Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə49/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   45   46   47   48   49   50   51   52   ...   138

                                                     

 

  



                                                                            

                                                    

193 

müdafiə olunmaq üçün indidən hazırlıq işləri görmək lazım 



idi.  Lakin  güclü  külək  onların  bu  fəaliyyətinə  ciddi 

maneəçilik  göstərirdi.  Ağır  müharibəyə  gələn  konkistador-

lar  bütün  əzab-əziyyətlərə  tab  gətirərək,  bu  vəziyyətdən 

çıxmağı  bacarmalıydılar.  Onların  içərisində  böyük  həyat 

təcrübəsinə  malik  olan  döyüşçülər  çox  idi  və  həmin 

döyüşçülər  nə  edəcəklərini  çox  yaxşı  bilirdilər.  Düzdür, 

bütün konkistadorlar üçün döyüş meydanında düşmənə qar-

şı döyüşmək, təbiətlə mübarizə aparmaqdan çox asan idi. 

Havanın  bu  cür  kəskin  surətdə  pisləşməsindən  narahat 

olan qraf Xuan, kapitan Filipp və leytenant Karlos ekspedi-

siya başçısına tövsiyyə etdilər ki, dağın başında qalan yaralı 

silahdaşlarının  səhhəti  pisləşməsin  deyə,  onları  bu  kəndə 

gətirmək lazımdır. Əks təqdirdə yaralılar təbiətin göstərdiyi 

ədasına  tab  gətirməyib  məhv  olacaqlar.  Polkovnik  da  sərt 

cavab  verməklə  bildirdi  ki,  belə  bir  havada  uzun  bir 

məsafəni qət etmək qeyri-mümkündür. Kömək yalnız hava 

sakitləşəndən  sonra  göndərilə  bilər.  Hər  bir  çətinliyə  sinə 

gərən  qorxmaz  Migel  zabitlərin  tələbini  eşidəndən  sonra, 

təklikdə  polkovnikə  yaxınlaşaraq  öz  köməyini  təklif  etdi. 

Əlbəttə,  bu  təklif  Alonso  üçün  gözlənilməz  idi.  O,  üzünü 

Migelə tərəf tuqtaraq maraqla soruşdu: 

-  Məgər,  belə  bir  havada  sən  o  qədər  məsafəni  qət  edə 

bilərsən? 



                                                     

 

  



                                                                            

                                                    

194 

- Nə qədər yağış yağmırsa, mən bu işin öhdəsindən



 

gələ 


bilərəm. - deyə Migel tərəddüd etmədən dilləndi. 

-  Axı,  bütün  vadi  dizə  qədər  palçığa  dönüb.  Bir  çox 

yerlərdə dərin gölməçələr əmələ gəlib. 

-  Mən  demirəm  ki,  bunu  etmək  asandır.  -  deyə  Migel 

israr etdi. - Ağır da olsa, çətin də olsa, mən bu işin öhdəsin-

dən gəlməyə çalışacağam. 

- Migel, oradakı silahdaşlarımıza gedib tonqal qalasan və 

yağışdan qorumaq üçün dam örtükləri düzəltsən, fərz elə ki, 

onları ölümün pəncəsindən qurtarmısan. Onlar yalnız ərzaq 

məsələsində  çətinlik  çəkəcəklər.  Bu  işlərin  yerinə 

yetirilməsi üçün mən sənə iki nəfər də köməkçi verərəm. 

-  Köməkçilərə  görə  çox  sağ  olun.  -  deyə  Migel  təvazö-

karlıqla dilləndi. 

Migel  öz  xahişi  ilə  Lope  İnyeslə,  Xulio  Menendesi 

həmin  əməliyyata  götürdü.  Artıq  dağ  keçidlərindən  sonra 

cavan  zadəgan  peşəkar  arbalyotçularla  yaxından  tanış 

olmuşdur. Həm də o, çox yaxşı bilirdi ki, öz dostları sayılan 

Luisi  görməkdən  ötrü  onlar  bərk  darıxırlar.  İndi  belə  bir 

imkan onlar üçün yaranmışdı. 

 

 



 

 



                                                     

 

  



                                                                            

                                                    

195 

XVI fəsil Yaralıların köməyinə yollanan  

                     döyüşçülər 

 

Hava  qaralmağa  başlayanda  üç  atlı,  düşmən  tərəfindən 



nəzarətsiz  qalan  kəndi  cənub-qərb  istiqamətində  tərk  etdi. 

Bütün torpaq qalın palçığa dönmüşdü. Atlar sanki bataqlıq 

ilə hərəkət edirdi. Onlar həddindən artıq gec irəliləyirdilər. 

Palçıq  heyvanların  ayağını  sovurub  özünə  tərəf  çəkəndə, 

atlar  qorxudan  və  ya  əziyyətdən  kişnəməyə  başlayırdılar. 

Qaranlıqda onların səsi daha uzaqlara yayılırdı. 

Necə  ki,  gündüz  günəşin  qarşısı,  eləcə  də  qaranlıqda 

ulduzların  və  ayın  qarşısı  qalın  buludlar  tərəfindən 

kəsilmişdir.  Belə  bir  havada,  belə  bir  mühitdə  palçıqlı  yer 

ilə  hərəkət  etmək  həddindən  artıq  çətin  idi.  Göz-gözü 

demək olar ki, görmürdü. Atlılar maneələrlə rastlaşmasalar 

belə,  bu  qaranlıqda  gedib  yaralıların  qaldıqları  yeri  tapa 

bilməyəcəklər.  Çıxılmaz  vəziyyətdə  qalan  atlılar  nəhayət 

kəndə  qayıtmağa  məcbur  oldular.  Geri  qayıtdıqlarına  görə 

polkovnik  onları  günahlandırmadı.  Lakin  başqaları  yox, 

məhz  Migel  qraf  Xuan,  kapitan  Filipp  və  leytenant  Karlos 

tərəfindən  tənqidə  məruz  qaldı.  Hətta  onlar  cürət  edərək 

Migeli  qorxaqlıqda  ittiham  etdilər.  Əlbəttə,  onlar  bunu 

cavan zadəganı qıcıqlandırmaqdan ötrü etmişdilər. Polkov-

nik  araya  girməsəydi,  bəlkə  də  onların  arasında  silahlı 




                                                     

 

  



                                                                            

                                                    

196 

münaqişə  yarana  bilərdi.  Məcburiyyət  qarşısında  qalan 



Migel birtəhər həmin ittihamları özündən rədd etdi. 

İş ondadır ki, Migelgilin kəndə qayıtmaları düzgün qərar 

idi.  Heç  bir  saat  keçməmiş  „qanlı  vadi”  güclü  yağışın 

qəzəbinə  tuş  gəldi.  Yenə  də  yernən-göy  bir-birinə  qarışdı. 

Havanın hərarəti daha da aşağı düşdü. Güclü küləyin əsmə-

si,  şiddətli  yağışın  yağması  və  havanın  soyuması  kənddə 

mövqe tutan konkistadorları demək olar ki, keyitmişdi. 

Səhərin  açılmasına  az  qalmış  yağış  dayandı.  Amma 

dağlardan gələn sel hələ də daşmaqda davam edirdi. Nəinki 

konkistadorların  mövqe  tutduqları  kəndin  aşağı  hissəsi, 

hətta  „qanlı  vadi“nin  çökək  yerləri  su  ilə  dolmuşdu.  Belə 

bir  şəraitdə  istənilən  manevrləri  etmək  qeyri-mümkün  idi. 

Geniş  miqyaslı  hərəkətlər  nəzərə  çarpacaq  dərəcədə 

məhdudlaşırdı.  Nəinki  And  dağlarının  hündür  zirvələri, 

hətta  bura  yaxın  olan  bəzi  çılpaq  dağların  başı  qarla  örtül-

müşdü.  Həmin  dağlardan  əsən  küləklər  „qanlı  vadi“yə 

ətürpərdici soyuq gətirirdi. Lakin get-gedə küləyin sürəti də 

azalmağa  başlayırdı.  Şimal  tərəfdə  göyün  üzü  buludlardan 

xeyli  təmizlənmişdi.  Şimal  və  şərq  tərəfdən  şığıyan  topa 

buludlar  cənub-qərb  istiqamətində  Araukaniyadan  uzaqla-

şırdı. 

Günortaya  yaxın  hava  yavaş-yavaş  istiləşməyə  başladı. 



Halbuki  günəş  hələ

 

də  öz  qüdrətini  tam  şəkildə  nümayiş 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə