Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə46/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   42   43   44   45   46   47   48   49   ...   138

                                                     

 

  



                                                                            

                                                    

181 

Bu təklif Alonsonun təəccübünə  səbəb oldu. Görəsən,  o 



bir  nəfər  kimdir  ki,  araukanlar  həmin  adamı  məhv  etmək 

istəyirlər?  Şübhə  yoxdur  ki,  hindular  əsir  aldıqları 

konkistadorları  məhv  etməyəcəklər.  Həmin  əsirlər  bir  çox 

güzəştlər  əldə  edilməsi  üçün  araukanlara  vacib  lazım  idi. 

Buna baxmayaraq, kənddə müdafiəyə keçmiş ispanların heç 

birisi  təslim  olmaq  fikrində  deyildilər.  Bu  məsələ  pol-

kovniki  maraqlandırdığı  üçün  o,  həmin  konkistadorun 

kimliyini öyrənməkdən ötrü Koroya sual ilə müraciət etdi. 

Koro da əli ilə Migeli göstərərək ikrah hissi

 

ilə dedi: 



-  Bu  müharibədə  kim  də  əfv  edilsə,  Migelə  aman 

verilməyəcək.  Bizim  tərəfdən  onun  dərisi  soyulacaq.  O, 

onlarla  mənim ən bacarıqlı və təcrübəli döyüşçümü qılınc-

dan  keçirib.  Onun  nəinki  üst-başı,  hətta  sir-sifəti  də  bizim 

döyüşçülərin  qanına  batıb.  Migelin  öldürülməsi  hər  bir 

araukana  tapşırılıb.  Nə  qədər  mənim  ürəyim  döyünürsə,  o 

bu ölkədən sağ-salamat çıxmayacaq. Odur ki, xoşluqla onu 

bizə təhvil ver. 

-  Migel,  mənim  şagirdim  olub.  -  deyə  Alonso  tərəddüd 

etmədən  dilləndi.  -  Mən  onun  xətrini  həddindən

 

artıq  çox 



istəyirəm.  Qoymaram  ki,  onun  başından  bir  dənə  də  tük 

əskik  olsun.  Migel  mənim  dəstəmin  ən  təcrübəli  və  baca-

rıqlı  döyüşçülərindən  biri  sayılır.  O,  hələ  öz

 

işini  burada 



başa çatdırmayıb. 


                                                     

 

  



                                                                            

                                                    

182 

-  Onun  badına  hamınız  gedəcəksiniz.  -  deyə  Koro  öz 



qəzəbini  gizlədə  bilmədi.  -  Bir  adam  belə  bu  kənddən 

salamat çıxmayacaq. Hamınızı məhv

 

edəcəyik. 



-  Mən  bura  kifayət  qədər  qoşun  ilə  gəlmişəm  ki, 

Araukaniyadakı müharibəni birdəfəlik başa çatdırım. - deyə 

Alonso  qürurla  dilləndi.  -  Artıq  Araukaniyanın  hər  bir 

guşəsi mənim əsgərlərim tərəfindən zəbt edilib. 

-  Sənin  əsgərlərinin  harada  olduqlarından  mənim  yaxşı 

xəbərim  var.  -  deyə  istehza  ilə  dillənən  Koro  çiyinlərini 

çəkdi.  -  İşğalçıların  bir  hissəsi  böyük  sahilin  yuxarı 

tərəfindədir,  bir  hissəsi  əzəmətli  dağların  ətəyindədir, 

üçüncü bir hissəsi

 

isə burdadır. Hər bir hissə



 

ayrı-ayrılıqda 

darmadağın  ediləcəkdir.  Birinci  qırğın  burdakıların  başına 

gələcək. Sonra isə növbə o biri dəstələrə çatacaq. Heç kim 

bu torpaqdan salamat çıxmayacaq. 

Koro  elə  danışırdı  ki,  polkovnikin  yerinə  kim  olsaydı, 

bəlkə  də  ruhdan  düşərək  qəm-qüssə  aləminə  qərq  olardı. 

Lakin Alonso iradəsi möhkəm bir adamdır və daxilində hər 

bir  şeyi  sürətlə  gotür-qoy  etməyə  qadirdir.  Koro  konkista-

dorların fəaliyyətindən  tam hali idi.  Məhz buna görə də o, 

ispanların burdakı dəstəsini darmadağın etmək üçün, bütün 

qüvvəsini  bu  kəndin  ətrafına  cəmləşdirmişdi.  Araukanlar 

Araukaniyada  iki  hissəyə  bölünmüşdü  əsas  hissəsi  burda 

idi,  cüzi  hissəsi  isə  Lyankiue  gölü  istiqamətində  yerləşən 




                                                     

 

  



                                                                            

                                                    

183 

istehkamlı  kənddə  mövqe  tutmuşdu.  Lakin  gözlənilmədən 



konkistadorlar  həmin  kəndə

 

hücum  etməyərək  cənub 



ərazilərinə soxulmuşdular. 

Coğrafi  adlardan  məhrum  olan  Koro  Anqud  körfəzinin 

şimal  sahilini,  böyük  sahilin  yuxarı  tərəfi,  əzəmətli  dağlar 

isə  -  And  dağlarını  adlandırırdı.  Onu  başa  düşmək  çətin 

deyildi.  Alonso  düşmən  üzərində  psixoloji  üstünlüyü  alə 

almaqdan ötrü ciddi halda dedi: 

- Öz qoşunumu üç hissəyə

 

təsadüfən bölməmişəm. Əzə-



mətli  dağlarda  olan  konkistadorlar  hazırda  şimalda 

yerləşdirilən  döyüşçülərinizi  məhv

 

etməklə  məşğuldurlar. 



Bəlkə  də  istehkam  qurulduğu  kənd  mənim  döyüşçülərimin 

nəzarəti  altındadır.  Vaxt  gələcək  burdakı  qüvvələr  də 

darmadağın ediləcək. 

Alonso  bu  sözlərlə  Koronun  beynində  çaşqınlıq 

yaratmaq  istəyirdi.  Yalan  məlumat  verməklə  o,  düşmənini 

əmin  etmək  istəyirdi  ki,  konkistadorların  başqa  bir  dəstəsi 

əks istiqamətdə döyüşür. Halbuki Koro burda bəyan etdi ki, 

o,  ispanların  başqa  dəstələrinin  fəaliyyətindən  xəbərdardır. 

Buna  baxmayaraq  bu  xəbər  Koronu  düşündürməyə  vadar 

etdi.  Əgər,  Alonsonun  sözlərində  yalan  yox  idisə,  deməli 

araukanların şimaldakı qüvvələri də konkistadorların hücu-

muna  məruz  qalmışdı.  İspanlar  bütün  cəbhə  boyu  hücuma 

keçərək  strateji  üstünlüyü  ələ  almaq  arzusunda  idilər. 



                                                     

 

  



                                                                            

                                                    

184 

Amma  Alonsonun  buradakı  dəstəsinin  başı  hücuma  elə 



qarışmışdı ki, onlar özləri düşmənin əhatəsində mühasirəyə 

düşmüşdülər. Koro bu fürsəti əldən vermək istəməyirdi. O, 

tezliklə  mühasirəyə  düşmüş  konkistadorların  darmadağın 

edilməsini arzulayırdı. Bunun üçun onun ixtiyarında lazımi 

qədər  döyüşçülər  də  vardı.  Sadəcə  olaraq,  Koro  naməlum 

səbəblərə görə hücumun vaxtını uzatmaq istəyirdi. Halbuki 

iki-üç  saatdan  sonra  Araukaniya  işıqlı  havadan  məhrum 

olacaqdı. Çox güman ki, Koro konkistadorlara qarşı hücum 

tətbiq  etmədən  onları  əsir  almaq  istəyirdi.  Lakin  o,  bu 

dəfəki  ispanların  iradəsinə  yaxşı  baləd  deyildi.  Burdakı 

döyuşçülər  polkovnik  Alonsonun  başçılığı  altında  hansı 

vəziyyətə düşürlərsə-düşsünlər, heç də əsir düşmək fikrində 

deyildilər. 

Koro  çöhrəsindəki  ciddiliyi  itirmədən  əli  ilə  bir  daha 

Migeli göstərərək hiddətlə

 

dedi: 



- Migel, heç vaxt bizim torpaqdan canını qurtara bilmə-

yəcək.  Onun  ölüm  hökmu  çoxdan  verilib.  Ancaq  onunla 

yanaşı  burada  nə  qədər  saqqallı  adam  varsa,  hamısı  məhv 

ediləcək.  Sağ  qalmaq  üçün  hamınıza  şans  verilmişdi, 

təəssüflər  olsun  ki,  siz  bu  şansdan  istifadə  etmədiniz. 

Hamınız  öz  torpaqınıza  sağ-salamat  qayıda  bilərdiniz. 

Doğmalarınıza hamınızın ölüm xəbəri gedib çıxacaq. 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə