Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə39/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   35   36   37   38   39   40   41   42   ...   138

                                                     

 

  



                                                                            

                                                    

153 

araukanlar  bu  döyüşdə  hərtərəfli  darmadağın  ediliblər. 



Onları  tam  məğlubiyyətə  uğratmaq  üçün  biz  araukanların 

sarsılmış və zəiflədilmiş qüvvəsini təqib etməliyik. 

-  Mən  də  bu  təklifin  üstündə  dururam.  -  deyə  Karlos 

səbirsizliklə  dilləndi.  -  Araukanlar  təqib  olunaraq,  məhv 

edilməlidirlər. Yoxsa, onlar qaçıb canlarını qurtaracaqlar. 

Qardaşının  yaralandığından  və  köməksiz  halda  dağın 

üstündə  qalmasından  hiddətə  gəlmiş  kapitan  qraf  Xuan 

araukanlardan xüsusilə yanıqlı idi, lakin o, tamamilə başqa 

bir  təklif  verdi.  Qraf  Xuan  üzünü  polkovnikə  tərəf  tutub 

əsəbi halda dedi: 

-  Don  Alonso,  düşməni  təqib  etməkdən  heç  bir  şey 

çıxmayacaq.  Onlar  novbəti  dəfə  bizimlə  açıq  döyüşdə 

üzləşməkdən boyun qaçıracaqlar. 

- Don Xuan, təklifinnzi verin. - deyə kapitan Filipp onu 

tələsdirdi. 

-  Biz  irəliləyişimizi  davam  etdirməli  və  bu  vadinin 

mərkəzində  yerləşən boş kəndin birində  mövqe tutmalıyıq. 

-  deyə  qraf  Xuan  tələsik  halda  dilləndi.  -  Paralel  olaraq 

dağın  başında  qalmış  yaralı  silahdaşlarımızı  aşağı  düşürüb 

onların müalicəsi ilə məşğul olmalıyıq. 

- Yaralılar ilə məşğul olsaq, onda biz öz üstünlüyümüzü 

əldən  vermiş  olacağıq.  -  deyə  Ernando  Ramires  narazı 

halda  dilləndi.  -  Qarşımızda  olan  düşmənin  qalıqları  məhv 



                                                     

 

  



                                                                            

                                                    

154 

edilməlidir.  Əks  təqdirdə  araukanlar  bütün  qüvvələrini 



toplayıb  yenidən  hücuma  keçəcəklər.  Buna  heç  cürə  yol 

vermək olmaz. 

-  Möhtərəm  sinyorlar,  sizə  bildirməliyəm  ki,  gündüz 

vaxtı  yaralıları  qaldıqları  yerdən  çıxarmaq  münasib  sayıl-

mır.  -  deyə  kapitan  Alonso  aludəliklə  dilləndi.  -  Biz  ora 

gedib  çıxana  qədər  araukanlar  öz  qüvvədərini  birləşdirə 

bilərlər.  Ondan  sonra  növbəti  qələbəni  əldə  etmək  qeyri-

mümkün olacaq. 

- Sinyor Alonso, siz məsuliyyətlə çıxış etmirsiniz. - deyə 

qraf Xuan öz etirazını bildirdi. - Düşmənin cənubda lazımi 

qədər  qüvvəsi  var.  Onların  bir  hissəsi

 

yuxarı  qalxıb  orada 



köməksiz  atılmış  yaralı  silahdaşlarımızı  vəhşicəsinə

 

qətlə 



yetirəcəklər. Biz bu faciənin qarşısını almalıyıq. 

-  Don  Xuan,  yaralı  silahdaşlarımızın  hər  birində  odlu 

silah var. - deyə kapitan Alonso nikbinliklə dilləndi. - Onlar 

hər an özlərini müdafiə etməyə hazırdılar. 

- Sinyor Alonso, inciməyin məndən, amma bizim yaralı-

ları  düşmən  əhatəsində  tək-tənha  qoymaq,  sizin  tərəfdən 

səhv addım sayılır. - deyə qraf Xuan həqarətlə dilləndi. 

-  Möhtərəm  sinyorlar,  kapitan  Alonso  reallığı  nəzərə 

alaraq,  düşmən  üzərində  qələbə  qazanmaq  üçün  döyüş 

əməliyyatlarına  qoşulmuşdu,  -  deyə  polkovnik  Alonso 

təmkinlə dilləndi. - Süvari dəstəsi bizim yaralıların yanında 



                                                     

 

  



                                                                            

                                                    

155 

qalıb  keşik  çəksə  idi,  düşməni  məğlub  etmək  mümkün 



olmayacaqdı.  Döyüş  əməliyyatlarına  qatılan  süvari  dəstəsi 

düşmənin  böyük  qüvvəsini  darmadağın  edibdir.  Kapitan 

Alonsonun kritik vəziyyətdə çıxardığı qərar tərifə layiqdir. 

Bu iltifata görə polkovnikə təzim edən Alonso başını dik 

tutaraq aludəliklə dedi: 

-  Biz  yaralıların  yanında  qalsaydıq,  onda  hamı  bizi 

qorxaqlıqda ittiham edəcəkdi. Mən süvariləri aşağı endirən-

də  düşmən  elə  başa  düşdü  ki,  yuxarıda  bizimkilərdən  heç 

kim  qalmayıb.  Yuxarıda  qalanların  hamısına  odlu  silah 

verilibdir  və  onlar  eyni  zamanda  50-60  nəfərlik  düşmənin 

hücumuna  müqavimət  göstərməyə  qadirdilər.  İndi  ümdə 

məsələlərlə  məşğul  olmalıyıq.  Hava  qaralandan  sonra  biz 

onları həmin yerdən gedib çıxardarıq. 

- Hazırda biz araukanların məhvi

 

ilə məşğul olmalıyıq. - 



deyə  polkovnik  qətiyyətlə  dilləndi.  -  Gündüz  vaxtı  yaralı-

larla  məşğul  olmaq,  bizim  gördüyümüz  bütün  zəhmətimizi

 

puç  edəcək.  Lakin  ilk  növbədə  biz  dəqiq  bilməliyik  ki, 



dəstəmizdə  nə  qədər  salamat  adam  qalıb.  Hiss  edirəm  ki, 

növbəti  hücum  əməliyyatını  həyata  keçirmək  üçün  bizim 

qüvvəmiz  xeyli  azdır.  Həm  də  unutmaq  lazım  deyil  ki, 

bizdə  yaralılarımızın  sayı  çoxalıb.  Biz  onları  burda  qoyub 

dərhal  hücuma  gedə  bilmərik.  Elə  bir  şey  fikirləşmək 

lazımdır ki, biz düşmənin üzərinə hücum edə bilək. 




                                                     

 

  



                                                                            

                                                    

156 

Bir az keçmişdi ki, leytenant Andre ona verilən tanşırığı 



yerinə yetirərək polkovnikə yaxınlaşdı. O, dedi: 

-  Bu  döyüşdə  araukanlar  həddindən

 

artıq  böyük  itkiyə 



məruz  qalıblar.  Onlardan  198  nəfəri  öldürülüb  və  geri 

çəkilən  araukanların  özləri  ilə  apardıqları  yaralıları  nəzərə 

almadan,  131  nəfəri  yaralanıb.  Yaralananlardan  44  nəfəri-

nin  vəziyyəti  çox  ağırdır.  Bizim  verdiyimiz  itkilər  də  az 

deyil:  29  nəfər  öldürülüb,  32  nəfər  isə  yaralanıb.  Yaralı-

lardan  13  nəfərinin  vəziyyəti  daha  ağırdır.  Döyüş  zamanı 

11  baş  at  məhv

 

edilib.  Süvarilərin  yarısı  demək  olar  ki, 



sıradan çıxarılıb. 

Bu  məlumat  zabitlərin  həm  sevincinə,  həm  də  kədərinə 

səbəb  oldu.  Faktiki  olaraq,  konkistadorlar  düşməni  darma-

dağın  etmişdilər.  Bir  döyüşdə  bu  qədər  düşmənin  məhv

 

edilməsi  həqiqətən



 

də  böyük  uğur  sayılırdı.  Hələ  üstəgəl 

kapitan  Alonsonun  başçılıq  etdiyi  süvari  dəstəsi  “qanlı 

vadinin”  mərkəzində,  düşmənin  böyük  qüvvəsinin,  180 

nəfər əsgərinin zərərsizləşdirilməsi aborigenləri demək olar 

ki, dizləri üstə çökdürmüşdü. Araukanlar uzun illərdən bəri 

bir  döyüşdə  bu  qədər  qüvvə  itirməmişdilər.  Bu  müharibə-

dəki  məğlubiyyət  göz  qarşısında  idi.  Bugünkü  döyüş 

konkistadorların  böyük  qələbəsi  ilə  başa  çatmışdı.  Lakin 

ispanlar da bu döyüşdə böyük itki vermişdilər, 101 nəfərlik 

qüvvədən  41  nəfər  öldürülmüş,  32  nəfər  yaralanmışdır. 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə