Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə50/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   46   47   48   49   50   51   52   53   ...   138

                                                     

 

  



                                                                            

                                                    

197 

etdirə bilmirdi. Buludlar seyrəkləşməyə başlasa da, hələ də



 

günəşi sıxışdırırdılar. Artıq külək özünün əvvəlki qüvvəsini 

xeyli itirmişdi. İstehkam olan kənd hər tərəfdən su ilə əhatə 

olunmuşdu. 

Hindular  yavaş-yavaş  dirçəlməyə  başlayırdılar.  Migel 

öhdəsinə


 

düşən  tapşırığı  yerinə  yetirmək  üçün  iki 

arbalyotçu ilə kəndi qərb istiqamətində tərk etdi. Araukan-

ların  gözünə  görsənməsinlər  deyə,  onlar  meşə  ilə  hərəkətə 

başladılar. Başqa yerlərə nisbətən meşədə hərəkət etmək bir 

qədər  asan  idi.  Sadəcə  olaraq  atlar,  yuxarı  qalxanda  və  ya 

aşaqı  düşəndə  çox  vaxtı  sürüşüb  yerə  yıxılırdı.  Döyüş 

meydanında şücaət göstərən konkistadorların üst-başı qana 

bulaşmış  və  həmin

 

qırmızı  ləkələr  leysan  yağışlarının 



nəticəsində  demək  olar  ki,  təmizlənmişdi.  İndi  isə  onların 

üst-başı, yerə yıxılmaqdan palçıqa bulaşmışdı. 

Üç atlı görünməmək üçün onlar dağların üstü ilə əvvəlcə 

qərb  istiqamətində,  sonra  isə  cənub  istiqamətində  hərəkət 

etməliydilər.  Migelin  fikrincə,  araukanlar  hələlik  bu  meşə-

də  olmamalıydılar.  Çünki  yağış  zamanı  hər  iki  tərəf  kənd-

lərə  çəkilmişdilər.  Belə  bir  havada  heç  kim  qaldığı  yerdən 

kənara çıxmamışdır. 

Yalnız  havanın  qaralmağına  az  qalmış  Migelgil  arxa 

tərəfdən  yaralıların  qaldığı  yerə  gəlib  çıxdılar.  Gözlənil-

mədən onları, düşərgəyə 60-70 metr qalmış bir neçə silahlı 



                                                     

 

  



                                                                            

                                                    

198 

ispan  əsgəri  saxladı.  Uzaqdan  qalanan  tonqalların  tüstüsü-



nün  iyi  gəlirdi.  Migelgil  özlərini  təqdim  edəndən  sonra 

gözətçilər  onları  salamlayaraq  içəri  buraxdılar.  Təəccüb 

içində olan atlılar artıq başa düşmüşdülər ki, qarşılarındakı 

əsgərlər kapitan Manuel Markosun başçılıq etdiyi dəstədən-

dilər.  

Artıq ehtiyat dəstəsi havanın yaratdığı maneələrə baxma-

yaraq  „qanlı  vadi“nin  sərhədinə  gəlib  çıxmışdır.  Kapitan 

Markos  öz  köməkçisini  burada  sağ-salamat  görəndə,  onun 

sevincini  təsəvvür  etmək  çətin  deyildi.  Köhnə

 

tanışlar, 



dostlar  və  silahdaşlar  bir-birilərini  alqışlayaraq  qucaqlaş-

mağa  başladılar.  Migel  kapitan  Xuanı  ayaq  üstə  görəndə 

onun sevincinin həddi-hüdudu yox idi. Onun yarası demək 

olar  ki,  sağalmışdı.  Xuan,  hətta  hərbi  libasında  idi  və 

silahlarını özü ilə gəzdirirdi. 

Burda  yaralıların  şəraiti  olduqca  yaxşı  idi.  Onlar  üçün 

nəinki  dam  örtükləri,  hətta  komalar  da  salınmışdı. 

Düşmənin  fikrini  cəlb  etməmək  üçün  həmişə  tonqallar 

komaların içərisində qalanırdı. Qəribə olsa da, alınan məlu-

mata görə ehtiyat dəstəsi, buraya, tufan başlanandan bir-iki 

saat sonra gəlib çıxmış və bir başa yaralıların müalicəsi ilə 

məşğul  olmaqa  başlamışdılar.  Paralel  olaraq  komalar  da 

tikilmişdir. Maraqlı o idi ki, bu neçə gündə araukanlar bura 

qalxıb süvarilərin tərk etdikləri düşərgəni yoxlamamışdılar. 




                                                     

 

  



                                                                            

                                                    

199 

Deməli,  düşmən  əmin  olmuşdu  ki,  konkistadorların  hamısı 



buranı  tərk  edib.  Bura  gələnlər  arasında  Migelin  köhnə 

tanışları  çox  idi.  Necə  olsa  da,  leytenant  Mişel  Düranın 

başçılıq  etdiyi  18  nəfərlik  ehtiyat  dəstəsi,  məhz  düşmən 

əsirliyindən azad edilmş konkistadorlardan təşkil edilmişdi. 

Ümumiyyətlə,  kapitan  Markos  bura,  polkovnik  Alonsonun 

göstərişini yerinə yetirərək, 40 nəfər döyüşçü ilə gəlmişdi. 

Göz nə dərəcədə görürdüsə, müəyyən edilmiş gözətçilər 

„qanlı  vadi“ni  nəzarət  altında  saxlayır  və  orada  baş  verən 

bütün  mühüm  hadisələri  öz  beyinlərinə  həkk  edirdilər. 

Havanın qaralmasına isə çox az qalmışdı. 

Kapitan Markos ekspedisiyanın həkimi Xristofor Salvat-

yeronu  da  bura  gətirmişdi.  Hazırda  onları  Migelin  muha-

ribədə göstərdiyi şücaət və qəhrəmanlıqlar maraqlandırırdı. 

Necə olsa da, onlar Migeli, Valdiviyadan kəşfiyyata gedən-

dən  bəri  görməmişdilər  və  onun  Araukaniyadakı  fəaliyyət-

ləri  dostlarının  marağına  səbəb  olmuşdu.  Kapitan  Xuan  ilə 

rastlaşana  qədər  dostlar  Migelin  sağ  qalıb-qalmamasından 

xəbərsiz  idilər.  Migel  də  onları  intizarda  qoymamaqdan 

ötrü  başına  gələn  bütün  hadisələri  və  macəraları  qısa 

orjinallığı  ilə  dostlarına  ərz  etdi.  Elə  söhbətini  yenicə  başa 

çatdırmışdı  ki,  gözətçilər  gəlib,  araukanların  ispanların 

mövqe tuqduqları kəndə üz tutduqlarını, xəbər verdilər. 




                                                     

 

  



                                                                            

                                                    

200 

Bəli,  artıq  havanın  sabitləşməsindən  istifadə  edən 



aborigenlər  öz  fəaliyyətlərinə  başlamışdılar.  Migelgil  cəld 

uçurum tərəfə getdilər. 

Araukanlar  həqiqətən  də  böyük  bir  dəstə  ilə  şimal-şərq 

istiqamətində  hərəkət  edirdilər.  Paralel  olaraq  „qanlı 

vadi“nin cənub-qərbində yerləşən kənddən də həmin istiqa-

mətdə boyük olmayan bir dəstə çıxdı. Hindular burada olan 

bütün  qüvvələrini  səfərbər  etmişdilər.  Onların  ümumi  sayı 

təxminən 600 nəfər olardı. 

Vəziyyəti  belə  görən  kapitan  Xuan  zabitlərə  bildirdi  ki, 

araukanlar  hücum  əməliyyatına  başlamamış  onlar  kənddə 

movqe  tutmuş  konkistadorların  köməyinə  getməlidirlər. 

Çünki  o,  qardaşının  başçılıq  etdiyi  dəstənin  sayından  hali 

idi. 600 nəfərlik qüvvə güclü hücum tətbiq etsə, bir-iki saat 

müddətinə  kənddə  mövqe  tutmuş  konkistadorları  darma-

dağın edə bilər. Elə araukanların da istəyi bu idi. 

Səhhətinin düzəldiyini hamıya bəyan edən kapitan Xuan 

bura gəlmiş dəstə üzərində komandanlığı öz üzərinə götür-

müşdü. Əlbəttə, kapitan Markos vəzifəcən ondan üstün olan 

zabitin  istəyinə  heç  bir  etiraz  etmədi,  əksinə  boynundan 

belə  bir  məsuliyyətli  vəzifənin  düşməsinə  sevindi.  Burda 

olan  bütün  zabitlər  sözsüz  halda  Xuanın  əmrini  yerinə 

yetirməliydilər. Lakin son anda Migel öz etirazını kapitana 

bildirməli oldu: 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə