Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə52/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   48   49   50   51   52   53   54   55   ...   138

                                                     

 

  



                                                                            

                                                    

205 

gətirib  çıxaracaqdır.  Həm  araukanların,  həm  də  konkista-



dorların əsəbiləri tarıma çəkilmişdi. 

On  beş-iyirmi  dəqiqədən  sonra  yaylım  atəşlərinin  səsi 

eşidilməyə başladı. Bu artıq böyük döyuşun başlanması idi. 

Kəndi  mühasirəyə  alan  hindulardan  qışqırıq  səsləri 

eşidilirdi.  Onlar  həmin  qışqırıq  sədaları  altında  hücuma 

keçmişdilər  və  bununla  da  konkistadorlara  psixoloji  təsir 

göstərmək  istəyirdilər.  Hücum  başlanan  kimi  meşədəki 

araukanlar  Migelgilin  nəzarətindən  yayındılar.  Kapitan 

Xuan  dəstə  ilə  kəşfiyyatçılara  yaxınlaşdı.  Onlar  cəbhə 

xəttinə  yaxın  olsalar  da,  hələlik  Xuan  hücuma  keçməyə 

tələsmədi. O, hücum üçün əlverişli məqam axtarırdı. Kapi-

tan Xuan arxadan düşmən quvvəsinə elə bir zərbə endirmək 

istəyirdi ki, həmin hücum bu döyüşdə həlledici rol oynasın. 

Meşədəki  konkistadorlar  yavaş-yavaş  arxadan  düşmənin 

sıralarına yaxınlaşmağa başladılar. 

Yarım  saatdan  sonra  atəş  səsləri  daha  da  çoxaldı. 

Diqqətlə qulaq asanda, şimal tərəfdə də döyuşün getməsini 

hiss  etmək  olurdu.  Xuan  elə  başa  duşdu  ki,  qardaşı  öz 

dəstəsi  ilə  birlikdə  muhasirəni  yararaq,  şimal  tərəfdə 

araukanların növbəti dəstəsilə toqquşmuşdur. Lakin kəndin 

özundə  də  şiddətli  döyuş  gedirdi.  Onda  belə  zənn  etmək 

olar ki, kapitan Karlın hücumçu piyada dəstəsi artıq döyüşə 

girişmişdi. Amma aborigenlərdə kifayət qədər qüvvə var idi 



                                                     

 

  



                                                                            

                                                    

206 

ki,  həmin  dəstənin  qarşısına  çıxsın  və  onlara  lazımi 



səviyyədə  təzyiq  göstərə  bilsin.  Çox  güman  ki,  araukanlar 

şimaldan  gələn  ispan  dəstəsindən  xəbərdar  idilər  və 

vaxtında onların qarşısını kəsmişdilər. 

Həqiqətən  də  kapitan  Xuanın  başçılıq  etdiyi  dəstə 

gözlənilməz hücuma keçsə, onda düşmənin məğlub olması 

labud  idi.  Muharibədə  tam  qalibiyyət  əldə  etmək  uçun  bu 

ispanların  son  əlverişli  imkanı  idi.  On  illərlə  davam  edən 

amansız  muharibəyə  birdəfəlik  son  qoymaq  olardı.  Lakin 

hindular  böyük  itkilər  versələr  də,  heç  də  güclu  rəqib 

qarşısında  təslim  olmaq  fikrində  deyildilər.  Onlar  söz 

vermişdilər  ki,  öz  azadlıqları  və  müstəqilliyi  uğrunda  son 

damla qana qədər, son nəfəsə qədər döyüşəcəklər. Arauka-

niyada  yaşayan  bütün  araukanlar  azadlıq  mübarizəsinə 

qalxmışdılar.  Heç  kim  öz  vətəninin  axırıncı  parçasını 

itirmək və kölə şəraitində yaşamaq istəmirdi. 

Döyüşün başlanmasından bir saatdan artıq vaxt keçmişdi 

ki,  kapitan  Xuan  hücum  əmrini  verdi  və  buradakı  dəstə 

dumanın  qalın  pərdəsindən  istifadə  edərək  bir  anın  içəri-

sində  qarşılarındakı  kəndin  girəcəyinə  daxil  oldu.  Düşmə-

nin  başı  döyüşə  elə  qarışmışdı  ki,  onlar  arxadan  gələn 

konkistadorların  yaxınlaşmasını  hiss  etmədilər.  Hətta  ilkin 

qurbanlar məhv edilməyə başlayanda da, ön cərgədə olanla-

rın arxadan xəbərləri  yox idi. Bu işdə duman  konkistador-



                                                     

 

  



                                                                            

                                                    

207 

lara böyük köməklik göstərirdi. Kapitan Xuan bu imkandan 



maksimum istifadə etmək istəyirdi. Nə qədər  ki, düşmənin 

başı  döyüşə  qarışmışdı  konkistadorlar  arxada  istədikləri 

kimi hərəkət edirdilər. 

Elə  oldu  ki,  bu  dəstə  kəndin  su  basmış  hissəsinə

 

gəlib 


çıxdı. Kəndin şərq hissəsinə

 

getmək  üçün,  su  hövzəsini  ya 



cənub,  ya  da  ki,  şimal  tərəfdən  dövrə  vurmaq  lazım  idi. 

Kapitan Xuan cənub tərəfi seçdi. Arxada qalan aborigenlər 

burada  nə  baş  verdiyini  anlaya  bilmirdilər.  Konkistadorlar 

peyda  olan  kimi  düşmən  dərhal  məhv  edilirdi.  Aralarında 

məsafəsi  olanlar  arbalyotla,  məsafəsi  çox  olmayan  isə 

qılınc  ilə  öldürülürdü.  Belə  bir  üsul  ilə  artıq  araukanların 

otuza yaxın döyüşçüləri məhv edilmişdi. 

Dumanın  tutqun  pərdəsindən  bir  necə  metrlik  məsafəni 

görmək  mükün  deyildi.  Belə  olan  halda  onlar  gedib 

düşmənin  lap  əhatəsinə  düşə  bilərdilər.  Onsuz  da  duman 

burada daimi qalmayacaq və gec-tez hava açılacaq. 

Konkistadorlar  su  hovzəsini  cənubdan  dövr  edəndən 

sonra  kəndin  şərq  hissəsinə  çıxmaq  imkanı  əldə  etdilər. 

Lakin burada araukanların sayı həddindən artıq çox idi. Elə 

ilkin  toqquşma  zamanı  araukanlar  qışqırışmağa  başladılar. 

Bir  növ  onlar  arxadan  gələn  təhlükəni  öz  silahdaşlarına 

xəbər verirdilər. Qısa bir müddət ərzində araukanlar böyük 

bir  dəstə  düzəldərək  əks  hücuma  keçdilər.  Bununla  yanaşı 




                                                     

 

  



                                                                            

                                                    

208 

olaraq  onların  avanqard  dəstəsi,  kəndin  şərq  hissəsində 



müdafiə olunan konkistadorların üzərinə yönəldilən hücum-

larını davam etdirirdilər. 

Bütün  kənd  dumana  qərq  olsa  da,  döyüş  meydanında 

yaranan atışma, soyuq silahların səsləri və insan qışqırıqları 

ətraf ərazilərə yayılır və bu kənddə böyük döyüşün başlan-

masından  xəbər  verirdi.  Yaralıların  ah-naləsi  və  yalvarış 

xarakterli səslər, bir çoxlarının ürəyini ağrıdırdı. Onların bir 

çoxları  yardım  edilmədən,  köməksiz  halda  tapdaq  altında 

qalmışdılar. Bəzi yaralılar ayaq altında qalmamaq üçün bir 

təhər  kənara  sürünərək,  özlərini  suya  atırdılar.  Döyüş  o 

dərəcədə  qızğın  gedirdi  ki,  heç  kim  yaralılara  kömək 

etməyə macal tapmırdı. Hərə demək olar ki, öz hayında idi. 

Duman o qədər sıx idi ki, döyüşən adamlar istər-istəməz 

bir-birilərindən  aralı  düşürdü.  Müdafiə  olunan  öz  yerində 

qalır,  hücum  edən  isə  məcburi  olaraq  silahdaşlarından 

uzaqlaşırdı.  Lap  qabaqda  döyüşən  Migel  dörd  döyüşçü  ilə 

birlikdə  başı  döyüşə  qarışaraq,  yavaş-yavaş  öz  silahdaş-

larından  uzaqlaşmağa  başladı.  O,  əsasən  kəndin  şərq 

hissəsində  müdafiə  olunan  konkistadorların  yanına  can 

atırdı. İstəyirdi ki, onların mühasirəsini yarsın və polkovnik 

Alonso ilə çiyin-çiyinə döyüşsün. Çünki Alonso öz şücaəti, 

qorxmazlığı və mərdliyi ilə hamıya ilham verirdi.  




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə