə ehtiyat qüvvəsilə 



Anqud  körfəzinin  şimal  sahilində  idi.  Onlar  bilavasitə 

polkovnik Alonsonun verdiyi tapşırıqları yerinə yetirirdilər. 

Burdakı  döyüşçülərin  özləri  ağır  vəziyyətdən  çıxış  yolları 

tapmalı idilər. Hələlik onlar öz bacarıqlarına, təcrübələrinə, 

fərasətlərinə,  cəsarətlərinə,  rəşadətlərinə,  qeyrətlərinə  və 



                                                     

 

  



                                                                            

                                                    

148 

yenilməzliklərinə  bel  bağlamalı  idilər.  Bacardıqları  qədər 



düşmənin canlı qüvvəsinə xeyli xəsarət yetirmək lazım idi. 

Buna  baxmayaraq,  onsuz  da  düşmən  bu  döyüşdə  canlı 

qüvvə sarıdan xeyli itki vermişdi. Unutmaq lazım deyil ki, 

polkovnik  Alonsonun  başçılıq  etdiyi  dəstə  sırf  atıcılardan 

ibarət  idi.  Araukanlar  onları  mühasirəyə  alana  qədər  xeyli 

itki  verməli  olmuşdular.  İndi  isə  süvari  dəstəsi  düşmənə 

sarsıdıcı zərbələr endirərək qarşılarına çıxan hər kəsi xüsusi 

qəddarlıqla  məhv

 

edirdilər.  Burda  da  qan  su  yerinə  axırdı. 



Yaralıların  ah-naləsi  adamın  ətini  ürpədirdi.  Çünki  onlar 

köməksiz  halda  tapdaq  altında  qalmışdılar.  Ağır  yaralılar 

şok  vəziyyətinə  düşərək,  qanaxma  nəticəsində  bir  neçə 

dəqiqənin  ərzində  göz  qabağında  keçinirdilər.  Lakin  heç 

kim  onların  bu  iztirabına  əhəmiyyət

 

vermirdi.  Hamı  öz 



hayında  idi.  Hərə  qarşısındakı  rəqibini  məhv  etməklə,  öz 

həyatını ölümün pəncəsindən qurtarmış olurdu. 

Aydın görmək olurdu ki, araukanların ox atanları ispan-

ların  süvariləri  ilə  bacarmırlar.  Məsafə  qısa  olduğundan 

onlar  öz  silahlarından  səmərəli  istifadə  edə  bilmirdilər. 

Çünki nişan almağa imkan verilmirdi. Hindu rəhbərləri baş-

qa  tədbirlərə  al  atmalıydılar.  Konkistadorlar  ağır  da  olsa, 

onların  üzərində  qələbə  qazana  bilərdilər.  Bir  sözlə, 

araukanlar növbəti dəfə hücum hazırlaşdılar. 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə