Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə44/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   40   41   42   43   44   45   46   47   ...   138

                                                     

 

  



                                                                            

                                                    

173 

yoxdur  ki,  dəstəni  sürətlə  “qanlı  vadi”yə  çatdırsın.  Lakin 



həmin  işi  mən  “Destino”  gəmisinin  kapitanı  Manuel  Mar-

kosa həvalə etmişəm. O, 40 nəfər döyüşçü ilə bura gələcək. 

Həmin  döyüşçülərin  tərkibində  leytenant  Mişel  Düranın 

başçılıq  etdiyi  18  nəfərdən  ibarət  olan  ehtiyat  dəstəsi  də 

olacaq.  Bir  sözlə,  ekspedisiyanın  bütün  döyüşən  əsgərləri 

burada  gedən  döyüş  əməliyyatlarında  öz  qüvvələrini 

nümayiş etdirəcəklər. 

- İşdir, birdən qasidlər deyilən yerlərə gedib çıxmadılar, 

onda  necə  olacaq?  -  deyə  qraf  Xuan  ehtiyatla  dilləndi.  - 

Kömək  olmasa,  biz  çətinliklə  düşmənin  hücumuna  tab 

gətirəcəyik. 

- Don Xuan, siz ispan idalqosusunuz, - deyə vəcdə gələn 

polkovnik Alonso bezikmiş halda dilləndi. - İspan idalqosu 

həmişə  öz  qətiyyətli  addımları,  qətiyyətli  hərəkətləri  və 

qətiyyətli  fikirləri  ilə  hamıdan  fərqlənibdir.  Sizin  isə 

daxilinizdə  böyük  inamsızlıq  kök  salıb.  Tam  arxayın  ola 

bilərsiniz, işdir biz bu meydanda köməksiz qalsaq, düşmənə 

layiqli cavab verəcəyik. 

 

 

 



 

 



                                                     

 

  



                                                                            

                                                    

174 

             XIV fəsil. Koro mühasirəyə düşən  

          konkistadorları təslim olmağa çaığrır  

 

Cənub tərəfdən kəndə yaxınlaşan araukanlar yavaş-yavaş 



yaşayış  məntəqəsini  dövrəyə  almağa  başladılar.  Kənd  özü 

hündür  dağlar  arasında  şimal  tərəfdən  vadiyə  gələn  yolun 

üstündə  yerləşirdi.  Bir  qədər  yüksəklikdə  salınan  kəndin 

bütün  sahəsi  nahamar  yerdən  ibarət  idi  və  buradakı  evlər 

həm  yuxarıda,  həm  də  aşağıda  tikilmişdi.  Şərq  hissəsində 

yerləşən  bəzi  evlər  hündür  dağın  ətəyində  tikilmişdi. 

Oradan kəndə basqın etmək çox asan idi. Şimaldan cənuba 

tərəf  gələn  yol  kəndin  qərb  sərhədindən  bir  qədər  içəriyə 

keçirdi.  Yolun  sol  tərəfindəki  seyrək  evlər,  hətta  qərb 

tərəfdən  kəndə  bitişik  olan  meşənin  sərhədində  tikilmişdi. 

Düşmən  tərəfindən  təhlükəni  duyan  konkistadorlar  yolun 

sağ tərəfindəki evlərdə mövqe tutmuşdular. Araukanlar isə 

kiçik  dəstələrlə  kəndin  qərb  sərhədindəki  evlərə  də  daxil 

olmuşdular. Mühasirənin, məhz həmin hissəsində konkista-

dorlarla aborigenlərin arasındakı məsafə həddindən artıq az 

idi.  Həm  şimal,  həm

 

də  ki,  cənub  tərəfdə  cəmləşən 



araukanlar  kənddən  bir  qədər  uzaqda  mövqe  tutmuşdular. 

Hər iki tərəfdən kəndə yaxınlaşmaq üçün təxminən 150-170 

metr məsafəni qət etmək lazım idi. Yalnız şərq tərəfdə o da 

ki, dağın yamacında araukanların sayı həddindən

 

artıq çox 




                                                     

 

  



                                                                            

                                                    

175 

az  idi.  Lakin  hindular  həmin  dağın  zirvəsini  nəzarət  altına 



almışdılar.  İspanların  bütün  fəaliyyəti  göz  qabağında  idi. 

Konkistadorların  sayı  bəlli  idi,  onlar  da  araukanların 

təxmini də olsa, sayını müəyyənləşdirmək istəyirdilər. 

Polkovnikə  çatdırdılar  ki,  kəndin  ətrafına  toplaşan 

hinduların  sayı  450  nəfərdən  çox  olmaz.  Araukanlar  bu 

kəndin alınmasına çox  ciddi hazırlaşmışdılar.  Çünki  “qanlı 

vadi”nin mərkəzində  yerləşən istehkamlı kəndin mühafizə-

sində  50  nəfərə  yaxın  döyüşçü  saxlamışdılar.  Hamı  bura 

cəlb  olunmuşdu.  Hətta  araukanların  sıralarında  on  altı 

nəfərdən  ibarət  atlı  da  vardı.  Onların  hamısı  nizə  ilə  silah-

lanmışdılar.  Atlılar  kəndin  cənub  sərhəddində  dayanaraq, 

oradan  qarşıdakı  konkistadorların  mövqelərini  nəzərdən 

keçirirdilər. 

Gündüz  saat  4  olsa  da  günəş  hələ

 

də  buludların  əhatə-



sindən  çıxa  bilmirdi.  Qarşıdakı  dağlardan  başqa  And  dağ-

ları  buludların  arasında  yoxa  çıxmışdı.  Araukaniyaya  bas-

qın  edən  buludlar  bununla  kifayətlənməyib,  Sakit  okeana 

da yaxınlaşırdılar. Başındakı qarlarla bütün ətrafa şüa salan 

möhtəşəm  Osorno  vulkanı  bu  dəfə  də  öz  vücudunu  gizlət-

məli  olmuşdu.  “Qanlı  vadi”dən  başqa  bütün  yüksəkliklər 

buludların  əmələ  gətirdiyi  qalın  duman  altında  yoxa 

çıxmışdı.  Artıq  buradakı  ağaclar,  dağlar  tərəfdən  yaranmış 

külək hücumundan qərb tərəfə baş əyməyə başladılar. Həm 



                                                     

 

  



                                                                            

                                                    

176 

küləyin, həm də dumanın təsirindən havanın hərarəti kəskin 



surətdə  soyumuşdu.  Lakin  hələlik

 

buraya  yağış  yağmırdı. 



And  dağlarının  üzərində  göy  guruldayır,  şimşək  çaxır, 

güclü  leysan  yağışı  yağırdı.  Həmin  yerdə  yerlə-göy  alt-üst 

olmuşdu. “Qanlı vadi”nin gözəl mənzərəsi solqunlaşmış və 

bir  çox  əlvan  rənglərdən  məhrum  olmuşdu.  Bütün  torpaq 

demək olar ki, böz rəngə boyanmışdı. 

Bir neçə dəqiqə keçmiş birdən polkovnikə xəbər verdilər 

ki,  araukanlar  kəndin  sol  tərəfini  ayıran  yolun  ağzına 

gələrək,  danışıq  aparmaq  istəyirlər.  Həqiqətən  də  iki  atlı 

kəndin  cənub-qərb  çıxacağından  bir  qədər  yuxarıda,  yolun 

o  biri  tərəfində  dayanmışdı.  Məsafə  uzaq  olsa  da,  Migel 

atlının  birini  tanıdı,  o,  Koro  idi.  Koro  takid  edirdi  ki, 

dəstənin rəisi danışığa gəlsin. Polkovnik çox məmnuniyyət-

lə  danışıqda  iştirak  etməyə  öz  razılıqını  bildirdi.  Lakin 

zabitlər  onu  tək  buraxmaq  fikrində  deyildilər.  Polkovnikə 

yaxınlaşan  Migel  ona  izah  etdi  ki,  danışığa  gələn  hindu-

lardan  biri  çox  təhlükəlidir  və  həmin

 

adam  kamandan  çox 



məharətlə istifadə edir. Əlbəttə Alonso danışıqda tək iştirak 

etməyəcəkdi. O, özü ilə elə bir adam götürmək istəyirdi ki, 

danışıq vaxtı həmin adam ona maneəçilik törətməsin. Məhz

 

buna  görə  də  o,  Migeli  özü  ilə  götürməyi  qərara  aldı.  Bu 



qərar  hamı  üçün  gözlənilməz  olsa  da,  heç  kim  öz  etirazını 

bildirməyə cürət etmədi. 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə