Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə41/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   37   38   39   40   41   42   43   44   ...   138

                                                     

 

  



                                                                            

                                                    

161 

gəlməyə bilər. Unutma ki, bu müharibədə bizdən başqa kral 



notariusu da iştirak edir. O, isə hər bir şeyi krala çatdırmağa 

məcburdur. 

-  Əlahəzrət  II  Filipp  məni  ekspedisiya  başında  Yeni 

Dünya sahillərinə göndərəndə, İspaniyaya yalnız qaləbə ilə 

qayıtmağı tövsiyə edib. - deyə polkovnik sağ əlini qardaşı-

nın sol çiyninə qoyaraq ciddi halda dilləndi. - Mən də onun 

tapşırığını

 

nəzərə alıb İspaniyaya yalnız və yalnız qələbə ilə 



qayıdacağam. Heç kimə dəxli yoxdur, mən həmin qələbəni 

hansı  üsullarla  əldə  edəcəm.  Düzdür,  bu  söz  sizlərə  şamil 

edilmir. Çünki siz döyüş əməliyyatlarında yaxından iştirak 

edirsiniz. 

-  Don  Alonso,  aborigenlər  sizin  humanist  addımınızı 

başqa  cür  başa  düşəcəklər.  -  deyə  qraf  Xuan  ehtiramla 

dilləndi.  -  Araukanların  131  nəfəri  yaralıdır.  Onlar  sağal-

salar  böyük  dəstə  təşkil  edə  bilərlər.  131  nəfəri  məğlub 

etmək üçün biz nə qədər döyüşçü itirməliyik. Heç şübnəsiz 

ki,  onlar  sağalandan  sonra,  yenidən  silaha  sarılaraq  bizim 

üzərimizə hücum edəcəklər. 

- Biz ilk növbədə öz ümidimizi itirməməliyik. - polkov-

nik  soyuqqanlıqla  dilləndi.  -  Əgər,  biz  onların  həyatına 

toxunmuruqsa,  deməli  bizə  qarşı  olan  nifrət  hissi

 

aradan 


qaldırılacaq.  Çox  güman  ki,  bizim  humanist  addımımız 

bütün Araukaniyaya yayıla bilər. Mülki əhalinin bizə qarşı 




                                                     

 

  



                                                                            

                                                    

162 

olan düşmənçilik münasibəti kəskin surətdə dəyişər. Yaralı 



araukanlara  həyat  verilməsi,  bir  çox  dəyişikliklərə  səbəb 

ola bilər. Kim bilir, bəlkə də onlar öz silahlarını yerə qoyub 

öz  rəhbərlərindən  müharibənin  dayandırılmasını  tələb  edə-

cəklər? Artıq bu məsələ üzrə bir çox işlər görülüb. Kapitan 

Alonso  bura  gələn  kimi  bir  neçə  araukan  kəndindən 

keçərək, orada yaşayan mülki əhalini incitməmişdir. Mülki 

əhali  bizimkilərdən  belə  bir  xeyirxah  addımı  gözləmirdi. 

Çay  keçidləri  zamanı  araukanlarla  toqquşmalar  olanda, 

qardaşım Xuanın göstərişi ilə bütün yaralılar əfv edilmişdir. 

-  Araukanlar  yaxşılıq  qanan  tayfa  deyil.  -  deyə  kapitan 

Filipp  ikrah  hissilə  dilləndi  və  bir  az  tərəddüd  edəndən 

sonra sözünə davam etdi. - Bəs, indi araukanların bu hərə-

kətinə nə ad vermək olar? Görürsən ki, onlar hiddətlə bizim 

üstümüzə gəlirlər. 

- Kim bilir, bəlkə onlar döyüş meydanından öz silahdaş-

larını götürmək üçün bura gəlirlər. - deyə Ernando Ramires 

polkovnikin fikrini dəstəkləməyə çalışdı. 

-  Mən  onlara  sonuncu  şansı  verirəm.  -  deyə  polkovnik 

qürurla dilləndi. - İstəyirəm ki, bu torpaqda yaşayan bütün 

əhalinin  münasibəti  bizə  qarşı  dəyişsin.  Bəlkə,  sonuncu 

qələbə  əldə  etmək  üçün  bizə  növbəti  döyüş  gərək  olmaya-

caq. İlk növbədə biz əhalinin etimadını qazanmalıyıq. 




                                                     

 

  



                                                                            

                                                    

163 

Alonso  peşəkar  bir  döyüşçü  və  uzaqgörən  bir  siyasətçi 



kimi öz humanist hərəkətləri ilə bu müharibəyə tezliklə son 

qoymaq  istəyirdi.  Araukaniyanın  mülki  əhalisi  döyüşçü 

hindulara  öz  yardımlarını  dayandırsalar,  onda  hər  şey 

ispanların  xeyrinə  dəyişə  bilər.  Döyüşçülər  yerli  əhaliyə, 

ispanların amansızlığnı və vəhşiliyi barəsində kifayət qədər 

təbliğat aparmışdılar. Amansız və vəhşi

 

konkistadorlar mül-



kü  əhaliyə  və  kömək-siz  yaralılara  heç  vaxt  aman  verməz 

və  öz  qəddarlıqlarını  nümayiş  etdirməliydilər.  Sözsüz  ki, 

belə  olan  halda  yadelli  işğalçılara  qarşı  münasibət  dəyişil-

məliydi.  Lakin  belə  bir  məsələlər  bir  gün  ərzində  həll

 

olunmurdu. 



Artıq araukanların ilkin dəstələri döyüş meydanına gəlib 

çıxmışdılar.  Onlar  ilk  növbədə  oradakı  yaralılara  kömək 

etməyə başladılar. 

Hər iki dəstə döyüş meydanında birləşəndən sonra ispan-

ların  mövqe  tutduqları  kəndə  tərəf  üz  tutdular.  Polkovnik 

elə  bilirdi  ki,  hindular  öz  yaralı  silahdaşlarını  götürəndən 

sonra  döyüş  yerindən  geri  çəkiləcəklər.  O,  fikrində  yanıl-

mışdı.  Araukanların  inadkarlığından  sonra  Filipp  qardaşı 

Alonsonun düzgün mövqedə olmadığına görə irad tuqmağa 

başladı. Bu vaxt kapitan Alonso, leytenant Ernando və qraf 

Xuan  onun  yanında  idilər.  Lakin  heç  kim  polkovnikə  irad 

tutmağı məsləhət

 

bilmədi. Çünki polkovnik hər an öz səhvi-




                                                     

 

  



                                                                            

                                                    

164 

ni düzəltməyi bacaran bir sərkərdə idi. Kapitan Filippin də 



irad  tutmağı  əbəs  yerə  idi.  Nəhayət  polkovnik  Alonso 

özünü  saxlaya  bilməyib,  öz  hökmünü  nəinki  ətrafdakılara, 

hətta qardaşına da nümayiş etdirmək üçün əzmlə dedi: 

-  Filipp,  mən  nə

 

etdiyimi  çox  yaxşı  bilirəm.  Araukanlar 



mənim  humanistliyimi  nəzərə  almaq  istəmədilər.  Onlar 

növbəti dəfə əzilmək üçün bizim üstümüzə gəlirlər. Həm də 

yadda  saxla  ki,  mən  cəllad  deyiləm,  peşəkar  bir  döyüşçü-

yəm.  Yaralı,  köməksiz,  yarı  şikəst  adamları  qılıncdan  yal-

nız cəlladlar keçirməyə qadirdilər. Mənim isə peşəm yalnız 

əli silahlı düşmənə qarşı mübarizə aparmaqdır. Arxayın ola 

bilərsən,  biz  Araukaniyanı  qalib  kimi  tərk  edəcəyik.  Bu 

onların son müqavimətidir. 

-  Don  Alonso,  bu  müharibədə  uğur  qazanmaq  üçün 

sonuncu döyüşdə yalnız qələbə əldə etmək lazımdır. - deyə 

kapitan  Alonso  təmkinlə  dillənli.  -  Bu  qüvvə  ilə  biz  çətin 

ki,  qələbə  qazanaq.  Araukanlar  fürsətdən  istifadə  edərək 

bizim  üstümüzə  hücum  edəcəklər.  Onlar  bu  üstünlüyü 

əldən verməyəcəklər. 

-  Sinyor  Alonso,  heç  də  ruhdan  düşmək  lazım  deyil.  - 

deyə  polkovnik  təəssüflə  başını  tərpədərək  həmsöhbətinə 

təsəlli verməyə başladı. 

-  Araukanlar  elə  başa  düşməsinlər  ki,  üstünlük  onların 

tərəfindədir.  Məndə  olan  məlumata  görə  bu  hücumda 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə